Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə187/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   183   184   185   186   187   188   189   190   ...   205

376 

 

xanın  tərəfinə  keçdi.  Üsyançıların  sayı  1000  nəfərdən  artıq  idi.  Martın  12-də 



üsyançılar  Lənkəranı  mühasirəyə  aldılar,  amma  martın  14-də  onlar  rus  qoşunları 

tərəfindən məğlub edildilər. Sonra daha bir neçə toqquşma oldu, 1831-ci il mayın 

5-də isə üsyan tam yatırıldı. Mir Həsən xan yenidən İrana qaçdı. 

talışlar

  -  Xəzər  dənizinin  cənub-qərb  sahillərində,  Talış  dağlarında 

məskunlaşmış xalq. Azərbaycan Respublikasında, demək olar ki, azərbaycanlılarla 

qaynayıb-qarışmışlar.  İranda  talışlar  60  min  nəfərə  yaxındırlar.  Dilləri  -  talış 

dilidir, İran dilləri qrupuna aiddir. 



Tamerlan

 - bax: Teymur. 

tarix

  -  hadisə,  əhvalat,  qəziyyə.  Tarix  -  mənbələr  üzrə  insanın  meydana 

gəlməsi  və  inkişafını,  müxtəlif  xalqların  ən  qədim  zamanlardan  bizim 

dövrümüzədək necə yaşamaları, onların həyatlarında hansı hadisələrin baş verməsi, 

insan  cəmiyyətlərinin  həyatı  necə  və  niyə  dəyişib  indi  mövcud  olduğu  hala 

düşməsini öyrənən elmdir. Müasir dövr hadisələrinin hamısının keçmişdə səbəbləri 

və başlanğıcı olmuşdur. Buna görə də əvvəllər baş vermiş hadisələri bilmək həmişə 

lazımdır. Bu cür bilik bu və ya digər şəraitdə səhvə yol verməmək, düzgün addım 

atmaq üçün yardımçı ola bilər. Tarixi bilmək cəmiyyətdə bu və ya digər hadisənin 

necə  inkişaf  edəcəyinin  proqnozlaşdırılmasını,  əvvəlcədən  duyulmasını  və  ya 

gələcəkdə  hər  hansı  proseslərin  baş  verəcəyini  müəyyənləşdirməyə  kömək  edir. 

Tarix  -  insanın  cəmiyyətdə  rolunu  anlamaq  və  özünüdərketmə  ehtiyaclarını  əks 

etdirən  ictimai  elmlərdən  biridir.  Tarix  -  insanın  özünü  dərk  etməsinin  əsas 

formalarından biridir. 

tarixi maddi

 mənbələr-qədim insanların əşyaları, onların sümükləri, habelə 

üzərində  onların  fəaliyyəti  nəticəsində  izləri  qalmış  əmək  alətləri  və  onların 

köməkliyi  ilə  yaradılmış  tikililər,  silahlar,  qablar,  paltarlar,  bəzək  əşyaları, 

incəsənət  əsərləri,  bütövlükdə  insan  əməyinin  fəaliyyəti  nəticəsində  meydana 

gəlmiş hər şey tarixi mənbədir. 

tarixi  sənəd

  -  qaya,  daş,  gil,  sümük,  ipək, 

papirus  və  s.  materiallar  üzərində  qədimdə  həkk 

olunmuş və alimlərin tarixi məlumat aldıqları yazılar. 

tarixşünaslıq

  -  tarix  elminin  tarixini  öyrənən 

elm. 


Tasit

  Korneli  (58  -  117)  -  Qədim  Roma 

tarixçisi;  "Tarix"  və  "Annallar"  əsərlərini  yazmışdır. 

Bu  əsərlərdə  bir  tərəfdən  Parfiya  və  Qafqaz  ölkələri,  digər  tərəfdənsə  Roma  ilə 

münasibətlərin tarixi haqqında qiymətli məlumatlar vardır. 



Tasman

  Abel  Yanszon  (1603  -  59)  -  holland  dəniz  səyyahı,  Okeaniya  və 

Avstraliyanın  tədqiqatçısı.  Onun  adı  ilə  adlandırılmış  adanı,  Yeni  Zelandiyanın 

qərb sahilini, Fici və Tonqa adalarını kəşf etmişdir. 1644-cü ildə sübut etmişdir ki, 

Avstraliya vahid quru massividir. 




377 

 

tatlar



 - Azərbaycan Respublikası (8 min nəfərə yaxın) və Dağıstan (Rusiya 

Federasiyası; 7 min nəfərə yaxın) ərazilərində yaşayan  xalq. Dili - tat dilidir, İran 

dilləri  qrupuna  aiddir.  V  -  VI  əsrlərdə  tatlar  İrandan  Sasanilər  tərəfindən,  əsasən 

Xəzərin  sahil  rayonlarına  -  Abşeron  yarımadasından  Dərbəndə  kimi 

köçürülmüşdür. 

tayfa 

- bir yerdə yaşayan, eyni dildə danışan və eyni  adətləri olan bir neçə 

qəbilənin ittifaqı tayfanı əmələ gətirirdi. Tayfanın ümumi məsələlərini həll etmək 

üçün  qəbilə  icmalarının  ağsaqqallar  şurası  yığılırdı.  Qəbilələrin  ağsaqqalları 

tayfanın  ağsaqqallar  şurasına  daxil  olurdu.  Çox  mühüm  məsələlərin  həlli  üçün 

ağsaqqallar xalq yığıncaqlarını çağırırdılar. Qohum tayfaların ittifaqı tayfa birliyini 

(ittifaqını) təşkil edirdi. 

Taypinlər üsyanı

 - 1850 - 64-cü illərdə Çində  mancurların  Sin sülaləsinə, 

yerli  feodalların  və  xarici  müstəmləkəçilərin  zülmünə  qarşı  baş  vermiş  kəndli 

müharibəsi.  Taypinlərə  ümumxalq  bərabərliyi  təbliğ  edən  kənd  müəllimi  Xun 

Sütsüan  başçılıq  edirdi.  Taypinlər  çox  böyük  əraziləri  tutmuşdular  və  Nankini 

dövlətlərinin  paytaxtı  ctmişdilər.  Xun  Sütsüan  isə  imperator  elan  olunmuşdu. 

Üsyan Çin - mancur feodallarının və ingilis - 

fransız 


amerikan 

müdaxiləçilərinin birləşmiş qüvvələri ilə yatırıldı. Xun Sütsüan özünü öldürdü. 

teatr

  (yun.  "tamaşa  üçün  yer",  "tamaşa")  -  e.ə.  V  əsrin  sonları  -  IV  əsrdə, 

demək  olar  ki,  yunan  şəhərlərinin  hamısında  açıq  səma  altında  teatrlar  inşa 

edilmişdir.  Afinada  teatr  Akropolun  yamacında  inşa  olunmuşdu  və  17 

min  tamaşaçı  tuturdu.  Teatr  tamaşaları  ildə  2  -  3  dəfə  təşkil  olunur  və  üç  gün 

ərzində  səhərdən-axşamadək  davam  edirdi.  Yunanıstanda  teatrı  "böyüklər  üçün 

məktəb" adlandırırdılar. 



Tehran konfransı

 - İkinci Dünya müharibəsi illərində üç müttəfiq dövlətin 

(Böyük  Britaniya,  SSRİ,  ABŞ)  rəhbərlərinin  -  U.Çörçill,  İ.Stalin,  F.Ruzveltin 

görüşü. Tehran konfransı İranın paytaxtı Tehran şəhərində 1943-cü il noyabrın 28-

dən  dekabrın  1-dək  olmuşdur.  Konfransda  Hitler  Almaniyasına  qarşı  müharibədə 

birgə  mübarizə  aparmaq  üçün  bəyanat  imzalanmışdır.  Eyni  zamanda,  Almaniya 

hərbi  qüvvələrinin  məhv  edilməsi  və  bir  sıra  hərbi  əməliyyatların  keçirilməsi 

planları razılaşdırılmışdır. Sovet  tərəfinin təkidi ilə 1944-cü ilin  mayında    Fransa  

ərazisində    İkinci    cəbhənin  açılması  qərara  alınmışdı.  SSRİ  Avropada  hərbi 

əməliyyatlar başa çatdıqdan sonra Hitler Almaniyasının müttəfiqi olan Yaponiyaya 

qarşı müharibədə iştirak etməyə hazır olduğunu bəyan etdi. 



tendensiyalı

  -  1)  müəyyən  təmayülə  tabe  olan;  2)  qərəzli,  qeyri-obyektiv, 

birtərəfli (məs.: hadisələrin birtərəfli işıqlandırılması). 



teokratiya

  -  siyasi  və  dini  hakimiyyətin  ruhanilərə  məxsus  olduğu  dövlət 

forması. 



termidor çevrilişi

 - 1794-cü il iyulun 27 - 28-də (respublika təqvimi ilə 2-ci 

ilin  9  termidoru)  yakobin  diktaturasının  süqutuna  səbəb  olmuş  və  Böyük  Fransa 

burjua inqilabına  son qoymuş əksinqilabi çevriliş. Çevrilişə J.Fuşe, J.L.Talyen və 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə