Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə181/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   177   178   179   180   181   182   183   184   ...   205

364 

 

şəcərə

 

-  bir  qəbilənin,  tayfanın  nəsillərinin  mənşəyini  və  qohumluq 



dərəcələrini  müəyyənləşdirən  siyahısı.  Şəcərə  bəzən  nəsil  şəcərəsi  formasında 

təsvir edilir. 



Şəddadilər

 

-  Şəddadilər  dövlətində  hakim  sülalə  (971  -  1075).  Sülalənin 



banisi  Məhəmməd  ibn  Şəddaddır.  1075-ci  ildə  Şəddadilər  sülaləsi  və  dövlətinin 

hakimiyyəti səlcuq türkləri tərəfindən ləğv edilmişdir. 



Şəddadilər  dövləti

 

-  Azərbaycanın  şimal-



şərqində  dövlət  (971  -  1075).  Mənşəcə  kürd  olan 

Məhəmməd ibn Şəddad 951-ci ildən, sonra isə onun 

oğlanları tədricən Salarilərin Azərbaycanın şimal və 

şimal-qərbindəki  torpaqlarını  tutmağa  başlamışlar. 

971-ci  ildə  Gəncəni  tutan  Şəddadilər  bu  şəhəri 

özlərinə  paytaxt  edib  Şəddadilər  dövlətinin  əsasını 

qoydular.  Bir  qədər  keçdikdən  sonra  əvvəllər 

Salarilərin  olmuş  Arranın  xeyli  hissəsi  və 

Ermənistanın  şərqi  Şəddadilərin  əlinə  keçdi. 

Şəddadi  hökmdarı  I  Fəzl  ibn  Məhəmməd  1027-ci  ildə  Araz  üzərindən  Xudafərin 

körpüsünü  saldırmışdır.  Onun  dövründə  Şirvanşahlar  və  Rəvvadilərlə  də  dostluq 

əlaqələri  yaradılmışdır.  Əbdüsüvar  Şavurun  hakimiyyəti  illərində  Şəddadilər 

Gürcüstanla  və  onunla  müttəfiq  olan  Şirvanşahlar  dövləti  ilə  müharibələr 

etmişdilər.  Gürcü  çarı  1062-ci  ildə  alanlara  Şəddadilər  dövlətinə  hücum  etmək 

üçün  Gürcüstan  ərazisindən  keçməyə  icazə  verdi.  Gəncənin  müdafiə  qabiliyyətini 

möhkəmlətmək  məqsədi  ilə  Şavur  onun  ətrafında  qala  divarlarının  inşasına  və 

xəndək  qazılmasına  göstəriş  vermişdi.  1063-cü  ildə  möhkəm  şəhər  qala  qapıları 

qurulmuşdu. 1075-ci ildə  Şəddadilər dövləti səlcuqlar tərəfindən tutulmuş  və ləğv 

olunmuşdu. 

şəhid

  —  1)  islamda  —  "din  uğrunda  özünü 

qurban  vermiş,  əzablı  ölümlə  həlak  olmuş  adam";  2) 

Azərbaycan  Respublikasında  Qarabağ  müharibəsində 

qəhrəmancasına həlak olanları da şəhid adlandırırlar; 3) 

şahid. 


Şəhrdarlar

  -  Sasanilar  dövlətində  hakim  sülalə 

nümayəndələrindən təyin olunmuş vilayət canişinləri. 

şəhər-dövlət

  (yun.  "polis")  -  ilk  şəhər-dövlətlər  Qədim  Misirdə  və 

Mesopotamiyada  meydana  gəlmişdir.  Şəhər-dövlətin  ərazisi  şəhəri  və  ətraf 

kəndləri əhatə edirdi və çox da böyük deyildi; onun bir başından o biri başına hətta 

bir  neçə  saata  getmək  mümkün  olurdu.  Hər  şəhər-dövlətin  öz  hökuməti  və  ya 

hökmdarı, qoşunu, xəzinəsi, qanunları var idi; onların hərəsi öz pulunu zərb edirdi. 

Şəhər-dövlətlər  Qədim  Yunanıstanda  da  var  idi.  Bunlardan  ən  iriləri  Afina  və 

Sparta idi. 




365 

 

şəhər islahatı

  (Şimali  Azərbaycanda)  -  çar  hökuməti  tərəfindən  1870-ci  il 

iyunun  16-da  qəbul  olunmuş  "Şəhər  qaydaları"  əsasında  keçirilmiş  şəhər  islahatı; 

guya,  yerli  əhali  buna  "hazır  olmadığından"  Bakıya  yalnız  1878-ci  ildə  şamil 

edildi.  Burada  yaradılmış  şəhər  dumasına  seçmək  hüququ  müəyyən  əmlak  və  yaş 

senzi  (25  yaş)  ilə  məhdudlaşdırılmışdı.  Praktik  olaraq  Bakı  şəhər  Dumasına 

keçirilən seçkilərdə şəhər əhalisinin yalnız 2 - 3%-i iştirak etmişdi. Şəhər dumasına 

seçilən  "qeyri-xristianlar"  üçün  limit  qoyulmuşdu,  belə  ki,  seçilən  müsəlmanların 

sayı  deputatların  ümumi  sayının  yarısından  artıq  olmamalı  idi.  Şəhər  dumasının 

fəaliyyəti sırf təsərrüfat məsələləri ilə məhdudlaşdırılırdı, amma bu məsələlərin də 

həllinə  qubernator  tərəfindən  nəzarət  edilirdi.  Şəhər  islahatı  bir  qədər  ixtisar 

olunmuş  halda  1897-ci  ildə  Yelizavetpol  (Gəncə),  Şuşa,  Şamaxı,  Lənkəran,  Quba 

və Şimali Azərbaycanın bir sıra başqa şəhərlərində də keçirildi. 



şəhər soveti

 (şurası) - senyorlarla mübarizə dövründə müstəqillik əldə etmiş 

şəhərlərdə ali seçkili özünüidarə orqanı. 

Şəhərcik

 - möhkəmləndirilmiş qədim məskən və ya şəhər qalıqları. Mədəni 

təbəqə olması ilə qeydə alınır. Şəhərciklər bütün ölkələrdə məlumdur və  müxtəlif 

dövrlərə  aiddir.  Şəhərciklərin  arxeoloji  tədqiqi  tarixin  bərpa  edilməsi  üçün  son 

dərəcə mühümdür. 

şəxsi  asılılıq

  –  şəxsi  azadlığını  itirən  və  feodaldan  asılı  vəziyyətə  düşən 

kəndli.  Erkən  orta  əsrlərdə  müdafiə  olunmaq  üçün  feodala  müraciət  edən  kəndli 

onun tabeliyinə keçməli və ya torpaq payını himayədarın mülkiyyətinə verməli idi. 

Belə  kəndlilər ağadan tamamilə asılı  idilər  və  əmlakları  ilə  istədikləri  kimi rəftar 

edə  bilməzdilər.  Bu  kəndlilərin  uşaqları  və  nəvələri  də  torpaq  sahibindən  şəxsi 

asılılıqda qalırdılar. 

şəxsiyyət

  -  özünün  sosial-müqəddəm  və  fərdi  ifadəli  keyfiyyətləri  olan 

adam. 

Şəxsiyyətə  pərəstiş

  -  bir  adamın  (şəxsiyyətin)  rolunun  süni  şəkildə 

böyüdülməsi  və  ucaldılması,  ona  fövqəltəbii  keyfiyyətlər  şamil  edilməsi,  tarixin 

gedişinə onun təsiredici qüvvəyə malik olmasının iddia edilməsi. SSRİ-də Stalin və 

Brejnevin,  Çində  Mao  Tszedunun  şəxsiyyətinə  pərəstiş  mövcud  olmuşdur.  Başqa 

ölkələrdə də ayrı-ayrı şəxslərə pərəstiş edilirdi. 



şəkər

  -  ilk  dəfə  Qədim  Hindistanda  şəkər  qamışından  istehsal  edilməyə 

başlanılmışdı.  Hindistanda  o,  "şakkara"  adlanırdı.  "Şəkər"  adı  ilə  Şərqə,  "saxar", 

"tsukor", "şuqa" adı ilə Avropaya daxil olmuşdur. 



Şəki  (Nuxa)  xanlığı

  -  Şimali  Azərbaycan  ərazisində  1743  -  44-cü  illərdə 

Nadir  şaha  qarşı  baş  vermiş  Şəki  üsyanı  zamanı  Hacı  Çələbi  Qurban  oğlu 

tərəfindən  əsası  qoyulmuş  xanlıq.  Hacı  Çələbi  1741-ci  ildə  Şəkinin  vəkili 

seçilmişdi, lakin şahın məliyi Nəcəf Nadir şaha xəbər göndərmişdir ki, Hacı Çələbi 

şah  fərmanlarının  icra  olunmasına  maneçilik  törədir.  Nadir  şah  Hacı  Çələbini 

yanına çağırtdırmış və əmr vermişdir ki, onu edam eləsinlər, lakin Hacı Çələbi onu 

inandıra  bilmişdir  ki,  məlik  Nəcəf  pis  işlərlə  məşğul  olur.  Şəkiyə  qayıdan  Hacı 




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə