Şəmil
Sadiq
47
Bir gün elə də oldu, bu ipə-sapa yatmaz, yaraşıqlı ye-
niyetməyə qızların yanında bir sillə vurdum. Səbəb də o
idi ki, qızların yanında söyüş söymüşdü. Uşaq bir anlıq
düz gözümün içinə baxdı və “Yanlış etdiniz, müəllim” –
dedi, sanki. O baxışları heç unutmuram. Bir anlıq tutuldu
və birdən qapıya doğru gedib, qapını təpiklə açdı. Sonra
da geriyə dönüb, “Burda gözləyin, gələcəm”, − dedi. Özü-
mü qəhrəman kimi hiss etmişdim o anlarda. Amma dərsin
axırına yaxın məni bir isti tər basmışdı. Açığı, çölə çıxanda
da, evə gedəndə də o uşağın dostları ilə “razborka çürüt-
məyə” gələcəklərini gözləyirdim. Hər tindən keçəndə qəfil
vuracağı da ağlıma gəlirdi. Özümü o yerə qoymasam da,
içimdə bir qorxu hissi var idi. Axı bir uşaq bir müəllimi
vurarsa, o müəllim bundan sonra o məktəbdə necə işləyə
bilərdi? Amma uşaq getdi və bir də bir neçə ay sonra dər-
sə gəldi. Mən də “qayıb” deyilən lazımsız hərfi hər gün
jurnala yazırdım. Amma sonra dərsə gəlməyə başladı, heç
nə olmamış kimi münasibətlərimiz yenidən yaxşılaşdı.
Sən demə, o hərəkətimə görə mən “prav” imişəm. Dost-
ları bunu ona başa salmışdılar. Hətta bu hərəkətimə görə
mən “cail” uşaqlar tərəfindən “cail” müəllim kimi qəbul
edilmişəm və mənə böyük hörmət edirmişlər. Kişi hərəkəti
etmişdim. Hələ o uşaqdan “zavuça” və direktora şikayət
etməməyim bir başqa aləm imiş.
İlin axırına yaxın münasibətlərimiz yenə pozuldu.
Dərslərə gəlsə də, heç nə oxumayan bu uşağa hər gün “2”
yazırdım. Həvəsləndirmək üçün bir gün “5” də yazmış-
dım. Amma heç bir xeyri yox idi. Sinif rəhbəri olaraq va-
lideynlərini axtarsam da, tapa bilməmişdim. İlin sonunda
da illik olaraq uşağa iki yazdım. Heç bir reaksiyanın ol-
maması məni hövsələdən çıxarmışdı. “Zavuç” bir-iki dəfə
qiymətini düzəltməyimi istəsə də, iki ayağımı bir başmağa
keçirib, razı olmamışdım. Eşitdiyimə görə, direktora tap-
şırsalar da, Talıb müəllim demişdi ki, o müəllim rüşvət-zad
almır, ona heç nə deyə bilmərəm.
Yaz imtahanında da “2” yazdım. Anası gəldi. Nə qə-
dər xahiş etsə də, iradlarımı bildirdim və razı olmadım.
Axırda belə razılaşdıq ki, uşağı məktəbdən çıxarırsa, mən
üç yazım. Belə də oldu və mən o uşağa “3” yazdım, uşa-
Şəmil
Sadiq
48
ğı da başqa məktəbə apardılar. Düzdür, protokol, intizam
qaydaları öz yerində, hər halda azacıq da olsa, oğlana görə
təəssüf edirdim. Lakin ona ömürlük həyat dərsi verdiyim
üçün daxili bir rahatlıq tapırdım. Səkkiz il oxuduğu sinif-
dən, yoldaşlarından uşağı ayırmaq onun üçün çox çətin
idi. Amma mən bunu etmişdim. Özü də bütün təzyiqlərə,
xahişlərə baxmayaraq, etmişdim. Sonralar o uşağı da unut-
muş, hətta ondan da şuluq uşaqları bağışlamağı bacarmış,
müxtəlif üsullarla sinfi idarə etmişdim.
Bu hadisənin üstündən bir neçə il keçmişdi. Həmin
uşaq böyümüş və məktəbi bitirmişdi. Bir gün Badamdar
ərazisində yaşayan qohumlarımgildən gəlirdim. İsti yay
günü idi. Boğazımda qalstuk, qoltuğumda qovluq yox
idi. Dayanacağa yaxınlaşanda yanımda bir xarici marka-
lı maşın dayandı. Təəccüblə baxanda gördüm ki, həmin
bu uşaq. Bütün vücudum əsdi. İndi uşaq məndən daha
güclü və cüssəli bir gənc idi. Əzələləri həminkindən daha
güclü, daha möhkəm idi. Yaraşıqlı bir gənc olmuşdu.
Ədəblə maşından düşdü və cəsarətlə əlimi sıxdı. Bir an-
lıq məndə müəllim yox, kişi xüsusiyyətləri qabardı. San-
ki müdafiə olunacaq bir vəziyyətə keçdim. İndi bu uşaq
məni yaxşıca döyə bilərdi. Ona etdiklərim bir anlıq gö-
zümün önündə canlandı. Bəlkə də, özümü itirdiyim hiss
olunurdu. Amma mən bunu cidd-cəhdlə gizlədirdim.
“Necəsiniz, müəllim! Hara gedirsiniz?” − deməsində sə-
mimilik duysam da, inanmağım gəlmirdi. Yadımdadır
ki, orta məktəbdə oxuyanda bir müəllim uşaqlardan biri-
ni vurduğu üçün həmin uşaq bir neçə ildən sonra müəl-
limdən qisasını almışdı. İndi “birdən bu oğlan da bu cür
etsə, nə edəcəm?” sualı məni çulğamışdı. Qaçmaq mənə
yaraşmaz, yolun ortasında əlbəyaxa olub tutaşmaq da
heç olmazdı. Bəs göyərmiş gözlə dərsə getmək olardı?
Amma bu gənc özünü o yerə qoymadı, israrla məni maşı-
na dəvət etdi. Birinci dəfə idi ki, xarici maşına minirdim.
Özümü qərib və aciz hiss edirdim. Nəsə oğlan məni düz
məktəbə qədər gətirdi. Yolboyu qısa söhbət etdik. Amma
dilim-ağzım quruduğundan nə danışacağımı bilmirdim.
Vaxtilə haqlı hərəkət etsəm də, yenə də özümü günahkar
sanır, əzab çəkirdim. Beş dəqiqəlik yol mənim üçün sa-
Şəmil
Sadiq
49
atlara bərabər oldu. 20 nömrəli məktəbin üzü Əzizbəyov
heykəlinə (o vaxt məktəbin yanındakı parkda Əzizbəyo-
vun heykəli var idi) tərəf baxan hissəsində saxladı maşı-
nı. “Sağ ol”, deyib düşmək istəyirdim ki, oğlan dilləndi:
– Müəllim, mən bu məktəbdə bir kişi adam tanıdımsa, o
da siz idiniz. Bəlkə, mənə bu dərsi daha əvvəl versəydilər,
indi mən başqa adam olardım. Amma hər halda, dərsiniz
elə də gec olmadı. Əvvəllər sizə nifrət etsəm də, getdikcə
bu hislər qibtəyə çevrildi. Elə də qalmağınızı istəyərdim.
Beləcə oğlandan ayrıldım və o gündən onun mənə son
sözü əsl müəllim olmağımda böyük yardım etdi. Şagirdə
yalnız proqramlaşdırılmış nəzəriyyə yox, bir həyat dərsi
verməyin daha vacib olduğunu anladım. Necə ki, dərsdən
qaçıb aşıq oynayanda tarix müəllimimiz Mehralı müəllim
qulağımdan tutub bir sillə vurmuşdu. Həmin sillə məndə
də o vaxt nifrət oyatsa da, indi o hadisəni hörmət və sevgi
ilə xatırlayıb, müəllimimə hörmət bəsləyirəm. Deməli, –
“təhsil hər şey unudulandan sonra yadda qalanların məc-
musudur” fikri bir həqiqət imiş.
2016-cı il
Dostları ilə paylaş: |