Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə189/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   185   186   187   188   189   190   191   192   ...   205

380 

 

Təbrizi 

Xətib (1030  -  1108) -  Azərbaycan  filosofu, ədəbiyyatçı  və  dilçisi. 

Xətib  Təbrizi  fəlsəfə,  məntiq,  sintaksis  və  ədəbiyyat  üzrə  orijinal  əsərlər 

yaratmışdır. 

Təbrizi  Qətran

  (1012  -  86)  -  Azərbaycan  şairi.  Azərbaycan  ədəbi 

İntibahının ilk nümayəndəsi. Əsas əsərləri lirik şerlər toplusundan ibarət "Divan"ı, 

eləcə  də  "Ət-təfsir"  (farsca)  izahlı  lüğətidir.  Öz  qəsidələrində  Azərbaycan 

hökmdarlarını  birliyə  və  dostluğa  çağıran  Qətran  Təbrizi  onların  birlikdə  əldə 

etdikləri zəfərləri tərənnüm etmişdir. 



Təbrizi Qövsi

 - XVII əsr Azərbaycan şairi. Şerlərində vətənə məhəbbəti və 

azadlığı  tərənnüm  etmişdir.  Təbrizinin  şerlərinin  dili  canlı  xalq  dilinə  yaxındır. 

Onun  divanının  (şerlər  toplusunun)  əlyazması  dünyanın  bir  çox  ölkələrinin 

muzeylərində saxlanılır. 

Təbrizi

  Mirzə  Məhəmmədəli  (1601  -77)  -  "Saib  Təbrizi"  təxəllüsü  ilə 

tanınmış  Azərbaycan  şairi;  120  min  beytdən  ibarət  yeddi  divanın  müəllifi. 

Şerlərində vətənin gözəlliyini tərənnüm etmişdir. 



Təbrizi  Übeyd

  (?  -  1308)  -  Azərbaycan  riyaziyyatçısı.  "Risalət  ül-hesab" 

("Hesab haqqında yazılar") əsərinin müəllifidir. 

təcavüz

 - bir dövlətin başqa dövlətin müstəqilliyi və ərazi bütövlüyünə qarşı 

hər hansı şəkildə hərbi qüvvə tətbiq etməsi. Siyasətdə "iqtisadi təcavüz" və "siyasi 

təcavüz" məfhumları da işlədilir. 



təftişçilik

  -  əsas  məqsədlərindən  biri  hər  hansı  təlimin,  nəzəriyyənin  əsas 

müddəalarını  yenidən  nəzərdən  keçirmək,  dəyişmiş  şəraitə  uyğun  olaraq  onun 

tənzimlənməsi  tərəfdarı  olan,  ona  prinsipial  dəyişikliklər  etmək  istəyən  ideya-

siyasi cərəyan. 



təhkimli

  -  torpaq  və  şəxsi  azadlığından  məhrum  olan,  yəni  feodaldan  həm 

torpaq,  həm  də  şəxsi  asıldığa  düşən  kəndli.  Təhkimli  kəndlilər  ağalarından 

tamamilə asılı idilər və öz əmlakları ilə sərbəst rəftar edə bilməzdilər, onlar torpağa 

təhkim olunmuşdular. Təhkimlilərin övladları və nəvələri də feodaldan şəxsən asılı 

idilər. 


təxliyə  (evakuasiya)

  -  1)  qoşunların  yerləşdikləri  (tutduqları)  ərazidən 

çıxarılması; 2) yaralıların və xəstələrin, eləcə də hərbi əmlakın, hər cür sərvət və s.-

nin hərbi əməliyyat rayonundan çıxarılması; 3) müharibə və ya təbii fəlakət zamanı 

təhlükəli rayonlardan və ya həmin ərazilərdə hər hansı tikinti işləri nəzərdə tutulan 

vaxt  əhalinin,  müəssisələrin,  idarələrin,  maddi  və  mədəni  sərvətlərin  oradan 

köçürülməsi. 

təkamül

  (ər.  "kamala  çatma",  "təkmilləşmə";  lat.  "evolutio"  -  "inkişaf 

etmə", "genişlənmə") - yeni keyfiyyətə keçidlə nəticələnən ləng, tədrici dəyişiklik. 

Təkamül və inqilab - evolyusiya və revolyusiya - cəmiyyətin və təbiətin inkişafının 

bir-biri ilə bağlı iki formasıdır. 

təkrar  istehsal

  -  istehsal  prosesinin  daim  təkrarlanması,  fasiləsiz  olaraq 

yeniləşməsi. 



381 

 

təkər

 - ox üzərində fırlanan disk və ya milləri olan çənbər, sağanaq. Təkər 

insanın  Qədim  Şərqdə  təxminən  4  min  il  bundan  əvvəl  köçəri  maldar  tayfalar 

tərəfindən edilmiş ən mühüm kəşflərindən biridir. 

Təqvim

 - bax: kalendar. 



"təmkinlilik"  doktrinası

  -  1946-cı  ildə  Amerika  politoloqu  C.Kennan 

tərəfindən irəli sürülmüşdür. Həmin  doktrinaya  görə, SSRİ-nin öz nüfuz dairəsini 

genişləndirməyə  yönəltdiyi  hər  bir  cəhdə  ABŞ  özünün  kəskin  reaksiyasını 

bildirəcək,  lakin  bu  zaman  ABŞ-ın  SSRİ-nin  daxili  işlərinə  qarışması  istisna 

olunurdu.  C.Kennan  güman  edirdi  ki,  bu  sayaq  "təmkinlilik"  yeni  dünya 

müharibəsinin qarşısını ala bilər. 

tənzimat

  -  tarixdə  XIX  əsrin  1839  -  70-ci  illərinin  əvvəllərində  Osmanlı 

imperiyasında  keçirilən,  Türkiyədə  feodalizmin  dağılmasını  və  kapitalist 

münasibətlərinin yaranmasını sürətləndirən islahatların adı. 



tənzimləmə

  -  nizama  salma,  əvvəl  mövcud  olmuş  qaydanın,  vəziyyətin 

bərpa  edilməsi  və  ya  yenisinin  yaradılması.  Dinc  tənzimləmə  -  beynəlxalq 

münaqişənin danışıqlar yolu ilə, tərəflərin razılaşması yolu ilə həll edilməsi. 



Tərəqqi

  -  ibtidaidən  aliyə  doğru,  sadədən  daha  mürəkkəbə  doğru  inkişaf 

istiqaməti; daha yetkinə doğru hərəkət, yeniliyə, yaxşılığa doğru dəyişiklik. 

tərk-silah

  -  müxtəlif  növ  döyüş  vasitələrinin  tam,  yaxud  qismən  ixtisarına 

səbəb ola biləcək və müharibənin başlanması təhlükəsinin aradan qaldırılması üçün 

şərait yaradan tədbirlər sistemi. 



təslim.  təslim  olma

  (kapitulyasiya)  -  müdafiə  olunan  obyektin  və  ya 

qoşunun  düşmənə  təhvil  verilməsi.  Təslim  olan  dövlətin  üzərinə  bir  sıra  siyasi, 

iqtisadi, hərbi və s. öhdəliklərin qoyulması ilə müşayiət edilir. 



tətil 

- fəhlələrin iqtisadi və siyasi tələblərinin ödənilməsi uğrunda bir və ya 

bir  neçə  müəssisədə  işin  kollektiv  dayandırılmasını  nəzərdə  tutan  mübarizə 

formalarından biri. 



təşviqat

 - kütlələrin siyasi fəaliyyətə cəlb edilməsi məqsədi ilə onların şüur 

və  əhval-ruhiyyəsinə  təsir  göstərən  kütləvi informasiya  vasitələri (mətbuat, radio, 

televiziya), şifahi çıxışlar və əyani vasitələrlə həyata keçirilən siyasi fəaliyyət. 



Tiberi Qrakx 

(e.ə. 162 - 133) - mənşəcə varlı plebey nəslindən idi. III Pun 

müharibəsi  zamanı  o,  e.ə.  146-cı  ildə  hamıdan  əvvəl  Karfagenin  divarları  üstünə 

çıxmış  və  buna  görə  qızıl  çələnglə  təltif  edilmişdir.  Bu  zaman  Romada  ucuz  qul 

əməyindən geniş istifadə edilməsi nəticəsində kəndlilər kütləvi surətdə var-yoxdan 

çıxmağa  başladılar.  Kəndlilərin  torpaqlarını  itirməsi  ilə  hərbi  xidmətə  çağırılan 

adamların sayı azaldı ki, bu da Roma qoşunlarının sayının aşağı düşməsinə səbəb 

oldu.  E.ə.  133-cü  ildə  Tiberi  Qrakx  xalq  tribunu  seçildi.  Kəndlilərin  var-yoxdan 

çıxmasının qarşısını almaq, Roma dövlətini və ordusunu möhkəmlətmək məqsədi 

ilə o, islahatlar keçirilməsini – varlıların artıq torpaqlarını alıb torpaqsız kəndlilərə 

paylamağı  təklif  etdi.  İri  torpaq  sahiblərindən  ibarət  olan  senat  bu  islahatların 

əleyhinə çıxdı. Bunu görən Tiberi senatdan yan keçərək xalq yığıncağı çağırdı və 




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə