Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə194/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   190   191   192   193   194   195   196   197   ...   205

390 

 

udinlər



 - Azərbaycan Respublikasının şimal-şərqində (5 min nəfərə yaxın) 

və  Gürcüstan  Respublikasında  (6  min  nəfərə  yaxın)  yaşayan  xalq.  Tarixçilərin 

çoxu  belə  hesab  edir  ki,  udinlər  qədim  uti  tayfasının  nəslindəndir.  Azərbaycan 

ərazisindəki  udinlər  helə  XVIII  əsrin  əvvəllərində  də  "aqvan  (yəni  alban)  və 

milliyyətcə  uti"  olmaları  haqqında  ənənəni  saxlamışlar.  Azərbaycan  Respublikası 

ərazisindəki  müasir  udinlər  qədim  Qafqaz  Albaniyasının  müvafiq  şimal 

rayonlarında  (Qəbələ,  Oğuz)  məskunlaşmışlar.  Müasir  udin  dili  Qafqaz  dilləri 

qrupuna aiddir. 



Ulanlar

 - 1) mizraqlı monqol-tatar süvari döyüşçüsü; 2) XVI - XX əsrlərdə 

Avropada yüngül süvari növü. 

ultimatum

 - bir tərəfin (dövlətin, qoşunların və s.) digər tərəfə öz şərtlərini 

yerinə  yetirmək  haqqında  qəti  tələbi  (qalanı  təslim  etmək,  əsirləri  azad  etmək  və 

s.). 


uluclar 

- Azərbaycanda ərəb ağalığı dövründən asılı kəndli kateqoriyası. 



ulus

 - Mərkəzi Asiya və Sibir xalqlarında başçının və ya xanın tabeliyində 

olan müəyyən əraziyə malik nəsil-tayfa birliyi. 

Unitar  dövlət

  -  dövlət  quruluşu  forması;  burada  dövlətin  ərazisi 

federasiyadan  fərqli  olaraq  federativ  vahidlərə  (ştat,  respublika,  torpaq, 

muxtariyyət və s.) deyil, inzibati-ərazi vahidlərinə (rayon, vilayət və s.) bölünür. 



universitet

  -  əsas  elmi  fənlərin  öyrənildiyi  ali  elmi-təhsil  müəssisəsi. 

Avropada  universitetlər  ilk  dəfə  Bizans  imperiyasında  meydana  gəlib.  XII  -  XIII 

əsrlərdə  belə  universitetlər  İspaniyada,  İtaliyada,  Fransada  və  İngiltərədə 

yaranmışdır. 

uniya

 - monarxiya dövlətlərinin birliyi və ya ittifaqı forması. 

Uot  Tayler

  -  İngiltərədə  1381-ci  il  anti-feodal  kəndli  üsyanının 

rəhbərlərindən biri (digəri - Con Boll). Üsyan İngiltərə qraflıqlarının əksəriyyətini 

bürümüşdü.  İyulda  üsyançılar  şəhər  yoxsullarının  yardımı  ilə  Londona  daxil 

oldular. Kralın yaxın adamlarından bir çoxu edam edildi. Kralla ilk görüş zamanı 

üsyançılar  tələb  etdilər  ki,  bir  nəfər  də  təhkimli  olmamalı,  torpaq  üçünsə  yalnız 

cüzi haqq ödənilməlidir, kral ölkə daxilində ticarətə qoyulan bütün rüsumları ləğv 

etməli  və  üsyançılara  amnistiya  verməlidir.  Kral  bu  tələbləri  yerinə  yetirəcəyinə 

vəd  verdi.  Kəndlilər  Londonu  tərk  etməyə  başladılar,  amma  Uot Taylerin  dəstəsi 

şəhərdə  qaldı.  Kralla  aparılan  ikinci  danışıqlar  zamanı  üsyançılar  tələb  etdilər  ki, 

təhkimçilik  hüququ  və  feodalların  bütün  hüquqları  ləğv  olunsun,  vahid  kilsə 

hakimiyyəti  yaradılsın,  icma  torpaqları  qaytarılsın  və  silklər  bərabərləşdirilsin. 

Danışıqlar zamanı Uot Tayler ölümcül yaralandı. Üsyan yatırılsa da (hərçənd ayrı-

ayrı qraflıqlarda çıxışlar bir neçə il davam etdi), İngiltərədə təhkimçilik hüququnun 

və biyarın ləğvinə yardım etdi. 

"Uotergeyt  məsələsi" 

-  ABŞ-da  1972-ci  il  seçki  kampaniyası  zamanı 

Vaşinqtonun "Uotergeyt" hotelində Demokratlar partiyasının mənzil-qərargahında 

dinləyici  qurğunun  quraşdırılmasına  cəhdlə  bağlı  hadisələrin  təhqiqi.  Ağ  Evin 




391 

 

vəzifəli şəxsləri tərəfindən pulla ələ alma, hədələmə, yalan şahidlik və digər qanun 



pozuntuları  da  aşkar  edilmişdir.  "Uotergeyt  məsələsi"ndə  təqsirləndirilən  ABŞ 

prezidenti  R.Nikson  impiçment  təhlükəsi  altında  1974-cü  ilin  avqustunda  istefa 

vermişdir. 

Ur

 - e.ə. IV minillikdə Mesopotamiyanın İran körfəzi yaxınlığında salınmış 

ən qədim şəhəri. 



Uran

  -  qədim  yunan  mifologiyasında  səma  allahı,  Geyanın  əri,  titanların, 

siklopların  (təpəgözlərin)  və  yüzəlli  nəhənglərin  atası;  oğlu  -  allah  Kronos 

tərəfindən devrilmişdir. 

Urartu

 - e.ə. IX - VI əsrlərdə Anadolu  yaylasında, Van  və Urmiya gölləri 

arasında  (müasir  Türkiyə  ərazisi)  mövcud  olmuş  qədim  dövlət.  Urartu  dövlətinin 

faktik  yaradıcısı  bir  sıra  dövlət  islahatları  keçirmiş  çar  Menua  (e.ə.  810  -  786) 

olmuşdur.  Menuanın  oğlu  və  varisi  I  Argişti  (e.ə.  786  -  764)  atasının  siyasətini 

davam  etdirmişdir.  Bundan  başqa,  onun  işğalçılıq  siyasəti  nəticəsində  Assuriya, 

Manna  və  Cənubi  Qafqaza  çoxsaylı  yürüşlər  təşkil  olunmuşdur.  E.ə.  VIII  əsrin 

ortalarına  yaxın  Urartunun  əraziləri  xeyli  böyüdü  və  o,  Qədim  Şərqin  qüdrətli 

dövlətlərindən  birinə  çevrildi.  Urartu  çarı  II  Sardur  (e.ə.  760  -  730)  Manna 

dövlətinin  bir  hissəsini  Urartuya  tabe  etdi.  Manna  hökmdarı  İranzu  Urartu 

tərəfindən  tutulmuş  Manna  torpaqlarını  müharibə  edərək  geri  qaytardı.  Lakin 

Urartu çarı I Rusa (e.ə. 730 - 714) Mannanın Zikirtu vilayətinin canişini Metattini 

İranzuya  qarşı  üsyan  qaldırmağa  sövq  edə  bildi.  E.ə.  716-cı  ildə  də  Manna 

hökmdarı Azaya qarşı baş vermiş üsyanda  yenə Urartu çarı I Rusanın adı çəkilir. 

E.ə.  714-cü  ildə  əvvəlcə  Metattiyə,  sonra  isə  Urartu  çarı  I  Rusaya  zərbə  endirən 

Assuriya hökmdarı II Sarqon Urartunun cənub-şərq  vilayətlərini  darmadağın  etdi.  

I Rusa özünü öldürdü. Bundan sonra Urartu əvvəlki qüdrətini bərpa edə bilmədi və 

e.ə. VI əsrdə Midiya tərəfindən işğal edildi. 

Useynov  (Hüseynov)

  Mikayıl  Ələsgər  oğlu  -  Azərbaycan  memarı  və 

memarlıq tarixçisi, Azərbaycan Elmlər Akademiyasının 

akademiki (1945), SSRİ xalq memarı. Onun layihəsinə 

əsasən  M.F.Axundov  adına  kitabxana,  Azərbaycan 

Milli 

Elmlər 


Akademiyasının 

kompleksi 

inşa 

edilmişdir.  M.Ə.Hüseynov  memarlıq  və  şəhər 



quruculuğu məsələləri üzrə bir sıra əsərlərin müəllifidir. 

usta

  (sexdə)  -  orta  əsrlərdə  xırda,  iqtisadi 

cəhətdən  müstəqil  istehsalçı-sənətkar.  Öz  şəxsi 

emalatxanasında  işləyən,  tabeliyində  köməkçiləri  və  şagirdləri  olan  tamhüquqlu 

sex üzvü. Kəndlilərdən fərqli olaraq usta düzəltdiklərini sifarişlə  və  ya  satış üçün 

hazırlayırdı. Şah əsər (şedevr) yaratmaqla imtahan verən usta köməkçiləri usta ola 

bilərdilər. 



uşr, uşur

 (ər. "ondabir") - müsəlman ölkələrində natural vergi və ya rüsum; 

1)  fəth  hüququ,  xəlifə  hədiyyəsi  və  ya  becərilməsinə  görə  xərac  alınmayan 




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə