Rəhim Həsənov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/40
tarix23.11.2017
ölçüsü2,8 Kb.
#11778
1   ...   32   33   34   35   36   37   38   39   40

 
140 
 
insan  əməyinin  maşın  əməyi  ilə  əvəz  olunması 
prosesini nəzərdə tuturdu. Hegelə görə insan kütlələri 
arasında  zümrələrin  mövcud  olmasına  əsas  səbəb 
talant  və  bacarıqların  müxtəlif  olmasıdır.  Bu  isə 
mənəviyyata  olan  tələbat  zamanı  ortaya  çıxır. 
Müxtəlif  zümrələrdə  mövcud  olan  fərdlər  talant  və 
bacarığa  olan  münasibətinə  nəzərən  ixtiyari  və 
təsadüfi olaraq iki hissəyə ayrılır.  
Zümrələrin özünə nəzər yetirdikdə isə onlar da 
müxtəlif  qruplar  halında  mövcud  ola  bilərlər. 
Zümrələr tarix boyu müxtəlif qruplar altında mövcud 
olmuş,  vətəndaş  cəmiyyətinin  tarix  boyu  müxtəlif 
dövlət  quruluşlarında  özünə  yer  tapması  zümrələr 
arasındakı  fərqi  silə  bilməmişdir.  Hegelə  görə 
zümrələri əsasən üç qrupa ayırmaq olar: 
1). Təbii zümrə. 
2). Reflektiv zümrə.  
3). Düşünən zümrə. 
Təbii  zümrənin  əsas  təməli  maddi  xarakterə 
malikdir,  məhsuldar  torpaq  təbii  zümrənin  əsas 
xüsusiyyətlərindən  biridir.  Təbii  zümrə  substansional 
cəhətdən inama və etibara bağlı olur. Zümrənin ikinci 
növü  olan  reflektiv  zümrə  fərdin  özünün  xüsusi 
bacarığı,  talantı,  dərk  etmə  qabiliyyəti,  fəallığı, 
çalışqanlığı  önə  çıxır.  Elə  bu  səbəbdən  də  reflektiv 
zümrə  mahiyyət  etibarı  ilə  aksidental,  təsadüfi 
xarakteri  özündə  əks  etdirir.  Zümrənin  son  forması 
olan  düşünən  zümrəyə  təbii  və  reflektiv  zümrədəki 
xüsusiyyətlər  də  aid  oluna  bilər.  «Düşünən  zümrə 


 
141 
 
ümumi  maraqlarla  ilgilənir:  o,  ikinci  zümrə  kimi 
özünün  bacarığı  ilə  əldə  etdiyi  həyatı  yaşayır  və 
birinci  zümrəyə  oxşar  olaraq  isə  ictimai  tamın  təmin 
etdiyi varlıq kimi yaşayır» (18, səh.387). 
Vətəndaş toplumunun ikinci inkişaf pilləsi olan 
ədalət  məhkəməsi  hər  şeydən  əvvəl  formal  hüquqa 
malik  olması  ilə  izah  olunur.  Ədalət  məhkəməsində 
şüur  özünü  abstrakt  şüura  çevirir  və  ən  ümumi  bir 
formada  hüquq  anlayışını  qanunlara  diktə  edir. 
Mücərrəd  şüurun  hüququ  düzgün  gerçəkləşdirməsi 
üçün  qanunun  qüvvədə  olması  vacib  bir  şərtdir. 
Vətəndaş  cəmiyyətinin  mühüm  bir  meyarı  olan 
qanunlar  bütün  fərdlər,  şəxslər  və  təkcələr  üçün  ali 
olan  anlamına  gəlməlidir.  Hegelə  görə  qanunlar 
məzmunlu  və  məzmunsuz  olaraq  bölünürlər, 
məzmunlu  qanunlar  hüquqa  uyğun  gələn  qanunlar, 
məzmunsuz  qanunlarsa  hüquqa  uyğun  gəlməyən 
qanunlardır.  Qanunvericiliklər  tərəfindən  yaradılan 
qanun  məntiqə,  hüquqa,  ağıla  və  idraka  uyğun 
gəlməlidir,  məhz  belə  qanunlar  məzmunlu  qanunlar 
hesab oluna bilər.  
Məzmunlu  qanunlara  əhəmiyyət  verməyənlər, 
onları şər və qəbahətli hesab edənlər qanunun aliliyinə 
və hökmranlığına xələl gətirmiş olurlar. Hegel burada 
belə  bir  fikir  irəli  sürür  ki,  əgər  bir  halda  göy 
cisimlərinin,  heyvanların  özlərinə  məxsus  olan 
qanunları  varsa,  insanların  da  qanun  yaratması 
labüddür. İnsanlar təkcə qanunu yaratmaqla qalmayıb, 
bu qanunlara itaət etməyi bacarmalıdırlar. Əgər fərdin 


 
142 
 
dərk etdiyi qanun ədalətli qanun deyilsə, o aksitendal 
mahiyyətə  malikdir  və  özbaşınalığın  yaranmasını 
bildirir.  Hegel  təbiət  qanunlarını  ətraflı  bir  surətdə 
təsvir  etdiyi  halda  cəmiyyət  qanunlarına  o  qədər  də 
geniş  izah  ayırmırdı.  «Hegel  qeyd  edirdi  ki,  fəlsəfə 
təbiətin  qanunlarını  olduğu  kimi  öyrəndiyi  halda, 
hüquq  və  dövlət  problemləri  haqqında  göstərişi 
fəlsəfənin  özündən  gözləyirlər.  Əsil  vəzifə  burada 
həqiqətin  mümkünlüyünü  başa  düşməkdir.  Təfəkkür 
və  varlıq  qanunları  eyni  olduğu  üçün,  bu  elə  ağlın, 
fəlsəfənin  dərk  etmək  qabiliyyətindən  irəli  gəlir.  Hər 
bir fərd öz zəmanəsinin övladı olduğu kimi, fəlsəfə də 
dövrün,  təfəkkürdə  ifadə  olunmuş  ruhudur»  (18, 
səh.110). 
Hüquqa  azad  iradənin  mövcud  olması  kimi 
baxan  Hegelin  dialektika  nəzəriyyəsinə  əsasən 
cəmiyyətin hüquqları öz yerini azadlıq ideyasına verir 
və  burada  söz  məhz  gerçəkləşən  azadlıqdan  gedir. 
Hüququn 
müəyyənləşməsi 
prosesi 
məhkəmə 
aparatında  özünə  yer  tapır.  Məhkəmə  zamanı  işi 
araşdıran  hakim  müttəhimin  hərəkətində  hüquqda 
təsadüfi  mahiyyət  kəsb  edən  işləri  ortaya  çıxarar. 
Müttəhimin təsadüfi mahiyyətli hərəkəti, yəni cinayət 
prosesi  ortaya  çıxırsa  cəza  tətbiq  olunur.  Bu  zaman 
ədalət  məhkəməsi  obyektiv  sübutlara  daha  çox 
üstünlük  verməli  və  subyektivlikdən  yayınmalıdırlar. 
Son  qərarı  verən  hakim  isə  ən  ümumiyə  əsaslanan 
xüsusi subyektivliyə malikdirlər.  


 
143 
 
Vətəndaş  cəmiyyətinin  son  formasında  təzahür 
edən  polis  və  korporasiya  ayrı-ayrı  şəxslərin  rifahına 
xidmət etmək məqsədilə formalaşıb. Hegelə görə polis 
və  korporasiya  ayrı-ayrı  şəxslərin  rifahının  təmin 
olunmasına  kömək  göstərə  də  bilər,  kömək 
göstərməyə  də  bilər.  Dövlətin  substansional,  ali 
formasına  əsaslanan  polis  və  ya  dövlət  polisi  ən 
ümumilik  münasibətini  özündə  ehtiva  edir.  Ən 
ümumiliyin xarici təzahürü olan dövlət polisi vətəndaş 
cəmiyyətində  intizamı  saxlayan  fəal  güc  formasında 
çıxış etməlidir. «Hegel cəmiyyəti bir insan vücuduna 
bənzədir.  Hegeldən  sonra  bəzi  elm  adamları  da 
cəmiyyəti  bir  insan  vücudu  olaraq  görür  və 
incələyirlər.» (55, səh.503) 
Ayrı-ayrı  şəxslərin  xüsusi  məşğulluq  və 
maraqları  ilə  məhdudlaşan  korporasiyada  vətəndaş 
xüsusi  şəxs  kimi  qərar  tutur.  Burada  xüsusi  şəxsin 
mülkiyyəti zəmanət alır, eyni zamanda şəxsin özünün 
də özəl maraqları burada gizli qalır. Xüsusi şəxslərin 
korporasiyada hüquqla müəyyən edilmiş borcları olur 
və buradakı fəaliyyət əxlaqa və şüura əsaslanır. 
Hegelin  yaratdığı  «Obyektiv  ruh»  bölümündə 
əxlaqın  son  pilləsini  dövlət  təşkil  edir.  Hegelin 
nöqteyi-nəzərincə  dövlətin  yaranmasında  əsas  amil 
zorakılıqdır.  Dövlətdə  əxlaqi  ideya  özünü  reallığa 
çevirir, yəni gerçəkləşmə prosesinə məruz qalır. Digər 
əxlaqi  substansiya  olan  ailə  və  vətəndaş  cəmiyyəti 
dövlətdə  vəhdət  halında  çıxış  edir.  Dövlət  eyni 
zamanda ağlın təzahürü və gerçəkləşməsini də özündə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə