Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə186/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   182   183   184   185   186   187   188   189   ...   205

374 

 

əldə  etdiyi  kapitalı  tikintiyə,  toxuculuğa,  gəmi  inşaatına,  yeyinti  və  balıq 



sənayesinə,  eləcə  də  kənd  təsərrüfatına  yönəltdi.  1899-cü  ildə  Tağıyevin  və 

Putilovun  fəal  iştirakı  ilə  "Elektrosila"  səhmdar  cəmiyyəti  yaradılmışdır.  1900-cü 

ildə Bakıda Tağıyevə məxsus "Qafqaz lifli məmulatlar səhmdar cəmiyyəti" fabriki 

işə düşdü. Bu, Qafqazda on böyük, Rusiya imperiyasında isə pambıq emalı üzrə ən 

iri  toxuculuq  fabriklərindən  biri  idi.  Elə  həmin  il  Tağıyevə  "İrsi  fəxri  vətəndaş" 

rütbəsi verildi. 1903-cü ildə Tağıyev "gəmidoldurma 

ittifaqı" sindikatına daxil oldu. XX əsrin əvvəllərində 

onun  mülkiyyəti  bir  neçə  milyon  rubla  bərabər  idi. 

1907-ci  ildə  Tağıyev  dördüncü  dərəcə  həqiqi  dövlət 

müşaviri  rütbəsinə  layiq  görüldü.  1910-cu  ildə  ona 

irsi  aristokrat  titulu  verildi.  Tağıyev  1912-ci  ildə 

satışa çıxarılmış balıq vətəgələrini aldı. 1914-cu ildə 

Nağıyevlə  birlikdə  əsas  kapitalı  3  milyon  rubl  olan 

Bakı  Səhmdar  Ticarət  Bankını  təsis  etdi.  Rusiyanın  və  İranın  bir  çox  orden  və 

medalları ilə təltif olunmuşdur. 

Azərbaycan xalqının maariflənməsində Tağıyevin xüsusi yeri vardır. 1883-

cü  ildə  o  öz  vəsaiti  ilə  birinci  teatr  binasını  (indiki  Musiqili  Komediya  Teatrı) 

binasını  tikdirdi.  Tağıyev  1895-ci  ildə  Mərdəkan  bağının  yaxınlığında  internat 

məktəbi  açdı.  O,  Bakı,  Yelizavetpol  və  İrəvan  quberniyalarında  bir  çox  ibtidai 

məktəbi maliyyələşdirirdi. O həm də Rusiya ali məktəblərində təhsil alan istedadlı 

Azərbaycan  gənclərinin  xərclərini  ödəyirdi,  o  cümlədən  Nəriman  Nərimanov  da 

onun vəsaiti ilə oxumuşdur. Tağıyevin mühüm xidmətlərindən biri də 1901-ci ildə 

Bakıda  müsəlman  qızları  üçün  məktəb  (indi  AMEA-nm  Əlyazmalar  İnstitutu) 

açmasıdır.  Bakını  təmiz  su  ilə  təchiz  edən  su  kəmərinin  inşasında  da  Tağıyev 

böyük rol oynamışdır. Tağıyev 1906-cı ildə Muxtarovla birlikdə "Nəşri-maarif" və 

"Nicat"  mədəni-maarif  xeyriyyə  cəmiyyətlərinin  əsasını  qoymuşdur.  Tağıyev 

1909-cu  ildə  dəyirman  inşasına  başlasa  da,  Nargin  adasındakı  həbsxanada 

qohumları olan şəhər sakinlərinin xahişi ilə onu 1910-cu ildə həbsxanaya çevirdi. 

Bina  "Tağıyev  qazamatı"  adını  aldı.  1913-cü  ilin  əvvəllərində  müsəlman  qız 

məktəbi  yanında  müəllimələr  hazırlamaq  üçün  pedaqoji  kurs  təşkil  olundu. 

Məktəbə  100  min  rubl  toxunulmaz  sərmayə  ayrıldı.  1916-cı  ildə  bu  məktəb  ali 

ibtidai  məktəbə  çevrildi.  Tağıyevin  vəsaiti  ilə  bir  neçə  qəzet  və  jurnal  nəşr 

olunurdu. O, bir sıra ədəbi və  tarixi əsərlərin də nəşrini maliyyələşdirirdi. Tağıyev 

1885-ci  ildə  Bakı  şəhər  Dumasının  deputatı  olmuşdur.  Şəhər  dumasının  bir  çox 

qlasnıları  çox  vaxt  Tağıyevin  evində  toplaşır  və  onun  rəhbərliyi  altında  Bakının 

həyatı ilə bağlı mühüm məsələləri birlikdə müzakirə edirdilər. 

Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  Tağıyevin  bütün 

müəssisələri  bolşeviklər  tərəfindən  milliləşdirildi.  Tağıyev  vətəni  tərk  etmək 

istəmədiyindən ona Mərdəkandakı bağında yaşamağa icazə verildi. O, Mərdəkanda 

vəfat etmiş, orada da dəfn olunmuşdur. 




375 

 

Talış  (Lənkəran)  xanlığı

  -  XVIII  əsrin  birinci  yarısında  Azərbaycan 

ərazisində,  Talış  dağlarında  yaradılmış  xanlıq.  Xanlığın  mərkəzi  əvvəlcə  Astara, 

sonra  isə  Lənkəran  olmuşdur.  İlk  xan  Səfəvilər  nəslindən  olan  ərdəbilli  Seyid 

Abbas  bəy  (1736  -  47)  olmuşdur.  Onun  oğlu  Cəmaləddin  Mirzə  bəy  (Qara  xan  - 

1747 - 86) Talış xanlığının iqtisadi və siyasi qüdrətini möhkəmləndirmək məqsədi 

ilə  bir  sıra  tədbirlər  həyata  keçirdi.  Qara  xan  xarici 

siyasətdə  Rusiyameylli  mövqedə  dururdu.  1768-ci  ildə 

Talış  xanlığına  soxulan  gilanlı  Hidayət  xan  Qara  xanı 

əsir  götürərək  Şindan  qalasına  apardı  və  onu  böyük 

ödənc verməyə məcbur elədi. Talış xanlığı 1785-ci ildə 

qubalı Fətəli xandan asılı vəziyyətə düşdü. Qara xandan 

sonra  onun  oğlu  Mir  Mustafa  xan  (1786-1814)  Talış 

xanlığını  idarə  etmişdi.  1795-ci  ildə  Ağa  Məhəmməd 

xan  Qacar  Talış  xanlığına  hücum  etdi.  Lənkəran 

əhalisini  Sara  adasına  köçürən  Mir  Mustafa  xan  İran 

qoşunlarına müqaviməti təşkil etdi. Mir Mustafa xan da 

Qara xan kimi Rusiyaya meylli mövqedə idi. 1802-ci il Georgiyevsk müqaviləsinə 

görə, Talış xanlığı Rusiyanın himayəsi altına keçdi. 1-ci Rusiya - İran müharibəsi 

zamanı Mir Mustafa  xan  1809-cu ildə  Talış xanlığının  Rusiyaya  birləşdirilməsini 

elan  etdi.  İrandakı  İngiltərə  səfiri  Mir  Mustafa  xandan  tələb  etdi  ki,  Rusiya  ilə 

münasibətləri  kəssin.  Talış  xanlığına  isə  sırasında  ingilis  də  olan  İran  kəşfiyyatçı 

qrupu  göndərildi.  Onlar  Lənkəran  qalasının  möhkəmləndirilməsi  planını  tərtib 

etdilər. 1812-ci ilin avqustunda Lənkəranı ələ keçirən İran qoşunları Talış xanlığını 

tutdular  və  bu  zaman  Rusiya  Talışa  həm  quru  qoşunları,  həm  də  dəniz  hərbi 

hissələri  göndərdi.  1812-ci  il  dekabrın  21-də  rus  qoşunları  İran  qarnizonu 

tərəfindən  mühafizə  edilən  Lənkəran  qalasını  mühasirəyə  aldılar.  Amansız 

savaşlardan  sonra  1813-cü  il  yanvarın  1-də  Lənkəranı  ələ  keçirən  rus  qoşunları 

Talış  xanlığını  işğal  etdilər.  1813-cü  il  Gülüstan  müqaviləsinin  şərtlərinə  görə, 

Talış  xanlığı  Rusiya  imperiyasının  tabeliyinə  keçdi.  1826-cı  ilə  qədər  Talış 

xanlığında  əvvəlki  idarə  sistemi  saxlanılırdı,  amma  xanın  hakimiyyəti  xeyli 

məhdudlaşdırılmışdı.  1826-cı  ildə  Talış  xanlığı  ləğv  edildi,  ərazisi  isə  Rusiya 

imperiyasının əyalətinə çevrildi. 



Talışda  müstəmləkə  əleyhinə  1831-ci  il  üsyanı 

-  çar  hökumətinin 

Azərbaycanda  həyata  keçirdiyi  müstəmləkəçi  inzibati  sistemin  mahiyyəti  Talışda 

daha kəskinliklə özünü büruzə verdi. Burada çar komendantlarının özbaşınalığının 

həddi-hüdudu  yox  idi.  Talış  əyanlarının  nümayəndələri  rus  komendantlarının 

təzyiqindən  İrana  qaçmış  keçmiş  Talış  xam  Mir  Həsən  xam  dəvət  etdilər  ki, 

qayıdıb xanlığın müstəqilliyinin bərpası uğrunda mübarizəyə başçılıq etsin. 1831-

ci  il  martın  5-də  yaxın  tərəfdaşları  ilə  Astara  çayını  keçən  Mir  Həsən  xan 

Lənkərana  yollandı.  Burada  yerli  sakinlər  də  ona  qoşuldu.  Martın  10-da  rus 

komendantı  tərəfindən  yerli  əhali  arasından  yığılan  süvari  dəstəsi  də  Mir  Həsən 




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə