Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə184/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   180   181   182   183   184   185   186   187   ...   205

370 

 

dağıdılması  və  yandırılmasına  həsr  olunmuş  kiçik  poemanı  xüsusilə  qeyd  etmək 



lazımdır. Şikəstə Şirin Cənubi Qafqaz xalqlarını dostluğa və qardaşlığa çağırırdı. 

Şimali  Almaniya  ittifaqı

  -  1866  -  71-ci  illərdə  Mayn  çayından  şimalda 

Prussiyanın hegemonluğu ilə onun Avstriya - Prussiya müharibəsində qələbəsindən 

(bax: Sadova) və Almaniya ittifaqını ləğv etməsindən sonra 22 alman dövlətindən 

təşkil  olunmuş  federativ  dövlət.  Şimali  Almaniya  ittifaqına  daxil  olan  bütün 

dövlətlər  monarxiya  üsuli-idarəsini,  özlərinin  sülalə  və  hökumətlərini,  ayrı-ayrı 

ordularını,  qanunları  və  məhkəmə  qaydalarını  qoruyub  saxlamışdılar.  Şimali 

Almaniya ittifaqı alman dövlətlərinin Prussiyanın başçılığı altında vahid Almaniya 

imperiyasında birləşməsinin birinci mərhələsi idi.

 

Şimali Amerikada istiqlaliyyət uğrunda müharibə 

- 1775 - 83-cü illərdə 

13  ingilis  koloniyasının  azadlıq  müharibəsi  baş  verdi  və  nəticədə  müstəqil  ABŞ 

dövləti meydana gəldi. Tamamlanmamış burjua inqilabı xarakterli idi. 1775-ci ilin 

aprelində  Konkord  və  Leksinqton  yaxınlığındakı  döyüşlərlə  başlamışdır.  1776-cı 

ildə  ABS-ın  İstiqlaliyyət  bəyannaməsi  qəbul  edilmişdi.  Amerika  ordusu  baş 

komandan  Corc  Vaşinqtonun  başçılığı  ilə  Saratoqa  (1777)  və  Yorktaun  (1781) 

yaxınlığında  ingilis  qoşunları  üzərində  həlledici  qələbələr  əldə  etdi.  1783-cü  il 

Versal  sülh  müqaviləsinə  görə,  Böyük  Britaniya  ABŞ-ın  müstəqilliyini  tanıdı. 

Müharibə  nəticəsində  kapitalizmin  inkişaf  etməsi  üçün  mühüm  ilkin  müqəddəm 

şərait yarandı, ABŞ-ın cənubunda quldarlıq saxlanıldı. 



"Şiraz qonaqlığı"

 - Fətəli xan Əfşara qarşı mübarizədə bir sıra Azərbaycan 

xanları İran hökmdarlığına iddia edən Kərim xan Zəndə kömək edirdilər. Fətəli xan 

Əfşarı  əsir  götürdükdən  sonra  Kərim  xan  Zənd  1763-cü  ildə,  guya,  qələbənin 

şərəfinə  bayram  keçirilməsi  adı  ilə  ona  kömək  göstərən  xanları  Şiraza  ziyafətə 

dəvət etmişdir. Onun qonaqları arasında qarabağlı Pənahəli xan, xoylu Şahbaz xan 

və  digər  xanlar  da  olmuşdur.  Kərim  xan  Zənd  qardaşı  edam  olunan  yerdə  Fətəli 

xan Əfşarı edam etdirdi. Ziyafətə dəvət edilənlər isə faktik olaraq öz xanlıqlarından 

təcrid  edilmiş  və  Kərim  xan  Zəndin  əsiri  olmuşlar.  "Şiraz  qonaqlığı"  belə  başa 

çatmışdır. 

Şirvan

  -  Azərbaycanda  tarixi  vilayət  və  dövlət.  Şirvan  vilayətinin  adı 

mənbələrdə  III  əsrdən  çəkilir.  VII  -  VIII  əsrlərdən  Şirvan  ərəblərin  hakimiyyəti 

altında olmuşdur. 761-ci ildə Şirvan dövləti şirvanşahlar tərəfindən idarə olunurdu. 

1538-ci  ildən  Şirvan  Səfəvilər  dövlətində  bəylərbəyilik  idi.  1748-ci  ildə  yaranmış 

müstəqil Şirvan xanlığı 1805-ci ildə Rusiya tərəfindən işğal olunmuşdur. 

Şirvani Əfzələddin Xaqani - bax: Xaqani. 

Şirvani

  Hacı  Zeynalabdin  (1780  -  1838)  -  Azərbaycan  coğrafiyaşünas-

səyyahı,  etnoqraf,  tarixçi  və  şair.  Şirvani  37  ilə  yaxın  Qafqaz,  İran,  Türkiyə, 

Əlcəzair,  Misir,  Sudan  və  Hindistanda  səyahətdə  olmuşdur.  Bu  səyahətlərini  o, 

"Büstanüs-səyahə"  ("Səyahət  bağı")  və  "Riyazus-səyahə"  ("Cənnət  bağı 

səyahətləri";  farsca)  əsərlərində  təsvir  etmişdir.  Həmin  kitablarda  Şirvani  olduğu 



371 

 

ölkələrdə  gördüyü  xalqlar  təsərrüfatı  və  mədəniyyəti,  məişət  və  adətləri  barədə 



maraqlı təsvirlər verir. Şirvaninin şerləri "Divan"ında toplanmışdır. 

Şirvani  Seyid  Əzim

  (1835  -  88)  -  ən  böyük  Azərbaycan  şair  və 

maarifçilərindən  biri.  Şamaxıda  ruhani  ailəsində  anadan  olmuş  və  özü  də  ruhani 

rütbəsi almışdır. Təhsilinin davamı məqsədi ilə Misir, Suriya və Hicaza (Ərəbistan) 

gedən  S.Ə.Şirvani  qayıtdıqdan  sonra  ruhani  rütbəsindən  imtina  etmişdir. 

S.Ə.Şirvani XIX əsrin 70-ci illərində Şamaxıda Azərbaycanda ilk dünyəvi məktəb 

açmışdır.  S.Ə.Şirvani  ilk  Azərbaycan  qəzeti  olan  "Əkinçi"  ilə  sıx  əməkdaşlıq 

etmişdir.  S.Ə.Şirvani  Şamaxıda  yaradılmış  ədəbi  məclisin  başçısı  olmuşdur. 

Azadfikirli  baxışlarına  görə  rus  məmurları  dəfələrlə  S.Ə.Şirvanini  məktəbdə  dərs 

keçməkdən  uzaqlaşdırmışlar.  S.Ə.Şirvaninin  ədəbi  irsinə  minədək  qəzəl,  üç  yüzə 

yaxın  təmsil  və  hekayə  daxildir.  Sonunculardan  ən  geniş  yayılmışları  "Qafqaz 

müsəlmanlarına  xitab"  poetik  müraciəti,  "Zahidin  nağılı",  "Xan  və  dehqan", 

"Xəsis",  "İnkir  və  Münkir"  hekayəsi  və  s.-dir.  S.Ə.Şirvani  məsciddən  çıxarkən 

öldürülmüşdür. 



Şirvani Zülfüqar

 (1190 - 1245) - Azərbaycan şairi. 



şirvanşah

  -  Şirvan  hökmdarlarının  titulu.  Şirvanşah  sülalələri  bunlardır: 

Məzyədilər (799 - 1027), Kəsranilər (1027 - 1382), Dərbəndilər (1382 - 1538). 



Şirvanşahlar  dövləti

  —  Azərbaycanın  şimal-şərqində,  Şirvan  vilayətində 

Şirvanşahlar  dövləti  (861  -  1538).  861-ci  ildə  Ərəb  xilafətinin  dağılması 

nəticəsində  Məzyədilər  sülaləsindən  olan  Heysəm  ibn  Xalid  tərəfindən 

yaradılmışdır.  Şirvanşah  Məzyədilər,  Kəsranilər  və  Dərbəndilər  sülalələri 

tərəfindən idarə olunurdu. 1538-ci ildə I Təhmasib tərəfindən tutulmuş və Səfəvilər 

dövlətinin tərkibinə daxil edilmişdi. 



Şirvanşahlar  sarayı

  -  şirvanşahların  Bakıdakı  sarayı,  orta  əsrlər 

Azərbaycan memarlıq abidəsi (XV əsr). Üç saray ətrafında 

ansambl  belədir:  saray,  divanxana,  türbə,  Seyid  Yəhya 

Bakuvinin  mavzoleyi,  minarəli  məscid,  Şərq qapıları və s. 

Bu  orta  əsrlər  memarlıq  şedevrində  isə  hökm  çıxarılan  və 

saray  əyanlarının  yığıncağı  keçirilən  divanxana  xüsusilə 

fərqlənir. Divanxananın və türbənin portal və divarları daş üzərində incə oyma ilə - 

yazı və naxışlarla bəzədilmişdir. 



Şiva 

- hinduizmdə  üç baş    allahdan (Brahma  və  Vişnu  ilə    yanaşı) biri. 

Mənşəcə  arilərə  qədərki    allah  olub,  bərəkət  kultu      ilə  bağlıymış.  Qəzəbli   

görkəmdə, çox vaxt müqəddəs rəqsi ifa edərkən və ya tərki-dünya zahid kimi təsvir 

olunur. 

Şliman  Henri

  (1822  -  90)  -  alman  arxeoloqu.  Homerin  "İliada" 

poemasındakı  məlumatları  əsas  götürən  Şliman  axtarışlara  başlamış  və  son 

nəticədə  Troyanın  xarabalıqlarını  aşkar  etmişdir.  Bu  xarabalıqlar  Kiçik  Asiyanın 

Aralıq  dənizi  sahillərindəki  Hissarlıq  təpəliyi  yaxınlığında  (indiki  Türkiyə 

ərazisində)  yerləşir. Qazıntılar zamanı Şliman qədim  şəhərin  nəinki bir, hətta  altı 




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə