Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə178/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   174   175   176   177   178   179   180   181   ...   205

358 

 

vermişdir.  Streles  qoşunları  I  Pyotr  tərəfindən  nizami  ordu  yaradılması  ilə  ləğv 



olunmuşdur. 

Stüartlar

  -  Şotlandiya  (1371  -  1714)  və  İngiltərədə  (1603  -  49,  1660  - 

1714) kral sülaləsi. 

Suasson 

-  486-cı  ildə  Suasson  yaxınlığındakı  döyüşdə  Xlodviqin  başçılığı 

ilə  salik  (sahil)  franklarının  qoşunları  Qalliyada  keçmiş  Roma  canişininin 

qoşunlarını  darmadağın  etdi  və  bundan  sonra  franklar  Qalliyanın  Çox  hissəsini 

özlərinə tabe etdilər. 

subsidiya

  -  pul  müavinəti,  pul  yardımının  göstərilməsi.  Ssudadan  forqli 

olaraq subsidiya geriyə qaytarılmır. 

sultan

  -  müstəqil  dini  hökmdarın  titulu.  Quranda  "sultan"  titulu 

"hakimiyyət",  "qüdrət",  "əzəmət"  mənasında  istifadə  olunur.  X  əsrdən  etibarən 

hökmdarları  məcazi  olaraq  onların  "böyüklüyü"  mənasında  sultan  adlandırırlar, 

lakin  Səlcuqilər  dövründə  "sultan"  məlik  və  ya  əmirlə  müqayisədə  daha  yüksək, 

İran  sahənşahına  uyğun  gələn  titula  çevrilir.  Osmanlı  imperiyasında  dövlətin  ali 

hökmdarı.  XIV  -  XIX  əsrlərdə  Azərbaycanda  və  İranda  rütbəcə  xandan  aşağıda 

duran xırda ərazi başçısı. 



sultanlıq

  -  Azərbaycanda  xandan  asılı  olan  və  sultanın  idarə  etdiyi  xırda 

mülk.  XVIII  əsrin  40-cı  illərindən  Azərbaycan  ərazisində  5  sultanlıq  -  Ərəş, 

Qəbələ, Qazax, İlisu və Şəmşəddil sultanlıqları var idi. 

surə

 (ər. "sıra", "dərəcə") - Quranın bölündüyü yüz on dörd fəslin hər biri. 



suverenitet 

-  daxili  və  xarici  siyasətdə  dövlətin  xarici  müdaxiləyə  imkan 

verməyən siyasi müstəqilliyi və bağımsızlığı. 

sülalə

  -  bir  nəsildən  və  ya  ailədən  olan  monarxlar.  Sülalə  adətən  nəslin 

əsasını qoyanın, banisinin və ya görkəmli nümayəndəsinin adı ilə adlandırılır. 

Süleyman  I  Qanuni

  (Avropada  Möhtəşəm  Süleyman)  -  Osmanlı  sultanı 

(1520-66).  Süleyman  onuncu  Osmanlı  sultanıdır,  1494-cü  il  noyabrın  6-da 

Trabzonda  anadan  olmuşdur.  Gəncliyində  əvvəlcə  babasının,  sonra  isə  atasının 

ordusunda  döyüşmüşdür.  Atası  sultan  I  Səlimin  ölümündən  sonra  1520-ci  ildə 

Süleyman  taxta  sahib  oldu  və  həmin  vaxtdan  işğalçı  müharibələrə  hazırlaşmağa 

başladı.  Mülki  işlərə  baxan  bacarıqlı  vəzir  İbrahim  paşa  imkan  yaratmışdır  ki, 

uzunsürən  müharibələr  zamanı  Süleymanın  diqqəti  ancaq  qoşunu  idarə  etməyə 

yönəlsin.  Süleyman  atasından  qalmış,  dünyada  ən  böyük  və  yaxşı  təlim  görmüş 

gözəl  piyada,  süvari,  artilleriya  və  mühəndislərə  malik  ordunun  sahibi  oldu. 

Süleymanın  qoşunları  1521-ci  ildə  Belqradı  tutdular.  Növbəti  ildə  Süleyman 

rıtsarlara - Aralıq osmanlıların hökmranlığının bərqərarlaşmasına əsas maneə olan 

Rodos  adasındakı  iohançılara  qarşı  müharibəyə  başladı.  6  aylıq  uğursuz 

mühasirədən  sonra  Süleyman  rıtsarlara  adadan  maneəsiz  çıxmaq  şərti  ilə  təslim 

olmalarını  təklif  etdi  və  onlar  bununla  razılaşdılar.  Macarıstan  üzərinə  hücuma 

hazırlaşan  Süleyman  qonşu  Polşa  ilə  bitərəflik  haqqında  müqavilə  bağladı  və 

bundan  sonra  80  minlik  ordusunu  Macarıstana  yeritdi.  1526-cı  il  avqustun  29-da 



359 

 

Moxaç  yaxınlığındakı  həlledici  döyüşdə  Osmanlı  türkləri  güclü  top  atəşinin 



köməyi  ilə  bir  neçə  hücum  nəticəsində  15  mindən  çox  macarı  və  onların  kralı 

Lüdoviki  öldürdülər.  Moxaç  savaşından  sonra  Süleyman  Macarıstanın  paytaxtı 

Budanı tutdu və öz adamını orada taxta oturtdu. Bundan sonra Süleyman Avstriya 

ilə  müharibəyə  başladı  və  Vyana  yaxınlığında  məğlubiyyətə  uğrasa  da,  sülh 

müqaviləsində  Macarıstana  olan  hüquqlarının  Avstriya  Habsburqları  tərəfindən 

qəbul  edilməsinə  nail  oldu.  Avropada  işlərini  başa  çatdıran  Süleyman  Şərqdə 

işğallara başladı: 1534-38-ci illərdə Səfəvilər dövlətinin ərazilərinə soxuldu, Təbriz 

və Bağdad şəhərlərini tutdu. Süleyman eyni zamanda Fransa ilə "Müqəddəs Roma 

imperiyası"na qarşı ittifaqa girdi. Süleymanın keçmiş dəniz qulduru Barbarossanın 

sərkərdəliyi  ilə  göndərdiyi  donanma  1538-ci  il  sentyabrın  27-də  Prevez 

yaxınlığındakı  döyüşdə  Venesiya  və  Avstriyanın  birləşmiş  qüvvələri  üzərində 

qələbə çaldı və bundan sonra Osmanlı imperiyasının Aralıq dənizi üzərində 30 illik 

nəzarəti təmin olundu. 1555-ci ildə Səfəvilər dövləti ilə sülh bağlandı. Müqaviləyə 

görə, Ərzurum, İrəvan, Van, Təbriz və Gürcüstan Osmanlı imperiyasının tabeliyinə 

keçdi.  Avstriyaya  yürüşü  zamanı  72  yaşlı  Süleyman  1566-cı  il  sentyabrın  5-də 

hərbi  düşərgəsində  öldü.  Hərbi  və  diplomatik  sahələrdəki  uğurlarına  görə 

Süleymana  "Möhtəşəm"  ləqəbi  verilmişdir.  Öz  vətənində  isə  sultana  "Qanuni" 

ləqəbi  verilmişdir.  Süleyman  öz  imperiyasında  incəsənətin  və  maariflənmənin 

qayğısına qalırdı. 

Süleyman Rüstəm

 

(təxəllüsü; əsl adı Süleyman Əliabbas oğlu Rüstəmzadə



1906  -  89)  -  Azərbaycanın  xalq  şairi.  Dəmirçi  ailəsində  doğulmuşdur.  Süleyman 

Rüstəm  Azərbaycan  SSR-in  əməkdar  incəsənət  xadimi,  ictimai  xadimdir.  İbtidai 

təhsilini  Süleyman  Sani  Axundovun  direktor  olduğu  rus-müsəlman  məktəbində 

almışdır.  Təhsilini  N.Nərimanov  adına  Sənaye  Məktəbinin  elektromexanika 

bölməsində,  pedaqoji  texnikumda,  Azərbaycan  Dövlət  Universitetinin  Şərq 

fakültəsində  və  I  Moskva  Dövlət  Universitetində  davam  etdirmişdir.  Süleyman 

Rüstəm 16 yaşından yazmağa başlamışdır. 

Süleyman

 Rüstəmin ən məşhur əsərləri "Çimnaz xanım yuxudadır" (1922) 

birpərdəli  komediyası,  "Ələmdən-nəşəyə"  (1927),  "Addımlar"  (1930),  "Ulduzlar" 

(1934), "Gecənin romantikası" (1938), "İki sahil" (1950) şerlər toplusu, "Partizan 

Əli", "Yaxşı yoldaş", "Ana və poçtalyon" poemaları, "Qaçaq Nəbi" tarixi pyesi və 

başqalarıdır.

 

sünnilər 

-

 



sünniliyin davamçıları.

 

sünnilik

 

-  islamda  (şiəliklə  yanaşı)  iki  əsas  dini  cərəyandan  biri. 



Müsəlmanlar  arasında  sünnilər  çoxluq  təşkil  edirlər.  Sünnilər  Quranla  bərabər, 

sünnəni də qəbul edirlər. Şiəlikdən fərqli olaraq sünnilik müsəlman ali hakimiyyəti 

(imam - xəlifə) barəsində məsələ həll edilərkən "bütün icmanın razılığı"na, əslində 

isə onun dini-siyasi rəhbərliyinə əsaslanır.

 

sünnə 

(ər.  "əs-sünnə"  -  "adəf,  "qayda",  "qanuri",  "qayda-qanun")  -  bütün 

müsəlman  icması  və  hər  bir  müsəlman  üçün  Məhəmməd  peyğəmbərin  həyatı 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə