47
Milli Qəhrəmanlar
60
illiyi
AKİF ƏKBƏROV
1952-1991
FEVRAL
Akif Abbas oğlu Əkbərov 1952-ci
il fevral ayının 2-də Cəbrayıl rayo-
nunun Balyand kəndində anadan ol-
muşdur. 1969-cu ildə 1 saylı Beyləqan
şəhər orta məktəbini bitirmiş və 1970-
ci ildə ordu sıralarına çağırılmışdır.
1972-ci ildə ordudan tərxis olunmuş,
1974-cü ildə Beyləqan rayon Daxi-
li İşlər Şöbəsində polis nəfəri kimi
fəaliyyətə başlamışdır. Polis starşi-
nası Akif Əkbərovun sonuncu iş yeri
Polis şöbəsinin Dövlət avtomobil
müfəttişliyi bölməsində yol-patrul
xidməti müfəttişi olmuşdur. 1991-ci
il avqust ayının 5-də Beyləqan Rayon
Polis şöbəsinin bir qrup əməkdaşı ilə
birlikdə Akif Əkbərov da Kəlbəcər
rayonunun “Sarı yer” yaylağındakı
mülki şəxslərin təhlükəsizliyini təmin
etmək üçün oraya ezam olunur. Av-
qust ayının 12-də ermənilər Cermuq
şəhəri tərəfdən “Sarı yel” yaylağına
hücuma keçirlər. Əhalini qorumaq
üçün polis işçilərimiz döyüşə girirlər.
6 saat davam edən bu döyüşdə Akif
xüsusilə fərqlənir. Düşmənin xeyli
canlı qüvvəsi məhv edilir. Lakin qəfil
düşmən gülləsi Akifdən yan keçmir.
O, qəhrəmancasına həlak olur. Ailəli
idi. Beş övladı var.
Azərbaycan Respublikası Preziden-
tinin 8 oktyabr 1992-ci il tarixli 264
saylı Fərmanı ilə Əkbərov Akif Abbas
oğlu ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” adına layiq görül-
müşdür. Milli Qəhrəman Beyləqan
rayonunda dəfn edilmişdir. Büstü
qoyulmuş, Beyləqan rayonundakı
küçələrdən birinə onun adı verilmiş-
dir.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası
Daxili işlər orqanları-
nın bir qrup əməkdaşına
“Azərbaycanın Milli
Qəhrəmanı” adı verilməsi
haqqında: [Əkbərov
Akif Abbas oğlu – yol
keşik xidməti müfəttişi –
Azərbaycan Respublikasının
suverenliyi və ərazi bütövlü-
yünün qorunmasında, dinc
əhalinin təhlükəsizliyinin
təmin edilməsində göstərdiyi
şəxsi igidlik və şücaətə
görə]: Azərbaycan Res-
publikası Prezidentinin
Fərmanı, 8 oktyabr 1992-ci
il [Mətn]//Azərbaycan.-
1992.- 9 oktyabr.- S. 1.-
(ölümündən sonra).
Əkbərov Akif Abbas oğlu
[Mətn]: biblioqrafiya //
Azərbaycanın Milli
Qəhrəmanları /tərt. ed.
H.Həmidova.- Bakı, 2008.-
S. 53.
Əsgərov, V. Əkbərov
Akif Abbas oğlu [Mətn]
/V.Əsgərov //Azərbaycanın
Milli Qəhrəmanları.- Bakı,
2005.- S. 49.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
2
Milli Qəhrəman
Biz fəxr edirik ki, Azərbaycan xalqının milli mənliyini qoru-
maq üçün öz canından keçməyə hazır olan övladları vardır.
Heydər Əliyev, ümummilli lider
48
Milli Qəhrəmanlar
50
illiyi
FİRUDDİN ŞAMOYEV
1962-1992
FEVRAL
Firuddin İsa oğlu Şamoyev 1962-ci
il fevral ayının 7-də Qazax rayonunda
anadan olmuşdur. Orta təhsilini burada
almışdır. 1981-1983-cü illərdə Qazax
rayon Hərbi Komissarlığının çağırışı
ilə həqiqi hərbi xidmətdə olmuşdur.
Ordudan təxis olunduqdan sonra do-
ğulduğu Qazax şəhərinə gələrək,
Təmir-Tikinti İdarəsində çilingər kimi
işə başlayır. Ermənilərin torpaqları-
mıza təcavüzü, törədilən vəhşiliklər
onu bərk narahat edirdi. Firuddin 8
iyul 1991-ci ildə könüllülərdən ibarət
dəstəyə yazıldı. O, 707 saylı hərbi
hissənin minaatan bölüyünün koman-
diri vəzifəsinə təyin olundu.
Firuddin Qazax rayonunun Ba-
ğanis Ayrım, Məzəm, Quşçu Ayrım
kəndlərinin müdafiəsində iştirak et-
miş, düşəmənin xeyli canlı qüvvəsini
və zirehli texnikasını məğlubiyyətə
uğratmışdı. Ancaq çox əfsus ki, 1992-
ci il 13 aprel Quşçu Ayrım kəndi
ətrafında gedən döyüşlərdə Firuddin
qəhrəmancasına həlak oldu.
Ailəli idi, üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası Preziden-
tinin 1992-ci il 7 iyun tarixli 833 saylı
fərmanı ilə Şamoyev Firuddin İsa oğ-
luna ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” adı verilmişdir.
Qazax şəhərinin Şəhidlər xiyaba-
nında dəfn edilib.
Qazax şəhərindəki məktəblərdən
biri qəhrəmanımızın adını daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublika-
sının Müdafiə Nazirliyi-
nin hərbi qulluqçularına
“Azərbaycanın Milli
Qəhrəmanı” adı verilməsi
haqqında: [Şamoyev
Firuddin İsa oğlu – siravi –
Azərbaycan Respublikasının
suverenliyi və ərazi bütölü-
yünün qorunmasında, dinc
əhalinin təhlükəsizliyinin
təmin edilməsində göstərdiyi
şəxsi igidlik və şücaətə
görə] : Azərbaycan Res-
publikası Prezidentinin
Fərmanı, 7 iyun 1992-ci
il[Mətn] //Azərbaycan
Respublikası Ali Sovetinin
Məlumatı.-1992.-№13.-
S.25.- (ölümündən sonra).
Əsgərov, V. Şamoyev
Firuddin İsa oğlu [Mətn] /
V.Əsgərov // Azərbaycanın
Milli Qəhrəmanları.- Bakı:
Respublika xatirə kitabı
redaksiyası, 2005.- S.208.
Şamoyev Firuddin İsa oğlu
[Mətn] //Azərbaycanın Milli
Qəhrəmanları: biblioqrafiya
/ tərt. ed. H. Həmidova;
M.F.Axundov adına
Azərbaycan Milli Kitabxa-
nası.- Bakı, 2008.- S.193.
7
Milli Qəhrəman
Vətən yolunda şəhid olanların qəhrəmanlıq
nümunələri heç vaxt unudulmayacaqdır. Onlar bizim
qəlbimizdə əbədi yaşayacaqlar.
Heydər Əliyev, ümummilli lider