Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə191/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   187   188   189   190   191   192   193   194   ...   205

384 

 

etmişdi.  "İttifaqi-müslimin"  (1905)  partiyasının  nizamnamə  və  proqramının 



müəlliflərindən biri idi. 1905-ci ilin sentyabrında Peterburqda neft sənayeçilərinin 

iclasında müsəlman fəhlələrin maraqlarını müdafiə etmişdi. II (yanvar, 1906) və III 

(avqust,  1906)  Ümumrusiya  müsəlmanları  qurultayının  nümayəndəsi  idi. 

Topçubaşov 1918-ci  ildə  ADR hökumətinin Osmanlı imperiyasında  fövqəladə  və 

səlahiyyətli  səfiri  idi.  O,  1918-ci  ilin  dekabrında  Paris  sülh  konfransında 

Azərbaycan  nümayəndə  heyətinin  sədri  təyin  edilmişdi.  Topçubaşov  1919-cu  il 

dekabrın 7-də ADR parlamentinin sədri seçilmişdi. 

1920-ci ilin yanvarında Fransada ADR-in de-fakto tanınması haqqında Paris 

sülh  konfransı  Ali  Şurasının  müstəqil  qərarı  Topçubaşova  təqdim  olunmuşdur. 

ADR-in  devrilməsindən  sonra  Topçubaşov  Parisdə  anti-sovet  fəaliyyətini  davam 

etdirmişdir. 

Topçubaşov 

Mirzə  Cəfər  (1784  -  1869)  -  Azərbaycan  şərqşünası. 

Topçubaşov Gəncədə anadan olmuş, sonralar ailəsi ilə birlikdə Tiflisə köçmüşdür. 

Topçubaşov  1811-ci  ildə  gürcü  şahzadəsi  Teymuraz  Baqrationinin  məiyyəti  ilə 

birlikdə  Peterburqa  getmiş,  orada  Rusiya  Xarici  İşlər  Nazirliyinin 

Asiya  departamentinə  tərcüməçi  qəbul  olunmuşdur.  1819-cu  ildən 

Baş  Pedaqoji  Universitetdə  (sonralar  Peterburq  universiteti 

adlandırılmışdır)  fars  dilindən  dərs  demişdir.  Topçubaşov  1835-ci 

ildə  fars  dili  kafedrasının  müdiri  olmuş  və  professor  adı  almışdır. 

M.İ.Qlinka  ilə  A.S.Qriboyedov  onun  tələbələri  olmuşlar.  Hər  il 

müsabiqə  əsasında  universitetin  məzunları  və  tələbələrinə 

Topçubaşov  adına  mükafat  verilirdi.  1837-ci  ildə  o,  Xarici  İşlər 

Nazirliyinin Asiya departamenti yanında Şərq dilləri professoru olmuşdur. 1852  - 

67-ci  illərdə  Topçubaşov  Rusiya  Arxeologiya  Cəmiyyətinin  Şərq  numizmatikası 

şöbəsinə  başçılıq  etmişdir.  Əsas  əsərləri  bunlardır:  "İran  müntəxəbatı"  (1834)  və 

"Ən qədim dövrlərdən Teymurləngə qədər monqolların tarixi" (1834). Topçubaşov 

A.Mitskeviçin  "Krım  sonetləri"  poemasını  fars  dilinə  tərcümə  etmişdir. 

Topçubaşov  şərqşünaslığın  inkişaf  etdirilməsindəki  xidmətlərinə  görə  Britaniya 

Kral Asiya Cəmiyyətinin həqiqi üzvü seçilmişdir. 

torpaq  asılılığı

  -  torpaq  üzərində  mülkiyyətini  itirən,  lakin  öz  şəxsi 

azadlığını  saxlayan  kəndlilər  feodaldan  torpaq  asılılığına  düşürdülər.  Kəndlilər 

torpaq  sahəsindən  (kəsik,  nadel)  istifadə  etmək  üçün  əldə  etdikləri  məhsulun  bir 

hissəsini  feodala  verməli  və  ağanın  torpağında  işləməli  idilər.  Onların  torpaq 

sahəsini qaytarmaqla kənddən çıxıb getmək hüquqları var idi. 

Tot

  –  qədim  misirlilərdə  müdriklik  allahı.  Onu  say,  təqvim  və  yazını 

yaradan allah hesab edirdilər. Totu əlində yazı ləvazimatı (lövhəcik və çubuq) olan 

qaraleylək başlı insan kimi təsvir edirdilər. 

total

 - tam, ümumi, hamılıqla, bütünlüklə. 

totalitarizm

  -  totalitar  dövlət  formalarından  biri.  Onun  xarakterik 

xüsusiyyətləri:  cəmiyyətin  bütün  sahələrinin  tam  (total)  nəzarət  altında 




385 

 

saxlanılması,  demokratik  təşkilatların  qadağan  olunması,  konstitusion  hüquq  və 



azadlıqların  ləğv  edilməsi,  mütərəqqi  qüvvələrə  qarşı  repressiyalar  aparılması, 

ictimai  həyatın  hərbiləşdirilməsidir.  Faşist  rejimləri,  eləcə  də  SSRİ-nin,  Çinin  və 

digər sosialist ölkələrinin dövlət quruluşlarını totalitar rejimə aid edirlər. 

totemizm

  -  insanların  nəslinin  müəyyən  totemdən  (əcdad)  -  heyvan,  bitki, 

təbiət hadisələri və cansız əşyalardan  meydana gəlməsi təsəvvürləri ilə bağlı olan 

inanc və adətlər sistemi. Hər bir nəsil öz toteminin adını daşıyırdı. Onu öldürmək, 

qida  kimi  istifadə  etmək  və  ya  ona  hər  hansı  xətər  yetirmək  olmazdı.  Totemizm 

dünyanın  bütün  xalqları  arasında  yayılmışdır,  bütün  dinlərdə  onun  qalıqları 

saxlanılmışdır. 



Tövrat

  -  Bibliyanın  beş  kitabdan  ibarət  olan  birinci  hissəsi  (yəhudilərdə  - 

Tora). E.ə. IX - VII əsrlərdə tərtib olunmuşdur. Sonuncu dəfə e.ə. VI əsrin sonları - 

V əsrdə redaktə olunub. 

töycü

  -  feodalın  asılı  kəndlilərdən  hər  il  yığdığı  vergi.  Natural  (ərzaq  və 

məhsulla) və pul şəklində töycü mövcud olmuşdur. 

Trafalqar 

İspaniyanın 



Kadis 

şəhəri 


yaxınlığında  burun.  1805-ci  il  oktyabrın  21-də  burada 

P.Vilnövün  komandanlığı  altında  Fransa  -  İspaniya 

donanmaları ilə admiral H.Nelsonun komandanlıq etdiyi 

İngiltərə donanması arasında dəniz döyüşü olmuşdur. 



İngilis  donanması  fransız

  -  ispan  donanmasını 

darmadağın  etmiş,  onların,  demək  olar  ki,  bütün  gəmiləri  yandırılmış  və  ya 

batırılmışdı. Admiral Nelson Fransa gəmisindəki dor ağacından atılan güllədən ağır 

yaralanmış və düşmən üzərində tam qələbə xəbərini alan kimi ölmüşdür. Trafalqar 

burnu  yaxınlığındakı  qələbə  ingilis  donanmasına  dənizdə  ağalıq  etməyə  imkan 

yaratdı və İngiltərə uzun müddət Napoleon üçün əlçatmaz oldu. 

tragediya

  (yun.  "keçi  nəğməsi")  -  Qədim  Yunanıstanda  adətən  milli-

qəhrəmanlarına  həsr  olunmuş  pyes.  Tragediyada  qəhrəmanlar  arasında  baş  verən 

kəskin  mübarizə,  onların  şücaəti,  iztirabları  və  çox  vaxt  da  həlak  olmaları  təsvir 

edilirdi. Görkəmli tragediya müəllifləri Esxil və Sofokl idi. Afina teatrında onların 

abidələri  –  heykəlləri  qoyulmuşdu.  Yunanıstanda  tragediya  müəlliflərini 

"müdriklik başçısı" adlandırırdılar. 



Trayan 

-  Roma  imperatoru  (98  -  117).  Trayanın  işğalçı  yürüşləri 

nəticəsində  Roma  imperiyası  sərhədlərini  maksimum  dərəcədə  genişləndirərək  

Dakiya,  Ermənistan, Ərəbistan, Mesopotamiyanı öz tərkibinə qatmışdı. Amma az 

sonra həm yeni tutulan ölkələrdə, həm də köhnə əyalətlərdə üsyanlar başlandı. Ağır 

itkilər  verən  Roma  ordusu  geriyə  çəkilmək  məcburiyyətində  qaldı  və  bu  zaman 

Trayan  öldü.  Onun  demək  olar  ki,  Asiyada  əldə  etdiyi  bütün  nailiyyətləri  itirildi. 

Trayanın yürüşləri Romanın son iri işğalçı müharibələri olmuşdur. 



traybalizm

  -  qəbilələrarası  qırğın,  qəbilələrin  ayrılmağa,  təklənməyə 

(separatizmə) cəhd göstərməsi. 




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə