Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə188/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   184   185   186   187   188   189   190   191   ...   205

378 

 

P.Barras  başçılıq  etmişlər.  Direktoriyanın  Termidor  hökuməti  yakobinlərin 



demokratik  ictimai  islahatlarını  ləğv  etdi,  qiymət  maksimumu  ləğv  olundu, 

əksinqilabi terror başlandı. 



terror 

-  qorxu,  zorakılıq,  eləcə  də  rəqib  tərəfi  məhv  etmək  siyasəti,  o 

cümlədən fiziki cəhətdən. 

terrorizm

  (dövlət)  -  digər  dövlətlərdəki  ictimai-siyasi  quruluşu  pozmaq 

üçün terror üsul və metodlarından istifadə edilməsi ilə bağlı dövlət siyasəti. Dövlət 

terrorizminə  hərbi,  siyasi  və  mənəvi-psixoloji  təzyiq,  şantaj  və  qorxutma, 

dövlətlərin  ərazi  bütövlüyü  və  suverenliyinin  pozulması  aiddir.  Siyasi  qətl,  adam 

oğurlamaq,  diversiya,  sabotaj  və  təcavüz  kimi  hərəkətlərdən  istifadə  edilir. 

Dövlətlərarası  münasibətlərdə  terrorizm  siyasəti  və  praktikası  BMT  tərəfindən 

(1984) pislənmişdir. 

Tevton ordeni

 (dəqiq adı - müqəddəs Tevtonlu Mariya evinin ordeni) - XII 

əsrin  sonlarında  səlib  yürüşləri  zamanı  Fələstində  əsası  qoyulmuş  alman  katolik 

ruhani-cəngavər  ordeni.  1198  -  1525-ci  illərdə  Baltiksahili  bölgədə  prusslardan, 

litvalılardan və polyaklardan tutulmuş ərazilərdə Tevton ordeni  dövləti yaradılmış 

və  mövcud  olmuşdur.  Qrünvald  döyüşündə  cəngavər  qoşunlarının  darmadağın 

edilməsindən sonra zəifləmiş və 1466-cı ildən Polşanın vassalı olmuşdur. 1525-ci 

ildə onun Baltik sahilindəki torpaqları Prussiya dünyəvi hersoqluğuna çevrilmişdir. 



Teymur

  (1336  -  1405)  –  qüdrətli  sərkərdə.  Müasir  Özbəkistanın 

ərazisindəki  Qaşqadərya  vilayətinin  Xoca  İlqar  kəndində  türkləşmiş  barlas 

tayfasında  hərbçi  ailəsində  anadan  olmuşdur.  Sağ  dizindən  və  çiynindən  aldığı 

yaradan ayağı qatlanmadığına görə ona "Teymurləng" (Topal Teymur -avropalılar 

onun adını Tamerlan  kimi söyləmişlər)  adını vermişlər. Özünün kübar nəslindən 

olmaması  və  fiziki  çalışmazlığına  baxmayaraq,  qabiliyyəti    sayəsində  monqol 

xanlığında  yüksək  mənsəblərə  çatmışdı.  Teymur  1370-ci  ildə  hökumət  başçısı 

olduqdan  sonra  xanı  devirərək        Cağatay        ulusunda  (Qaşqadərya  vilayətində) 

hakimiyyəti    ələ  keçirmişdir.  Bundan  sonra  o  özünü  Çingiz  xanın  birbaşa  varisi 

elan  etmişdir.  Növbəti  35  ildə  işğalçı  müharibələr  aparan  Teymur  yeni-yeni 

torpaqlar  tutmuş  və  dövlətin  öz  daxilində  hər  cür  müqaviməti  boğmuşdur.  Fəth 

edilmiş torpaqlardan qarət olunmuş bütün varidatı Teymur Səmərqəndə aparmışdır. 

1380  -  89-cu  illərdə  o,  İran,  Mesopotamiya,  Ermənistan  və  Gürcüstanı  tabe 

etmişdir.  1392-ci  ildə  İranda  başlanmış  üsyanı  yatıran  Teymur  öz  rəqiblərini 

ailələri  ilə  birlikdə  öldürmüş  və  şəhərlərini  yandırmışdır.  Teymur  1395-ci  ildə 

Rusda  Yelets  şəhərini  tutmuş,  amma  naməlum  səbəblərdən  geri  qayıtmışdır. 

Teymurun  hərbi  təşkilatçılığı  Çingiz  xanda  olduğu  kimi  idi.  Onun  qoşunlarının 

əsas zərbə qüvvələrini ox-kaman və qılıncla silahlanmış süvarilər təşkil edirdi, yük 

atlarında  isə  uzunmüddətli  yürüşlər  üçün  ləvazimat  daşıyırdılar.  1389-cu  ildə 

Hindistana soxulan Teymur Dehlini tutdu, dinc əhalini qırdı və Səmərqəndə apara 

bilmədiklərini  dağıtdı.  1398-ci  ildə  Panipat  yaxınlığındakı  döyüşdən  sonra 

Teymurun əmri ilə 100 min hindli əsgər məhv edildi. 1401-ci ildo Suriyanı tutan 



379 

 

Teymur  Dəməşqin  20  min  sakinini  öldürtdü.  O,  1402-ci  ildə  Osmanlı  sultanı  I 



İldırım  Bəyazidi  məğlubiyyətə  uğratdı.  Bundan  sonra  bir  çox  başqa  ölkələr 

Teymura xərac verdilər ki, onun qoşunlarının yürüşünə məruz qalmasınlar. Teymur 

hətta Misir sultanı və Bizans imperatoru İohandan da xərac almışdır. Öz miqyasına 

görə  Teymurun  dövləti  Çingiz  xanın  imperiyasına  bərabər  idi.  Səmərqənddəki 

sarayı isə sərvətlə doluydu. Buna baxmayaraq 69 yaşlı fateh Çinə müdaxilə etməyi 

qərara aldı, lakin düşündüklərini həyata keçirə bilmədi - 1405-ci il yanvarın 19-da 

öldü.  Vəsiyyətinə  uyğun  olaraq  Teymurun  dövləti  onun  oğlanları  və  nəvələri 

arasında  bölündü. Teymurun  mavzoleyi  -  Qur  Əmir  -  bu  gün də  Səmərqəndin ən 

məşhur memarlıq abidələrindən biridir. tezis - əsas müddəa.  

Təbii hüquq 

- insanın təbiətindən gələn  və ictimai şəraitdən asılı olmayan 

prinsip  və  hüquqlar  məcmusunu  bildirən  məfhum.  Təbii  hüquq  ideyası  antik 

dövrdə inkişaf etdirilmişdi  (Aristotel, Siseron). Təbii hüquq XVII - XVIII əsrlərdə 

burjuaziyanın feodalizmə və mütləqiyyətə qarşı mübarizəsində bir alət kimi xüsusi 

ictimai  əhəmiyyət  kəsb  etmişdir.  Con  Lokk,  Tomas  Hobbs,  Jan  Jak  Russo,  Şarl 

Monteskyö, Dcni Didro və b.-nın əsərlərində inkişaf etdirilmişdi. 

təbliğat

  -  siyasi,  fəlsəfi,  elmi,  bədii  və  digər  ideyaların  ictimai  şüura 

yeridilməsi və kütləvi praktik fəaliyyətin aktivləşdirilməsi məqsədi ilə yayılması. 

Təbriz üsyanı

 (1920) - 1920-ci il aprelin 7-nə keçən gecə Təbrizdə ingilis 

işğalçılarına, şah rejiminə və 1919-cu ildə imzalanmış qeyri-bərabər İngiltərə - İran 

müqaviləsinə  qarşı  yönəlmiş  silahlı  üsyan  başlandı.  1917-ci  il  avqustun  24-də 

yaradılmış  Azərbaycan  Demokrat  Partiyası  (ADP)  şeyx  Məhəmməd  Xiyabaninin 

başçılığı  ilə  üsyana  rəhbərlik  edirdi.  Üsyanda  əhalinin  demokratik  dəyişikliklər 

tələb  edən  müxtəlif  təbəqələri  iştirak  edirdi.  Üsyançılar  iki  gün  ərzində  bütün 

hökumət  müəssisələrini  tutdular.  Xiyabani  Cənubi  Azərbaycanı  "Azadistan" 

adlandırdı.  1920-ci  il  mayın  10-da  Xiyabaninin  tələbi  ilə  ingilis  sipahiləri 

Təbrizdən  çıxarıldı.  Üsyan  tədricən  Cənubi  Azərbaycanın  və  İranın  digər 

şəhərlərinə  də  yayıldı.  1920-ci  il  iyunun  24-də  Təbrizdə  Xiyabani  başda  olmaqla 

Milli Hökumət yaradıldı. Milli Hökumət bütün İran məmurlarını Təbrizdən çıxardı. 

Hökumət şəxsiyyət və xüsusi mülkiyyət toxunulmazlığı prinsiplərini elan etdi, şah 

rejimini devirmək və respublika təsis etmək, geniş demokratik dəyişikliklər həyata 

keçirmək  və  gələcək  demokratik  İran  çərçivəsində  Cənubi  Azərbaycanın 

muxtariyyətinə  nail  olmağı  qarşısına  məqsəd  qoydu.  Şah  qoşunları  bilavasitə 

ingilislərin  rəhbərliyi  altında  Təbrizdə  üsyanı  yatırmaq  üçün  hazırlıq  işlərinə 

başladılar.  Eyni  zamanda,  üsyançıları  arxayın  salmaq  məqsədi  ilə  şah  hökuməti 

Xiyabaninin  milli  hökuməti  ilə  danışıqlar  aparırdı.  1920-ci  il  sentyabrın  12-də 

hökumət qoşunları və rus kazak hissələri hücuma keçərək sentyabrın 14-də Təbrizi 

tutdular,  Xiyabani  öldürüldü.  Təbriz  tutulduqdan  sonra  inqilabi  hərəkat  Cənubi 

Azərbaycanın digər ərazilərində də yatırıldı. 



Təbrizi 

Fələki  Əla  XIII  -  XIV  əsrlər  Azərbaycan  riyaziyyatçısı.  Əsas 

əsərləri: "Səadətnamə" və "Qanun əs-səadət". 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə