Redaksiya heyəti: Editorial staff



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə21/116
tarix01.02.2018
ölçüsü3 Mb.
#23258
1   ...   17   18   19   20   21   22   23   24   ...   116

61

Qəbələ Arxeoloji 

Ekspedisiyasının Hesabatları 

2005-2010

Reports of the Gabala 

Archaeological Expedition

2005-2010

SE

BA

və bütün Qafqazın bir çox yerlərində olduğu 

kimi, ilk Tunc dövrü yaşayış yerinin üzərində 

salınmışdır.  Qazıntı  zamanı  o  dövrə  aid  gil 

qablar, əmək alətləri və silahlar hazırlamaq 

üçün istifadə olunan obsidian (şək.1) və çax-

maq daşı qəlpələrinə də rast gəlinir.

 Antik dövr 

Əvvəlki  illərdə  aparılan  arxeoloji  qazıntı-

lar  nəticəsində  müəyyən  olunmuşdur  ki,  an-

tik şəhər e.ə. IV əsrdən b.e. I əsrinin sonuna 

qədər  Qaraçayla  Qoçalan  çayları  arasında 

yerləşmişdir.  Bu  sahədə  şəhər  50  hektardan 

artıq  sahəni  əhatə  etmişdir.  Burada  şəhər 

müdafiə  istehkamları  ilə  əhatə  olunmuşdur. 

Hazırda  şəhərin  cənub  müdafiə  divarlarının 

qalıqları 1 km-dən çox uzunluqda yaxşı izlənilir.        

Antik  şəhərin  ilkin  yerləşdiyi  yerdə  1967-

ci  ildə  əsaslı  qazıntılara  başlanılmışdır.  Bu-

rada  şəhərin  müdafiə  divarları,  darvaza  yeri 

tədqiq  olunmuş,  böyük  ictimai  binaların  qa-

lıqlıqları  (şək.2,3),  yaşayış  evlərinin  qalıqları, 

o cümlədən çoxsaylı məişət qalıqları da aşkar 

olunmuşdur.  O  zaman  şəhərdə  sənətkarlığın 

müxtəlif sahələri (şək.4), daxili və beynəlxalq 

ticarət inkişaf etmiş, ticarətdə yerli və müxtəlif 

ölkələrdən gətirilən pullar istifadə edilmişdir.

Qazıntılar zamanı Qəbələdə Antik dövrə aid 

pullar  həm  dəfinələrdə,  həm  də  ərazidə  tək-

tək formada  tapılmışdır. Onlardan ən qədim 

pullar Makedoniyalı İskəndərin pullarıdır. Pul-

ların  arasında  Frakiya  hökmdarı  Lisimaxın, 

Selevkilər  dövlətinin  bir  neçə  hökmdarının 

(IV Selevk, IV Antiox Epifan, V Antiox Evpa-

tor,  I  Demetri  Soter  və  b.),  Yunan-Baktriya 

in  most  parts  of  Azerbaijan  and  the  Cau-

casus. Ceramic dishes, tools, fragments of 

obsidian (fig.1) and flint for making weap-

ons from that period were found during the 

excavations.

Antiquity

In  the  result  of  previous  excavations,  it 

had become clear that the ancient town was 

situated  between  the  Garachay  and  Gocha-

lan rivers from the 4

th

 century BC to the end 



of  the  1

st

  century  AD.  The  town  occupied 



more than 50 hectares and was surrounded 

by defensive walls. The remains of more than 

1km of the southern defensive walls are still 

clearly observable. 

The  main  archaeological  excavations 

were begun on the original site of the an-

cient town in 1967. The defensive walls and 

gate were investigated and the remains of 

large  public  buildings  (fig.2,3),  dwellings,  

and  household  utensils  were  found  there. 

Various  crafts  (fig.4),  domestic  and  inter-

national trade developed in the town; both 

local and foreign coins were used in com-

merce. 


During  the  excavations,  ancient  coins 

were found in hoards, as well as individually. 

The  oldest  were  from  Alexander  the  Great. 

Other  coins  included  those  from  the  Thra-

cian  ruler  Lisimach,  various  Seleucids  (Se-

leucus IV, Antiochus IV Epiphanes, Antiochus 

V Eupatorus, Demetrius I Soter and others), 

Greco-Bactrian  rulers  (Diodotus  I,  Eucrati-




62

SE

BA

dövlətinin  hökmdarlarının  (I  Diodot,  Evkra-

tid),  Parfiya  dövlətinin  bir  neçə  hökmdarının 

(Arşak,  I  Mitridat,  II  Fraat  və  b.),  Romanın 

Respublika (Qay Yuli Sezar, Publi Klodi və b.) 

(şək.5a,5b) və İmperiya (Vespasian və b.) döv-

rü və başqa ölkələrin pulları tapılmışdır.  

Antik  şəhər  yerində  Ellinizm  dövrü 

təbəqəsində çoxsaylı gil bullalar tapılmışdır. 

Belə bullalar ilə qapılar, müxtəlif məhsullar 

saxlanılan  qablar,  bağlamalar,  sənədlər 

möhürlənmişdir.  Bu  isə  ölkədəki  xüsusi 

mülkiyyətin inkişafının əsas göstəricisidir.

Antik dövrdə Yunan və Roma dünyası ilə 

əlaqələr  Qəbələnin  tikinti  texnikasına  və 

memarlığına  da  təsir  göstərmişdir.  Bu  təsir 

nəticəsində Qəbələdə e.ə. III əsrdən gec olma-

yaraq  kirəmitlərdən,  eramızın  əvvəllərində 

bişmiş kərpiclərdən istifadə olunmuşdur.

1983-1990-cı illərdə antik şəhərin III qa-

zıntı sahəsində Yunan-Roma sayağı oval plan-

lı böyük tikintilərin qalıqları aşkar olunmuş-

dur. Onların tədqiqi 2005-ci ildən başlayaraq 

davam etdirilir.    



Son Antik və Orta əsrlər dövrü 

 

  Qəbələ  şəhəri  b.e.  I  əsrinin  sonlarında 



yerini dəyişərək təxminən 2 km şimal-qərbə, 

strateji  cəhətdən  daha  əlverişli  olan  Qara-

çayla Covurlu çayları arasındakı yüksək yay-

lanın üstünə köçürülmüşdür.

des), Parthian rulers (Arshak, Mithridates I, 

Phraates  II  and  others),  the  Roman  Repub-

lic (Gaius Julius Caesar, Publius Clodius and 

others)  (fig.5a,  5b)  and  the  Roman  Empire 

(Vespasian and others) as well as coins from 

other countries. 

Many clay bullae were found in the ancient 

urban area in a stratum dating from the Hellen-

istic Period. These bullae were used to stamp 

doors, dishes containing various products, pack-

ages and documents. They illustrate the devel-

opment of private property in the country. 

In  the  ancient  period,  the  technology  of 

construction  and  the  architecture  employed 

in  Gabala  were  influenced  by  relations  with 

Greece and Rome. Consequently, tiles were in 

use no later than the 3

rd

 century BC and baked 



bricks were used in the early years AD. 

From  1983-1990  the  remains  of  large, 

Greek-Roman-style,  oval-shaped  buildings 

were found at the third excavation site of the 

ancient town. They have been under investi-

gation since 2005. 



Late Antiquity and the Middle Ages

 

By the end of the 1

st

 century AD, Gabala 



had been transferred about 2km to the north-

west, to a more suitable strategic position on 

the high plateau between the Garachay and 

Jovurlu rivers. 

Qəbələ arxeoloji

tədqiqatlar tarixindən

From the history 

of archaeological surveys in Gabala




Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə