Rəhim Həsənov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/40
tarix23.11.2017
ölçüsü2,8 Kb.
#11778
1   ...   32   33   34   35   36   37   38   39   40

 
144 
 
ehtiva edir. «Fridrix Hegel «Hüquq fəlsəfəsi» əsərində 
qeyd  edirdi  ki,  vətəndaş  cəmiyyətində  əməyin 
inkişafı,  sosial  fərqlərin  yaranması  və  sosial 
ziddiyyətlərin  əmələ  gəlməsi  nəticəsində  dövlət 
yaranır.  Dövlət  «Allahın  dünyada  gedişidir»,  yalnız 
dövlətdə  həqiqi  azadlıq  mümkündür.  Dövlət 
quruluşunun  möhkəmliyini  məmurlar  təyin  edir 
(burokratiya)» (2, səh.223). 
Hegelə  görə  dövlət  fərd  üzərində  hər  zaman 
üstün  bir  qüvvəyə  malik  olmalıdır.  Dövlət  ilahi  bir 
mahiyyəti  özündə  ehtiva  edir,  dövlətin  insani 
müqavilə  əsasında  yaranması  fikrinə  etiraz  edirdi. 
Hegelin  dövlət  və  dövlətçilik  haqqındakı  fikirlərə 
Platonun  göstərdiyi  təsir  göz  qabağında  idi.  Hegel 
dövləti  bütöv  bir  sosial  orqanizm  hesab  edir,  burada 
fərdlər  canlı  orqanizm  kimi  dövlətin  daxilində 
mövcud  olmalıdırlar.  Dövlətin  tərkib  ünsürlərini 
yaradan  fərdlər  iradə  azadlığını  və  fəaliyyət 
formalarının azadlığını dövlətdə ehtiva etməlidir.  
Dövlətin  əsas  atributlarından  biri  konstitusiya 
olmalıdır,  konstitusiya  daxili  dövlət  hüququ 
xarakterini də özündə ehtiva etməlidir. Konstitusiyada 
daxili  formaları  əks  olunur,  dövlətin  özünə  aid  olan 
inkişafını  xarakterizə  edir.  Dövlətin  digər  dövlətlərə 
münasibəti zamanı isə xarici dövlət hüququ dövlətlərə 
münasibəti  zamanı  isə  xarici  dövlət  hüququ  anlayışı 
ortaya çıxır. 
Ümumiyyətlə  dövlət  üç  mahiyyəti  özündə 
ehtiva edir:  


 
145 
 
1). Daxili dövlət hüququ. 
2). Xarici dövlət hüququ.  
3). Ümumdünya tarixi.  
Daxili  dövlət  hüququ  və  yaxud  konstitusiya 
qanunlar küliyyatına müncər olur. Obyektiv azadlığın 
mahiyyətini  ifadə  edən  qanunlar  da  özlüyündə  üç 
mahiyyət  ifadə  edir.  Birbaşa  subyekt  üçün  olan 
qanunlar 
azad 
iradəyə  və  xüsusi  maraqlara 
məhdudiyyət qoyur. «Ancaq onlar ikincisi mütləq son 
məqsəd  və  ən  ümumi  işdir;  beləliklə  onlar  ən 
ümumidən  ayrılan  və  getdikcə  qol-budaq  atan 
zümrələrin funksiyaları ilə, eləcə də ayrı-ayrı şəxslərin 
özəl  qayğısı  və  fəaliyyəti  ilə  doğulurlar;  üçüncüsü 
qanunlar 
ayrı-ayrı 
şəxslərin 
azad 
iradəsinin 
substansiyasını  və  onların  mütləq  əxlaqi  qaydalar 
qismində düşüncə tərzlərini oluşdurur». (18, səh.394). 
Azadlığın  və  bərabərliyin  özünə  yer  tapdığı 
konstitusiyada  xalqın  təfəkkür  səviyyəsi  özünə  gizlin 
yer  tapmışdır.  Hegelin  nöqteyi-nəzərincə  konstitusiya 
xalq  ruhunun  gerçəkləsməsi  formasıdır.  Əsas  qanun 
kimi  mövcud  olan konstitusiyada  qanunların  ağıllı və 
düşünülmüş formada tərtibatı onun əsas xarakterindən 
biri  olmalıdır.  Dövlətin  içərisində  ailə  və  vətəndaş 
cəmiyyətindən 
yüksəkdə 
dayanan 
hökümət 
konstitusiyanın  və  dövlətin  mövcud  olmasında,  onun 
qorunub  saxlanmasında  böyük  bir  əhəmiyyət  kəsb 
etməlidir.  Hegelə  görə  ən  mükəmməl  konstitusiya 
monarxiyalı 
konstitusiyada 
əks 
olunmuş 
konstitusiyadır.  Burada  inkişaf  etmiş  ağıl  reallığa 


 
146 
 
çevrilir,  digər  konstitusiyalı  quruluşlarda  isə  belə 
hadisə təzahür etmir. Hegel burada o qənaətə gəlir ki, 
İngiltərənin konstitusiyası ən azad, ən mükəmməl bir 
konstitusiyadır. 
Dövlət  quruluşlarını  demokratiya,  aristokratiya 
və  monarxiyaya  bölən  Hegel  despotizmin  yalnız 
Şərqdə  mövcud  olması  qənaətinə  gəlir.  «Hegelin 
«Hüquq  fəlsəfəsi»ndə  burjua  nəzəriyyəsi  üçün 
səciyyəvi  olan  olan  fərd  –  cəmiyyət,  vətəndaş  dövlət 
qarşıdurması  yoxdur.  Burada  nə  etatizm  üçün 
səciyyəvi  olan  azadlıq,  yəni  dövlətin,  bütövün 
azadlığı, liberalizm üçün səciyyəvi olan azadlıq, yəni 
fərdin  azadlığı  mütləqləşdirilmir.  Hegel  aristokratik 
siyasi 
doktrianın  təqdimatını  fəlsəfi  zəmində 
verdiyindən  iddia  edir  ki,  əgər  azadlıq  öz  mənbəyini 
ilahi  zəkadan  götürürsə,  dövlətin  azadlığı  fərdin 
azadlığını  boğmur,  onu  tamamlayır»  (11,  səh.143-
144). 
Vətəndaş  cəmiyyətinə  mənsub  olan  zümrələr 
xüsusi  və  ya  özəl  şəxslərin  qarışığından  yaranır. 
Xüsusi  şəxslərin  cəmiyyət  və  dövlət işlərində  iştirakı 
önəmli  bir  əhəmiyyət  kəsb  edir.  Özəl  şəxslər  ümumi 
dövlət  işlərində  dövlət  məmurlarından  daha  çox 
təfəkkürü  və  xüsusi  ağlı  ilə  fərqlənir.  Vətəndaş 
cəmiyyətində  zadəganlar  təbii  əxlaqi  ruhu  özündə 
müəyyənləşdirən  silk  kimi  çıxış  edir.  Hegelin 
yaratdığı  formasız  kütlə  anlayışı  kortəbii,  ağılsız, 
dəhşətli və vəhşi xarakterləri ilə önə çıxır,  


 
147 
 
bunlarsa  cəmiyyətin  silklərindən  kənar  hissəsinin 
yaranmasına səbəb olurlar. 
Dövlətin  ikinci  formasını  ifadə  edən  xarici 
dövlət  hüququ  xalqın  bilavasitə  gerçəkləşməsi  ilə 
müəyyən  olunur.  Xarici  dövlət  hüququ  əsasən 
müharibə 
vəziyyətində 
olan 
dövlətlərin 
müqəddəratının  həll  edilməsində  əhəmiyyətli  rol 
oynayır.  Dövlətin  müharibə  və  yaxud  sülh  şəraitində 
olması,  beynəlxalq  hüququn  formalaşmasında  xarici 
dövlət  hüququ  əhəmiyyətli  rol  oynayaraq  dövlətin 
tanınmasında, 
onun 
mövcudluğunun 
qorunub 
saxlanılması kimi məqsədlərə xidmət edir.  
Hegelin  nöqteyi-nəzərincə  müharibənin  xalqlar 
üzərində  böyük  bir  əxlaqi  əhəmiyyəti  vardır. 
Müharibə xalqların əxlaqi cəhətdən saflaşdırılmasında 
böyük 
bir 
önəmə 
malikdir. 
Yer 
üzərində 
müharibələrsiz  bir  həyat  tərzinin,  yəni  əbədi  sülhün 
mövcud olması xalqların bir-birini tanıması deməkdir. 
«Müharibə 
insan 
mənəviyyatını 
uzun 
sürən 
çürümədən mühafizə edir. Amma Hegelin müharibəni 
bəşər  tarixinin  təbii  və  nəcibləşdirici  hadisəsi  kimi 
qiymətləndirilməsini,  hüquqi,  o  cümlədən  beynəlxalq 
hüququ  insanlar  arasında  sadəcə  olaraq  şərtləşmə 
hesab 
etməsini, 
müharibəni 
beynəlxalq 
münasibətlərdə qəti hökm verə bilən və verməli olan 
hakim  kimi  qiymətləndirməsini,  haqsızlığa  və 
ədalətsizliyə  qarşı  Hegel  tərəfindən  ifadə  olunmuş 
qəzəbi,  Hegelin  dünyanı  öz  həqiqi  mahiyyətinə 
qaytarmaq  əzmini  və  bu  qayıdış  yolunda  eybəcərliyə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə