Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə197/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   193   194   195   196   197   198   199   200   ...   205

396 

 

Vaqifin  hərtərəfli  biliyə  malik  olması  və  onun  şerləri  haqqında  xəbər  tezliklə 



poeziya həvəskarı Qarabağ xanı İbrahimxəlil xana da çatdı və o, Vaqifi öz yanına 

çağırıb  onu  eşikağası  təyin  etdi.  Bir  qədər  keçdikdən  sonra  Vaqif  Qarabağ 

xanlığının baş vəziri oldu. Azərbaycan xanlıqlarının ara müharibələri ilə zəiflədiyi 

dövrdə  onlar  İran  işğalçılarının  qənimətinə  çevrildilər,  Vaqif  isə  Azərbaycan 

xanlıqları  ilə  Gürcüstan  arasında  qarşılıqlı  əlaqələrin  möhkəmlənməsinə,  eyni 

zamanda,  Rusiya  ilə  dostluq  əlaqələrinin  inkişaf  etdirilməsinə 

yönəlmiş  siyasət  yeridirdi.  1796-cı  ildə  general  Zubovun  başçılığı 

ilə  rus  qoşunları  Azərbaycana  yürüş  edərkən  Qarabağ  xanlığının 

Rusiya  ilə  yaxınlaşmasında  Vaqifin  xidmətlərinin  etirafı  kimi 

Rusiya imperatriçəsi /7 Yekaterinanın adından Zubov ona qiymətli 

əsa  hədiyyə  etmişdir.  Tarixçilərin  fərziyyəsinə  görə,  1797-ci  ildə 

Ağa  Məhəmməd  şahın  İran  qoşunları  Şuşanı  mühasirəyə  alan  zaman  istilaçılara 

qarşı  sui-qəsd  təşkil  etmək  məqsədi  ilə  Vaqif  qalada  qalmışdı.  Şahın  qoşunları 

Şuşaya soxulanda isə Vaqif tutulub zindana atılmışdı. Vaqifin ertəsi günü edamının 

gözlənildiyi  gecə  Ağa  Məhəmməd  şah  öldürülmüş  və  İran  qoşunları  Şuşanı  tərk 

etmişlər. Bu, Vaqifə zindandan çıxmağa  imkan versə də, onun ömrünü uzatmadı. 

İbrahimxəlil  xanın  burada  olmamasından  istifadə  edən  qardaşı  oğlu  Məhəmməd 

bəy  Cavanşirin  əmri  ilə  Vaqifi  və  onun  "Alim"  təxəllüsü  ilə  şer  yazan  oğlu 

Əliağanı öldürdülər, şairin evi isə talan edildi və çox güman ki, clə bu zaman da 

onun  əsərlərinin  əksəriyyəti  məhv  oldu.  Vaqifin  poetik  yaradıcılığı  

özünəməxsusluğu  ilə  fərqlənir.    Vaqifin  şerləri  həyatsevərliyi,  nikbinliyi,  fəlsəfi 

düşüncələri,  vətəndaşlıq  motivləri  ilə  zəngindir.  Vaqif  Azərbaycan  poeziyasında 

aşıq  şer  forması  olan  qoşmanı  inkişaf  etdirmişdir.      Vaqifin    yaradıcılığı 

Azərbaycan  poeziyasının    sonrakı  inkişafı  üçün  çox  böyük  əhəmiyyətə  malik 

olmuş  və  onun  məktəbinin  davamçılarını  həyata  səsləmişdir.  Vaqifin  mükəmməl 

biliyi xalq deyimlərinə də daxil olmuşdur: "Hər oxuyan Molla Pənah olmaz!". 



valkiriyalar

 - Skandinaviya əfsanələrində ilahələr; allah Odinin göstərişi ilə 

döyüş  meydanı  üzərində  hərlənərək  onun  istiqamətini  müəyyənləşdirən  döyüşən 

pərilər.  



Valua

 - 1328 - 1589-ci illərdə Fransada kral sülaləsi. 



valyuta

 - 1) hər hansı bir ölkənin pul sistemi (qızıl, gümüş, kağız pul və s.), 

yaxud  əsas  pul  vahidi  (dollar,  funt-sterlinq,  manat  və  s.);  2)  beynəlxalq  bazarda 

işlədilən  xarici  pullar  (kredit  biletləri,  sikkələr  və  s.),  eləcə  də  beynəlxalq 

hesablaşmalarda istifadə olunan qiymətli metallar və digər qiymətli şeylər. 

van

  -  e.ə.  XVI  əsrdən  Qədim  Çin  hökmdarlarının  adı.  Xan  sülaləsi 

dövründən  "van"  anlayışı  yüksəkmənsəbli  əyanların  titulunu  bildirir  və  hökmdar 

ailəsi üzvlərinə, xüsusi xidməti olan məmurlara verilirdi. Koreyanın qədim və orta 

əsrlər dövlətlərində də hökmdarlar "van" tituluna malik idilər. 

vandalizm

 - 455-ci ildə Roma vandallar tərəfindən işğal olunarkən şəhər iki 

həftə  davam  edən  və  qəddarlığı  ilə  fərqlənən  dəhşətli  dağıntıya  və  talana  məruz 



397 

 

qalmışdır.  Vandallar  heykəlləri  sındırır,  kitabları  məhv  edir,  evləri  yandırırdılar. 



Yanğında  bir  çox  memarlıq  və  incəsənət  abidəsi  məhv  edilmişdir.  Vandalların 

yürüşündən  sonra  Romada  cəmi  7  min  nəfərədək  əhali  sağ  qalmışdır.  Mədəni 

dəyərlərin ağılsızcasına məhv edilməsini bildirən "vandalizm" anlayışı da buradan 

meydana gəlmişdir. 



vandallar

  -  german  tayfalarından  biri.  270-ci  ildə  vandallar  sarmatlarla 

ittifaqda  Pannoniya  ərazisinə  soxuldular.  Hunlar  tərəfindən  Pannoniyadan 

sıxışdırılan  vandallar  Roma  imperiyası  ərazisinə  soxuldular.  Məğlubiyyətə 

uğradıqdan  sonra  Roma  imperiyası  ilə  sülh  müqaviləsi  imzaladdar.  Müqaviləyə 

görə,  Roma  qoşunları  üçün  süvarilər  verməyi  öhdələrinə  götürdülər.  335-ci  ildə 

romalılar  tərəfindən  Pannoniyaya  köçürüldülər.  IV  əsrdə  alanlarla  birləşdilər. 

Hücum edən qotların təzyiqi altında alanlar və vandallar Qalliyadan keçərək 409-

cu  ildə  İspaniyaya  yayıldılar.  429-cu  ildə  vandallar  kral  Heyzerixin  başçılığı  ilə 

Cəbəlüt-tariqi  keçərək  Afrikanın  Romaya  aid  hissəsini  ələ  keçirib  burada  öz 

krallıqlarını  yaratdılar. 455-ci  ildə  vandallar asanlıqla  Romanı tutub qarət  etdilər. 

534-cü ildə Vandal krallığı Bizans qoşunları tərəfindən dağıdıldı. 



Varfolomey  gecəsi

  -  1572-ci  il  avqustun  24-nə  keçən  gecə  (müqəddəs 

Varfolomey bayramı ərəfəsində) Parisdə hugenotların katoliklər tərəfindən kütləvi 

şəkildə  öldürülməsi.  Kraliça  Yekaterina  Mediçi  və  Giz  hersoqlarının  başçılığı  ilə 

təşkil  olunmuşdu.  Hugenotların  hərbi  rəhbəri  Navarralı  Henrix  yalnız  ona  görə 

xilas  ola  bilmişdir  ki,  o,  həmin  ərəfədə  təcili  olaraq  katolikliyi  qəbul  etmişdir. 

Fransada  dini  müharibələr  daha  da  amansız  oldu.  Dövrümüzdə  "Varfolomey 

gecəsi" ifadəsi "rəqibə qarşı qəddar, amansız rəftar etmək" mənasında işlədilir. 



Varşava  müqaviləsi

  -  1955-ci  il  mayın  14-də  Varşavada  SSRİ,  Albaniya, 

Bolqarıstan,  Macarıstan,  ADR,  Polşa,  Çexoslovakiya  və  Rumıniya  arasında 

dostluq,  əməkdaşlıq  və  qarşılıqlı  yardım  haqqında  imzalanmış  hərbi  müqavilə. 

Varşava  müqaviləsinin  bağlaııması  NATO-nun  fəaliyyəti  ilə  bağlı  idi  və  başda 

SSRİ  olmaqla  sosialist  ölkələrinin  təhlükəsizliklərinin  təmin  olunması  məqsədini 

güdürdü.  VM-in  qərargahı  Moskvada  yerləşirdi.  VM  üzvü  ölkələri  silahlı 

qüvvələrinin  sovet  generallarının  rəhbərliyi  ilə  Birləşmiş  Komandanlığı 

yaradılmışdı.  1968-ci  ildə  VM  qoşunlarının  Çexoslovakiyaya  yeridilməsi  ilə 

əlaqədar  olaraq  Albaniya  VM-dən  çıxdı.  XX  əsrin  90-cı  illərinin  əvvəllərində  - 

SSRİ-nin dağılması prosesində  VM praktik olaraq öz fəaliyyətini dayandırdı. 

varyaqlar

  -  skandinav  tayfaları  vikinqlərin  və  ya  normanların  slavyanca 

adı.  


Vasko  da  Qama

  (1469  -  1524)  -  ilk  dəfə  Hindistanadək  üzə  bilmiş 

Portuqaliya  dəniz  səyyahı.  1498-ci  ilin  mayında  Afrikanın  cənubunu  dolanan 

Vasko da Qama gəmilərini Hindistanın Kalikut şəhərinə gətirə bilmişdir. Ədviyyat 

alan Vasko da Qama səyahətə çıxmasından iki il sonra Portuqaliyaya qayıtmışdır. 

Hindistana  ikinci  səyahəti  zamanı  o,  portuqaliyalıların  bir  neçə  dayaq  bazasını 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə