6
böyük qiymət vermiş, «Kapital» əsərində Marksın
apardığı araşdırmaların əsasını da elə məhz Hegel
dialektikası təşkil edirdi. K.Marks və F.Engels
materialist düşüncəyə sahib olduqları halda Hegelin
yaratdığı idealist sistemə hörmətlə yanaşmışdır, lakin,
bütün bunlara keçmiş SSRİ-də obyektiv münasibət
bəsləməmiş və bir sıra məsələlər pərdə arxasında
saxlamışlar.
Tədqiqat işinin yeniliyi Hegel fəlsəfəsinin
müsbət və mənfi tərəflərini obyektiv mövqeydən
sərfnəzər edmək, onun dünya fəlsəfə tarixinə etdiyi
təsiri və bu təsirin düşüncə tarixində nə kimi rol
oynadığını açıb göstərməkdən ibarətdir.
Mövzunun işlənmə dərəcəsi: Kommunist
rejiminin məhvindən sonra müstəqilliyini əldə edən
ölkəmizdə yeni bir fəlsəfi sistemə olan ehtiyacı onun
fəlsəfə tarixinə bir daha yenidən baxması məsələsini
ortaya qoyur. Bu zaman bir sıra fəlsəfi əsərlərin
yenidən müzakirə edilməsi və obyektiv qiymət
verilməsi kimi məsələlər ortaya çıxırdı. Hegel kimi bir
nəhəng filosofun yaratdığı sistemdən bir çoxları yan
keçə bilməmiş, dəfələrlə müraciət olunmuşdur.
Bunlardan BDU-nun dosenti A. Tağıyevin Hegel
fəlsəfəsinə göstərdiyi münasibət xüsusilə diqqət cəlb
edir. A. Tağıyev 2003-cü ildə «Ruh fəlsəfəsi» 2005-ci
ildə isə «Məntiq elmi» adlı Hegelin əsərlərini öz ana
dilimizə tərcümə edib və Hegelin hər iki əsərinə
obyektiv bir rəy vermişdir.
7
Monoqrafiyanın məqsəd və vəzifələri: Bu
tədqiqat işinin yazılmasında əsas məqsəd Hegelin
yazdığı bütün əsərlər haqqında məlumat toplamaq,
onun ruh fəlsəfəsinin tədqiqinə çalışmaqdan ibarətdir.
Monoqrafiya işində əsas mövzu Hegelin yaratdığı
dialektik inkişafın son mərhələsi olan ruh fəlsəfəsinin
mahiyyətini açıb göstərmək, «mütləq ruh»un özünə
qayıdışını izləmək, Hegelin yaratdığı fəlsəfi sistemin
ən ali mərhələsi ilə tanış olmaqdır.
Monoqrafiyanın metodoloji əsasını Hegelin
yaşadığı dövrdə ictimai-siyasi mühitin xüsusi icmalı,
Hegelin yaratdığı obyektiv idealist dialektikanın əsas
mahiyyəti kimi məsələlər təşkil edir. Burada Hegelin
yaratdığı fəlsəfə sisteminin varisilik əlaqələri, Hegel
triadasının şərhi və onun aparıcı mövzusu olan
«mütləq ruh»un keçdiyi inkişaf mərhələləri də tədqiq
olunur.
8
Faydasız həyat- vaxtsız ölümə bərabərdir. İ.Höte
I F Ə S İ L
Hegel fəlsəfəsinin formalaşdığı sosial-siyasi şərait
1.1. G.V.F.Hegelin həyat və yaradıcılığı
Mütərəqqi burjuaziyanın baxışlarının, dünyagö-
rüşünün ideoloji ifadəsi olan, feodal münasibətlərinin
dağılmağa başladığı XVIII əsrin sonu − XIX əsrin
birinci rübündə meydana gələn Alman klassik
fəlsəfəsi həmin dövrün sosial-tarixi şəraitinin, mənəvi
tərəqqinin və elmi inkişafın zəruri nəticəsi kimi ortaya
çıxmışdı. Alman klassik fəlsəfəsi yüzillikdən də az bir
dövrü əhatə etsə də fəlsəfə tairixində möhtəşəm və
şanlı bir iz qoymuşdu.
Müdrik filosofları ilə məşhur olan Alman klassik
fəlsəfəsinin nəhəng nümayəndələrindən biri, obyektiv
idealizmin
tərəfdarı,
idealist
dialektikanın
banilərindən biri də Georq Vilhelm Fridrix Hegel
olmuşdur. «Platondan (e.ə. 427-347) bəri yüzlərcə il
ikinci böyük universal sistem qura bilmək uğurunda
Georq
Vilhelm
Fridrix
Hegeli
(1770-1831)
hazırlamaq üçün minlərcə düşüncə sahibləri əmək
vermişlər. Hegelin yaratdığı sistem gerçəyin önündəki
son addımdır. Ondan sonra atılan tək, amma, cox
9
önəmli bir addım gerçəyi bütünlüyü ilə və elmi
təməlindən yaxalayacaqdır.» (50, səh.230.)
Təkcə klassik alman fəlsəfəsinin deyil, dünya
fəlsəfə irsinin aparıcı simalarından biri olan Georq
Vilhelm Fridrix Hegel 27 avqust 1770-ci ildə
Ştuttqartın Vürttemberq adlanan bölgəsində bir vergi
məmurunun ailəsində dünyaya göz açdı. Hegel ilk
dərslərini latın dilini mükəmməl bilən öz anasından
aldı. Təhsilini Ştittqart gimnaziyasında davam etdirən
Hegel 1788-ci ildə gimnaziyanı bitirərək Tyubingen
Xristian Universitetinə daxil oldu. Hegel protestant
ilahiyyatçılarının təsiri altında olan bu universitetdə 5
il təhsil aldı. Burada 2 il fəlsəfə, 3 il də ilahiyyat
dərsləri tədris olunurdu, bu dərslərə klassik
ədəbiyyatdan nümunələr də əlavə olunurdu. 1793-cü
ildə universiteti yüksək nəticələrlə bitirən Hegel
kilsədə ona təyin olunan vəzifədən imtina edərək
Bernə köçdü.
1793-1796-cı illər arasında Berndə yalnız
yaşayaraq özəl dərslər verməyə başladı. Elə bu dövrdə
də Hegel ilk dəfə olaraq İmmanuil Kantın fəlsəfə
haqqındakı yazılarını oxumağa başladı. Hegel üç il
yaşadığı Berndə köhnə yunan və latın mətnlərinin
tərcüməsi ilə də məşğul olurdu. Hegelin bu dövrdəki
yazı fəaliyyətləri Bern təcrübəsi adı altında tanınırdı.
Bunlardan birində İsa peyğəmbərin həyatından bəhs
olunur və «İncil» Kantın yaratdığı fəlsəfi sistemin
təsiri altında şərh olunurdu.
Dostları ilə paylaş: |