Rəhim Həsənov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/40
tarix23.11.2017
ölçüsü2,8 Kb.
#11778
1   ...   32   33   34   35   36   37   38   39   40

 
148 
 
qarşı  amansızlığını  «müharibə  təbliğatı»  kimi 
qiymətləndirmək məncə bayağı olurdu» (11, səh.145). 
Dövlətin  üçüncü  və  son  forması  olan 
ümumdünya  tarixi  ayrı-ayrı  xalqların  ruhunun 
dialektik inkişafının xarakteristikası ilə müəyyən olur. 
Hegelə  görə  əgər  hansısa  bir  xalqın  dövlət  quruluşu 
mövcud  olmayıbsa,  onda  önəmli  bu  xalqın  tarixi  də 
yoxdur.  Dövlət  qurmayan  xalqlar  vəhşi  xalqlar  hesab 
olunur,  xalqın  mövcudluğunun  əsas  mahiyyəti  onun 
dövlət  qurması  ilə  müəyyən  olur.  Tarixin  predmeti 
xalqların  bir-birinə  qarşı  münasibəti  və  xalqın  öz 
daxilində baş verən proseslər olmalıdır, fərdlərin şəxsi 
fəaliyyəti tarixinə aid edilməməlidir.  
Bəşəriyyətin  tarixi  ilahi  bir  zəkanın  nəzarəti 
altında  formalaşmış,  bu  da  səviyyəli  və  səviyyəsiz 
xalqların bərqərar olmasına səbəb olmuşdur. Səviyyəli 
xalqlar 
tarixdə 
dövlət 
yaradaraq, 
tərəqqinin 
gerçəkləşməsində  vəsilə  rolunu  oynamışlar.  Hegelə 
görə tərəqqinin əsas mahiyyəti dünya ruhunun inkişaf 
mərhələlərinin 
irəliyə 
doğru 
ardıcıl 
olaraq 
dəyişilməsindədir.  Yəni,  ümumdünya  tarixi  təsadüfi 
hadisələrdən  deyil,  zərurətdən  ibarətdir  və  müəyyən 
bir  qanunauyğunluğu  özündə  ehtiva  edir.  Hegel  əsası 
Herder tərəfindən qoyulan tarixisizim (tarixin mənası) 
inkişafında  böyük  rola  malikdir.  Hegelə  görə  tarixdə 
dünya  ruhunun  inkişafında  son  və  əsas  məqsəd 
azadlığın  mahiyyətinin  başa  düşülməsi  və  həyata 
keçirilməsidir.  Bu  məqsəd,  bu  amal  bütün  tarixi 
hadisələrdə 
dəyişiklikliyin 
təzahür 
etməsinə 


 
149 
 
baxmayaraq  bütün  tarix  boyu  izlənən  bir  prosesdir. 
Hegel 
tarixin 
müxtəlif  dövrlərində  fərdlərin 
fəaliyyətinin  əsasında  maddi  tələbatların  durduğunu 
iddia  edirdi.  Fərdlərin,  insanların  bu  fəaliyyəti  dünya 
ruhunun  mücəssəməsi  olub,  ehtirasları  və  mənafeləri 
də özündə gizlədə bilmişdir. 
Əgər  Hegel  qədər  tarixi  proseslərin  arasında 
insan  zəkasının  durduğu  iddia  edilirdisə,  Hegel  bunu 
insandan yüksəkdə duran zəka ilə, yəni dünya ruhu ilə 
əvəz 
etdi. 
«Ruhun 
və 
zəkanın 
bu 
cür 
mistikləşdirilməsi  pərdəsi  arxasında  Hegel,  fəlsəfi 
fikrin  inkişafı  üçün  yeni  və  son  dərəcə  mühüm  olan 
bir məsələ irəli sürdü. Söhbət tarixi prosesin obyektiv 
qanunauyğun  xarakterinin  aşkar  edilməsindən  gedir» 
(11, səh.418). 
Hegelin 
nöqteyi-nəzərincə 
ümumdünya 
tarixində 
gedən 
proseslər 
insanların 
şüurlu 
fəaliyyətindən,  onların  məqsədlərindən  asılı  deyildir. 
Tarixdə  baş  verən  bütün  proseslərin,  çevrilişlərin, 
səviyyəli  və  səviyyəsiz  xalqlara  bölünməsinin 
arxasında  gizli  bir  zərurət  hökm  sürür.  Hegelin 
ümumdünya  tarixi  yarımbölməsi  əsasən  tarix 
fəlsəfəsinə  həsr  edilmişdir  və  onun  tarix  fəlsəfəsinin 
əsasında  iki  əsas  ideya  durur.  Bunlardan  birincisi 
tarixi  substansional  bir  xarakterə  malikdir  və  bu 
substansionallığın  arxasında  dünya  ruhu  durur. 
İkincisi  isə  ondan  ibarətdir  ki,  tarixi  proseslər  bütöv 
bir  mahiyyətə  malikdir  və  ruhun  azadlığının  dərkinə 
yönəlmişdir.  


 
150 
 
3.3. Ruh fəlsəfəsində mütləq ruh bölümü 
 
Ümumdünya  tarixinin  izahı  ilə  mənəviyyat  və 
dövlət  haqqında  Hegelin  fikirləri  sona  çatır,  bu  isə 
«Obyektiv ruh»dan mütləq ruha keçidin əsasını təşkil 
edir. «Mütləq ruh» ruh fəlsəfəsində sonuncu və ən ali 
bir bölmə anlamına gəlir.  Təfəkkürün təfəkkürü olan 
mütləq  ruh  bütün  dialektik  inkişafın  sonu  olaraq,  öz 
dərinliyində özünə qayıtma proseslərini özündə ehtiva 
edir.  Mütləq  ruh  ruhun  səyahətinin  son  mərhələsidir, 
burada  əsas  məqsəd  idrakın  özünü  dərk  etməkdir. 
Mütləq  ruh  Hegelin  yaratdığı  nəhəng  və  bütöv 
sistemin  final  mərhələsini  yaradır.  Hegelin  nöqteyi-
nəzərincə  insanın  mahiyyəti  onun  ruhun  mövcud 
olmasıdır  və  elə  buna  görə  də  fəlsəfə  və  elmin  əsas 
məqsədi,  əsas  amili  insanın  mahiyyəti  olan  ruh  dərk 
etməkdən ibarət olmalıdır. Ruhun dialektik öz inkişafı 
incəsənət, din və fəlsəfədə final mərhələlərini yaşayır 
və  bu  uzun  bir  düşüncə  yolçuluğunun  sona  çatması 
üçün  zəmin  hazırlayır.  «Mütləq  ruh»  bölümündə  ruh 
həqiqətin,  gerçəkliyin  dərk  olunmasına  nail  olur. 
«Gerçəkliyin  insan  vasitəsilə  bilinməsi  və  insan 
təfəkkürü  ilə  iradəsinin  tarixdə,  incəsənətdə,  dində, 
fəlsəfədə ifadəsini taparaq tanrıyla bütünləşmə olaraq 
ələ alınmışdı. Dialektik zaman hər bölümdə ətraflı bir 
surətdə  incələnir,  sonunda  başlanğıc  nöqtəsinə 
dönülməsilə  birlikdə  başlanğıcda  gizli  olan  bilgi 
addım-addım açıq bir hala gəlir» (43, səh.128). 


 
151 
 
 Sonlu  ruhu  əharə  edən  «Mütləq  ruh»  bölümü 
əvvəlki  iki  bölümdən  fərqlidir.  Əgər  «Rüh 
fəlsəfəsi»nin  «Subyektiv  ruh»  və  «Obyektiv  ruh» 
bölümü  sonlu  ruhu  idarə  edirsə  «Mütləq  ruh» 
bölümündə  bunun  əksi  olan  bir  proseslə  qarşılaşırıq. 
Hegelə  görə  ruhun  sonlu  xarakter  daşımasına  onun 
xarakterik  əlaməti  kimi  baxmaq  olmaz.  Onun  dünya 
ruhunun  momenti  kimi  qavramaq  daha  məqsədə 
müvafiq hesab olunmalıdır. 
Özünün  özgə  varlıqdan  özünə  qayıtması  prosesi 
«Ruh  fəlsəfəsi»nin  «Mütləq  ruh»  bölümündə 
incəsənət,  din  və  fəlsəfədə  gerçəyə  çevrilir.  Hegelin 
öz-özündən inkişaf edən mütləq ideyası, dünya zəkası 
və  ya  dünya  ruhu  yalnız  «Mütləq  ruh»  bölümündə 
özünün 
ruh 
olduğunu 
dərk 
edir. 
«Ruhun 
obyektivliyinin  və  onun  ideallığının  yaxud  onun 
anlayışının  özündə  və  özü  üçün  var  olan  və  özünü 
əbədi  yaradan  vəhdəti  kimi  mütləq  həqiqi  ruh  –  bu 
mütləq ruhdur» (18, səh.81). Hegel «Ruh fəlsəfəsi»nin 
əvvəlində apardığı bölgüdə mütləq ruha belə bir tərif 
verərək,  onun  əsas  xarakteristikasının  nədən  ibarət 
olduğunu açıb göstərir. 
Təkcə  «Ruh  fəlsəfəsi»nin  deyil,  üç  «Fəlsəfə 
elmləri  ensiklopediyası»nın  da  son  bölümü  olan 
«Mütləq 
ruh», 
«İncəsənət» 
və 
«Fəlsəfə» 
yarımbölmələrini  özündə  ehtiva  edir.  İncəsənət 
mütləq  ruhun  inkişafında  ilkin  mərhələni  təşkil  edir, 
ruhun özü haqqında biliyi incəsənətlə başlayır. Hegelə 
görə  incəsənət  dinin  tələbatından  yaranmışdır, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə