Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə183/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   179   180   181   182   183   184   185   186   ...   205

368 

 

lakin bir qədər sonra  həbs edilib  Şəki həbsxanasına  salındı. 1838-ci  ilin iyulunda 



həbsxanadan  Dağıstana  qaçan  Məşədi  Məmməd  burada  rutullu  Ağaboy  ilə  əlaqə 

yaratdı.  1838-ci  il  avqustun  axırlarında  təqiblərdən  Dağıstana  qaçmış  Qafqaz 

dağlıları  və  şəkililərin  5  minlik  dəstəsi  Şəki  əyalətinə  daxil  oldu.  Nuxaya  (Şəki) 

çatan üsyançıların birləşmiş qüvvələri şəhər qalasından başqa, demək olar ki, bütün 

şəhəri tutdular. Az sonra başqa əyalətlərdən Nuxaya - rus qoşunlarına yardım gəldi. 

1838-ci  il  sentyabrın  9-da  üsyançılar  şəhəri  tərk  etmək  məcburiyyətində  qaldılar. 

Məşədi Məmməd İrana qayıtdı.

 

şəriət

  -  əsas  mənbəyi  Quran  olan  müsəlman  hüququ.  Quranı  insanlara 

çatdıran Məhəmməd qanunverici peyğəmbər kimi qəbul edilirdi. Bu, ərəbcə "şəriə" 

adlandığından ona "şəriət" adı verilmişdir.

 

Şərq  məsələsi



  -  Osmanlı  imperiyasının  dağılması  və  Avropa  dövlətlərinin 

onun  vilayətlərini  bölüşdürmək  uğrunda  mübarizəsi  ilə  bağlı  diplomatiyada  və 

tarixdə XVIII əsr - XX əsrin əvvəllərində beynəlxalq ziddiyyətləri bildirmək üçün 

qəbul  olunmuş  məfhum.  Osmanlı  imperiyasının  XIX  əsr  -  XX  əsrin  əvvəllərində 

Asiya və Avropada vilayətlərini itirməsi, eləcə də Atatürkün başçılığı ilə müstəqil 

Türkiyə  Respublikasının  yaradılması  Şərq  məsələsini  dünya  siyasi  səhnəsindən 

çıxardı.

 

Şərqi  Roma  imperiyası

  -  Roma  imperiyasının  395-ci  ildə  iki  yerə 

parçalanmasından  sonra  onun  şərq  hissəsinin  elmdə  qəbul  edilmiş  adı. 

Konstantinopol  şəhəri  onun  paytaxtı  olmuşdur.  Qərbi  Roma  imperiyası  süqut 

etdikdən sonra Şərqi Roma imperiyasını Bizans adlandırdılar.

 

Şərur 

-  Naxçıvan  yaxınlığında  düzənlik.  1501-ci  ilin  ortalarında  Şərur 

düzənliyində  İsmayılın  başçılıq  etdiyi  qızılbaş  qoşunları  ilə  Ağqoyunlu 

dövlətlərindən  birinin  padşahı  olan  Əlvənd  Mirzənin  ordusu  arasında  döyüş  baş 

vermişdir. Ağqoyunlu qoşunları 30 min nəfərə çatırdı, qızılbaşlar isə cəmisi 7 min 

nəfər  idi.  Lakin  öz  döyüşçülərinə  inanmayan  padşah  qoşunlarının  geriyə 

qaçmaması  üçün  əmr  etmişdi  ki,  zəncirlə  bir-birinə  bağlanmış  dəvələri  qoşunun 

arxasına  düzsünlər.  Şərur  döyüşü  Əlvənd  Mirzənin  ordusunun  tam  darmadağın 

edilməsi  ilə  başa  çatdı,  yalnız  az  bir  qisim  adam  qaçmaqla  canını  qurtara  bildi. 

Ağqoyunlu  köçəri  əyanlarının  çox  hissəsi  əsir  düşdü  və  edam  olundu.  Qızılbaşlar 

böyük  qənimətlər  ələ  keçirdilər:  çox  gözəl  at  ilxıları,  çoxlu  dəvə,  qızıl  və  gümüş 

qablar, qiymətli alaçıqlar və xalılar və s. Şərur savaşından sonra İsmayıl təntənəli 

şəkildə Təbrizə daxil olub özünü şah elan etdi.

 

Şıxlinski  Əliağa

  (1865  -  1943)  -  artilleriya  general-leytenantı.  Şıxlinski 

Peterburqda  artilleriya  məktəbini  bitirmişdir.  1904  -  1905-ci  illər  rus  -  yapon 

müharibəsində  Port-Arturun  müdafiəsində  şəxsən  göstərdiyi  rəşadətə  görə  qızıl 

xəncərlə mükafatlandırılmışdır. Şıxlinskinin artilleriya peşəsinə gətirdiyi yeniliklər 

hərbi məktəblərdə öyrənilirdi. Birinci Dünya müharibəsinin ilk günlərində Rusiya 

imperiyasının  paytaxtı  Peterburq  şəhərinin  artilleriya  müdafiəsi  ona  həvalə 

olunmuşdu. Sonralar Şıxlinski Qərb cəbhəsində artilleriya rəisi, daha sonra isə 10-



369 

 

cu  ordunun  baş  komandanı  təyin  edilmişdir.  Çar  ordusunda  "vəhşi  diviziya" 



adlanan  tatar  polku  əsasında  1918-ci  ilin  mart  -  aprelində  Zaqafqaziya  Seymi 

dövründə  general  Şıxlinskinin  komandanlığı  ilə  "Əlahiddə  Azərbaycan  korpusu" 

təşkil  olunmuşdur.  1918-ci  il  dekabrın  25-də  Şıxlinski  Azərbaycan  Demokratik 

Respublikası hərbi nazirinin müavini təyin edilmiş və Azərbaycan milli ordusunun 

yaradılmasında çox böyük rol oynamışdır.

 

Şiələr 

(ər.  "əş-şiə"  -  "davamçı",  "partiya")  -  şiəliyin  davamçıları.  Əli  və 

onun  nəslindən  olanları  Məhəmməd  peyğəmbərin  yeganə  qanuni  varisləri  qəbul 

edən müxtəlif qrup və  icmaların ümumi adı. Məhəmməd peyğəmbərin  vəfatından 

az  sonra  onun  davamçılarının  bir  hissəsi  Əlinin  varisliyi,  ali  hakimiyyətin 

peyğəmbər ailəsində saxlanılması uğrunda çıxış etdi. Bu qruplaşma müsəlmanların 

dini  birliyini  pozan  hərəkatın  özəyini  təşkil  edirdi  və  sonralar  müsəlmanların  iki 

əsas  hissəyə  -  sünnilərə  və  şiələrə  parçalanmasına  səbəb  oldu.  İmam  Əlinin 

öldürülməsindən  sonra  şiələr  ali  hakimiyyətin  (imamətin)  müstəsna  olaraq  Əlinin 

nəslindən  olanları  nəzərdə  tutaraq  peyğəmbər  ailəsinə  qaytarılması  uğrunda 

mübarizə  apardılar.  Şiələrin  hərbi-siyasi  məğlubiyyətləri  (Hüseynin  şəhid  olması, 

Muxtarın  çıxışının  darmadağın  edilməsi)  onların  qüvvələrinin  daha  çox  dini 

ideyalar  sahəsinə  istiqamətlənməsinə  səbəb  oldu.  Əlinin  nəslindən  olan  bu 

qruplaşmanın  bazası  əsasında  şiə  hərəkatı  meydana  gəldi.  Xəlifələrin  seçkililiyini 

bəyan  edən  sünnilərin  əksinə  olaraq  şiələr  Əlinin  nəslindən  olanların 

hakimiyyətinin irsilik prinsipini müdafiə edirdilər. Şiələr baş verən bədbəxtliklərin 

hamısının  hakimiyyəti  qəsb  etmiş  Əməvilərin  qeyri-qanuni  idarəçiliyindən  irəli 

gəlməsi haqqında təbliğat aparır və bildirirdilər ki, ali hakimiyyətin Əlinin nəslinə 

qaytarılması  Allahın  iradəsinin  yerinə  yetirilməsinə  və  ədalətin  bərqərarlaşmasına 

səbəb  olacaq.  Şiə  təbliğatı  Əməvilər  sülaləsinin  devrilməsinə  səbəb  oldu,  amma 

bundan  peyğəmbərin  qohumlarının  digər  qolu  Abbasilər  bəhrələndilər.  Ələvilər 

hakimiyyət  uğrunda  mübarizəni  dayandırmamışdılar,  lakin  onların  Abbasilərdən 

ayrılması  şiə  hərəkatının  sosial  bazasını  xeyli  məhdudlaşdırmışdı.  Bundan  əlavə, 

şiələrin  özlərinin  arasında,  xüsusilə  də  imamət  hüququnun  Əlinin  bu  və  ya  digər 

nəsillərinə  verilməsi  məsələsində  birlik  yox  idi.  VIII  əsrdə  şiə  hərəkatı  iki  əsas 

cərəyana  -  "mötədil"lərə  və  "ifrat"lara  parçalandı.  İfrat  şiələrin  təlimi  islamdan  o 

qədər  uzaqlaşdı  ki,  əslində,  ayrıca  bir  dinə  çevrildi.  İslamın  bütün  tarixi  ərzində 

şiələr vaxtaşırı uğurla hakimiyyətin Əlinin nəslindən olanlara qaytarılması uğrunda 

mübarizə  aparırdılar,  hətta  müsəlman  dünyasının  müxtəlif  ucqarlarında 

(Təbəristan, Yəmən, Misir) onlar ələvi imamətləri yarada bilmişdilər. Hazırda İran 

əhalisinin  mütləq  əksəriyyəti,  Azərbaycan,  Bəhreyn,  İraq,  Yəmən,  Livan  və 

Mərkəzi  Asiya  müsəlmanlarının  xeyli  hissəsi  şiədir.  Şiə  icmaları  faktik  olaraq 

bütün müsəlman ölkələrində var.

 

şiəlik

 - islamda (sünniliklə yanaşı) iki əsas dini cərəyandan biri.

 

Şikəstə  Şirin

  -  XVIII  əsr  Azərbaycan  şairi.  Şirin  tarixi  mövzuda  şerlər 

yazmışdır.  Ağa  Məhəmməd  şah  Qacarın  İran  qoşunları  tərəfindən  Tiflisin 




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə