Rəhim Həsənov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/40
tarix23.11.2017
ölçüsü2,8 Kb.
#11778
1   ...   29   30   31   32   33   34   35   36   ...   40

 
132 
 
Bu  prosesləri  «Hüquq  fəlsəfəsi»  əsərində  geniş 
və  ətraflı  bir  surətdə  izah  edən  Hegel  «Ruh 
fəlsəfəsi»nin  «Obyektiv  ruh»  bölümündə  qısa  və 
yığcam  şərh  verir.  Ümumiyyətlə  Hegel  hüququn 
inkişaf  mərhələlərini  göstərərkən  hüquq  və  subyektiv 
iradə  arasındakı  fərqli  xarakterlərin  olduğunu 
vurğulamaqdan  da  yayınmamışdır.  Hegelin  nöqteyi-
nəzərindən subyektiv iradə hər zaman hüquqdan üstün 
olmalıdır.  Eyni  zamanda  subyektiv  iradə  ağıllı  iradə, 
yəni  əxlaqiliyə  əsaslandıqda  həqiqi  və  gerçək  bir 
mahiyyət kəsb edir. 
Hüququn  inkişafı  prosesində  ortaya  çıxan 
əxlaqilik anlayışı azad iradənin hüdudları çərçivəsində 
mövcud  olur  və  fəaliyyət  göstərir.  Əxlaqi  qanunlar 
insanın  düşüncə  tərzində,  vicdanında,  anlayışında, 
dünyagörüşündə,  könlündə  özünə  yer  tapmışdır, 
bunlar  nə  hüquq  qanunları  ilə,  nə  də  avtoritetin 
hakimiyyəti  ilə  müəyyən  oluna  bilməz.  Hegelə  görə 
əxlaqi və subyektiv azadlıq yalnız avropa azadlığı ilə 
eyniyyət  yarada  bilər,  yəni,  əxlaqi  azadlıq  qeyri 
Avropa  ölkələrində  hələ  mükəmməl  bir  səviyyədə 
bərqərar ola  bilməmişdir.  Mahiyyət  etibarilə iradənin 
daxilinə  yerləşən  əxlaqilik  anlayışını  dar  və  geniş 
anlamda şərh etmək olar. Dar anlamda götürdüyümüz 
zaman  əxlaqilik  anlayışı  xeyir  anlayışı  ilə  eyniyyət 
təşkil edir.  
Əxlaqilik  anlayışının  geniş  anlamda  izahına 
gəldikdə isə qəsd, məram və xeyir, xeyir və şər kimi 
mahiyyətləri  özündə  birləşdirir.  Geniş  mənada 


 
133 
 
götürülən  əxlaqiliyin  ilk  inkişaf  mərhələsi  olan  qəsd 
subyektin  düşüncəsinin,  iradəsinin  təzahürüdür.  Bu 
təzahür  nəticənin  fəaliyyətində  elə  dəyişikliklə 
müşahidə olunur ki, bu dəyişikliyin nəticəsində xarici 
subyektin  hərəkəti 
təhrif  olunur.  «Bütün  bu 
dəyişikliklərin  subyektin  fəaliyyətinə  aid  olduğuna 
baxmayaraq, təkcə buna görə o hələ o dəyişiklikləri öz 
hərəkəti  saymır,  ancaq  hərəkətdəki  o  şeyi  öz  dühası 
sayır  ki,  özünün  düşüncəsində  və  iradəsində  olmuş 
olsun, yalnız özünün qəsdi, niyyəti olmuş olsun» (18, 
səh.378).  
Göründüyü  kimi  Hegel  qeyd  edir  ki,  qəsdin 
əsas 
fərqləndirici 
xüsusiyyəti 
təkcənin 
dünyagörüşündə  əsasən  günahsızlıq  təsəvvürünün 
yaranmasıdır. 
Təbii 
vəziyyət 
situasiyası 
ilə 
zorakılığın, 
özbaşınalığın 
hakim 
olduğu 
bir 
vəziyyətdir.  Lakin  cəmiyyət,  toplum  hər  zaman  təbii 
vəziyyətə  qarşı  çıxmış,  bu  vəziyyəti  hüququn 
gerçəkliyə  çevrilməsi  ilə  aradan  götürmüşlər.  Başqa 
sözlə  təbii  vəziyyət  təbii  hüququn  tətbiqi  ilə  inkar 
olunur. 
Əxlaqiliyin  ikinci  səviyyəsini  nümayiş  etdirən 
məqam  və  xeyir  anlayışları  varlığın  substansional 
mahiyyətini  ifadə  edir.  Əgər  qəsd  birbaşa  mövcud 
varlığın  özünə  aiddirsə,  məramsa  mövcud  varlığın 
məqsədinə  müncər  olur.  Xeyirin  əsas  fərqləndirici 
xüsusiyyəti  isə  əxlaqa  olan  dolğun  münasibəti  ilə 
xarakterizə  olunur.  Məhz  bu  münasibətin  nəticəsində 
xeyir  həqiqilik  kimi  çıxış  edir,  xoşbəxtliksə  xeyirdən 


 
134 
 
fərqli bir mahiyyətə malikdir. Xoşbəxtlik də qəsd kimi 
mövcud  varlığın  elementlərindəndir,  lakin  xoşbəxtlik 
mövcud varlıqda bilavasitə yolla yaranan təsəvvürdür.  
Hegelə  görə  xeyir  mücərrəd,  abstrakt  bir 
xarakterə  malikdir  və  elə  bu  səbəbdən  də  başqa  bir 
subyektdə  mövcud  ola  bilər.  Hegelin  nöqteyi-
nəzərindən məqamın əsas fərqləndirici xüsusiyyəti ən 
ümumi  olanın  abstrakt  və  ya  mücərrəd  forması 
olmasıdır.  «Empirik  –  konkret  hərəkətə  münasibətdə 
refleksiya  bu  formaya  bu  və  ya  başqa  özəllik  verə 
bilər  və  bununla  da  onun  önəmli  sonuncunda 
məqamın  önəmliliyi  ilə  hərəkətin  gerçək  önəmi 
arasında  böyük  ziddiyyət  yaranır  (məsələn,  cinayət 
zamanı xeyir məqam)» (18,  səh.379).  
Hegel  əxlaqiliyin  son  mərhələsi  olan  xeyir  və 
şərin  izahını  verməyə  başlayır.  Xeyir  özlüyündə 
iradənin  müəyyənləşdirilmiş  ən  ümumiliyi  olsa  da 
abstrakt  xüsusiliyə  malikdir.  Xeyirin  abstrakt, 
mücərrəd 
xüsusiliyə 
malik 
olmasına 
səbəb 
müəyyənləşmə  prosesinin  ən  ümuminin  daxilində 
deyil, xaricində mövcud olmasıdır. Bu müəyyənləşmə 
zamanı  qeyri-müəyyənliyin  ortaya  çıxması  xeyirin 
müxtəlifliyinə  səbəb  olur.  Hegelin  nöqteyi-nəzərincə 
xeyirin  müxtəlifliyi,  fərqli  xarakterləri  özündə 
birləşdirməsi  dialektik  mahiyyətə  malikdir.  Lakin  bu 
fərqlər xeyirin vəhdəti sayəsində ortadan qalxaraq bir-
birilə uzlaşma prosesinə məruz qalır. Xeyirin arasında 
yaranan bu fərqlər subyekt tərəfindən bərtərəf edilir.  


 
135 
 
Hegelə  görə  subyekt  üçün  xeyir  və  şər 
anlayışları  zərurət  deyil  və  bu  anlayışlar  yalnız 
təsadüflər  toplusundan  ibarətdir.  Elə  bu  səbəbdən  də 
subyekt xeyirə zidd olaraq ortaya çıxan şər hadisələri 
törətməyə  qabil  olur.  Özlüyündə  dəyərsiz  məqsədləri 
birləşdirən  şər  öz  təkcəliyini  həlledici  hesab  edən 
subyektlərdə  daha  tez  təzahür  edir.  Hegel  bu  zaman 
özü-özünə  sual  verir  ki,  xeyir  mahiyyətli  olmaq 
xoşbəxtlik,  şər  mahiyyətli  olmaq  isə  bədbəxtlik 
deməkdirmi?  Sualı  özü  cavablandırarkən  bu 
ziddiyyətin  həlli  yollarını  axtarır.  «Eyni  zamanda 
dünya  özündə  xeyirxah  hərəkətin  gerçəkləşməsinə 
imkan  verməli,  eləcə  də  xeyirxah  subyektə  özünün 
xüsusi maraqlarını gerçəkləşdirməsini təmin etməlidir, 
şərə  isə  imtina  etməli  və  onu  məhv  etməlidir»  (18, 
səh.380-381). 
Obyektiv  ruhun  son  inkişaf  pilləsi  olan  əxlaq 
Hegel tərəfindən geniş şərh olunan mövzulardan və ya 
bölmələrdən biridir. Həm subyektiv, həm də obyektiv 
ruhun  həqiqətlərini  özündə  əks  etdirən  əxlaq  anlayışı 
obyektiv  ruhun  tamamlanma  mərhələsidir.  Əxlaqın 
gerçəkləşmə prosesi ailədə, vətəndaş cəmiyyətində və 
dövlətdə bir zərurət kimi ortaya çıxır. Hegelə görə əsl 
əxlaqi düşüncə tərzi fərdləri, təkcə varlıqları bir-birilə 
qarşılıqlı  anlaşması  prosesidir.  Bu  qarşılıqlı  anlaşma 
zamanı  fərdlərin həqiqi  cəmiyyətdə  var olması  etibar 
anlayışı ilə xarakterizə olunur. 
Etibar  əxlaqi  fəaliyyətin  bütövlüyünü  ifadə 
edən fəzilətdir və bu fəzilət ədalətlilik və xeyirxahlıq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə