Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə202/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   197   198   199   200   201   202   203   204   205

406 

 

iyulunda  (respublika  təqvimi  ilə  II  ilin  9  termidorunda)  termidor  çevrilişi 



nəticəsində devrildi. 

Yaqaylo

  -  1377  -  92-ci  illərdə  böyük  Litva  knyazı,  1386-cı  ildən  Polşa 

kralı. Qrünvald savaşında Polşa-Litva qoşunlarına komandanlıq etmişdir. 



Yalta konfransı

 - bax: Krım konfransı. 

yanki

 - ABŞ-da doğulan amerikanlara verilən ləqəb. 

Yanus

  -  1)  Qədim  Roma  mifologiyasında  qapılar,  giriş  və  çıxış,  bütün 

başlanğıcların  allahı.  İki  simada  təsvir  olunurdu:  bir  üzü  keçmişə,  digəri  isə 

gələcəyə  yönəlirdi.  Yanvar  ayı  onun  adı  ilə  adlandırılıb;  2)  məcazi  mənada: 

"ikiüzlü Yanus" - ikiüzlü adam. 



yardarlıq

  -  torpaq  sahibinə  icarə  haqqı  məhsulun  bir  hissəsi  ilə  ödənilən 

torpaq icarəsi forması. 



yarlıq

  (türk.  "əmr",  "fərman")  -  Qızıl  Ordada  monqol-tatar  xanlarının 

onlardan asılı olan dünyəvi və ruhani feodallara verdikləri imtiyaz sənədləri. 



yarımmüstəmləkə

  -  formal  olaraq  müstəqil,  əslində  isə  xarici  kapitalın 

nəzarət elədiyi zəif inkişaf etmiş iqtisadiyyata malik, xarici və daxili siyasətində bir 

və ya bir neçə böyük dövlətin təsiri altında olan ölkə. 

yasaq

  (türk.  "xarac")  -  XV  -  XX  əsrlərdə  Rusiyanın  işğal  etdiyi  Sibir  və 

Şimal xalqlarından əsasən xəz ilə alınan natural vergi. 



yasavul

  (türk.  "rəis")  -  1)  Orta  əsrlərdə  Yaxın  Şərqin  bəzi  ölkələrində,  o 

cümlədən Azərbaycanda hərbi vəzifə. Yasavul əsgərlər arasında nizam-intizama və 

onların döyüşə hazırlığına cavabdeh idi; 2) Rusiyada - yesaul - XIV əsrdən vəzifə, 

XVIII əsrdən isə kazak qoşunlarında rütbə. Sonralar süvari qoşunlarda rütbə. 



Yason

  -  qədim  yunan  mifologiyasında  qızıl  yun  (runo)  dalınca  Kolxidaya 

gedən arqonavtların başçısı. 



yaylaq maldarlığı

 - bax: köçəri maldarlıq. 

yazı 

- məlumatın hər hansı material üzərində hər hansı şərti işarələrlə və ya 

əlavə  izahat  tələb  etməyən  işarələrlə  verilməsi.  Digər  məlumat  vasitələrinin 

əksəriyyəti,  o  cümlədən  nitq  ani  xarakter  daşıyır,  zaman  və 

məkan  məhdudluğuna  malikdir.  Yazılı  söz  isə  zaman  və 

məkam  keçə  bilər.  Lap  qədimlərdə  yazılmış  bir  şeyi  indi 

oxumaq  və  anlamaq  olar.  Yazının  köməyi  ilə  təcrübəni 

asanlıqla  sonrakı  nəsillərə  və  başqa  xalqlara  ötürmək  olar. 

Ona  görə  də  yazı  bəşəriyyətin  ən  böyük  mədəni 

dəyərlərindən  biri  hesab  edilir.  Qədim  Şərq  dünyaya  iki 

mühüm  ilkin  yazı  formasını  -  e.ə.  IV  minillikdə  meydana 

gəlmiş  Qədim  Misir  heroqliflərini  və  Mesopotamiya  mixi 

yazılarını  vermişdir.  Finikiyalılar  tərəfindən  əlifbanın 

yaradılmasının isə daha böyük əhəmiyyəti var idi. 



yazılı tarixi mənbələr

 

- bax: tarixi sənədlər. 




407 

 

Yekaterina II

 

- yoxsullaşmış alman knyazı nəslindən olan Sofya Frederika 



Avqusta Anhalt-Serbstli (1729 - 96), Rusiya imperatriçəsi (1762 - 96). 1745-ci ildə 

Rusiya  taxt-tacının  varisi,  gələcək  Rusiya  imperatoru  III  Pyotra  ərə  verilmişdir. 

1762-ci  ildə  qvardiyanın  köməkliyi  ilə  III  Pyotru  devirmişdir.  Zadəganların  silki 

imtiyazlarını təsdiq etmiş və mütləqiyyəti möhkəmləndirmişdir. Onun hakimiyyəti 

illərində  Puqaçovun  rəhbərliyi  ilə  kəndli  müharibəsi  (1773  -  75)  başlanmış  və 

amansızcasına  yatırılmışdır.  Şimali  Amerikada  istiqlaliyyət  uğrunda  müharibə 

dövründə  İngiltərəyə  qarşı  yönəlmiş  silahlı  bitərəflik  haqqında  bəyanat  (1780) 

vermişdir. II Yekaterinanın dövründə Rusiya Qara dənizin şimal sahillərini, Krımı, 

Şimali Qafqazı, Qərbi Ukrayna, Qərbi Belorusiya, Litva və Polşa torpaqlarını (Reç 

Pospolitanın  üç  dəfə  bölüşdürülməsi  nəticəsində)  işğal  etmişdir.  II  Yekaterina 

1796-cı  ildə  general  Zubovun  başçılığı  ilə  rus  qoşunlarını  Şimali  Azərbaycan 

xanlıqlarını  işğal  etmək  üçün  göndərmişdir.  Yekaterina  hökuməti  burada  Rusiya 

imperiyasının  himayəsi  altında  xristian  Alban  dövlətinin  yaradılması  üçün  layihə 

hazırlamışdır.  II  Yekaterina  1790-cı  illərdə  azad  fikirliliyi  təqib  edir  və  inqilabi 

Fransanın əleyhinə mübarizədə fəal iştirak edirdi. 

Yelena

 

-  qədim  yunan  mifologiyasında  Sparta  şahzadəsi,  qadınların  ən 

gözəli.  Onun  sevgilisi  Parislə  Troyaya  qaçması  (və  ya  qaçırılması)  Troya 

müharibələrinə səbəb olmuşdur. 



Yelizaveta  I  Tüdor

 

-  ingilis  kralı  VIII  Henrixin  qızı,  İngiltərə  kraliçası 

(1558  -1603).  Yelizavetanın  dövründə  İngiltərədə  mütləqiyyət  möhkəmlənmiş, 

anqlikan  kilsəsi  bərpa  edilmişdir.  O,  ticarətə  və  gəlirinin  bir  hissəsini  aldığı 

piratlığa  (dəniz  quldurluğuna)  himayədarlıq  edirdi.  Yelizavetanın  dövründə 

ispanların  "Məğlubedilməz  armada"sı  darmadağın  edildi  (1588),  İrlandiyanın 

müstəmləkələşdirilməsi geniş şəkildə həyata keçirilməyə başlandı. 

"yeni  zadəganlar"

 

-  XVI  -  XVII  əsrlərdə  İngiltərə  zadəganlarının 

kapitalizmin  inkişafına  uyğunlaşmış  hissəsinin  adı.  "Yeni  zadəganlar"ın  əsas 

kütləsini  orta  və  xırda  zadəganlar,  habelə  varlı  kəndlilər  təşkil  edirdi.  "Yeni 

zadəganlar" muzdlu əməkdən istifadə etdikləri kənd təsərrüfatı ilə yanaşı, ticarət və 

sahibkarlıqla  da  məşğul  olurdular.  "Yeni  zadəganlar"  İngiltərə  burjua  inqilabında 

burjuaziyanın əsas müttəfiqləri idilər. 

yeniçərilər

 

(türk.  "yeni  çerik",  hərfi  mənası  -  "yeni  qoşun")  -  XIV  əsrdə 

Osmanlı  imperiyasında  yaradılmış,  dövlət  xəzinəsi  hesabına  saxlanılan  nizami 

piyada  qoşununun  adı.  İlk  əvvəl  yeniçərilər  əsir  gənclərdən,  sonra  isə  Osmanlı 

imperiyası  tərəfindən  fəth  olunmuş  əhalinin  oğlanlarından  zor  yolu  ilə  təşkil 

edilirdi.  Buna  "devşirmə"  üsulu  deyilirdi.  Yeniyetmələr  dövlət  vəsaiti  hesabına 

hərbi  xidmətdə  qulluq  etmək  üçün  tərbiyə  edilirdilər.  Yeniçəri  sıralarına  daxil 

edilənlər  sultandan  bol-bol  hədiyyələr  alır  və  ona  sədaqətli  olurdular. 

Müharibələrdə  yeniçərilər  igidlikləri  və  amansızlıqları  ilə  seçilirdilər.  Sonralar 

yeniçərilər  xoşlarına  gəlməyən  sultanlara  qarşı  tez-tez  çıxış  edirdilər.  Yeniçəri 

qoşunu 1826-cı ildə sultan II Mahmud tərəfindən ləğv edilmişdi. 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə