Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə179/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   175   176   177   178   179   180   181   182   ...   205

360 

 

nümunə  və  təqdir  kimi,  insanın  və  cəmiyyətin  həyatının  bütün  problemlərini  həll 



etmək  üçün  maddi  mənbə  kimi  nümunə  sayılır.  Sünnə  Məhəmməd  peyğəmbərin 

davranışından,  deyimlərindən  və  deyimsiz  bəyəndiklərindən  ibarətdir.  Sünnə 

nəsildən-nəslə şifahi ötürülürdü və sünnilərdə hədis, şiələrdə isə xəbər kimi qeydə 

alınmışdır.  Allaha  hansı  davranışın  xoş  gəlməsi  barədə  Qurandan  sonrakı  mənbə 

kimi  sünnəyə  hörmətlə  yanaşılır.  Sünnənin  öyrənilməsi  müsəlman  təhsilinin 

mühüm  hissəsidir.  Müsəlmanlarda  adi  danışıqda  sünnə,  sadəcə,  doğru,  düzgün, 

müvafiq  hərəkət  mənasını  verə  bilər.  Bununla  əlaqədar  olaraq  bir  sıra  müsəlman 

ölkələrində "sünnə" sözü "sünnət adət" mənasında işlədilir.

 

Süveyş 

böhranı

 

(1956) 


Misir  tərəfindən  Süveyş  kanalının 

milliləşdirilməsi  İngiltərə,  Fransa  və  İsrail  tərəfindən  Misirə  qarşı  təcavüz 

edilməsinə  bəhanə  oldu.  Misir  xalqının  qətiyyətli  müqaviməti  və  sülhsevər 

qüvvələrin  dəstəyi  təcavüzkarları  hərbi  əməliyyatları  dayandırmağa  məcbur  etdi. 

1956-cı  ilin  dekabrında  İngiltərə  və  Fransa,  1957-ci  ilin  martında  isə  İsrail  öz 

qoşunlarını Misirin ərazisindən çıxardılar.

 

syoqun 

-  1192  -  1867-ci  illərdə  Yaponiyada  hərbi-feodal  hakimlərin 

titulları; onların dövründə imperator sülaləsinin real hakimiyyəti yox idi.

 

 



Ş 



 

Şabran

 

-  Şirvanda  orta  əsr  şəhəri  və  eyniadlı  vilayətin  mərkəzi.  Əsası  VI 

əsrdə  qoyulmuşdur.  Şirvanşahlar  dövlətinin  tərkibinə  daxil  idi.  XVIII  əsrin 

əvvəllərində 

osmanlılar 

tərəfindən 

dağıdılmışdır. 

Şabranın  xarabalıqları  Quba  şəhərindən  25  km  cənub-

şərqdə yerləşir.

 

şaduf



 

-  yüksəklikdə  yerləşən  tarlaları  suvarmaq 

üçün  suyu  qaldırmaq  vasitəsi.  E.ə.  II  minilliyin 

ortalarında  Qədim  Misirdə  ixtira  edilmişdir.  Şaduf  yerə 

basdırılmış  dirək  və  hərəkət  etdirilən  şüvüldən  ibarət  imiş.  Onun  bir  başına  daş, 

digər tərəfinə isə tuluq - dəri vedrə bərkidərmişlər.

 

şah 

("hökmdar",  "ağa")  -  bir  sıra  Yaxın  Şərq  və  Ön  Asiya  ölkələrində 

monarxın titulu. İlk dəfə Sasanilər dövlətində istifadə olunmuşdur.

 

şahmat 

-  Qədim  Hindistanda  yaranmış  oyun.  Əvvəllər  "dörd  qoşun  növü" 

adlandırılan  oyunda  hind  ordusunun  tərkibi  və  döyüş  düzümü  əks  etdirilirdi. 

Hazırda  bir  qədər  dəyişdirilmiş  formada  çox  populyardır.  Oyunun  adı  isə  farsca 

"şah öldü" deməkdir.

 

şahı 

- XVI əsrdə Azərbaycanda dövriyyədə olmuş sikkə. 50 dinara bərabər 

tutulurmuş.

 

şahənşah



 

(far. "şahlar şahı") - Sasanilər dövründə İran şahlarının titulu.

 

Şamaxı  (Şirvan)  xanlığı

 

-  XVIII  əsrin  ortalarında  Şimali  Azərbaycan 

ərazisində  Hacı  Məhəmmədəli  bəy,  habelə  Məhəmməd  Səid  və  Ağası  qardaşları 



361 

 

tərəfindən  yaradılmış  xanlıq.  İlk  vaxtlar  xanlıq  Məhəmmədəli  xan  (iqamətgahı 



Yeni  Şamaxı),  Məhəmməd  Səid  və  Ağası  qardaşları  (iqamətgahları  Şamaxı) 

tərəfindən  idarə  edilirdi.  Bu  cür  ikihakimiyyətlilik 

xanlığı  zəiflədirdi.  1763-cü  ildə  Məhəmməd  Səid  Yeni 

Şamaxını  tutdu  və  Məhəmmədəli  xanı  əsir  götürdü. 

Şamaxı  xanlığın  mərkəzi  oldu.  Az  sonra  Məhəmməd 

Səid  xanla  şəkili  Hüseyn  xan  arasında  kəskin  ixtilaf 

yarandı.  Bundan  istifadə  edən  Fətəli  xan  Şamaxı 

xanlığını  tutub  torpaqlarını  bölüşdürmək  haqqında  Hüseyn  xanla  saziş  bağladı. 

1767-ci  ildə  Məhəmməd  Səid  xan  və  Ağası  xan  müttəfiq  qoşunları  tərəfindən 

məğlub  edildi.  Şamaxı  xanlığının  qərb  hissəsi  Şəki  xanlığının  tərkibinə,  digər 

hissəsi  isə  Quba  xanlığının  tərkibinə  daxil  oldu.  Şəkili  Hüseyn  xan  Ağası  xanın 

gözlərini çıxartdırdı, Fətəli xan isə Məhəmməd Səid xanı Dərbəndə sürgün etdi. Az 

sonra müttəfiqlər arasında başlanmış narazılıq onunla nəticələndi ki, şəkili Hüseyn 

xan şamaxılı Ağası xanla barışdı. 1768-ci ildə Hüseyn xan Fətəli xanla müharibəyə 

başladı,  ancaq  məğlub  oldu  və  onun  tabeliyində  olan  Şamaxı  torpaqları  da  Fətəli 

xanın  sərəncamına  keçdi.  Şamaxılı  Ağası  xan  1114-cü  ildə  müttəfiq  qoşunları  ilə 

birlikdə  Gavduşan  savaşında  iştirak  etdi  və  Fətəli  xan  bu  döyüşdə  məğlub  oldu. 

Lakin  Fətəli  xan  sonralar  rus  qoşunlarının  köməkliyi  ilə  müttəfiqləri  məğlub  edə 

bildi.  Şamaxı  xanlarının  hakimiyyətinin  bərpası  yalnız 

1790-cı  ildə  Şəki  xanının  köməkliyi  ilə  mümkün  oldu. 

Ağa Məhəmməd xan Qacarın 1795-ci ildə Azərbaycana 

müdaxiləsi  zamanı  İran  qoşunları  Şamaxı  xanlığına  da 

soxuldular.  Şamaxı  xanı  Mustafa  xan  Şamaxı  əhalisini 

Fitdağdakı  alınmaz  qalaya  köçürdü  və  1796-cı  ilin 

fevralına  qədər  orada  qaldı.  Şəki  xanı  ilə  sazişə  girən 

İran  qoşunları  Şamaxını  tutdu.  Ağa  Məhəmməd  xan 

Qacar  tərəfindən  Şamaxı

 

hakimi  təyin  edilən  Mustafa 



xan  Dəvəli  bir  qədər  sonra  yerli  əhali  tərəfindən 

öldürüldü.  General  Zubovun  başçılığı  ilə

 

1796-cı  ildə 



rus  qoşunlarının  yürüşü  zamanı  Zubov  Şamaxı  xanı  Mustafa  xana  məktub  və 

hədiyyələr  göndərdi  və  cavab  aldı

 

ki,  xanın  özü  generalı  qarşılamağa  çıxacaq. 



Lakin 1797-ci ildə rus qoşunları Azərbaycandan çıxarıldı. Rus qoşunları tərəfindən 

Car-Balakən camaatı, Gəncə  xanlığı tutulduqdan  və 1805-ci ildə Qarabağ və Şəki 

xanları  ilə

 

Kürəkçay  müqavilələri  imzalandıqdan  sonra  1804  -  12-ci  illər  1-ci 



Rusiya  -  İran  müharibəsi  şəraitində  növbə  Şamaxı  xanlığına  çatdı.  Şamaxılı 

Mustafa xana məktub göndərən general Sisianov ona vəd verdi ki,

 

əgər o, könüllü 



şəkildə  Rusiya  hakimiyyəti  altına  keçsə,  xanın  yerli  özünüidarədəki  bütün 

hüquqları  qorunub  saxlanacaq.  Vaxtı  uzatmağa  çalışan  Mustafa  xan  Sisianovun 

qarşısında  bir  sıra  şərtlər  qoymaqla  yanaşı,  rus  qoşunlarının  Kürəkçaydakı 

düşərgəsinə  gəlməkdən  imtina  etdi.  Belə  olduqda  isə  Sisianov  Qarabağ  və  Şəki 




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə