Rəhim Həsənov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/40
tarix23.11.2017
ölçüsü2,8 Kb.
#11778
1   ...   32   33   34   35   36   37   38   39   40

 
160 
 
bilir, 
düşüncə  sistemi  müxtəlif  mütəfəkkirlər 
tərəfindən müxtəlif istiqamətlərdə izah olunurdu» (57, 
səh.42). 
Ümumiyyətlə fəlsəfi təfəkkürün inkişafı tarixində 
Hegelin  əsas  xidməti  dünyanın  dialektik  anlayışını, 
gerçəkliyin  idrakına  dialektikcəsinə  yanaşmanın 
prinsiplərini 
sistematik 
bir 
formada 
işləyib 
hazırlamaqdan  ibarətdir.  Eyni  zamanda  onu  da  qeyd 
etmək  yerinə  düşərdi  ki,  Hegel  dialektik  fikirlərin 
banisi deyildi. Fəlsəfə tarixinə biz əgər diqqətlə nəzər 
salsaq  dialektik  fikirlərin  qədim  şərq  ölkələrində  və 
Antik  Yunanstanda  da  mövcud  olduğunun  şahidi 
olarıq. İlk dəfə Hindistanda və Çində meydana gələn 
dialiktik  fikirlər  Antik  Yunanstanda  müəyyən  bir 
inkişaf  mərhələsinə  yüksələ  bilmişdi.  Hegel  fəlsəfə 
tarixində  ilk  dəfə  olaraq  gerçəkliyin  dialektik 
anlayışının  metodunu,  dialektik  məntiq  sistemini, 
dialektik  düşüncə  üsulunun  əsas  prinsiplərini  işləyib 
hazırlamış,  bunları  idealist  təməllər  üzərində  şərh 
etməyə  çalışmışdır  və  buna  nail  olmağı  bacarmışdır. 
Lakin Hegel dialektikası həll olunmaz ziddiyyətlərdən 
də  xali  deyildi.  Hegelin  «Mütləq  ideya»  anlayışının 
dərk olunması prosesini son mərhələ hesab etməsi və 
elə  burada  dünyəvi  əqlin  sonuncu  pilləsinin  ortaya 
çıxması kimi  ideyası  dialektikaya  zidd olan  fikirlərin 
əsasını təşkil edirdi. 
Hegelin  fəlsəfi  sistemi  bütövlükdə  götürüldükdə 
böyük  əhəmiyyət  daşıyırdı.  Yaratdığı  fəlsəfi  sistemlə 
Hegel  fəlsəfə  tarixinə  obyektiv,  mütləq  idealizmin  ən 


 
161 
 
nəhəng  nümayəndəsi  kimi  daxil  olmuşdur.  Bir  çox 
tədqiqatçılar  Hegel  fəlsəfəsini  klassik  alman 
fəlsəfəsinin  kuliminasiya  nöqtəsi  kimi  baxır,  Hegel 
fəlsəfəsinin  orjinallığını  yüksək  qiymətləndirirlər. 
Fəlsəfə tarixində dialektik düşüncə tərzinin klassik bir 
üslubda  şərhi  və  izahı  da  elə  məhz  Hegelin  adı  ilə 
bağlıdır.  Hegel  dialektikanın  banisi  hesab  olunun 
Heraklitə  hər  zaman  hörmət  bəsləmiş,  bütün 
ideyalarının  əsasında  Heraklitin  kəlamları  durduğunu 
vurğulamışdır. 
Gerçəklikdəki  bütün  hadisə  və  proseslərin 
əsasında dialektikanın durduğunu vurğulayan Hegelin 
yaratdığı fəlsəfi sistemdə inkişaf prinsipi yalnız ideal 
hadisələrə  şamil  edilirdi.  Eyni  zamanda  bir  sıra 
məntiqi  kateqoriyaların  inkişafında  sünilik  və 
sxematiklik  əlamətləri  də  nəzərə  çarpırdı.  Hegel 
fəlsəfəsinin  ən  əlamətdar  xüsusiyyətlərindən  biri  də 
dialektikadan  ardıcıl  sosial  nəticələr  əldə  edə 
bilməməsi  idi.  Mövcud  sosial-siyasi  quruluşla 
barışmaq  və  ona  bəraət  qazandırmaq  kimi 
xüsusiyyətlər  də  Hegel  fəlsəfəsinin  zəif  cəhəti  hesab 
olunurdu. Hegelin ruh fəlsəfəsindəki millətçi fikirləri, 
Şərq  xalqlarına  etinasız  münasibəti  və  xristianlığın 
geniş  bir  surətdə  təbliği  kimi  zəif  cəhətləri  onun 
şöhrətinə  heç  də  xələl  gətirmədi.  Hələ  Hegelin 
sağlığında  yarandığı  və  ilk  Hegelçilər  adı  ilə  tanınan 
fəlsəfi  məktəb  öz  varlığını  1848-ci  ilədək  qoruya 
bildi.  Bu  məktəbin  yaradıcısı  olan  Hegelin  tələbələri 
və pərəstişkarları 1835-ci ildən başlayaraq bu məktəbi 


 
162 
 
müxtəlif  qruplara  parçaladılar.  İlk  Hegelçilik 
məktəbinin  parçalanmasına  1848-ci  il  Almaniya 
burjua  inqilabı  böyük  təsir  etmişdi.  Məşhur  türk 
fəlsəfə  tarixçisi  A.Adıvar  Hegeli  XIX  yüzilliyin  ilk 
yarısındakı  idealist  filosofların  ən  məşhuru  və 
düşündürücüsü  olduğunu  qeyd  edərək  onu  aşağıdakı 
sözlərlə  xatırlayırdı.  «Əvvəllər  Yunan  fəlsəfəsi  və 
mədəniyyəti  ilə  məşğul  olan  Hegel  Avropanın  elmi 
fəlsəfəsi,  incəsənəti  yalnız  və  yalnız  qədim 
Yunanstandan  aldığına  inanmış  və  hətta  bir  zamanlar 
Yunanların dinini Xristian dininə tərcih edəcək yolda 
«İsanın  həyat»ı  adlı  bir  əsər  də  yazmışdır»  (45, 
səh.417 - 418). 
Burada müəllif yəni, A.Adıvar Hegel fəlsəfəsinin 
ən  zəif  yerinin  onun  təbiət  fəlsəfəsinin  izahında 
romantizmə 
yuvarlandığını 
düşünür. 
Hegel 
fəlsəfəsinin  bu  xüsusiyyəti  Şellinqin  təsiri  altında 
formalaşmış və Nyuton mexanikasının tərkibinə doğru 
yönəlmişdi.  Hegel  Nyuton  mexanikasını  əsla  qəbul 
etməyərək,  idealist  təkamül  nəzəriyyəsini  ortaya 
atırdı.  
Hegel  elə  bir  fəlsəfi  sitem  yaratmışdır  ki,  bu 
fəlsəfi  sistem  təkcə  alman  xalqı  deyil,  bütün  bəşər 
xalqları  obyektiv  bir  surətdə  mənimsəyərək  ondan 
faydalana  bilər.  Hegel  zəkasının,  dühasının  yaratdığı 
bu  mənəvi  və  zəngin  sərvət  elmin  bütün  sahələrinə 
dair  olan  materialları  özündə  cəmləşdirmişdir. 
Mükəmməl  fikir  xəzinəsini  yaradan  Hegel,  həqiqətin 


 
163 
 
və gerşəkliyin dərk olunmasında bəşəriyyətin yolunda 
işıq saçan bir mayak kimidir.  
İnsanların  yoluna  işıq  saçan  bu  mayak,  bu  düha 
günəşi  insanlara  azadlığın  mahiyyətini,  azadlığın 
dərkini  zəruri  və  lazımlı  bilir  və  bütün  gərgin  və 
ziddiyyətli ömrünü də azadlığın dərkinə sərf edir. 
F.  Engels    «Anti-Dürinq»  əsərinin  səhifələrində 
qeyd edirdi ki, Hegelin böyük xidməti ondan ibarətdir 
ki,  ilk  dəfə  olaraq  bütün  təbiət,  tarix  və  mənviyyat 
aləmini,  bir  proses  şəklində,  yəni,  arasıkəsilməyən 
hərəkət,  başqalaşma,  dəyişilmə  və  inkişafda  görürdü, 
bu  hərəkət  və  inkişafın  daxili  əlaqəsini  göstərməyə 
çalışmışdır. 
Son dövrlərdə  ümumdünya  miqyasında dialektik 
alman fəlsəfəsinə, xüsusilə də Hegel fəlsəfəsinə maraq 
ciddi  bir  surətdə  artmışdır.  Bu  da  Hegelin  −  bu 
məşhur  alamn  filosofunun,  mütəfəkkirinin  müasir 
dünya  elmini  bu  gün  də  narahat  edən,  yaxından 
maraqlandıran  subyekt  və  obyekt,  ruh  və  mənəvi, 
maddi  və  cismani  kimi  problemləri  ilə  məşğul 
olmasıdır. 
Və elə bütün bu maraqların nəticəsində vaxtaşırı 
olaraq  Beynəlxalq  Hegel  konqresləri  keçirilir. 
Ölümündən sonra da diqqət mərkəzinə çevrilən Hegel 
fəlsəfəsi  son  dövrlərdə  dünya  miqyasında  dəfələrlə 
yad  edilir.  Artıq  Beynəlxalq  Hegel  konqresləri  bir 
ənənə  halına  gəlmişdir.  1964-cü  ildə  Zalçburqda, 
1966-cı 
ildə  Praqada,  1969-cu  ildə  Parisdə 
genişmiqyaslı  bir  formada  Hegel  konqresləri 


 
164 
 
keçirilmişdir.  Eyni  zamanda  1970-ci  ildə  Berlində 
keçirilən  Hegelin  ikiyüzilliyinə  dair  həsr  olunmuş 
beynəlxalq  miqyaslı  konqresdə  Hegelin  ad  günü 
bəşəriyyətin mənəvi bayramı kimi qeyd edilmişdir. Bu 
konqreslərdə  Hegelin  estetikası,  hüquq  fəlsəfəsi  və 
tarix fəlsəfəsi müzakirə obyektinə çevrilmişdir. Bütün 
bunlar  Hegel  fəlsəfəsinin  hələ  də  öz  dəyərini 
itirmədiyini  və  bundan  sonra  da  itirməyəcəyinə  bir 
misal  ola  bilər.  Biz  Hegel  fəlsəfəsini  dərindən 
öyrənməli,  onu  müsbət  və  mənfi  tərəflərini  sərfnəzər 
etməliyik.  Eyni  zamanda  Hegelin  həyatı,  Hegel 
şəxsiyyəti  bizlər  üçün  bir  örnək  olmalı,  həyatımızın 
doğru axınına xidmət etməlidir. İnsanların praktiki və 
eləcə  də  mənəvi  fəaliyyətinin  ayrı-ayrı  sahələri  üçün 
lazım olan bu fəlsəfi sistem, bu  mirası mənimsəmək, 
obyektiv dəyərləndirmək lazımdır. Biz inanırıq ki, bu 
məşhur  alman  filosofunun  müdrik  fikirlərindən, 
mütərəqqi  və  dahi  ideyalarından  xalqımız  müsbət 
nəticə götürəcəkdir.  
 Hegel  elə  bir  fəlsəfi  sitem  yaratmışdır  ki,  bu 
fəlsəfi  sistem  təkcə  alman  xalqı  deyil,  bütün  bəşər 
xalqları  obyektiv  bir  surətdə  mənimsəyərək  ondan 
faydalana  bilər.  Hegel  zəkasının,  dühasının  yaratdığı 
bu  mənəvi  və  zəngin  sərvət  elmin  bütün  sahələrinə 
dair  olan  materialları  özündə  cəmləşdirmişdir. 
Mükəmməl  fikir  xəzinəsini  yaradan  Hegel,  həqiqətin 
və gerşəkliyin dərk olunmasında bəşəriyyətin yolunda 
işıq saçan bir mayak kimidir.  


 
165 
 
Hegelin «Ruh fəlsəfəsi» və onun ümumi fəlsəfi 
dünyagörüşü  ilə  qısa  tanışlıqdan  sonra,  fəlsəfə 
tarixində,  fəlsəfi  biliklərin  inkişafında  hansı  rolu 
oynadığını və hansı yeri tutduğunu müəyyən  mənada 
da olsa anlamış, başa düşmüş oluruq. 
Təkcə  klassik  alman  fəlsəfəsində  deyil, 
ümumdünya  fəlsəfə  tarixində  Hegel  fəlsəfəsi, 
müəyyən  mənfi  xarakterlərə,  məhdud  cəhədlərə 
baxmayaraq  özünə  bilik  zirvəsində  əvəzolunmaz  bir 
yer  tutumuşdu.  Biz  Hegel  haqqında  səlahiyyətli  söz 
sahiblərinin, 
dühalarının 
fikirini, 
düşüncəsini 
verməklə  onun  nəhəng  bir  zirvədə  olduğunu  nəzərə 
çatdırmış oluruq. 
Hegelin fəlsəfəsində yaranmış böhranlara isə öz 
dövrünün,  zəmanəsinin,  mühitinin  məhsulu  kimi 
baxmaq  olar.  Özü  də  zəmanəsinin  yetirməsi 
olduğunu  söyləyən  Hegel  qeyd  edidi  ki,  «talant  və 
düha  təbii  ruhun  təbiətdən  aldığı  müyyən 
yönəlişlərdən biridir.» 
 Hegel  fəlsəfəsindəki  bu  ziddiyyətlərin  əsas 
səbəbi  azadlığın  mahiyyəti  haqqında  irəli  sürdüyü 
dolaşıq  fikirlər  idi.  İnkişafı  triada  formasında  təşkil 
edən  Hegel  inkişafın  Qərbdə  sona  çatdığını  etiraf 
etməklə  böyük  səhvə  yol  veriridi.  İnsanların  yoluna 
işıq  saçan  bu  mayak,  bu  düha  günəşi  insanlara 
azadlığın  mahiyyətini,  azadlığın  dərkini  zəruri  və 
lazımlı bilir və bütün gərgin və ziddiyyətli ömrünü də 
yalnız  azadlığın  dərkinə  sərf  edir  və  bir  sıra 
nüanslardan özünü kənar saxlayırdı. 


 
166 
 
XVIII-XIX  əsrlərdə  «şairlər  və  mütəfəkkirlər 
ölkəsi»  kimi  şöhrət  tapan  Almaniyada  yaşayıb-
yaradan Hegel də bu dövrun, bu mühitin məhsulu idi. 
Almaniya  tarixində  istedadlar  və  dühalar  dövrü  kimi 
məşhur olan bir dövrdə yaşayan G.V.F. Hegel bu gün 
də  geniş  və  təntənəli  bir  surətdə  yad  edilir  və 
xatırlanır. 
İnsanların  praktiki  və  eləcə  də  mənəvi 
fəaliyyətinin  ayrı-ayrı  sahələri  üçün  lazım  olan  bu 
fəlsəfi  sistem,  bu  mirası  mənimsəmək,  obyektiv 
dəyərləndirmək  lazımdır.  Biz  inanırıq  ki,  bu  məşhur 
alman filosofunun müdrik fikirlərindən, mütərəqqi və 
dahi 
ideyalarından 
xalqımız 
müsbət 
nəticə 
götürəcəkdir.  
Qərbin  bu  möhtəşəm  düşüncə  sahibinin  fikirləri 
heç bir tərəddüd və ziddiyyətə yol verilmədən, düzgün 
və  uğurlu  bir  biçimdə  Şərqdə  və  xüsusilə  də 
Azərbaycanda  elm  və  mədəniyyətin,  mükəmməl  bir 
fəlsəfi  dünyagörüşünün  yaranmasına  müsbət  təsir 
göstərəcəkdir.  
Haqqında  söhbət  açdığımız  dahi  filosof  Hegel 
fəlsəfəni  xalq  ruhunun  bir  tərəfi,  bir  hissəsi  kimi 
göstərmişdi  və  onu  «öz  dövrünün  fəxri»  deyə 
adlandırıdı. Və biz ümid edirik ki, bütün Azərbaycan 
xalqı  və  xüsusilə  də  gənc  nəsil  yeni  ictimai-siyasi 
qurluşun  formalaşmasında,  müstəqil  Azərbaycan 
Respublikasının  hərtəfli  olaraq  son  inkişaf  zirvəsinə 
çatmasında  bir  mükəmməl  fəlsəfi  sistem  olan  Hegel 
fəlsəfəsinin müsbət məqamlarından istifadə edəcəklər. 


 
167 
 
Ə D Ə B İ Y Y A T  S İ Y A H I S I 
 
Azərbaycan dilində 
 
1.Abbasov  N.  Mədəniyyət  siyasəti  və  milli  mənəvi 
dəyərlər. Bakı, 2008. 
2. Abbasova Q., Hacıyev Z. Sosial fəlsəfə. Bakı, Ayna 
Mətbu evi, 2001. 
3.  Azərbaycan  Sovet  Ensiklopediyası,  Cild  9.  Bakı, 
1986. 
4.  Azərbaycan  Sovet  Ensiklopediyası,  Cild  10.  Bakı, 
1987. 
5. Dürant U. Fəlsəfi hekayələr. Bakı, 2006. 
6. Engels, F.  Anti-Dürinq. Bakı, 1987. 
7. Engels, F.  Təbiətin dialektikası. Bakı, 1966. 
8. Əhmədli C. Fəlsəfə və dünyanın dərki. Bakı, 2005. 
9.  Əhmədli  C.Materialist  dialektukanın  qanun 
kateqoriyaları. Bakı, 1962. 
10. Əliyev H. Müstəqillik yolu. Bakı, AU, 1997. 
11.  Əsədov  A.  Siyasətin  fəlsəfəsi.  Bakı,  Nafta-Press, 
2001. 
12.Əsədov A. Təfəkkürün fəlsəfəsi. Bakı, Nafta-Press, 
2001. 
13. Fəlsəfə ensiklopedik lüğəti. Bakı, NPB, 1997. 
14.  Fərhadoğlu  M.  Fəlsəfənin  əsasları.  Bakı,  Nurlan, 
2006. 
15. Göyüşov Z. Fəzilət və qəbahət. Bakı, 1972. 
16. Hegel G.V.F. Hüquq fəlsəfəsi. Bakı,  2007. 


 
168 
 
17.  Hegel  G.V.F.  Məntiq  elmi.  Bakı,  Təfəkkür 
Universiteti nəşriyyatı, 2005. 
18.  Hegel  G.V.F.  Ruh  fəlsəfəsi.  Bakı,  Təfəkkür 
Universiteti nəşriyyatı, 2003. 
19.  Hüseynov  H.  Marksist  dialektik  metod.  Bakı, 
Azərnəşr, 1945. 
20. İsmayilov F. Müasir qərb fəlsəfəsi. Bakı, 
Azərnəşr. 1991. 
21. Marksizmədək fəlsəfənin əsas inkişaf mərhələləri. 
Bakı 1962. 
22. Mehdi N. Fəlsəfə tarixində fəlsəfə. Bakı, 2005. 
23. Mehdi N. Fəlsəfədən didiklərim. Bakı, 2005 
23.  Mehdi  N.  Çətin  və  dolaşıq  durumların 
kulturolojisi  (Qərb  və  Şərq  mədəniyyətlərində  virtual 
örtüyün «kosmoqoniyası»). Bakı, 2001. 
24. Mehdiyev R. Fəlsəfə. Bakı, 2010. 
25. Məmmədov Ə., Bəşirov R. Müasir təbiətşünaslığa 
konseptual yanaşma. Bakı, Elm, 2001. 
26. Mustafazadə T. Ümumi tarix.Cild 3. Bakı, 1997. 
27. Nicat Ə. Dünya fəlsəfi irsindən yarpaqlar. Bakı, 
1991. 
28. Nicat Ə. Müdriklik məbədi. Bakı, 2005. 
29. Paşayev V. Fəlsəfə. Bakı, 1999. 
30. Politologiya. İzahlı lüğət. Bakı, 2007. 
31. 
Qasımzadə  F.  Estetik  zövqün  tərbiyə  edilməsi. 
Bakı, 1961 
32. 
Qısa estetika lüğəti. Bakı, 1970. 
33. Ramazanov F. Fəlsəfə. Bakı, 1999. 
34. Rüstəmov Y. Fəlsəfənin əsasları. Bakı, 2004. 


 
169 
 
35. Sadıqov Q. Etika. Bakı, 1971. 
36.  Sikirbeerk  K.,  Gilye  N.  Fəlsəfə  tarixi:  Müasir 
dünyanın fəlsəfi qaynaqlarına bir baxış. Bakı, 2008. 
37.  Şirəliyev  H.,  Əhmədov  Ə.  Politologiya.  Bakı, 
1997. 
38. Şükürov A. Fəlsəfə. Bakı, 2002. 
39.  Xəlilov  S.  Fəlsəfə:  Tarix  və  müasirlik  (fəlsəfi 
komprativistika). Bakı, 2006. 
40. Xəlilov S. Mənəviyyat fəlsəfəsi. Bakı, 2007. 
41.  Zeynalov  M.  Fəlsəfə  tarixi.  Bakı,  Azərbaycan 
nəşriyyatı, 2001. 
42. Zeynalov M. Fəlsəfə. Bakı, 1997. 
 
Türk dilində 
 
43. Ana Britannica, Cild 6. İstanbul, 1992. 
44. Ana Britannica,Cild 8. İstanbul, 1993. 
45.  Adıvar  A.A.  Tarih  boyunca  ilim  ve  din.  İstanbul, 
Yükselen matbaa, 1969. 
46. Cem büyük ansiklopedi, Cild 6. İstanbul, 1984. 
47. Gökbörk M., Felsefe tarihi. İstanbul, 1996. 
48. Günbulut S.  Küçük felsefe tarihi. Ankara, 1983. 
49.  Hançerlioğlu  O.  Felsefe  ansiklopedisi.  İstanbul, 
1984. 
50. Hançerlioğlu O. Düşünce tarihi. İstanbul, 1970. 
51.  Meydan  Larousse:  Büyük  lüğet  və  ansiklopedi. 
Cild 8. İstanbul, Zaman, 1992. 
52. Temel Britannica. Cilt 6, İstanbul, 1992.  
53. Temel Britannica. Cilt 8, İstanbul, 1993. 


 
170 
 
54. Ural Ş. Bilim tarihi. İstanbul, 1994. 
55. Yeni bir bakış açısıyla ilim ve din.Cilt 1, İstanbul, 
1998. 
56. Yeni bir bakış açısıyla ilim ve din.Cilt 2, İstanbul, 
1998. 
57. Yeni rehber ansiklopedi. Cilt 8. İstanbul, 1993. 
58.  Vorlander  K.  Felsefe  tarihi.  Türkce  çeviren 
M.İzzet İstanbul, 1925. 
59.  Viringer  R.  Maddenin  yarısı.  Türkce  çeviren 
M.Seyhan, İstanbul, 1944. 
 
Rus dilində 
 
60. Антология мировой философии. М., 2004. 
61. Гулыга  А. Немецкая  классическая философия. 
М., 1986. 
62. Гулыга А. Гегель. М., 1970. 
63.  Гегель  Г.В.Ф.  Энциклопедия  философских 
наук. том 1, М.,  1974. 
64.  Гегель  Г.В.Ф.  Эстетика.  М.,  Соч.  14-ти  томах, 
том 1, 1968. 
65.  Гегель  Г.В.Ф.  Лекции  по  истории  философии. 
Соч. 14-ти томах, том 9, М.,1929-1959. 
66. Гегель Г.В.Ф. Феноменология духа. Соч. 14-ти 
томах, том 4, М., 1960 
67. Гегель Г.В.Ф. Философия истории. СПб., 1993. 
68. Гегель Г.В.Ф. Философия религии. М., 1976. 
69. 
М
аркс  К.,  Енгелс  Ф.  Из  ранных 
произведенний. S.624. 


 
171 
 
70.  Рассел  Б.  История  западной  философии.  М., 
1976. 
71.  Соколов  В.В.  Евросейская  философия  ХВ-
ХВЫЫЫ веков. М., 1984. 
72. Спиркин А. Основы философии. М., 2004. 
73.  Нарский  И.С.  Западноевропейская  философия 
 
XIX в. М., 1976. 
74.  Философия  Гегеля:  проблемы  диалектики.  М., 
1987. 
 
İnternet materialları 
 
75.http://www.azərbaycanli 
(N. 
Şəmsizadə. 
Azərbaycançılıq  dünya  azərbaycanlılarının  milli 
ideologiyasıdır). 
76. http://www.felsefeekibi.az. 
77. http://www.felsefe.tr. 
78. http://www.felsefetarihi.tr. 
79. http://www.
 blog.milliyet. com. 
80. http://www.hegel.tr. 
81.  http://www.merkez.az  (F.  Mustafa.  Qloballaşma 
və mədəniyyət). 
82. http://www.wikisöz.tr. 
 
 
 
 
 
 


 
172 
 
Kitabın içindəkilər 
 
Giriş.............................................................................3 
I F Ə S İ L 
Hegel fəlsəfəsinin formalaşdığı sosial-siyasi 
şərait...........................................................................8 
1.1. G.V.F.Hegelin həyat və yaradıcılığı....................8 
1.2. Hegelin yaşadığı dövrdə ictimai-siyasi  
və sosial-mədəni mühit..............................................39 
II F Ə S İ L 
Georq Vilhelm Fridrix Hegelin ruh fəlsəfəsi........48 
III F Ə S İ L 
Hegelin fəlsəfi dünyagörüşündə ruhun məntiqi 
 inkişaf mərhələləri..................................................90 
3.1.Ruh fəlsəfəsində subyektiv ruh bölümü..............90 
3.2.Ruh fəlsəfəsində obyektiv ruh bölümü..............128 
3.3.Ruh fəlsəfəsində mütləq ruh bölümü.................150
 
Nəticə.......................................................................157 
Ədəbiyyat siyahısı………………………………...167 
Kitabın içindəkilər...................................................172 
 
 
 
 
 
 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə