Rəhim Həsənov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/40
tarix23.11.2017
ölçüsü2,8 Kb.
#11778
1   ...   26   27   28   29   30   31   32   33   ...   40

 
120 
 
Özünüdərk 
anlayışının 
son 
mərhələsi 
özünüdərkin əsas mahiyyəti də elə azad özünüdərkdir. 
Özünüdərkin  bu  ən  ümumi  yeni  görüntüsü  –  öz 
obyektivliyində  özü-özü  ilə  eyniyyətdə  olan  və  buna 
görə  də  özünü  ən  ümumi  subyektivlik  kimi  bilən 
anlayışı  ruhiliyin  hər  bir  önəmli  növünün  -  ailənin, 
vətənin,  dövlətin,  eləcə  də  bütün  fəzilətlərin  - 
sevginin,  dostluğun,  igidliyin,  şərəfin,  şöhrətin 
substansiyasının  dərki  formasıdır  (18,  səh.290). 
Göründüyü kimi mənlik şüuru ən ümumi özünüdərklə 
əxlaqi  substansiyalar  olan  ailə,  cins,  vətən  və  allah 
sevgisi  kimi  məsələlər  qarşıya  qoyulur.  Ümumi  işlər 
mahiyyətinə malik olan bu məsələlər spekulyativliliyi 
ortaya  çıxarar.  Hegelin  yaratdığı  fəlsəfi  sistemdə 
spekulyativlik ziddiyyətlərin həll olunmasında zəkaya, 
ağıla uyğun olan müsbət bir anlayış kimi izah olunur. 
Özünüdərk  prosesinin  son  mərhələsində  ağıl  ideya 
formasında qarşımıza çıxır.  
«Ruhun 
fenomenologiyası»nın 
sonuncu 
mərhələsi  olan  ağıl  yaxud  zəka  özündə  və  özü  üçün 
əsl  həqiqətdir.  Ağıl  prosesində  bir-birinin  əksi  olan 
özlüklərdə  özgə  varlığı  artıq  ortadan  qalxmış  olur. 
Burada  şüur,  özünüdərk  və  ya  mənlik  şüuru  birgə 
halına  gəlir.  Ruhun  predmetinin  mahiyyəti  özünə  və 
özü  üçün  müəyyənləşmiş  bir  seyri  formalaşdırır. 
Ağlın  ən  ümumi  xarakteri  obyekt  mahiyyətinə  şamil 
olan  şüurda  və  özlüyündəki  ən  ümumi  «mən»ə  qarşı 
yönələrkən  onunla  eyniyyət  təşkil  edir.  «Zəka 
dünyaya  belə  mütləq  inamla  yaşayır  ki,  o  eyniyyət 


 
121 
 
yarada və öz əminliyini həqiqətə ucalda bilər: təfəkkür 
dünya  bir  də  onun  üçün  özündə  əhəmiyyətsiz  olan 
əkslik yaratmaq cəhdi ilə yanaşır» (18, səh.402). 
«Subyektiv  ruh»  bölümündə  «Psixologiya» 
sonuncu yarımbölməni təşkil edir. «Subyektiv ruh»un 
bu 
bölümündə  ruh  artıq  təbii  ruh  olmaq 
mahiyyətindən  mərhum  olur  və  nəticədə  ruhun 
fəaliyyət  formaları  kimi  təzahür  edir.  Hegel  ruhun 
fəaliyyət  formaları  dedikdə  seyr,  təsəvvür,  yaddaş, 
xoşbəxtlik, istək və zorakılıq kimi anlayışları nəzərdə 
tutur.  Psixologiyada  da  ruhu  idrak  kimi  nəzərdən 
keçirən Hegel bu sahəni ruhi intelligensiya, nəzəri ruh 
və praktik ruh deyə üç hissəyə bölür. Hegelin apardığı 
bu  bölgü  «Məntiq  elmi»ndə  idrak  kateqoriyaları 
üzərində  tətbiq  etdiyi  bölgü  ilə  üst-üstə  düşür. 
İntelligensiya  və  ya  idrak  prosesinə  həqiqət  məsələsi 
kimi  baxaraq  Kantın  aqnostik  fikirlərinə  öz  etirazını 
bildirir.  Burada  Hegel  aqnostisizmə  qarşı  A.Dantenin 
ideyalarını qoyur, Danteni müdafiə edir. Hegelə görə 
idrak  prosesi  sonsuz  ola  bilməz,  həqiqətin  dərkinin 
mümkünsüzlüyünü  qəbul  etmək  acı  böhtandan  başqa 
bir  mahiyyət  kəsb  etmir.  Nisbi  həqiqətlər  inkişaf 
prosesinin  sonunda  mütləq  həqiqətə  çevrilir,  nəticədə 
aqnostisizmin  labüd  məhvi  ortaya  çıxır.  «İdrak 
sonludur,  idrakın  bu  ümumi  sonluğu  əksliklərin 
müqəddiməsi  olan  mühakimə  ilə  bağlıdır  və  bu 
müqəddiməyə  idrak  fəaliyyətinin  özü  açıq-aydın 
ziddir.  İdrakın  bu  ümumi  sonluğu  əsasən  onun  öz 
ideyası ilə müəyyən olur. Belə ki, sonlu idrakın ayrı-


 
122 
 
ayrı  momentləri  idrakın  bir-birindən  fərqli  növlərinə 
uyğun  forma  alır  və  bu  momentlər  müstəqil 
olduqlarından  onlar  bir-birilə  anlayış  bağlılığında 
deyil, refleksiya bağlılığındadırlar» (18, səh.403). 
«Psixologiya»  bölümündə  Hegel  ruhu  nəzəri, 
praktiki  və  azad  ruh  deyə  üç  kəsimə  bölür.  Burada 
nəzəri  ruh  mövcud  olanı  seyr  edir,  praktiki  ruh 
mövcud  olmayanları  yaradır,  azad  ruh  hər  ikisinin 
vəhdətindən  yaranır,  yəni,  hər  ikisində  olan  ayrı-ayrı 
cəhətləri  özündə  birləşdirir.  Nəzəri  ruhun  əsas 
spesifikası  onun  yaradıcı  mahiyyətə  malik  olmasıdır, 
lakin  bu  yaradıcılığın  məhsulları  formal  xarakterə 
malikdir.  Əgər  nəzəri  ruh  müstəqil  bir  obyektdən 
təzahür  edilirsə,  praktiki  ruh  əks  mənbələrin  ortaya 
çıxardığı bir anlayışdır. Nəzəri və praktiki ruhu aktiv 
və  passiv  ruhdan  geri  qalmasını  onun  passiv  olması 
demək  deyildir.  Azad  ruh  isə  aktivliyinə  görə  nəzəri 
və  praktiki  ruhdan  fəallığı  və  məhsuldarlığı  ilə 
fərqlənir. 
Nəzəri  ruhun  bölgüsünə  gəldikdə  onun  üç 
hissəyə bölünməsini qeyd etmək yerinə düşərdi. Seyr, 
təsəvvür  və  təfəkkür  kimi  sıralanan  bu  anlayışlar 
nəzəri ruhun fəaliyyətlərində ortaya çıxaraq seyr edir, 
təsəvvür  edir  və  xəyala  dalır.  Bunlardan  obyektlə 
bilavasitə  təmasda  olan  seyr  daha  çox  maddi,  təbii 
əlamətlərlə müəyyənləşir. Nəzəri ruhun ikinci forması 
təsəvvür  mahiyyətinə  malik  olub,  yada  salma, 
təxəyyülün gücü və yaddaş kimi inkişaf mərhələlərini 
özündə əks etdirir. Yada salmanın əsas mahiyyəti bizə 


 
123 
 
aid  olan  hər  hansısa  bir  məzmununun  qeyri-iradi 
olaraq bərpa edilməsidir. Təsəvvürün ən mücərrəd, ən 
abstrakt  mərhələsi  olan  yada salmadakı  məzmun  hələ 
də seyrdə, intelligensiyada olan məzmundan ibarətdir.  
Təsəvvürün  ikinci  mərhələsini  təxəyyülün  gücü 
seyrdəki  məzmunla  əkslik  təşkil  edir.  Təxəyyülün 
gücündə  təkcə  yada  salma  prosesi  deyil,  burada 
məzmun analiz edilir, onu ümumiləşdirərək ən ümumi 
bir  formaya  gətirir.  Obrazları  müəyyənləşdirən 
təxəyyülün  gücü  özünü  üç  formada  büruzə  verir.  İlk 
öncə obrazları varlıq formasına gətirir, ikinci formada 
obrazları  bir-birinə  aid  edir  və  son  formada 
intelligensiyanın  ən  ümumi  təsəvvürlərini  obrazla 
eyniləşdirərək obrazlı varlıq ortaya çıxarır. Bu obrazlı 
varlıq  isə  simvoldan  və  işarələrdən  ibarət  olub 
fantaziyanı yaradır. 
Ümumiyyətlə  təxəyyülün  gücü  yaradıcı  və 
assosiativ  olmaqla  iki  hissəyə  ayrılır.  Təxəyyülün 
yaradıcı  gücündə  obrazlar  təkrar  yaradılır,  xalis  fikir 
formasında  ortaya  çıxır.  Təxəyyülün  assosiativ 
(əlaqələndirici,  birləşdirici)  gücü  yaradıcı  gücünün 
yaratdığı  obrazları  bir-birinə  aid  edir,  burada 
insanların  istedadlığı,  itiağıllılığı  üzə  çıxır,  biri 
digərindən fərqlənir. Bu zaman ortaya «vergili insan» 
anlayışı  da  şamil  olur,  Hegelə  görə  «vergili  insan» 
dərin  mahiyyətə  malik  obrazların  tədqiqi  ilə  məşğul 
olur. 
Hegel  təxəyyülün  gücünün  izahını  verdikdən 
sonra  təsəvvürün  son  pilləsi  olan  yaddaşın  izahına 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə