Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə185/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   181   182   183   184   185   186   187   188   ...   205

372 

 

mədəni təbəqəsini aşkar etmişdir. Həmin təbəqələrin birində möhtəşəm bir sarayın 



uçuqlarını  və  yanıq  izləri  olan  möhkəm  qala  divarlarını  aşkar  edən  Şliman  belə 

qərara gəlir ki, bura elə həmin əfsanəvi Troyadır. Qazıntıların sonrakı dövrlərində 

o, qızıl və gümüş bəzəklərlə dolu böyük dəfinə tapmışdır. Bunları çariça Yelenanın 

dəfınəsi  hesab  edən  Şliman  bununla  da  qazıntıları  dayandırmışdır.  Şlimanın 

ölümündən  onilliklər  keçdikdən  sonra  arxeoloqlar  sübut  etmişlər  ki,  onun  tapdığı 

dəfinələr  Homerin  haqqında  yazdığı  Troyadan  xeyli  qədimdir.  Amma  əfsanəvi 

Troyanın  həqiqətən  də  Şlimanın  qazıntı  apardığı  həmin  təpəlikdə  olduğu  fikri  ilə 

razılaşan  alimlər  aşkar  etmişlər  ki,  Şliman  Troyanın  mənsub  olduğu  mədəni 

təbəqəni qazıb keçmişdir. 

şovinizm

  -  millətçiliyin  ifrat  forması.  Şovinizm  siyasəti  digər  millət  və 

xalqlara  qarşı  nifrət  və  düşmənçilik  hisslərini  qızışdırmağa  yönəldilib.  Şovinizm 

bir  "müstəsna"  ("seçilmiş")  millətin  digər  "tam  dəyərli  olmayan"  (keyfiyyətsiz) 

millətlər,  irqlər  üzərində  ağalığını  təmin  etmək  məqsədi  ilə  üstünlüyə  malik 

olduğunu  təbliğ  edir.  Şovinizm  və  millətçiliyin  digər  forması  böyük  dövlət 

millətçiliyidir. 

"şok terapiyası"

 - planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına qəfil, kəskin 

keçid. 

ştat

  -  bir  sıra  federativ  respublikaların  (ABS,  Hindistan,  bir  sıra  Latın 

Amerikası  dövlətləri  və  s.)  tərkibinə  daxil  olan  və  bu  və  ya  digər  dərəcədə 

özünüidarədən istiladə edən dövlət inzibati vahidi. 

Ştreykbrexerlər

 - fəhlə və ya əhalinin digər təbəqələrinin tətil və çıxışlarda 

iştirakdan  boyun  qaçıran  nümayəndələri  və  ya  sahibkarlar  tərəfindən 

müəssisələrdəki tətilçilərin yerinə məxsusən cəlb olunan adamlar. 

şudr

 - Qədim Hindistanda nökər kastası. 

Şumer 

e.ə.  IV  minilliyin  sonlarından  e.ə.  XXIV  əsrədək 



Mesopotamiyanın  cənubunda  mövcud  olmuş  qədim  dövlət.  Şumerlərin  mənşəyi 

indiyədək tarixçilər üçün sirr olaraq qalır. Cənubi Mesopotamiyanı tutan şumerlər 

artıq e.ə. IV minillikdə burada Ur, Uruk, Kiş, Laqaş, Nippur kimi Şumerdə ağalıq 

üstündə  bir-biri  ilə  mübarizə  aparan  şəhərlər  yaratmışlar.  E.ə.  XXVIII  əsrdə  Kiş 

şəhərinin  hakimi  Etana  Şumerin  hökmdarı  oldu.  E.ə.  XXV  əsrdə  Ur  şəhərinin 

sakinləri  arasındakı  ziddiyyətlərdən  istifadə  edən  Umma  onu  tutdu  və  şəhər 

təxminən  250  il  Şumerin  mərkəzinə  çevrildi.  E.ə.  XIV  əsrdə  Qədim  Sarqonun 

istilaları Şumeri Akkadın hakimiyyəti altında birləşdirdi.

 

şüar 

- qısa formada əsas ideyanı, vəzifəni, tələbi, prinsipi bildirən çağırış.

 

 

- T - 

 

taborçular



 (Çexiyadakı Tabor dağının adından götürülmüşdür) - feodallara 

qarşı  çıxan  husçuların  daha  inqilabçı  hissəsi.  Kəndlilər,  şəhər  yoxsulları,  xırda 

sənətkarlar  və  din  xadimləri,  rıtsarların  bir  hissəsi  taborçuların  sırasına  daxil  idi. 



373 

 

Onların  baxışlarının  əsasını  ümumi  bərabərlik  və  ədalətli  dövlət  haqqında  təlim 



təşkil  edirdi.  Taborçular  döyüşkən  qoşun  yaratdılar,  hərbi  taktika  işləyib 

hazırladılar.  1434-cü  ildə  Lipani  yaxınlığında  mötədillər  tərəfindən  məğlubiyyətə 

uğrayan taborçuların ayrı-ayrı dəstələri 1437-ci ilə kimi feodal-katolik qüvvələrinə 

qarşı mübarizə apardılar. 



tabu

  -  mövhumatçı  təsəvvürlərə  görə,  fövqəltəbii  qüvvələrin  baş  verə 

biləcək hadisə üstündə cəzalandıra biləcəyi bu və ya digər hərəkətlərin icrası üçün 

qoyulmuş qadağa sistemi. 

Tac-Mahal

  -  sultan  Cahanşahın  öz  arvadı  Mümtaz  Mahal  xatunun 

xatirəsinə  1630  -52-ci  illərdə  inşa  etdirdiyi dünyada  məşhur olan  mavzoley.  Tac-

Mahalın  memarı  Ustad  İsa  və  b.  olmuşdur.  Aqranın  2 

km-liyində  ağ  mərmərdən  inşa  edilən  Tac-Mahal  74  m

 

hündürlüyə  ucaldılmış,  oyma  ilə  işlənilmiş  bəzi  yerləri 



isə  əlvan  və  qiymətli  daşlarla  bəzədilmiş  5  günbəzli 

tikilidir. Tac-Mahalın ətrafında 4 minarə və bağ  vardır. 

Tac-Mahal  Hindistanın  müsəlman  memarlığının  ən 

önəmli  abidəsidir.  Qeyri-adi  gözəlliyinə  görə  onu 

"Hindistanın incisi" adlandırırlar. 

tağ

 (arka; lat. "arkus" - "ox") - yonulmuş və bir-birinə bərkidilmiş daşlardan 

hörülmüş qövsvari atma. Tağ dayaqlar arasındakı məsafəni artırmağa imkan verir; 

bununla  belə,  bu,  çox  möhkəm  tikilidir.  Hələ  e.ə.  III  minillikdə  Mesopotamiya 

sakinləri tağ tikməyə başlamışdılar. Amma daha geniş şəkildə ondan Qədim Roma 

memarları  istifadə  etməyə  başlamışdılar.  Hətta  indi  üzərindən  keçilən  körpülərin, 

su kəmərlərinin və dövrümüzədək çatmış binaların tikintisində də tağlardan istifadə 

edirdilər. 



Tağıyev   Hacı   Zeynalabdin

  (1823 - 1924) - iri Azərbaycan sahibkarı və 

mesenatı. Zeynalabdin Tağıyev Bakıda, çəkməçi ailəsində anadan olmuşdur. Ailəsi 

ehtiyac içərisində olduğundan o, uşaq yaşlarından inşaatda əvvəlcə qara fəhlə,  15 

yaşından  ısə  bənna  işləməyə  başlamışdı.  1860-cı  illərdə,  artıq  bir  qədər  pul 

topladıqdan  sonra  o,  xırda  manufaktura  malları  alıb-satmaqla  məşğul  olmuşdur. 

1870-ci  ildə  isə  Tağıyevin  kiçik  bir  neft  zavodu  var  idi.  1873-cü  ildə  Tağıyev 

sərmayəsini neft hasilatı və sənayesinə qoymuş və bundan xeyli gəlir əldə etmişdi.  

Tağıyev   1877-ci  ildə  ikinci gildiya, 1882-ci ildə isə birinci gildiya tacir rütbəsi 

almışdı.  XIX  əsrin  80  -  90-cı  illərində  "H.Z.Tağıyevin  neft  sənayesi  firması" 

çoxsahəli təsərrüfata və neft sənayesində ən iri müəssisələrə malik idi. Neft emalı 

zavodlarının gücünə görə firma 4-cü yeri tuturdu. Tağıyev 1890-cı ildə 10 gəmiyə 

malik  olan  "Kaspi"  gəmiçilik  cəmiyyətini  satın  aldı.  1897-ci  ildə  Tağıyev 

mədənlərini və neftayırma zavodlarını Britaniyanın "Vişau" şirkətinə 5 mln. rubla 

satdı,  həm  də  "Oleum"  cəmiyyətinin  direktorlarının  biri  kimi  qaldı.  Bu  cəmiyyət 

həmin  müəssisələrin  əsasında  yaranmışdı  və  əsas  payçılardan  biri  (100  min  funt-

sterlinq məbləğində, yəni 1 milyon qızıl rubl dəyərində səhmə malik) idi. Tağıyev 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə