Şəmil
Sadiq
39
Elə buna görə də “müəllimlərin problemləri niyə bu
qədər çox qabardılır” deyib narahat olan müəllim həmkar-
larıma bir sualım var: sizcə, evinizdə müəllim, təhsil adı
çox çəkilməyib, polis, həkim, mühəndis, memar, dizayner,
prokuror, bənna və digər sənət nümayəndələrinin adının
hallanması nə dərəcədə obyektiv olardı? Obyektiv olmaz-
dı. Bu isə onun göstəricisidir ki, biz obyektiv cəmiyyətik.
İndi deyirsiniz, yüzminlərlə müəllim ordusu ilə, beş-
on nəfər dizaynerin qazancı da eyni olsun, onlar haqqında
danışılan söz-söhbətlər də…
Amma müəllim adı özü bir çərçivədir. Bu çərçivədə
yalan danışmaq olmaz, dəlicəsinə aşiq olmaq olmaz, söyüş
söymək olmaz, azad geyinmək olmaz, əxlaqsızlıq olmaz,
alver etmək olmaz, iki arvad almaq olmaz, oğurluq olmaz,
öz xeyrini güdmək olmaz, üsyankar olmaq olmaz… Bir
sözlə, insana məxsus olan hislərin heç birini bu çərçivədə
görmürük və qəbul da etmirik.
Elə buna görə də, bütün peşə sahələrində mütəxəs-
sislər çalışmalıdır, onlar işə xüsusi imtahanlar vasitəsilə
qəbul edilməlidirlər, onlar dövlətə qulluq etdiklərinə görə
dövlət qulluqçusu ola bilər, amma bunlar heç bir halda
məktəbə aid deyil. Dəhşət odur ki, universitetlər inkuba-
tor kimi müəllim buraxır. Valideynlər uşaqlara “ Ən pis
halda müəllimdən-zaddan olarsan” deyir. Bundan sonra
hansı sağlam cəmiyyətdən danışmaq olar?
Deyir, cəmiyyətdə üç varlığın hörməti yoxdur, amma
bu üç varlıq həmişə, hamının işinə yarayır: heyvanlardan
eşşəyin, tərəvəzlərdən badımcanın, insanlardan da Əliqu-
lunun (şərti addır). Eşşək cəmiyyətdə bütün heyvanlardan
çox əziyyət çəkir, insanın həmişə işinə yarayır, digər hey-
vanlardan daha çox döyülür, söyülür, işə buyrulur, amma
Allahın sərçəsi qədər hörməti yoxdur. Hətta bu “biçarə”
heyvanın adını da çəkəndə bir-birimizdən etika naminə
üzr istəyirik. Badımcan da həmçinin. Nə qədər faydalı və
sərfəli tərəvəz olsa da, qədir-qiyməti bilinmir.
Əsas məsələ Əliquludur. İstəsəniz Əliqulu kimi insan-
ları müəllimlik peşəsi ilə müqayisə edə bilərsiniz. Belə ki,
Əliqulu məhəllədə hamının işinə yarayır, qocaların çan-
tasını daşıyır, toy və yaslarda buyruq qulu olur, böyüyün
Şəmil
Sadiq
40
ayağına durur, kiçiyin əlindən tutur, ən ağır işlərin altına
girir, məclislərdə çay paylayır, su gətirir, aşağı başda otu-
rur, amma gəl ki, beş qəpiklik hörməti yoxdur. Heç kim
onu saymır, hamı onu gic, bədbəxt, kimi qəbul edir.
Sizcə müəllimlik peşəsini Əliquluya bənzətmək olar,
ya yox?
Müəllim elə mənim kimi olur, Mustafa deyənə qədər,
o qədər mıs-mıs edirik ki… Yazının sonuna gəlib çatsaq,
onda deyəcəm nə demək istəyirəm.
Bir də yadımıza salaq müəllim adının işə yaradığı
məqamları:
– çarəsizlikdən toylarımızda tamada da seçirlər;
– bəzən toylarda ənam dəftərinin yazılmasını da ona tapşı-
rırlar;
– boşanmış ailələrin barışması üçün onu qabağa verirlər;
– satılmayan maşınlara “müəllim maşınıdır” deyib, sırıyır-
lar;
– elçiliyə gedəndə “biz müəllim ailəsiyik” deyirlər;
– məhkəmələrdə “mən müəllim oğluyam, atam müəllimdir”
deyib hörmət gözləyirlər.
– istənilən sənət sahibinə “müəllim” deyib ona hörmətlə ya-
naşdıqlarını sərgiləyirlər…
– şeflərin, patronların köməkçiləri onlara “müəllim” de-
yib, birinci olduğunu ifadə etməyə çalışırlar…
– içi boş, cibi dolu adamlar kostyum geyinib qalstuk bağla-
maqla özlərini müəllim kimi göstərməyə çalışırlar…
Sadalamaqla bitmir...
İndi gələk məramımıza…
Əminəm ki, hələ də mənim kimin tərəfində olduğumu
bilmədiniz.
Bütün bu oxuduqlarınızın, ağlınıza gətirdiklərinizin
hamısının baiskarı müəllimdir. Yaxşılar da ona aiddir, pis-
lər də… Cəmiyyətin yaxşılarını da onlar yetişdirir, pislə-
rini də. “Yaxşılar bizimdir” – deyib, pislərə sahib durma-
maq müəllimin ən böyük səhvdir, çünki müəllim həmişə
dünənin adamı olub. Uca səslə təkrar edirəm: MÜƏLLİM
HƏMİŞƏ DÜNƏNİN ADAMI OLARAQ QALIR! Heç
bir halda zamanla ayaqlaşmayıb. Bugünü qəbul etməyib,
sabahı başa düşməyib. Həmişə dünənlərdə yaşamağa,
Şəmil
Sadiq
41
dünənin əzabı ilə formalaşan taleyinə boyun əyib, dəyiş-
məyi bacarmayıb və ya istəməyib, çünki o, dünənin ada-
mıdır. Ona görə də bu gün ona “dünənin adamı bugünün
adamına sabahı öyrətməyə cəhd edir” deyərək, ironiya ilə
gülürlər. Çünki onun dilində “bizim vaxtımızda” ifadəsi
ilə başlayan cümlədən başqa heç nə olmur.
Diqqətlə baxanda, görürük ki, cəmiyyətin yeniliyə,
dəyişikliklərə ən gec cavab verən zümrəsi məhz müəllim-
lər olub, bu gün də onlardır.
Sanki direktorun hansısa fikrinə qarşı çıxsa, valideyn
qarşısında gözükölgəli olmasa “ac qalmaq” qorxusu müəl-
limi həmişə bədbəxtlər zümrəsinə aid edib. Mərd, qorx-
maz, öz sözünün ağası olan hələ də, “ac ol, kişi ol” prinsipi
ilə yaşayan Mirzə Səfər, Cəbiş müəllim kimi prototiplərin
həyatını yaşayan müəllim zamanla ayaqlaşa, yeni mü-
hitə uyğunlaşa bilmədiyi üçün “müəllim” adından başqa-
ları – haqqı olmayanlar yararlanır.
Hər necə olsa, müəllim adından böyük ad yoxdur.
2016-cı il
Şəmil
Sadiq
42
TƏHSİLİMİZİ KİŞİLƏŞDİRMƏLİ,
YOXSA ERKƏKLƏŞDİRMƏLİ?
Nədənsə həmişə müəllim dedikdə, hamının ağlına
kişi cinsi gəlir. Dilimizdəki “kişi” sözü daha çox mərd, ağ-
zıbütöv, ləyaqətli, namuslu insana ünvanlanan bir etalon-
dur. Bu isə həm kişiyə, həm qadına xas ola bilir. Deməli,
xüsusiyyətlər fərq etmir, əgər bu xüsusiyyətlər cinsindən
asılı olmayaraq kimə xasdırsa, bu ada da o kəs layiqdir.
Türkiyə türkcəsində “kişi” sözü nəfər mənasında işlədilir.
Deməli, biz də bu sözün cins anlayışından uzaqlaşıb yeni
məna kəsb elədiyini qəbul etməliyik.
Mən də “təhsilimizi kişiləşdirməliyik” dedikdə, hamı-
mız kimi “erkəkləşdirməyi” nəzərdə tutmuşdum. Amma
məqalənin adını yazanda “kişi” sözünün mənasına varan
kimi dərhal fikrimi dəyişdim. Çünki düşünürdüm ki, orta
məktəbdə dərs deyənlərin çoxunu kişi müəllimlərdən təş-
kil etsək, zənnimcə bütün problemlər həll olunmuş olar.
Fəqət “qadın kimi kişidənsə, kişi kimi qadın yaxşıdır”
deyimi də fikrimin dəyişməsinə səbəb oldu. Tərəddüdlər
burulğanında çapalamağa başladım. Əlimi klaviaturadan
çəkib bir xeyli götür-qoy elədim: kişiləşdirməliyik, yoxsa
erkəkləşdirməliyik? Çox düşünsəm də, bir qərara gələ bil-
mədim. Lənət şeytana, kaş bütün erkək insanlar kişi olardı,
mən də bu məqalədə mətləbdən uzaqlaşmayaydım. Amma
oxucunun intellektinə və məntiqinə güvənərək “onlar başa
düşərlər mən nə deyirəm” – deyib, keçirəm mətləbə.
Demək olar ki, orta məktəb təhsilimizdən narazı olma-
yan yoxdur. Sıravi vətəndaşlar düzgün təhsil sisteminin
olmamasından müəllimlərin məsuliyyətsizliyindən, müəl-
limlər kurikulumdan, maaşın azlığından, Təhsil Nazirliyi
müəllimlərin işinə vicdanla yanaşmamasından, özlərini
təkmilləşdirməməsindən narazıdır. Sözün düzü, hamısı
haqlıdır. Amma mənə elə gəlir ki, bunların yeganə baiskarı
boş-bikar, faydasız xanımların məktəblərdə kişilərin yerini
tutmasıdır.
Bu gün istənilən orta məktəb müəllimlərinin statisti-
kasını aparsaq, ən yaxşı halda nəticə 90-nın 10-a olar. Yəni
10%-i kişi olar. O da başqa bir yerdə iş tapa bilməyən,
Dostları ilə paylaş: |