Rəhim Həsənov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/40
tarix23.11.2017
ölçüsü2,8 Kb.
#11778
1   ...   32   33   34   35   36   37   38   39   40

 
152 
 
incəsənətlə  dinin  inkişaf  səviyyələri  eyniyyət  təşkil 
edir.  Hegel  «Ruhun  fenomenologiyası»  əsərində  dinə 
aid  olan  bölmədə  incəsənət  haqqında  ideyalarını  irəli 
sürməsi də təsadüfi bir xarakter deyildi. 
Hegel  incəsənətin  özünün  də  üç  sahəyə 
bölündüyü  fikrini  irəli  sürür:  simvolik  incəsənət, 
klassik  incəsənət  və  romantik  incəsənət.  Simvolik 
incəsənətin  əsas  səciyyəvi  xüsusiyyəti  burada 
yaradılanların ideyaya uyğun gəlməməsidir, incəsənət 
burada  məqsəddən  kənar  bir  hal  daşıyır.  Klassik 
incəsənət  antik  dövrdə  Yunanstanda  və  Romada 
yaradılan 
incəsənət 
anlamına 
gəlir. 
Klassik 
incəsənətdə 
varlığın 
tamamlanması 
hissilik 
elementləri ilə bağlıdır. Romantik incəsənətə gəldikdə 
isə allah görünən bir formada deyil, daxili istəklərdən 
törənmiş kimi təsvir olunur, allahın mərhəmətli olması 
onun  romantik  görünüşü  kimi  xarakterlər  daha  çox 
mahiyyət kəsb edir.  
 Mütləq  ruhun  ilkin  və  qeyri-kamil  mərhələsi 
olan  incəsənətin  ən  mükəmməl  forması  romantik 
incəsənət  hesab  olunur.  Romantik  incəsənətdə 
mənəvilik  anlayışı  digərlərindən  daha  yüksəkdə 
duraraq,  dinə  və  fəlsəfəyə  daha  yaxın  olması  ilə 
səciyyələnir.  İncəsənətin  dinlə  qırılmaz  ilgisi  barədə 
belə bir qeyd edilməlidir ki, incəsənətin yalnız özünü 
azad edən, ancaq hələ mütləq mənəvilik olmayan dinə 
mənsub  ola  bilər.  İdeyanın  azad  müəyyənliyinin 
açılmadığı  və  hələ  dərk  olunmadığı  dinlərdə 
incəsənətə  tələbat  mahiyyət  haqqında  təsəvvürün 


 
153 
 
seyrdə  və  fantaziyada  şüura  çatması  üçün  gərəkli 
olmasını bildirir (18, səh.428). 
Hegelə  görə  incəsənət  əsərinin  ən  kamil 
nümunəsi  allahı  qeyri-subyektiv  bir  formada  ifadə 
etmək  bacarığıdır  və  bu  zaman  bütün  təsadüflərdən 
incəsənət  adamı  imtina  etməlidir.  İncəsənət  əsərinin 
əsas mahiyyəti texniki və mexaniki üsullarla müstəqil 
və  sərbəst  bir  formada  həyata  keçməsidir.  Bu  zaman 
incəsənət adamı Allah ustası kimi mövcud olur, lakin 
onun  yaratdığı  «Allah»  anlayışı  hələ  də  gerçək  Allah 
anlayışı  ilə  eyniyyət  təşkil  etmir,  burada  fərqli 
mahiyyətlər önə çıxmağa başlayır. Başqa sözlə desək 
«mütləq  ruh»  hələ  də  məqsədəuyğun  inkişaf 
səviyyəsində  deyildir,  bunun  üçün  onun  yeni  inkişaf 
mərhələlərinə ehtiyacı vardır. 
Belə inkişaf mərhələlərindən biri də incəsənətdən 
sonra  mütləq  ruhun  reallaşdığı  forma  dindir.  Hegelə 
görə  həqiqi  dinin  mahiyyəti  yalnız  mütləq  ruhdan 
ibarət olmalıdır. Lakin dinin mahiyyətinin mütləq ruh 
olması  heç  də  onun  formaca  azad  olması  demək 
deyildir.  Burada  dinin  məzmununu  təşkil  edən  allah 
ideyası  təbiətin  kor  qüvvələrindən  ibarət  olmalıdır. 
Hegelə  görə  bu  xarakterə  yalnız  xristian  dinində 
təsadüf  etmək  olar.  Yəni  xristian  dinində  allahın 
məzmunu  və  yaxud  mütləq  ruhun  məzmunu  düzgün 
və  həqiqətə  uyğun  bir  formada  dərk  edilir.  Mənlik 
şüuru  və  özünüdərk  prosesi  yalnız  xristian  dinində 
düzgün  təzahür  edir  və  həqiqətin  əsas  məzmununu 
dərk etdiyi zaman ruh azad ola bilər. 


 
154 
 
Hegelin  düşüncə  tərzinə  görə,  allah  özünün 
mahiyyətini  dərk  etdiyi  üçün  allah  olmuşdur.  «Allah 
özünü  anladığına  görə  allahdır;  onun  özü  haqqındakı 
biliyi  onun  insanda  sonrakı  özünüdərkdir.  İnsanın 
allah  haqqında  biliyi  isə  insanın  özünü  allahda 
dərkidir»  (18,  səh.431).  Hegel  yəhudi  və  islam 
dinində  allah  haqqında  yaradılmış  təsəvvürlərin 
düzgün  olmadığı  qənaətinə  gəlir  və  bu  axtarışın 
davamı olaraq xristianlıqdan başqa bütün dinlərin zəif 
və çatışmayan cəhətlərini müzakirə obyektinə çevirir, 
onları  bütlərə  və  allahlara  inamda,  adi  hissi  seyrin 
mistikləşdirilməsində  günahlandırır.    «Hegel  dini 
inancların  qanunauyğun  şəkildə  yaranması  və 
inkişafını  izləmişdir.  O  dinin  tarixi  haqqında  çoxlu 
mühazirə  oxumuş,  onun  qanunauyğunluqlarını 
izləmişdir.  Lakin,  islam  dini  onun  sxeminə  uyğun 
gəlmədiyi  üçün  əsasən  xristianlığı  mütləq  ruhun 
inkişafı kimi şərtləndirmişdir.» (2, səh.376) 
Hegel qeyd edirdi ki, düşüncələrin ən alisi Allah 
haqqında,  mütləq  ruh  haqqında  düşünməkdən 
ibarətdir.  Bu  hiss  insanı  təkcələrdən  və  zəruri 
olanlardan  də  yüksəklərə  qaldırır.  Lakin  allahı  xarici 
bir  şey  kimi  təsəvvür  etmək  möhfümatçılıqdan  başqa 
bir  şey  demək  deyildir.  Allahı  Lüteran  kilsəsinin 
təlqin etdiyi kimi təbii olaraq içdən, daxildən duymaq 
lazımdır.  Allahı  bu  cür  duymaq,  qavramaq  dinin  əsl 
məzmunundan biri olmalıdır. 
Dinin  insan  həyatına  və  dövlət  quruluşuna  təsiri 
Hegel  tərəfindən  razılıqla  qarşılanır  və  dəstəklənirdi. 


 
155 
 
Əgər  din  insanın  vicdanında  və  inancında  özünə  yer 
tapmışdırsa,  deməli  onun  həyatında  da  bir  şeylərin 
dəyişilməsi  məsələsi  ortaya  çıxır.  İnsan  fəaliyyətini 
dinin yaratdığı davranış fəaliyyəti ilə müəyyən etməli, 
dini borc insanın  əsl məqsədinə  çevrilməlidir.  Din və 
dövlət  anlayışlarının  hər  ikisinə  də  hörmətlə  yanaşan 
Hegel  dövlətlə  dinin  razılaşması  prinsipinə  tərəfdar 
çıxır, bu prinsipi dəstəkləyirdi. 
Mütləq  ruhun  sonuncu  inkişaf  mərhələsi  olan 
fəlsəfə  həm  «Ruh  fəlsəfəsi»nin  və  həm  də  «Fəlsəfə 
elmləri ensiklopediyası»nın sonuncu bölümü anlamını 
özündə  daşıyır.  «Dini  təsəvvürdə  aşkarlanmış 
məzmundakı  ayrılıq  və  vasitələnmə  genişlənir  və 
müstəqil  formalar  nəinki  bir  bütün  halına  gəlir,  hətta 
sadə  ruhi  seyrdə  birləşirlər  və  nəhayət  özünüdərkə 
malik olan təfəkkür səviyyəsinə qalxırlar. Bununla da 
bilik  təfəkkür  vasitəsilə  dərk  olunmuş  məzmunca 
müxtəlif  olan  və  azad  zərurət  kimi  dərk  olunmuş 
incəsənət  və  din  anlayışlarından  ibarətdir»  (18, 
səh.434-435). 
Hegel 
fəlsəfəni  ateist  fikirlərin  mövcud 
olmasında  təqsirli  hesab  edir,  lakin  ateist  fikirlərin 
artıq  az-az  səsləndiyini  qeyd  edir.  Allahın  həddindən 
çox  olduğu  panteizmdə  isə  çox  geniş  yayılmış, 
dindarlığı  təhlükə  altına  ala  biləcəyi  bir  səviyyəyə 
gəlib  çatmışdır.  Hegel  burada  «Bhaqavad-Gita»dan 
sitat  gətirərək  bu  qənaətə  gəlir  ki,  panteizmdə  allah 
bütün  mövcud  olan  şeylərin  toplamı  anlamına  gəlir. 
Bu  isə  həqiqəti  və  azadlığı  düzgün  dərk  etmək  üçün 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə