Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə201/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   197   198   199   200   201   202   203   204   205

404 

 

villa



 - Qədim Romada şəhərkənarı yaşayış və təsərrüfat tikililəri kompleksi 

- quldarlıq malikanəsi mərkəzi. Orta əsrlərdə Avropada müxtəlif növ məskənləri  - 

icma, kənd, sonralar - feodal malikanəsini bildirən məfhum. 

Vişnu 

-  hinduizmdə Brahma  və Şiva ilə bərabər baş allah, qoruyucu allah, 

əbədi  canlı  təbiətin  mücəssəməsi.  Kainatın  sonsuzluğunu  təcəssüm  etdirən  Vişnu 

adətən  dərisi  göy  rəngli,  şanagüllə  çiçəyi  və  ya  əfsanəvi  Harud  quşu  üzərində 

oturmuş,  yaxud  da  yayvarı  qıvrılmış  Şeşe  ilanı  üzərində  uzanmış  gözəl  oğlan 

simasında təsvir olunur. 



viza 

-  1)  hər  hansı  bir  sənədin  həqiqiliyini  təsdiq  edən  dərkənar,  yazı;  2) 

rəsmi olaraq hər hansı bir dövlətə getmək, gəlmək və ya onun ərazisindən keçmək 

haqqında pasportda edilmiş qeyd. 



volyuntarizm

  -  1)  cəmiyyətin  inkişafında  şəxsiyyətin  iradəsinin  əsas 

olduğunu qəbul edən fəlsəfi cərəyan. Volyuntarizm ictimai hadisələr və proseslərdə 

səbəb  şərtləndiriciliyini  inkar  edir;  2)  siyasi  volyuntarizm  subyektivizm  və 

subyektiv  özbaşınalıqla  nəticələnir.  SSRİ-də  "volyuntarizm"  anlayışı  N.S 

Xruşşovun idarəçiliyinə aid edilirdi. 

volontyor 

- hərbi xidmətə könüllü başlayan şəxs. 



Volter 

(əsl  adı  Mari  Fransua  Arue;      1694    -  1778)  -  fransız  yazıçısı  və 

maarifçi  filosofu.  Volterin  fəaliyyəti  dini  dözümsüzlüyə  və  cəhalətə  qarşı  idi, 

feodal-mütləqiyyət  sistemini  tənqid  edirdi. Böyük  Fransa  burjua  inqilabının  ideya 

hazırlığında böyük rol oynamışdır. 

Voronsov

  Mixail  Semyonoviç  -  knyaz,  general-feldmarşal,  Rusiya 

imperatorunun Qafqazdakı birinci canişini. 



votçina

  -  1)  X  -  XI  əsrlərdə  Kiyev  Rus  dövlətində  meydana  gəlmiş  ən 

qədim  feodal  torpaq  sahibliyi  forması  -  irsən  keçən  nəsli  mülk;  sonralar  bütün 

Rusiyada  yayılmışdır;  2)  hər  hansı  feodalın  feodal  torpaq  sahibliyinin  və  onunla 

bağlı  olan  feodal-asılı  kəndlilərin  hüquqlarının  kompleks  bildirilməsi  üçün 

işlədilən termin. 

Vulkan

  -  Qədim  Roma  mifologiyasında  dağıdıcı  və  təmizləyici  od  allahı, 

dəmirçilərin himayəçisi. Qədim yunanlardakı Hefest allahına uyğun idi. 



Vurğun

  (əsl  adı  Səməd  Yusif  oğlu  Vəkilov;  1906  -  56)  - 

"Səməd Vurğun" təxəllüsü ilə yazmışdır. Azərbaycanın xalq şairidir. 

Vurğun  Qazax  rayonunun  Yuxarı  Salahlı  kəndində  anadan 

olmuşdur.  Əvvəlcə  kənd  məktəbində  oxumuş,  sonra  isə  rayon 

pedaqoji texnikumunu bitirərək müəllim işləmişdir. 

1929-cu  ildən  təhsilini  II  Moskva  Dövlət  Universitetində, 

sonralar  isə  Azərbaycan  Dövlət  Elmi-Tədqiqat  İnstitutunun  və 

Azərbaycan  Pedaqoji  İnstitutunun  aspiranturasında  dil  və  ədəbiyyat  bölməsi  üzrə 

davam  etdirmişdir.  Vurğun  1924-cü  ildən  şer  yazmağa  başlamışdır.  Səməd 

Vurğunun şerləri dil saflığı və forma poetikliyi, parlaq obrazlılığı, emosionallığı ilə 

fərqlənir. Vurğunun ən məşhur əsərləri " Şairin andı" (1930), "Fanar" (1932) şerlər 



405 

 

toplusu,  "Komsomol  poeması"  (1932),  mənzum  "Vaqif  (1938)  tarixi  dramı, 



"Xanlar"  (1939)  pyesi,  "Fərhad  və  Şirin"  (1941)  dramatik  poemasıdır.  "Vaqif  və 

"Fərhad  və  Şirin"  pyeslərinə  görə  şair  iki  dəfə  SSRİ  dövlət  mükafatına  layiq 

görülmüşdür. Səməd Vurğun dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı və 

SSRİ Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü seçilmişdir. 



"Vuruşan  çarlıqlar"  dövrü

  -  Çin  tarixində  e.ə.  IV  -  III  əsrlərdə  bütün 

Çində  hakimiyyəti  ələ  keçirmək  uğrunda  bir  neçə  müstəqil  çarlıq  arasında  baş 

vermiş sürəkli və qanlı müharibələr dövrünün adı. 

Vyana  konqresi

  (1814  -  15)  -  Avropa  dövlətlərinin  I  Napoleon  üzərində 

qələbədən sonra  (1814-cü ilin sentyabrı  -  1815-ci ilin iyunu) Vyanada  (Avstriya) 

keçirdikləri  konqres.  Burada  feodal  qaydalarının  və  Avropanın  əvvəlki 

sülalələrinin  hakimiyyətinin  bərpasına,  qalib  dövlətlərin  ərazi  iddialarının  təmin 

olunmasına,  Almaniya  və  İtaliyanın  siyasi  pərakəndəliyinin  rəsmiləşdirilməsinə, 

Varşava  hersoqluğunun  Rusiya,  Prussiya  və  Avstriya  arasında  bölüşdürülməsinə 

yönəldilmiş  müqavilələr  imzalanmışdır.  Fransa  tutduğu  ərazilərdən  məhrum 

edilmişdi.  1815-ci  ilin  sentyabrında  Vyana  konqresinin  qərarlarına  "Müqəddəs 

ittifaq"ın yaradılması haqqında akt əlavə edildi. 

 

- Y - 

 

Yaxın  Şərq



  -  Asiyanın  cənub-qərb  və  Afrikanın  şimal-şərq  rayonunu 

bildirən qəbul olunmuş tarixi və  coğrafi ad. Həmin ərazidə  müasir  Sudan,  MƏR, 

İsrail, İordaniya, Suriya, Livan, Türkiyə, İraq, Səudiyyə Ərəbistanı, Yəmən, Qatar, 

Oman,  Birləşmiş  Ərəb  Əmirlikləri,  Küveyt,  eləcə  də  Kipr  və  Bəhreyn  adaları 

yerləşir. 

yakobinlər

  -  Böyük  Fransa  burjua  inqilabı  dövründə  müqəddəs  Yakov 

klubunun üzvləri. Yakobinlər inqilabi-demokratik burjuaziyanın maraqlarını ifadə 

edirdilər  və  şəhər  və  kənd  yoxsulları  ilə  ittifaqda  çıxış 

edirdilər.  1792-ci  ilin  oktyabrında  jirondistlər  klubdan 

çıxdılar.  Yakobinlərin  başçıları  Robespyer,  Marat, 

Danton  və  b.  idilər.  1793-cü  il  31  may  -  2  iyun 

üsyanından  sonra  yakobinlər  hakimiyyətə  gəldilər  və 

diktaturalarını  quraraq  əksinqilabi  terrora  başladılar. 

Yakobinlər yaxşı silahlanmış kütləvi ordu təşkil edə və 

müdaxiləni dəf edə bildilər, tutduqları feodal torpaqlarının bir hissəsini kəndlilərə 

verdilər,  feodalların  kəndli  torpaqlarına  olan  mülkiyyət  hüquqlarını  ləğv  etdilər, 

bütün  feodal  ödəniş  və  mükəlləfiyyətlərini  tam  və  ödəncsiz  ləğv  etdilər, 

qiymətlərin  maksimum  həddini  müəyyənləşdirdilər  və  inqilabi  təqvim  tətbiq 

etdilər.  Bir  qədər  keçdikdən  sonra  isə  terror  Robespyerin  şəxsi  hakimiyyətini 

mökəmləndirmək  üçün  alətə  çevrildi.  Yakobin  diktaturası  1794-cü  ilin  27  -  28 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə