Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Əlyazma hüququnda
“Xalı-Palçıq pilpiləsi antiklinal xəttinin geoloji inkişaf tarixi ilə əlaqədar neft-qaz perspektivliyi”
İxtisaslaşma: 060602.2 – Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı
MAGİSTRLİK
DİSSERTASİYASI
Elmi rəhbər Dosent S.M.Rzayeva
Kafedra müdiri: Dosent X.Z.Muxtarova
BAKI- 2019
Magistr dissertasiyası antiplagiat sistem tərəfindən yoxlanılıb
t.ü.f.d. C.R. Dəmirova
REFERAT
Mövzu: Xalı-Palçıq Pilpiləsi antiklinal xəttinin geoloji inkişaf tarixi ilə əlaqədar neft-qaz perspektivliyi.
Tədqiqat obyekti: Xalı, Çilov, H.Aslanov, Palçıq Pilpiləsi lokal qalxımlarının Məhsuldar qat çöküntüləri.
İşin məqsədi: Geofiziki-geoloji və quyu məlumatlarına əsasən lokal qalxımların struktur-tektonik və geoloji inkişaf xüsusiyyətləri və həmçinin qurulmuş paleotemperatur rejimi və petrofiziki modellər əsasında neft-qaz perspektivliyinin qiymətləndirilməsi.
Tədqiqatın nəticələri: I Fəsildə tədqiqat sahələrinə aid müxtəlif jurnallarda və monoqrafiyalarda dərc olunmuş elmi işlərin icmalı şərh edilmişdir.
II Fəsildə tədqiqat sahələrinin ümumi geoloji quruluşu haqqında ətraflı məlumat verilir və həmçinin, qeyd olunan sahələrin yerləşdiyi Abşeron-Balxanyanı neftli-qazlı zonasında məhsuldar layların sahələr üzrə quyu məlumatlarına görə petrofiziki parametrlərinin modelinin qurulması təhlil edilmişdir.
III Fəsildə tədqiqat sahələrində Məhsuldar qat çöküntülərinin horizont və lay dəsətələri üzrə qalınlığının və qumlululuğunun dəyişməsi məsələləri sahə və kəsiliş üzrə təhlil edilmişdir. Bu fəsildə həmçinin Xali-Palçıq Pilpiləsi antiklinal xəttinin lokal qalxımlarının inkişaf xüsusiyyətləri və paleotemperatur rejimi ilə əlaqədar neft-qaz perspektivliyi məsələlərinə baxılmışdır.
Dostları ilə paylaş: |