Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə192/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   188   189   190   191   192   193   194   195   ...   205

386 

 

tred-yunionlar



  -  Böyük  Britaniyada  və  bundan  sonra  digər  ingilisdilli 

ölkələrdə  həmkarlar  ittifaqlarının  adı.  Tred-yunionlar  ixtisaslı  fəhlələri  peşələri 

üzrə müəyyən sənaye rayonu və ya bütün ölkə miqyasında birləşdirir. 

trest 

- kartel və sindikatla müqayisədə daha yüksək inhisar forması. Trestə 

daxil  olan  müəssisələr  istehsal  və  kommersiya  müstəqilliklərini  tam  itirirlər. 

Trestin  təşkili  zamanı  müəssisənin  sahibkarları  istehsal  vasitələrinə  olan 

mülkiyyətlərini  birliyə  verir,  əvəzində  isə  həmin  payın  məbləğinə  müvafiq 

miqdarda aksiya - səhm alırlar. 



tribunal

  -  1)  Böyük  Fransa  burjua  inqilabı  zamanı  inqilabi  tribunallar  - 

əksinqilabi cinayət  işləri  üzrə  müstəsna  məhkəmələr; 2) Sovet  Rusiyası və  SSRİ-

nin  mövcud  olduğu  ilk  illərdə  əksinqilabi  və  digər  dövlət  cinayətlərinə  baxan 

xüsusi  məhkəmələr;  3)  SSRİ-də  hərbi  xidmətçilərin  cinayət  işlərinə  baxan 

məhkəmələr. 

Triumf

  -  1)  qalib  sərkərdənin  qoşunları  ilə  birlikdə  təntənəli  şəkildə 

Romaya daxil olması. Senatın qərarı ilə təşkil edilirdi və sərkərdə üçün ali mükafat 

sayılırdı.  Triumfator  dörd  ağ  ata  qoşulmuş  cəng  arabasında  təntənəli  şəkildə 

Romaya  daxil  olurdu.  Triumfatorun  önündə  onun  əldə  etdiyi  qəniməti  və 

zəncirlənmiş  əsirləri  aparırdılar;  2)  məcazi  mənada  -  parlaq  nailiyyət,  görkəmli 

qələbə. 


Troya

  -  Kiçik  Asiyanın  şimal-qərbində  qədim  zəngin  şəhər.  E.ə.  1240  - 

1230-cu  illərdə  yunan-axeylər  Mikena  hökmdarı  Aqamemnonun  başçılığı  ilə 

troyalılarla müharibə etmiş və yalnız hiylə vasitəsilə Troyanı tuta bilmişlər. Yunan 

rəvayətinə görə, Troyanı mühasirəyə almış axeylər nəhəng taxta at düzəltmiş, onun 

içərisində isə öz döyüşçülərini gizlətmişlər. Troya sakinləri taxta atı dartıb şəhərə 

aparmışlar. Gecə  ikən atın  içərisindən çıxan axey döyüşçüləri şəhər darvazalarını 

açaraq  mühasirəyə  alanları  içəri  buraxmışlar.  Bununla  da  Troya  süqut  etmişdir. 

İndiki  dövrdə  "Troya  atı"  ifadəsi  "alan  üçün  təhlükəli  hədiyyə"  mənasını  verir. 

Uzun  müddət  elə  hesab  edilirdi  ki,  bu  hadisə  Homer  tərəfindən  uydurulub  və 

Troyanın  özü  də  heç  zaman  olmamışdır.  Amma  alman 

arxeoloqu  Sliman  1870-ci  ildə  Hissarlıq  təpəsini 

qazarkən Troyanın xarabalıqlarını aşkar etmişdir. 



Trumen  doktrinası

  -  1947-ci  ildə  prezident 

Harri  Trumen  tərəfindən  irəli  sürülmüş  ABŞ 

hökumətinin  xarici  siyasət  proqramı.  Yunanıstana  və 

Türkiyəyə  təxirəsalınmaz  hərbi  və  iqtisadi  yardım 

göstərmək adı ilə onların daxili işlərinə qarışmağı və həmin ölkələri SSRİ-yə qarşı 

hərbi-strateji  meydana  çevirməyi  nəzərdə  tuturdu.  Bu  proqram  "soyuq  müharibə" 

siyasətinin bir hissəsi idi. 

tunc  dövrü

  -  tuncdan  əmək  alətləri  və  silah  istehsalının  yayılması  ilə 

xarakterizə  olunur. Tunc  insan tərəfindən hazırlanmış ilk süni  xəlitədir  -  o, misin 

qalay, nikel, arsen və ya sürmə ilə qarışığıdır. Tunc misdən özünün asan əriməsi və 



387 

 

daha möhkəmliyi ilə fərqlənirdi, lakin əmək alətləri və silah istehsalının yayılması 



ləng gedir və məhdud ərazidə baş verirdi, belə ki, qalay yataqları azlıq təşkil edirdi 

və  o,  çox  baha  idi.  Tunc  dövrü  eneoliti  əvəz  etmişdir. 

Azərbaycanda tunc dövrü e.ə. IV  minilliyin sonlarından 

başlayaraq  II  minilliyin  sonlarınadək  davam  etmişdir.   

Tuncdan    məmulat    hazırlama  üçün  əritmə  sobaları  və 

zindan  lazım  idi.  Yeni  sənətkarlıq  sahələri  -  dəmirçilik, 

naxışlama  inkişaf  etməyə  başladı,  əkinçilik  təkmilləşdi. 

Tunc  dövründə  Azərbaycanda  matriarxat  patriarxatla 

əvəz  olundu,  tayfa  ittifaqları  və  mədəni  birliklər  meydana  gəldi,  əhalinin  sıxlığı 

artdı,  dağətəyi  və  dağlıq  zonalar  məskunlaşmağa  başlandı,  yaşayış  məskənləri 

ətrafında  möhkəm  müdafiə  divarları  çəkildi,  toxa  əkinçiliyi  xış  (kotan)  əkinçiliyi 

ilə  əvəz  edildi,  köçəri  maldarlıq  meydana  gəldi,  sənətkarlıq  əkinçilikdən  ayrıldı, 

əmlak  bərabərsizliyinə  və  sinfi  cəmiyyətə  keçid  başlandı,  erkən  dövlət  qurumları 

meydana gəldi. Tunc dövrü dəmir dövrü ilə əvəz olundu. 



Tupak  Amaru

  -  Peruda  ispan  işğalçılarına  qarşı  azadlıq  mübarizəsinin 

rəhbərlərı:  1)  Tupak  Amaru  1571-ci  ildə  inklərin  dövlətini  bərpa  etmək  uğrunda 

hindilərin mübarizəsinə rəhbərlik etmişdir; 2) X.Q.Kondorkanki Tupak Amaru adı 

ilə Peruda 1780 83-cü illərdə hindilərin çox böyük üsyanına başçılıq etmişdir. Bu 

üsyan  Latın  Amerikasında  azadlıq  mübarizəsinin  inkişafına  böyük  təsir 

göstərmişdir. 

turnir

  -  orta  əsrlərdə  Avropada  rıtsarların  döyüş  yarışları.  Ölkələrin 

əksəriyyətində rıtsar turnirlərinə XVI əsrdən son qoyulmuşdur. 



Tusi  Nəsirəddin

  (1201  -  74)  –  məşhur  Azərbaycan  astronomu. 

Astronomiya, riyaziyyat və  fəlsəfə üzrə əsərlərin müəllifi.  Astronomiya üzrə əsas 

əsəri  "Zic  elxan  ("Elxanın  cədvəlləri").  1259-cu  ildə  Marağa  (Cənubi     

Azərbaycan)  yaxınlığındakı  dağın  zirvəsində  rəsədxana  yaratmış  və  özü  də  ona 

rəhbərlik etmişdir. Marağa rəsədxanasında Yaxın və Orta Şərq ölkələrindən yüzdən 

artıq alim işləmişdir; burada 400 mindən artıq əlyazması olan kitabxana da vardı. 

Tussen-Luvertür

  Fransua  Dominik  (1743  -  1803)  -  qul  oğlu,  Haiti  adası 

xalqının  ingilis  müdaxiləçilərinə  (1793  -  1803)  və  fransız  müstəmləkəçilərinə 

(1802  -  1803)  qarşı  azadlıq mübarizəsinin  rəhbərlərindən  biri.  1797-ci  ildən  Haiti 

adasının qərb hissəsinin silahlı qüvvələrinin baş komandanı, 1801-ci ildən adanın 

ömürlük  rəhbəri.  Quldarlığı  ləğv  etmişdir.  Fransız  müstəmləkəçiləri  tərəfindən 

tutularaq Fransaya aparılmış və orada ölmüşdür. 



Tutanxamon 

- Qədim Misir fironu (e.ə. 1400 - 1392), Exnatonun oğlu. Çox 

gənc ikən ölmüşdür, lakin 1922-ci ildə qarət edilməmiş sərdabədən arxeoloq Karter 

tərəfindən  tapılması  sayəsində  yaxşı  məlumdur.  Tutanxamonun  sərdabəsindəki 

xəzinə Qədim Misir nədəniyyətinin qiymətli abidələrindəndir. 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə