Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə29/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   ...   25   26   27   28   29   30   31   32   ...   37

 

61 


tafşırmışam  deyir  imkan  olsa  gətirəcəm.  Sağ  ol,  öpürəm  səni  məktub  yaz.  Bir  az  da 

sözündən-söhbətindən yaz əmin məktubu özümə verir. 

***    

Hörmətli məktub 



Əziz qardaşım Rəsul salam. Salamdan sonra yaz görüm  vəziyyətin  necədir. Sizə 

indi  nə  örgədirlər.  O  qədər  yadıma  düşürsən  ki,  burnumun  ucu  göynəyir.  Rəsul 

qonşumuz Məmişin oğlu  İntiqam əsgərlikdən qaçıb  gəlmişdi. Deyirdi serjantım  məni 

incidir. deyir pul ver şokalad al, siqaret al. 

Əgər səni də incidirlərsə əmim gələcək yanına onda deyərsən. Rəsul Ziyyədin bir 

dəfə gəlib evdəkiləri gördü. Sən də bir dəfə komandirindən icazə al gəl bir səni görək. 

Qumruynan Tamara yaman darıxıblar səndən ötərin. Elə hamımız... Rəsul aprelin 1-də 

Tofiq yaman aldatdı məni. Dedi Rəsul gəlir. Mən də səni yuxuda görmüşdüm. Qaçdım 

həyətə gördüm yoxsan. Sonra yadıma düşdü ki, aldatma günüdür. Rəsul mənə məktub 

yaz. Gözləyəcəm. Yaz gör sizi nə vaxt döyüşə aparacaqlar. Bax özündən müğayat ol. 

Yaxşı. Rəsul səni öpüb ayrılıram. Sağ ol. Cavab gözləyirəm. 

İmza bacın Adilə 11.II.94  

***     

Cəbhə məktubu  

Salam əziz ana kefin necədir 

İsmayıllıda havalar yaxşımı keçir 

Salam de hamıya mənim dilimdən 

Sizdə nə var nə yox təzə xəbərdən 

 

Bəlkə ağlayırsan məndən xəbərsiz  



Yox, yox, qadan alım ağlama mənsiz 

Sənin göz yaşının hər damlasına 

Mən qurban kəsilim səssiz səmirsiz 

 

Tez yaz cavabını gözləyirəm mən 



Yuxuma girmişdin dünən yenə sən 

Nigaran qalmışam anacan, səni 

Nə vaxt görəcəyəm bir də görəsən? 

 

Anacan  necəsən.  Buradan  zəng  eləmək  bir  az  çətindir.  Ona  görə  də  zəng  eliyə 



bilmirəm.  Amma  çalışacağam  ki  zəng  eləyim.  Bilirəm  ki,  məktub  gec  gəlib  çatır. 

Amma  neyləyək  5-10  gündən  sonra  uvalneniya  məsələsi  düzəldi.  3-4  nəfər  heç  evə 

getmiyən var. Onlardan sonra görək icazə alıb gələ bilərəmmi? Nə isə. Hər şey Allah 

talanın  köməkliyi  ilə  yaxşı  olar.  Bura  məktub  yazmaq  istəsəniz  Adres  belədir. 

Goranboy rayonu h/h 157 İSR.  

Daha nə yazım. Sağ olun, var olun, öpürəm sizi. 

Goranboy. 18.XI .93 

***  


 

Sevgilim Qabilə sonuncu məktub 




 

62 


Dünyalar  qədər  istəkli  sevgilim  səni  sevir  və  sənin  xaişini  yerinə  yetirir  və 

ağlama  deyirsən  ağlamıram.  Əzizim  axı  özümü  saxlaya  bilmirəm  sənin  məktubunu 

oxuyanda  kövrəlir  və  ağlayıram.  Və  çalışıram  ki,  sən  gedəndə  dalınca  ağlamayım. 

Mən  bilirəm  ki,  mən  ağlasam  sən  də  ağlayacaqsan.  Bəli  sənin  dediyini  edirəm. 

deyirsən  fikir  eləmə  eləmirəm.  Və  sən  yadıma  düşəndə  şəkilinə  baxıb  elə  biləcəm 

yanımdasan.  Qaldı  sənin  əsgərliyini  çəkib  gəlməyinə  allah  qoysa  çəkib  gələrsən. 

Həyat  qurar  və  ailə  sahibi  olarıq.  Əzizim  ailə  quracaq  sən  ata  mən  isə  ana  olacam. 

Əzizim  o  nə  deməkdi  səni  ömrüm  boyu  gözləyəcəm  və  sənin  məktublarını  oxuyub 

səni yadıma salacam. Bəli nə vaxt olsa görüşəcəyik. Elə məndə səni son dəfə bağrıma 

basmaq  və  öpmək  istəyirəm.  Yaxşı  əzizim  dalınca  ağlamayacam.  Bilirəm  məni 

sevirsən və mənsiz dura bilməyəcəksən. Elə məndə sənsiz dura bilməyəcəm. 

Yaxşı tez-tez məktub yazacam və cavab gözləyəcəm. 

Sağ ol. Öpürəm səni. 

Amaliya 


*** 

Şanlı məktub 

Əvvəla salam. Əzizlərim mənim əhvalımla tanış olsuz hələlik sağ və salamatam. 

Dayım  Teymur  əzizim  xala  ayın  17-də  Arcazor  uğrunda  döyüşdə  ayağımdan 

yaralandım.  Narahat  olmayın,  axrı  ki,  Arcazoru  aldıq.  Hindi  Ağdərədə  qospitalda 

yatıram. Xala mənim yaralandığımı bizlərdən heç kim bilməsinlər. Xala məndən ötrü 

ağlamayın  çünki  Yerevanı  alıb  pramoy    gələcəm  sizə,  Teymur  dayımnan  oturub  bir 

qletka araq içib sonra dava salacam. 

Eşitmişəm  Tahirə  ora  ərə  gedib.  allah    xoşbəxt    eləsin  gələndə  onu  da  görərəm. 

Ordan Füzuli gilə Almariyə asobu çoxlu salam de. Xala səndən bir xaişim var orda bir 

adam  var  ona  da  asobu  salam  de.  Pərviz  darıxma  gələrəm.  Yadındadı  sənnən  mal 

axtarmağa  gedirdik.  Lap  əla  adamın  canına  yatır  heyif  cavanlıq.  Teymur  dayı  sən  də 

darıxma az qalıb gəlib sizdə vurmağımıza. Xala məndən olsa ora gəlmərəm, məni ora 

çəkib  gətirən  bir  canlı  var  (zaravat)  Pərviz  oraları  sənə  tapşırmışam  onu  sənə 

tapşırıram sənidə allaha 

Əzizlərim  sağ  olun.  Ayın  axırı  bərkə  qospitaldan  çıxıb  sizə  gəldim  hələlik  bu 

qədər öpürəm sizi.  

20 yanvar 1993-cü il 

***          

Salam  Natiq.  Necəsən?  Mən  yaxşıyam.  Sənin  də  yaxşı  olmağını  o  bir  Allahdan 

arzu  edirəm.  natiq  yəqin  orda  da  havalar  soyuq  keçir  hə?  Üşümürsən  ki?  özünü 

soyuğa  vermə.  Allah  eləməmiş  xəstələnərsən,  əynini  qalın  elə.  Natiq,  məktubunu 

aldım. Həm Sahibi gördüyüm üçün, həm də səndən məktub aldığım üçün elə sevindim 

ki.  Natiq,  mən  sənə  məktub  yazmışdım.  Görünür  almamısan.  Üstündə  Gəncədə  olan 

yerinin  adresini  yazmışdım.  O  məktubda  səndən  o  qədər  şikayət  yazmışdım  ki. 

Yazmışdım  ki,  sən  insafsızsan.  Bilirsən  niyə?    Çünki,  mənə  məktub  yazmırsan.  O 

məktubumdan  qabaq  sənə  üç  dənə  məktub  yazmışdım.  Ancaq  göndərə  bilmədim. 

Ürəklənib  4-cünü  göndərdim,  o  da  gəlib  sənə  çatmadı.  Mən  sənin    kimi  insafsız  

deyiləm,  Natiq.  Sənin  adresini  dəqiq  bilsəm,  sənə  tez-tez    məktub  yazaram,  heç  vaxt 

tapıb oxuyada bilmərsən.  Ancaq sizin  yeri  tez-tez dəyişirlər. Nə olar, ay  insafsız, sən 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə