Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə190/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   186   187   188   189   190   191   192   193   ...   205

382 

 

orada  torpaq  haqqında  qanun  qəbul  edildi.  Kəndlilərə  torpaq  paylanılmasına 



başlanıldı.  Senatorlar  şayiə  yaydılar  ki,  Tiberi  hökmdar  olmaq  istəyir  və  xalq 

yığıncaqlarının  birində  "respublikanı  xilas  etməyə"  çağırmaqla  əllərində  dəyənək 

və çubuqla Tiberinin üzərinə atılıb onu döyüb öldürdülər. Onun 300 nəfər tərəfdaşı 

da  öldürüldü.  Torpaqların  paylanmasını  Tiberinin  qardaşı  Qay  Qrakx  davam 

etdirmişdir. 

Tilzit  sülhü

  -  1807-ci  il  iyunun  25-də  Tilzitdə  Fransa  imperatoru  I 

Napoleon  ilə  Rusiya  imperatoru  I  Aleksandrın  arasında  aparılan  şəxsi  danışıqlar 

nəticəsində  bağlanmışdır.  Tilzit  sülhünün  şərtlərinə  görə,  Rusiya  Varşava 

hersoqluğunun  yaradılmasına  razılıq  verdi  və  kontinental  blokadaya  qoşuldu. 

Bununla  əlaqədar  olaraq  Napoleon  Qərbi  Avropada,  I  Aleksandr  isə  Avropanın 

şimalında və cənub-qərbində fəaliyyət sərbəstliyi əldə etdi. Beləliklə, imperatorlar 

vəd verdilər ki, həmin rayonlarda bir-birlərinə mane olmasınlar və İngiltərəyə qarşı 

saziş bağladılar. 



Tir

  -  finikiyalıların  e.ə.  III  -  II  minilliklərdə  Aralıq  dənizinin  şərq 

sahillərindəki adada yerləşmiş ən böyük və bu səbəbdən düşmən üçün alınmaz qala 

olan  ticarət  şəhəri.  Tir  şəhərinin  bir  sıra  koloniyaları  da  vardı.  Bunlardan  ən 

böyüyü Karfagen idi. 



tiran 

-  1)  Qədim  Yunanıstanda  və  orta  əsrlər  İtaliya  şəhər-dövlətlərində 

hakimiyyəti  zor  gücünə  ələ  keçirmiş  adam;  2)  hakimiyyəti  özbaşınalığa  və 

zorakılığa  əsaslanan  hökmdar;  3)  məcazi  mənada  -  qəddar  hökmlü  şexs;  əzab 

verən; despot. 

tiraniya

  -  siyasi  zorakılığa  əsaslanan  hakimiyyət  forması.  Qədim 

Yunanıstanın  bir  sıra  şəhərlərində  demosun  başçıları  əksər  hallarda  özlərinin 

təkbaşına  hakimiyyətlərini  qururdular  və  yunanlar  onları  tiran  adlandırırdılar. 

Tiranlar  adətən  əyanların  zorakılığına  qarşı  mübarizədə  aztorpaqlı  və  torpaqsız 

yoxsullara  arxalanırdılar.  Hakimiyyəti  ələ  keçirən  tiran  özünün  siyasi  rəqiblərinə 

divan  tutur,  onları  məhkəməsiz  və  istintaqsız  edam  etdirir  və  əmlaklarını  öz 

mülkiyyətlərinə  çevirirdi.  Özlərinin  "xalqa  olan  məhəbbət"lərində  tiranlar  adətən 

kütlələrə cüzi əl payı və demaqoq vədlər verməklə kifayətlənirdilər. Tiranların əsas 

məqsədləri  polis  üzərində  hakimiyyətlərini  bərqərar 

etmək  və  irsi  hakimiyyət  yaratmaq  idi.  Son  dövr  tarixi 

ənənəsində  "tiraniya"  sözü  amansız,  qəddar  qanlı 

mübarizə sinoniminə çevrildi. 

"tiryək  müharibələri"

  -  Avropa  dövlətlərinin 

Çində işğalçı müharibələrə başlamaları üçün bəhanə Çin 

hakim  dairələrinin  tiryək  yükünü  müsadirə  etmək  haqqında  verdikləri  qərar 

olmuşdur,  buna  görə  də  həmin  müharibələr  "tiryək  müharibələrr  adını    almışdır.  

Birinci  "tiryək  müharibəsi (1840  -  42) ingilis qoşunlarının Çinə  soxulması  və  bir 

sıra  şəhərlərin  tutulması  ılə  başlandı.  Bununla  da  Çinin  yarımmüstəmləkə 

çevrilməsinə  zəmin  yarandı.  Nankin  müqaviləsi  ilə  başa  çatan  bu  müharibə 




383 

 

nəticəsində Honkonq adası İngiltərəyə verildi, bir sıra Çin limanları xarici tacirlər 



üçün  açıldı,  Çin  ölkəyə  tiryək  gətirilməsini  qəbul  etməsə  də,  faktik  olaraq  ona 

mane  olmadı.              İkinci  "tiryək  müharibəsi"  zamanı  (1856  -  60)  -  1857-ci  ildə 

ingilis  və  fransız  qoşunları  Quançjounu  (Kanton)  və  Daqu  istehkamını,  1860-cı 

ildə  isə  Tyantszin  və  Pekini  tutdular.  Qeyri-bərabər  Tyantszin  və  Pekin 

müqavilələri Çinə zorla qəbul etdirildi. Bu müqavilələrə əsasən, xaricilərə daha bir 

neçə  limanda  ticarət  etməyə  icazə  və  əlavə  imtiyazlar  verildi:  xaricilər  Çin 

qanunları ilə mühakimə edilə bilməzdilər və s. 

titul

  (lat.  "fəxri  rütbə")  -  fəxri  sahiblik,  irsi  və  ya  verilmiş  rütbə  (məs.: 

knyaz, qraf). 



tiyul

  -  mülki  və  hərbi  məmurların  şaha  göstərdikləri  xidmət  müqabilində 

aldıqları şərti torpaq mülkiyyəti. Tiyulu Səfəvilər dövründə paylamağa başlamışlar. 

Tiyul yalnız şahın icazəsi ilə irsən keçə bilərdi. Tiyul sahibi tiyuldar adlanırdı. 

tiyuldar

 - tiyul sahibi. Tiyuldar dövlətə və şaha xidmət etməyə məcbur idi. 

Tiyuldarın  tiyuldan  əldə  edilən  gəlirin  yalnız  bir  hissəsinə  hüququ  çatırdı,  qalan 

hissə isə dövlət xəzinəsinə verilirdi. 



toxa  əkinçiliyi

  -  əkinçiliyin  toxanın  əsas  əmək  aləti  olduğu  ən  qədim 

forması.  Toxa  əkinçiliyi  ağır  zəhmət,  böyük  əmək  tələb  edir,  həmişə  məhsul 

verirdi.  O, nəslin  yığıcılıqla  müqayisədə  bitki ilə daha  yaxşı qidalanmasına  şərait 

yaradırdı. 



Toxtamış 

- Cuci xanın nəslindən olan Qızıl Orda xanı (1380 - 1406). 1382-

ci  ildə  rus  knyazlıqlarına  hücum  etmiş,  bu  zaman  Moskvanı  tutub  yandırmışdır.  

Teymur  ilə  1389  –  95-ci  illərdə  apardığı  müharibədə  məğlubiyyətə  uğramışdır. 

1398  -  99-cu  illərdə  Volqaarxası  Ordanın  xanı  Temir  Qutlu  tərəfindən  məğlub 

edilmişdir. 



"toxunulmazlar"

  -  Hindistan  əhalisinin  azad,  amma  tam  hüquqsuz 

təbəqəsi.  Güman  ki,  onlar  Hindistanın  buraya  soxulmuş  arilərə  qarşı  ciddi 

müqavimət  göstərən  yerli  əhalisinin  törəmələridir.  "Toxunulmazlar"  heç  bir 

kastaya  daxil  deyildilər.  "Toxunulmazlar"  hindlilərin  dini  nöqteyi-nəzərindən  ən 

"natəmiz"  və  xoşagəlməz  işləri  yerinə  yetirirdilər  -  natəmizlikləri  yığışdırır, 

heyvanların dərilərini soyur və aşılayır və s. işlər görürdülər. 



toqa

  -  qədim  romalıların  qolsuz,  uzun  plaş  kimi  geyimdən  ibarət  olan  üst 

paltarları. 



Topçubaşov Əlimərdanbəy

 - görkəmli Azərbaycan siyasi xadimi, ixtisasca 

hüquqşünas.  Topçubaşov  Rusiyanın  I  Dövlət  Dumasına  (1906)  Azərbaycandan 

deputat  seçilmişdi.  Topçubaşov  Dumanın  müsəlman  fraksiyasının  sədri,  onun 

proqramının  müəllifi  olmuşdu.  Topçubaşov  Qafqazda  islahatların  zəruriliyi 

haqqında  1905-ci  ilin  martında  çar  hökuməti  üçün  tərtib  olunmuş  "Qafqazda 

islahatların  zəruriliyi  haqqında"  petisiyanın  müəlliflərindən  biri  idi.  O,  I 

Ümumrusiya müsəlmanları qurultayının (1905) nümayəndəsi idi və burada "Rusiya 

imperiyasında  türklərin  vəziyyəti  və  problemləri  haqqında"  məruzə  ilə  çıxış 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə