Rəhim Həsənov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/40
tarix23.11.2017
ölçüsü2,8 Kb.
#11778
1   2   3   4   5   6   7   8   9   ...   40

 

 
böyük  qiymət  vermiş,  «Kapital»  əsərində  Marksın 
apardığı  araşdırmaların  əsasını  da  elə  məhz  Hegel 
dialektikası  təşkil  edirdi.  K.Marks  və  F.Engels 
materialist  düşüncəyə  sahib  olduqları  halda  Hegelin 
yaratdığı idealist sistemə hörmətlə yanaşmışdır, lakin, 
bütün  bunlara  keçmiş  SSRİ-də  obyektiv  münasibət 
bəsləməmiş  və  bir  sıra  məsələlər  pərdə  arxasında 
saxlamışlar. 
Tədqiqat  işinin  yeniliyi  Hegel  fəlsəfəsinin 
müsbət  və  mənfi  tərəflərini  obyektiv  mövqeydən 
sərfnəzər  edmək,  onun  dünya  fəlsəfə  tarixinə  etdiyi 
təsiri  və  bu  təsirin  düşüncə  tarixində  nə  kimi  rol 
oynadığını açıb göstərməkdən ibarətdir.  
Mövzunun  işlənmə  dərəcəsi:  Kommunist 
rejiminin  məhvindən  sonra  müstəqilliyini  əldə  edən 
ölkəmizdə yeni bir fəlsəfi sistemə olan ehtiyacı onun 
fəlsəfə  tarixinə  bir  daha  yenidən  baxması  məsələsini 
ortaya  qoyur.  Bu  zaman  bir  sıra  fəlsəfi  əsərlərin 
yenidən  müzakirə  edilməsi  və  obyektiv  qiymət 
verilməsi kimi məsələlər ortaya çıxırdı. Hegel kimi bir 
nəhəng  filosofun  yaratdığı  sistemdən  bir  çoxları  yan 
keçə  bilməmiş,  dəfələrlə  müraciət  olunmuşdur. 
Bunlardan  BDU-nun  dosenti  A.  Tağıyevin  Hegel 
fəlsəfəsinə  göstərdiyi  münasibət  xüsusilə  diqqət  cəlb 
edir. A. Tağıyev 2003-cü ildə «Ruh fəlsəfəsi» 2005-ci 
ildə isə «Məntiq elmi» adlı Hegelin əsərlərini öz ana 
dilimizə  tərcümə  edib  və  Hegelin  hər  iki  əsərinə 
obyektiv bir rəy vermişdir. 


 

 
Monoqrafiyanın  məqsəd  və  vəzifələri:  Bu 
tədqiqat  işinin  yazılmasında  əsas  məqsəd  Hegelin 
yazdığı  bütün  əsərlər  haqqında  məlumat  toplamaq, 
onun ruh fəlsəfəsinin tədqiqinə çalışmaqdan ibarətdir. 
Monoqrafiya  işində  əsas  mövzu  Hegelin  yaratdığı 
dialektik inkişafın son mərhələsi olan ruh fəlsəfəsinin 
mahiyyətini  açıb  göstərmək,  «mütləq  ruh»un  özünə 
qayıdışını  izləmək,  Hegelin  yaratdığı  fəlsəfi  sistemin 
ən ali mərhələsi ilə tanış olmaqdır.  
Monoqrafiyanın  metodoloji  əsasını  Hegelin 
yaşadığı  dövrdə  ictimai-siyasi  mühitin  xüsusi  icmalı, 
Hegelin  yaratdığı  obyektiv  idealist  dialektikanın  əsas 
mahiyyəti kimi  məsələlər təşkil edir. Burada Hegelin 
yaratdığı  fəlsəfə  sisteminin  varisilik  əlaqələri,  Hegel 
triadasının  şərhi  və  onun  aparıcı  mövzusu  olan 
«mütləq ruh»un keçdiyi inkişaf mərhələləri də tədqiq 
olunur. 
  
 
 
 
 
 
 
 
 
 
 


 

 
Faydasız həyat- vaxtsız ölümə bərabərdir. İ.Höte 
 
 
I F Ə S İ L 
 
Hegel fəlsəfəsinin formalaşdığı sosial-siyasi şərait 
 
1.1. G.V.F.Hegelin həyat və yaradıcılığı 
 
Mütərəqqi  burjuaziyanın  baxışlarının,  dünyagö-
rüşünün ideoloji ifadəsi olan, feodal münasibətlərinin 
dağılmağa  başladığı  XVIII  əsrin  sonu  −  XIX  əsrin 
birinci  rübündə  meydana  gələn  Alman  klassik 
fəlsəfəsi həmin dövrün sosial-tarixi şəraitinin, mənəvi 
tərəqqinin və elmi inkişafın zəruri nəticəsi kimi ortaya 
çıxmışdı. Alman klassik fəlsəfəsi yüzillikdən də az bir 
dövrü  əhatə  etsə  də  fəlsəfə  tairixində  möhtəşəm  və 
şanlı bir iz qoymuşdu. 
Müdrik filosofları ilə məşhur olan Alman klassik 
fəlsəfəsinin nəhəng nümayəndələrindən biri, obyektiv 
idealizmin 
tərəfdarı, 
idealist 
dialektikanın 
banilərindən  biri  də  Georq  Vilhelm  Fridrix  Hegel 
olmuşdur.  «Platondan  (e.ə.  427-347)  bəri  yüzlərcə  il 
ikinci  böyük  universal  sistem  qura  bilmək  uğurunda 
Georq 
Vilhelm 
Fridrix 
Hegeli 
(1770-1831) 
hazırlamaq  üçün  minlərcə  düşüncə  sahibləri  əmək 
vermişlər. Hegelin yaratdığı sistem gerçəyin önündəki 
son  addımdır.  Ondan  sonra  atılan  tək,  amma,  cox 


 

 
önəmli  bir  addım  gerçəyi  bütünlüyü  ilə  və  elmi 
təməlindən yaxalayacaqdır.» (50, səh.230.) 
Təkcə  klassik  alman  fəlsəfəsinin  deyil,  dünya 
fəlsəfə  irsinin  aparıcı  simalarından  biri  olan  Georq 
Vilhelm  Fridrix  Hegel  27  avqust  1770-ci  ildə 
Ştuttqartın  Vürttemberq  adlanan  bölgəsində  bir  vergi 
məmurunun  ailəsində  dünyaya  göz  açdı.  Hegel  ilk 
dərslərini  latın  dilini  mükəmməl  bilən  öz  anasından 
aldı. Təhsilini Ştittqart gimnaziyasında davam etdirən 
Hegel  1788-ci  ildə  gimnaziyanı  bitirərək  Tyubingen 
Xristian  Universitetinə  daxil  oldu.  Hegel  protestant 
ilahiyyatçılarının təsiri altında olan bu universitetdə 5 
il  təhsil  aldı.  Burada  2  il  fəlsəfə,  3  il  də  ilahiyyat 
dərsləri  tədris  olunurdu,  bu  dərslərə  klassik 
ədəbiyyatdan  nümunələr  də  əlavə  olunurdu.  1793-cü 
ildə  universiteti  yüksək  nəticələrlə  bitirən  Hegel 
kilsədə  ona  təyin  olunan  vəzifədən  imtina  edərək 
Bernə köçdü. 
1793-1796-cı  illər  arasında  Berndə  yalnız 
yaşayaraq özəl dərslər verməyə başladı. Elə bu dövrdə 
də  Hegel  ilk  dəfə  olaraq  İmmanuil  Kantın  fəlsəfə 
haqqındakı  yazılarını  oxumağa  başladı.  Hegel  üç  il 
yaşadığı  Berndə  köhnə  yunan  və  latın  mətnlərinin 
tərcüməsi  ilə də  məşğul olurdu.  Hegelin  bu dövrdəki 
yazı  fəaliyyətləri  Bern  təcrübəsi  adı  altında  tanınırdı. 
Bunlardan  birində  İsa  peyğəmbərin  həyatından  bəhs 
olunur  və  «İncil»  Kantın  yaratdığı  fəlsəfi  sistemin 
təsiri altında şərh olunurdu.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə