Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə182/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   178   179   180   181   182   183   184   185   ...   205

366 

 

Çələbi məlik Nəcəfin fəaliyyətinə nəzarəti daha da gücləndirmişdi. Məlik Nəcəfin 



Nadir  şaha  təkrar  şikayətindən  sonra  şah  Hacı  Çələbini  yenidən  yanına 

çağırtdırmış,  amma  o,  şahın  hüzuruna  getməkdən  imtina  etmişdi.  Hacı  Çələbi 

1743-cü  ildə  məlik  Nəcəfi  öldürmüş,  iranlıları  Şəkidən  qovaraq  burada  müstəqil 

Şəki xanlığı yaratmışdı. Hacı Çələbi Şəki yaxınlığında yerləşən "Gələsən-görəsən" 

qalasında  möhkəm  sığınacaq  tapmışdı.  1744-cü  il  noyabrın  29-da  Şəki  üzərinə 

hücum  edən  Nadir  şahın  qoşunları  "Gələsən-görəsən"  qalasında  şəkililərin  ciddi 

müqaviməti  ilə  qarşılaşıb  geriyə  qayıtmağa  məcbur 

olmuşdu.  1745-ci  ilin  yazında  İran  qoşunları  yenidən 

"Gələsən-görəsən"  qalasına  hücum  etdilər.  Şəkililər 

ciddi  müqavimət  göstərdilər,  Nadir  şahın  Şəkinin 

yandırılması  barədə  əmri  də  "Gələsən-görəsən" 

qalasının  müdafiəçilərinin  mövqeyini  qıra  bilmədi. 

1746-cı  ildə  "Gələsən-görəsən"  qalasının  5  aylıq 

mühasirəsi  nəticəsində  müdafiəçilərin  ərzaq  ehtiyatı 

tükəndiyindən 

Hacı 


Çələbi 

Nadir 


şahın 

ali 


hakimiyyətini  tanımaq  məcburiyyətində  qaldı.  Nadir 

şah 1747-ci ildə öldürüləndən sonra Hacı Çələbi özünü 

Şəki  xanı  (1141  -  55)  elan  etdi.  Hacı  Çələbi  xan  Şəki  xanlığının  ərazisini 

genişləndirməyə  cəhd  göstərdi:  Təbriz  və  Qarabağ  xanlıqları  üzərinə  bir  sıra 

uğursuz  yürüşlər  etdi.  Hacı  Çələbi  xan  öz  hakimiyyətini  möhkəmləndirmək 

məqsədi  ilə  oğlu  Ağakişi  bəyi  qazıqumuxlu  Məhəmməd  Həsən  xanın  qızı  ilə 

evləndirdi. Bundan sonra Hacı Çələbi xan Qəbələ və Ərəş sultanlıqlarını özündən 

asılı vəziyyətə saldı. Hacı Çələbi xan 1751-ci ildə Şəki xanlığı ərazisinə soxulmuş 

gürcü çarı II İraklinin qoşunları üzərində qələbə çaldı. 1752-ci ildə Hacı Çələbi xan 

Nizaminin  qəbri  yaxınlığındakı  savaşda  İrakli,  gəncəli  Şahverdi  xan,  qaradağlı 

Kazım  xan,  naxçıvanlı  Heydərqulu  xan  və  irəvanlı  Hüseynqulu  xanın  birləşmiş 

qoşunları  üzərində  qələbə  çaldı.  Bu  qələbədən  sonra  Qazax  və  Borçalı  gürcü 

qoşunlarından  təmizləndi.  Elə  həmin  ildə  carlıların  köməyinə  gələn  Hacı  Çələbi 

xan  Carda  gürcü  qoşunlarını  daha  ağır  məğlubiyyətə  uğratdı.  Hacı  Çələbi  xanın 

1755-ci  ildə  Ağsunu  uğursuz  mühasirəyə  almaqla  Şirvanı  tutmaq  cəhdləri  boşa 

çıxdı.  Hacı  Çələbi  xanın  ölümündən  sonra  oğlu  Ağakişi  bəy  Şəkinin  xanı  oldu, 

lakin  o,  qayınatası  qazıqumuxlu  Məhəmməd  Həsən  xan  tərəfindən  öldürüldü. 

Qubalı  Fətəli  xanın  köməkliyi  ilə  Məhəmməd  Həsən  xan  Şəkidən  qovuldu,  Hacı 

Çələbi  xanın  Quba  xanının  ali  hakimiyyətini  tanıyan  nəvəsi  Hüseyn  xan  (1755  - 

79)  taxta  çıxdı.  1767-ci  ildə  Şamaxı  xanlığını  tutan  Hüseyn  xanla  Fətəli  xanın 

müttəfiq  qoşunları  onun  ərazisini  Quba  xanlığı  ilə  Şəki  xanlığı  arasında 

bölüşdürdülər.  Lakin  bölünmüş  ərazi  üstündə  müttəfiqlər  arasında  baş  qaldıran 

narazılıqlar onunla nəticələndi ki, Hüseyn xan avar xanı və Şamaxının keçmiş xanı 

Ağası  xanla  birlikdə  Fətəli  xanın  qoşunları  üzərinə  hücuma  keçdi,  amma  1768-ci 

ilin  sentyabrında  məğlub  oldu.  Şəki  xanlığının  hakimiyyəti  altında  olan  Şamaxı 



367 

 

torpaqları da Quba xanlığına qatıldı. 1773-cü ildə müttəfiqlər Quba xanlığı üzərinə 



yeni  hücuma  keçdilər, lakin  yenə də  məğlubiyyətə uğradılar. Hüseyn  xanın 1779-

cu ildə ölümündən sonra Əbdülqədir xan Şəkinin xanı oldu (1779-81). 1781-ci ildə 

Məhəmməd  Həsən  xan  yenidən  Şəkidə  hakimiyyəti  ələ  keçirdi  və  Şəkinin  xanı 

oldu  (1781  -95).  Məhəmməd  Həsən  xan  1785-ci  ildə  qubalı  Fətəli  xan  tərəfindən 

məğlub  edildi.  Münasibətləri  yaxşılaşdırmaq  məqsədi  ilə  Məhəmməd  Həsən  xan 

Fətəli  xanın  bacısı  ilə  evləndi,  Fətəli  xan  da  Məhəmməd  Həsən  xanın  bacısı  ilə 

evləndi.  Lakin  gürcü  çarı  İrakli  ilə  ittifaqa  girən  Məhəmməd  Həsən  xan  1788-ci 

ildə  yenidən Fətəli xanın üzərinə  hücum etdi, ancaq  Şamaxı  yaxınlığında  məğlub 

oldu və Şəki xanlığı yenidən Quba xanlığından asılı vəziyyətə düşdü. Fətəli xanın 

ölümündən  sonra  Məhəmməd  Həsən  xan  bu  asılılıqdan  qurtardı  və  1790-cı  ildə 

Şamaxı  xanlarının hakimiyyətini bərpa etdi və onları öz təsiri altına aldı. 1795-ci 

ildə Məhəmməd Həsən xanın ölümündən sonra Səlim xan Şəkinin xanı oldu (1795 

-  1806).  Rus  qoşunları  Gəncəni  tutduqdan  sonra  Səlim  xan  qayınatası  qarabağlı 

İbrahimxəlil  xanın  məsləhəti  ilə  Şəki  xanlığının  Rusiya  imperiyasının  himayəsi 

altına  keçməsi  haqqında  1805-ci  il  Kürəkçay  müqaviləsini  imzaladı.  Sonra 

Sisianovdan Şamaxı xanlığına qarşı yürüşdə iştirak etmək və ərazilərin bir hissəsini 

almaq  təklifi  alan  Səlim  xan  Şəki  dəstələrini  rus  qoşunlarına  köməyə  göndərdi. 

Lakin  qarabağlı  İbrahimxəlil  xanın  öldürülməsi  Səlim  xanı  qəzəbləndirdi.  O, 

Rusiyanın himayəsindən imtina etdi və rus qarnizonunu Şəkidən qovdu. 1806-cı il 

oktyabrın  22-də  rus  qoşunları  Şəkini  mühasirəyə  aldılar  və  yerli  əhalinin  ciddi 

müqavimətinə  baxmayaraq,  şəhəri  tutdular.  Səlim  xan  İrana  qaçmaq 

məcburiyyətində qaldı. Rusiyameylli xoylu Cəfərqulu xan Səlim xanın yerinə təyin 

edildi  və  o,  İrandan  bir  çox  erməni  ailəsini  özü  ilə  Şəkiyə  köçürdü.  1819-cu  ildə 

Rusiyanın Qafqazdakı hakimi general Yermolovun yaxın dostu, milliyyətcə erməni 

olan  rus  generalı  Mədotovun  göstərişi  ilə  şəkili  İsmayıl  xanı  zəhərlədilər  və  Şəki 

xanlığı birdəfəlik ləğv edildi.

 

Şəki  xan  sarayı

  -  1762-ci  ildə  Nuxada  inşa 

olunmuşdur.  Saray  ağacdan  inşa  edilib,  amma  onun 

tikilməsi prosesində bir dənə də olsa mismardan istifadə 

olunmamışdır.  Sarayın  fasadı  boyaboy  şəbəkə  şəklində 

şüşələnmiş  aynabənddən  ibarətdir.  Sarayın  fasadı  və 

daxili  çoxlu  oyma  işlərlə  bəzədilmişdir.  Sarayın 

divarlarında  rəssam  Firuz  tərəfindən  Nizaminin  "Yeddi  gözəl", "Xosrov  və  Şirin" 

və  "Leyli  və  Məcnun"  poemalarının  motivləri  əsasında  çəkdiyi  rəsmlər  vardır. 

Güman edilir ki, bu möhtəşəm abidənin yaradıcısı ustad Abbasquludur.

 

Şəkidə  müstəmləkə  əleyhinə  1838-ci  il  üsyanı

  -  Şəki  əyalətində 

rəncbərlərin  və  əvvəllər  vergilərdən  azad  olan  maafların  vəziyyəti  daha  ağır  idi. 

Yerli  əyanlar  və  ruhanilər  də  Şəki  əyalətinin  rus  komendantından  narazı  idilər. 

Şəkinin  keçmiş  xanı  Səlim  xanın  oğlu  Hacı  xan  tərəfindən  buraya  göndərilmiş 

Məşədi Məmməd adlı şəxs hələ 1837-ci ildə Şəkidə xırda dəstəyə başçılıq edirdi, 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə