Rəhim Həsənov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/40
tarix23.11.2017
ölçüsü2,8 Kb.
#11778
1   2   3   4   5   6   7   8   9   10   ...   40

 
26 
 
kimyəvi  proseslər  və  onlar  arasında  olan  əlaqələr 
araşdırılır,  bütün  fiziki  və  kimyəvi  proseslərin  izah 
olunmasına  səy  göstərir.  Bunları  izih  edərkən 
hamısının  «mütləq  ideya»nın,  «dünya  ruhu»nun 
təzahürü  olduğunu  isbat  etməyə  çalışır.  Hegelin 
«Təbiət  fəlsəfəsi»  əsərində  dərin  fərziyyələrlə  yanaşı 
əsassız  ideyalar,  fantastik  fikirlər  də  özünə  yer 
tapmışdır.  
«Təbiət  fəlsəfəsi»nin  son  bölümü  «Üzvi  fizika» 
adlandırılsa  da  burada  əsasən,  bitki  və  heyvan 
orqanizmlərindən və fiziki  coğrafiyadan  bəhs olunur. 
Burada biologiya və zoologiya məsələlərinə geniş yer 
verilir,  təbiətdə  baş  verən  geoloji  proseslər  izah 
olunur,  kimya  və  coğrafiya  mövzularına  da  rast 
gəlmək olur.  
Öz idealist dialektikasını naturfəlsəfəyə də tətbiq 
edən  Hegel  təbiətin  «ideyanın  varlıq  forması» 
olduğunu  qeyd  edir.  Metafizik  ənənələrlə  əlaqəni 
kəsməyə  çağıran  Hegel  dialektik  prinsip  və 
kateqoriyaların təbiətşünaslıqda da istifadə olunmasını 
məsləhət  görür.  «Hegel  fəlsəfədə  metafizik  təfəkkür 
üsulubunun hakim olduğu bir zamanda təbiətşünaslığa 
dialektik ideyalar gətirdi.»(25, səh.49) 
Təbiətdə müxtəlif və çoxlu ziddiyyətlərin həyatın 
mənbəyi  olduğunu  qeyd  edir.  Ziddiyyətsiz  həyatın 
mövcud  olmasını  isə  gülünc  bir  hadisə  adlandırırdı. 
Ziddiyyətlərin  sonunda  yaranan  inkişaf  ideyası 
sonralar  Ç.  Layel  və  Ç.  Darvin  tərəfindən  faktlarla 
işıqlandırılmışdır. 


 
27 
 
Hegelin yaratdığı «mütləq ideya», «dünya ruhu» 
və  ya  «dünya  zəkası»  anlayışlarının  fəliyyəti, 
mahiyyəti öz-özünü dərk etməkdən ibarətdir. Bu dərk 
etmə üç mərhələdən keçir: 
 1)  ideyanın  «xalis  təfəkkür  stixiyasında»,  özəl 
aləmində inkişaf etməsi - Məntiq.  
2) ideyanın təbiət, yəni «özgə varlıq» formasında 
inkişafı - Təbiət fəlsəfəsi.  
3) ideyanın ruhda,  tarixdə və təfəkkürdə  inkişafı 
- Ruh fəlsəfəsi.  
Əgər  ideyanın  mahiyyəti  məntiqlə  bir-birilə 
əlaqəli  kateqoriyalar  sistemində  təzahür  edirdisə, 
təbiətdə  isə  təbiətin  ruhi  mahiyyətini  təşkil  edən 
kateqoriyalarda  aşkar  olunur  və  sonda  ideya  yenidən 
özünə  qayıdır.  İdeya  «özgə  varlıq»  formasında 
olarkən  «özgə  varlıq»,  yəni  təbiət  inkişaf  etmir, 
təbiətin xarici təzahürü olan məntiq kateqoriyaları bir 
mərhələdən başqa bir  mərhələyə dialektik bir surətdə 
meyl edir. 
«Fəlsəfə  elmləri  ensiklopediyası»nın  üçüncü  və 
son bölümünü təşkil edən «Ruh fəlsəfəsi» «Subyektiv 
ruh»,  «Obyektiv  ruh»  və  mütləq  ruh  adı  altındla 
bölümlərdən ibarətdir. Burada «mütləq ruh» dialektik 
inkişafın  son  mərhələsinə  çatır,  təbiətin  idrakından 
sonra  özünə  qayıdır.  Özündə  yaranmış  özgələşməni 
inkar  edərək  özünə  dönüş  yolunu  başa  vurur.  Bütün 
prosesləri  təfəkkür  prosesinə söykəndiyini iddia  edən 
Hegel  ruh  fəlsəfəsində  bəşəriyyətin  düşüncə  tarixinin 
təhlilini verir. Ümumdünya tarixinin son mərhələsində 


 
28 
 
fərdi  və  ictimai  şüur  özünüdərk  mərhələsinə  qədəm 
qoyur. 
«Ruh  fəlsəfəsi»nin  «Subyektiv  ruh»  bölümündə 
psixoloji terminlər, «Obyektiv ruh» bölümündə hüquq 
və  əxlaq  məsələləri,  «Mütləq  ruh»  bölümündə 
incəsənət,  din  və  fəlsəfə  məsələləri  müzakirə  olunur. 
«Subyektiv  ruh»  bölümündə  ayrı-ayrı  xalqların 
xarakterini  də  verən  Hegel  ümumidünya  tarixinin  üç 
hissədən ibarət olduğunu qeyd edir: 
 1. Şərq dövrü. 
 2. Antik dövr. 
 3. Alman dövrü. 
 Bunları  mənəvi  mahiyyətin  dərkinə  görə 
sıralayan  Hegel  azadlığın  dərkinin  vacibliyini 
vurğulayır.  Azadlığı  insani  mahiyyəti  olduğunu  və 
Şərq  dünyasında  heç  kim  azad  olmadığını,  alman  və 
xristian  dünyasında  isə  hamının  azad  olduğunu  iddia 
edir.  Alman  xalqının  müsbət  xarakterləri  haqqında 
uzun-uzun  danışan  Hegel  Şərq  xalqlarına  etinasız 
münasibət bəsləyir, Şərq xalqlarını ən aşağı səviyyədə 
xarakterizə edir.  
Georq  Vilhelm  Fridrix  Hegel  «Fəlsəfə  elmləri 
ensiklopediyası»nda  təfəkkürün  və  varlığın  eyni 
olması,  maddi  dünyanın  öz  inkişafının  nəticəsi  və 
daim  inkişafda  olması  kimi  müddəalarının  geniş  bir 
surətdə izahını əks etdirmişdir. Onun fikrincə təbiət və 
cəmiyyətin  əsasında  duran  predmet  və  hadisələrin 
inkişafını, rəngarəngliyini şərtləndirən mənəvi, mütləq 
və  zəkalı  bir  başlanğıc  vardır.  Daim  fəaliyyətdə  olan 


 
29 
 
bu  başlanğıc,  yəni,  «mütləq  ruh»  ilkin  əsas  kimi  «öz 
inkişaf»  halındadır.  Hegelin  obyektiv  idealist 
sisteminin  əsasını  təşkil  edən  bu  «öz  inkişaf»  üç 
mərhələdən keçir: 
1).  «Xalis  təfəkkürün  kortəbi  inkişafı»nı 
şərtləndirən,  ideyanın  özülüyündə  mərhələsi  − 
Məntiq.  Bu  mərhələdə  ideyanın  məzmunu  bir-birilə 
əlaqədə olan və bir-birinə keçən məntiq kateqoriyaları 
sistemi özünü biruzə verir. 
2).  İdeyanın  «başqa  varlıq»,  «başqa  forma»da, 
yəni,  təbiət  formasında  inkişaf  etməsi  mərhələsi  olan 
«Təbiət fəlsəfəsi»ndə təbiətə mənəvi mahiyyət verilir. 
Hegelə  görə  təbiət  inkişaf  etmir,  təbiətin  mənəvi 
mahiyyətini  təşkil  edən  məntiq  kateqoriyalarının  öz 
inkişafının yalnız xarici təzahürüdür. 
3). Hegel ideyanın tarixdə (ruhda) və təfəkkürdə 
inkişafı 
«Ruh 
fəlsəfəsi» 
«Fəlsəfə 
elmləri 
ensiklopediyası»nın sonunci və ən ali bölməsidir. 
Ümumiyyətlə, «Fəlsəfə elmləri ensiklopediyası», 
«Ruhun  fenomenologiyası»ndan  sonra  Hegelin  ikinci 
sanballı  əsəri  hesab  etmək  olar.  Bu  əsər  Hegelin 
sağlığında  üç  dəfə,  1812,  1827  və  1830-cu  ildə  çap 
olunmuşdur.  Hər  bir  sonrakı  çapda  təkmilləşdirilmə 
və yenidən işlənmə məsələsini müəllif öz qarşısına bir 
məqsəd  kimi  qoyur.  Sonda  isə  «Fəlsəfə  elmləri 
ensiklopediyası»  577  paraqrafdan  ibarət  olan  elmi-
fəlsəfi traktat kimi ortaya çıxır. 
Hegelin  yazdığı  əsərlər  içərisində  xristianlığa 
həsr olunmuş yazılar da hər bir tədqiqatçının diqqətini 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə