Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə180/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   176   177   178   179   180   181   182   183   ...   205

362 

 

xanlarına  vəd  etdi  ki,  Şamaxı  xanlığı  tutulandan  sonra  onun  ərazisinin  bir  hissəsi 



Şəki  xanlığına,  Cavad  torpaqları  isə  Qarabağ  xanlığına  veriləcək.  Qarabağ  xanı 

İbrahimxəlil  xan  və  Şəki  xanı  Səlim  xan  öz  süvari  dəstələrini  rus  qoşunlarına 

köməyə  göndərdilər.  1805-ci  il  noyabrın  30-da  rus  qoşunları  Şirvan  torpaqlarına 

soxuldular,  dekabrın  11-də  isə

 

Ağsuya  çatdılar.  Fitdağ  yaxınlığındakı  müdafiə 



mövqelərini  möhkəmlətməyə  başlayan  Mustafa  xan  sayca  üstün  olan  düşmən 

qoşunları qarşısında tab gətirə bilməyəcəyini başa düşüb 1805-ci il dekabrın 27-də 

Şamaxı  (Şirvan)  xanlığının  Rusiyanın  hakimiyyəti  altına  keçməsi  haqqında 

müqaviləni  imzalamaq  məcburiyyətində  qaldı.  1813-cü  il  Gülüstan  müqaviləsi 

Şamaxı  xanlığının  Rusiyanın  hakimiyyəti  altına  keçməsini  rəsmiləşdirdi.  Şamaxı 

xanlığı  1820-ci  ildə  tamamilə  ləğv  edildi  və  Rusiya  imperiyasının  əyalətinə 

çevrildi.

 

Şamaş

 

-  Akkad  mifologiyasında  qabaqcadan  xəbər  verən  Günəş  və



 

ədalət 


allahı. 

Şampolyon

 

Jan Fransua (1790-1832) - fransız

 

alimi, misirşünaslığın banisi. 



1799-cu  ildə  Fransa  qoşunları  Napoleon  Bonapartın  komandanlığı  ilə  Misirə 

çıxarıldı.  Rozett  qəsəbəsi  yaxınlığında  istehkamların 

inşası zamanı əsgərlər  üzərində üç dildə mətn olan qara 

bazalt  plitəyə  rast  gəldilər.  Rozett  adı  alan  həmin  daş 

Qahirəyə  göndərildi  və  ümumxalq  tamaşasına  qoyuldu. 

Sonralar  Rozett  daşı  Britaniya  muzeyinə  verilmişdir. 

Yunan  mətnini  çətinlik  çəkmədən  oxumuşlar.  Orada 

deyilirdi  ki,  bu,  çar  Ptolemeyin  şərəfinə  düzəldilib. 

Mətnin  sonunda  deyilirdi  ki,  o,  Misir  heroqlifləri  ilə, 

Misir  əl  yazısı  -  demotika  (yəni  ümumyazı)  ilə  və 

yunanca  yazılıb.  Hələ  uşaq  vaxtlarından  Qədim  Misir 

tarixi  ilə  maraqlanan  və  onu  öyrənən  Şampolyon 

əvvəlcə  qədim  yunan  və  latın,  sonra  isə  qədim  yəhudi,  ərəb  və  qıptı  dillərini 

öyrəndi.  17  yaşında  Şampolyon  "Qədim  Misirin  coğrafiyası"  əsərini  yazdı  və 

Qrenobl Akademiyasının həqiqi üzvü seçildi. 1821-ci ilə kimi Şampolyon ikicildlik 

"Misirin  fironlar  dövrü  tarixi"ni  yazdı.  1822-ci  ildə  üçdilli  Rozett  daşını  tədqiq 

edən  Şampolyon  Qədim  Misir  heroqliflərinin  oxunmasının  əsas  prinsiplərini 

işləyib  hazırladı.  Çar  Ptolemeyin  adı  kartuşa  -  çərçivəyə  salınmışdı.  Şampolyon 

güman  edirdi  ki,  çarın  adındakı  hər  bir  heroqlif  bir  hərfi  bildirir.  Üzərində 

çərçivədə Kleopatra adı yazılmış başqa bir daşın tapılması bu işdə ona kömək etdi. 

Qıptı  və  yunan  dillərindəki  yazıları  tutuşduran  Şampolyon  bir  çox  heroqlifin 

mənasını düzgün müəyyənləşdirə bildi. Bir müddətdən sonra Şampolyon artıq qıptı 

dilində  ona  tanış  olan  sözləri  sərbəst  oxuya  və  başa  düşə  bilirdi.  2  ildən  sonra 

Şampolyon  "Heroqlif  sisteminin  oçerki"  əsərini,  bir  qədər sonra  isə  Qədim  Misir 

dilinin qrammatikasını yazdı və Qədim Misir sözlərinin lüğətini tərtib etdi.

 



363 

 

"şanlı  inqilab"



 

-  İngiltərədə  1688  -  89-cu  illərdə  baş  vermiş  dövlət 

cevrilişinin tarixdə qəbul olunmuş adı; çevriliş nəticəsində 1865-ci ildə parlamenti 

buraxmış  II  Yakov  Stüart  devrilmiş,  dəvət  olunmuş  Hollandiya  ştathalteri 

(hökmdarı) -  kralın  kürəkəni III  Vilhelm Oranlı kral elan edilmişdir. 1689-cu ildə 

qəbul olunmuş "Hüquqlar haqqında bill"də göstərilirdi ki, kral parlamentin razılığı 

olmadan  qanunları  dayandırmaq  və  ya  ləğv  etmək,  vergilər  qoymaq  və  yığmaq, 

habelə  daimi  qoşun  saxlamaq  hüququna  malik  deyil.  İngiltərədə  parlamentli 

monarxiya  quruluşu  bərqərar  oldu.  Çevriliş  burjuaziya  və  yeni  zadəganların 

İngiltərə burjua inqilabındakı qələbəsini möhkəmlətdi.

 

şantaj

 

-  bir  şey  əldə  etmək  məqsədi  ilə  hər  hansı  bir  şəxsi  ləkələndirə 

biləcək  (həqiqətə  uyğun  və  ya  uydurulmuş)  gizli  sirlərini  ifşa  etməklə  hədələmə, 

qorxutma.  Şantaj  maddi  və  ya  digər  məqsədlə  həyata  keçirilir.  ABŞ-da  və  digər 

ingilisdilli ölkələrdə şantaj reket adlanır.

 

şedevr

 

–  1)  orta  əsrlərdə  Avropada  şagirdin  öz  peşəkar  ustalığını  sübut 



etməsi və müstəqil usta kimi tanınması üçün öz vəsaiti hesabına düzəltdiyi ən yaxşı 

məmulat nümunəsi; 

2) 

bizim dövrümüzdə ən gözəl və nəfis incəsənət əsərini və ya 



ustalıqla düzəldilmiş bir şeyi şedevr adlandırırlar.

 

Şekspir 

Uilyam (1564 - 1616) - böyük ingilis dramaturqu və şairi. Əvvəlcə 

aktyor, sonra   isə  Londonun  "Qlobus"   teatrının həmsahiblərindən 

biri  olmuşdur.  Müxtəlif  janrlarda  37  pyes  yazmışdır.  Onlardan  ən 

məşhurları  "Şıltaq  qızın  yumşalması",  "Romeo  və  Cülyetta", 

"Hamlet", "Otello", "Kral Lir" və s.-dir.  

şeyx

 

(or. "şeyx" - "ağsaqqal", "başçı") – 1)



 

tayfanın, nəslin və 

ya ailənin əsasını qoyan; Ərəbistanda qəbilə başçısının titulu; 2) dini 

nüfuz 


sahiblərinin,  ticarət-sənətkarlıq  birlikləri  başçılarının, 

ustadların, müəllimlərin, öz xeyirxahlığı ilə tanınan adamların fəxri ləqəbi. 



şeyxülislam

 

(ər. "şeyx əl-islam"  - "islamın ağsaqqalı") -  fəxri titul  kimi X 



əsrdən  istifadə  olunmuşdur,  Tədricən  şeyxülislam  təkcə  yüksək  dini  nüfuz  sahibi 

deyil,  həm  də  dövlətdə  rütbəcə  ikinci  vəzifəli  şəxsə  çevrilmişdir.  Səfəvilər 

dövlətində  şeyxülislam  həm  də  baş  qazı  idi.  Dövrümüzdə  Qafqazda  şeyxülislam 

Qafqazın  bütün  müsəlmanlarının  dini  başçısı  sayılır,  İranda  isə  hər  bir  iri  kənddə 

fəaliyyət göstərən şəriət məhkəməsinin sədridir.  

şeytanlar

 

- Allaha  və insanlara düşmən olan  şər ruhlar  kateqoriyası. Onlar 



öz ağaları İblis əş-Şeytanla birlikdə Qiyamət günündən sonra cəhənnəm əzablarına 

düçar olacaqlar. Şeytanlar insanlara ibadət etməyə mane olur, Allahı unutdurmağa 

çalışır, onları cadugərliyə  və  sehrbazlığa öyrədir, tez-tez onların  günah istəklərinə 

və işlərinə zahiri xeyirxahlıq görkəmi verirlər. Şeytanın felinə uyanlar cəhənnəmə 

vasil olurlar. 

şəbəkə

 

- ağacdan və müxtəlif rəngli şüşədən düzəldilmiş rəngarəng naxış. 



Şəbüstəri

 

Sədəddin  şeyx  Mahmud  (1252  -  1320)  -  məşhur  Azərbaycan 



filosofu. "Gülşəni-raz" ("Sirlər gülşəni") və "Səadətnamə" əsərlərinin müəllifidir. 


Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə