Rəhim Həsənov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/40
tarix23.11.2017
ölçüsü2,8 Kb.
#11778
1   ...   30   31   32   33   34   35   36   37   ...   40

 
136 
 
kimi  keyfiyyətləri  də  özündə  əks  etdirir.  Əxlaqda 
düşünən  intelligensiyaya  malik  olan  şəxsin  nöqteyi 
nəzərincə əxlaq onun son məqsədi kimi çıxış edir. Bu 
zaman  şəxs  əxlaqın  təsadüfi  bir  mahiyyətə  malik 
olduğuna varmır, ona mütləq bir fəaliyyət kimi baxır. 
Bilavasitə  ən  ümumi  gerçəklik  olan  əxlaq  insanların 
ətraf  mühitə,  öz  varlığına,  davranışına,  cisminə 
göstərdiyi münasibətdə aşkar olur. Şəxsin öz borcunu 
yerinə yetirməsi, əxlaqı təsadüfdən zərurətə çevirməsi 
özünün  gerçək  azadlığını  tapmasına  səbəb  olur. 
Subyektiv  azadlığını  əldə  edənlərlə  eyniyyət  təşkil 
edən  məsələlərdən  biri  də  ədalətlilik  və  xeyirxahlıq 
kimi 
fəzilətlərin 
şəxsin 
xarakterində 
və 
temperamentində özünə dərin yer tapmasıdır. 
Əxlaq  özü  də  bir  neçə  inkişaf  mərhələlərindən 
keçir, bu mərhələlər ailə, vətəndaş toplumu və dövlət 
quruluşudur.  Hegelə  görə  ruh  ailədə  duyan  ruh  kimi 
mövcud olur. Ailə şəxslərin bir-birinə qarşılıqlı olaraq 
hörmət  və  etibar  etməsidir,  başqa  sözlə  ailə  cinsi 
münasibətlər zəminində yaranan sevgi birliyidir. Təbii 
və  ya  bilavasitə  ruh  xarakterinə  malik  olan  ailədə 
əxlaqi  ruh substansional varlıq xarakterini  də özündə 
əks  etdirir.  Şəxslərin  ailədə  birləşməsi  zamanı  yalnız 
və yalnız təkcəlik istisna təşkil etməlidir. Yerdə qalan 
bütün  substansional  xarakterlər  ailədə  vəhdət  halında 
birləşməlidir.  
Subyektiv  yaxınlıqdan  yaranan  bu  birləşmə 
kəbin  vasitəsilə  həyata  keçirilməlidir.  Şəxslərin 
ayrılmaz  birliyi  üçün  monoqam  kəbir  ən  bariz  bir 


 
137 
 
nümunə  olmalıdır.  Kəbin  aktının  formalaşmasından 
sonra  yaranan  uşaqların  ikinci  dəfə  yaranması  ruhi 
xarakter  kəsb  etməlidir.  Bu  ruhi  cəhətdən  yaranma, 
yəni  tərbiyə  vasitəsilə  uşaqlar  həyatda  müstəqil 
şəxslərə  çevrilə  bilərlər.  Hegelə  görə  hələ  kəbin  aktı 
ilə  uşaqların  təməli  qoyulduğundan  onların  tərbiyəsi 
ilə də kəbin aktında yaranan birlik – ər və arvad eyni 
dərəcədə  məşğul  olmalıdırlar.  Ər  və  arvadın 
ümumiliyi təkcə bununla bitmir və üç sahə üzrə birlik 
yaratmalıdırlar.  Bunlar  cismani  birlik,  mülkiyyət 
birliyi  və  tərbiyə  birliyidir.  Bu  birliyin  əsas 
məqsədlərindən  biri  də  uşaqların  gələcək  həyatını 
təmin etmək və onların yeni bir ailə yaratmasına şərait 
hazırlamaqdır.  Hegelə  görə  ər  və  arvadın  birinin 
həyatının sona çatması ilə, ölümü ilə kəbin pozulmuş 
olur  və  nigah  aktı  öz  mahiyyətini  tamamilə  itirmiş 
olur. Ailənin üçüncü birliyini xarakterizə edən hüquqi 
münasibətlər  birliyi  də  bu  zaman  sona  çatmış  olur. 
Hegelə  görə  hüquqi  münasibətlər  birliyi  digər 
birliklərdən  tamamilə  fərqli  bir  mahiyyət  kəsb  edir, 
hüquqi  münasibətlər  birliyi  ailə  anlayışına  nisbətən 
yad  olsa  da  ruhun  yeni  inkişaf  mərhələlərində  böyük 
əhəmiyyət kəsb etməyə başlayır.  
Bu  mərhələlərdən  biri  olan  vətəndaş  toplumu 
əxlaqın  ikinci  inkişaf  pilləsində  özünü  göstərməyə 
başlayır.  «Fridrix  Hegel  «Hüquq  fəlsəfəsi»  əsərində 
qeyd  edirdi  ki,  vətəndaş  cəmiyyətində  əməyin 
inkişafı,  sosial  fərqlərin  yaranması  və  sosial 
ziddiyyətlərin  əmələ  gəlməsi  nəticəsində  dövlət 


 
138 
 
yaranır» (2, səh.233). Lakin, biz hələ dövlətdən deyil, 
ondan  əvvəlki  inkişaf  mərhələsi  olan,  dövlətin 
yaranmasında  amil  kimi  ortaya  çıxan  vətəndaş 
cəmiyyətindən  və bu  cəmiyyətin  inkişaf pillələrindən 
bəhs  edəcəyik.  Vətəndaş  toplumu  və  ya  vətəndaş 
cəmiyyəti özündə şəxslər kütləsini, ailələr çoxluğunu, 
bir qisim müstəqil fərdləri özündə ehtiva edir. Burada 
nə  fərd  –  cəmiyyət,  nə  də  vətəndaş  dövlət 
qarşıdurmasına rast gəlmək mümkün deyildir. 
Hegelin 
fikrincə 
şəxslərin 
vətəndaş 
cəmiyyətində mövcud olan birliyin atomistika sistemi 
ilə  oxşar  bir  mahiyyət  kəsb  edir.  Vətəndaş 
cəmiyyətində  insanların,  ayrı-ayrı  şəxslərin  vəhdəti 
mütləq  vəhdət  deyildir.  Fərdlər  özlərinə  məxsus  olan 
xarakterləri,  xüsusiyyətləri  və  özəlikləri  ilə  bir 
ayrıcalıq 
təşkil 
edirlər. 
«Hegelin 
vətəndaş 
cəmiyyətində  real  ictimai  münasibətlər,  sosial 
ziddiyyətlər  göstərilir.  Xüsusi  mülkiyyətin  azad 
inkişafı  vətəndaş  cəmiyyətinin  vacib  şərtidir.  Hər  bir 
fərdin  cəmiyyətdə  vəzifələri  olduğu  kimi  cəmiyyətin 
də  fərdə  qarşı  vəzifələri  vardır.  Cəmiyyətdəki 
ziddiyyətlərin  əsasını  fərdi,  xüsusi  və  ictimai 
mənafelər  və  dövlət  qaydaları  arasındakı  müxtəliflik 
təşkil edir» (2, səh.110). 
Vətəndaş  cəmiyyətində  fərdlərin  şüurları  və 
maraqları,  mənafeləri  və  məqsədləri  bir-biri  ilə 
ziddiyyət təşkil etsə belə onlar ən ümumi mənafe üçün 
eyni  qaydaları  mənimsəyərək  birləşməyə  məcbur 
olurlar.  Hegelə  görə  fərdlərin  vətəndaş  toplumunda 


 
139 
 
birləşməsi  prosesi  özlüyündə  zərurətdən  yaranır.  Bu 
zərurət  təbii  xarkterə  malikdir  və  vətəndaş 
cəmiyyətində  yaranan  birliyə  fərdlərin  maddi 
maraqları əsas amil rolunda çıxış edir. 
Vətəndaş toplumu özlüyündə aşağıdakı sahələrə 
müncər  olur,  bu  sahələr  tələbatlar  sistemi,  ədalət 
məhkəməsi və polis kateqoriyasıdır. Tələbatlar sistemi 
ayrı-ayrı  şəxslərin  özünə  məxsus  olmasını  ifadə  edir. 
Hegelə  görə  tələbatlar  siteminin  özü  də  üç  sahəyə 
bölünür,  bunlar  əmlaka,  mülkiyyətə  olan  tələbat, 
istehsal  və  istehlak  mədəniyyətinə  olan  tələbat  və  bir 
də  əxlaqa,  mənəviyyata  olan  tələbat.  Bunların  hər 
birinin oxşar və fərqli cəhətlərini göstərən Hegel qeyd 
edirdi  ki,  tələbatlar  ümumi  və  fərdi  mahiyyətləri 
özündə  əks  etdirmək  qabiliyyətinə  malik  ola  bilər. 
Mülkiyyətə  olan tələbata gəldikdə isə bunların qeyri-
bərabərsizliyi  labüddür.  «Hegel  deyirdi  ki,  əmlakın 
bölgüsündə  bərabərlik  tətbiq  olunsa  belə,  o  qısa 
müddətdən  sonra  pozulacaqdır.  Buna  görə  də  həyata 
keçirilməsi  mümkün  olmayan  şeyi  həyata  keçirməyə 
cəhd  göstərmək  lazım  deyildir.  Guya  ədalətin 
mülkiyyət  bərabərliyini  tələb  etdiyi  müddəası 
yalandır, çünki ədalət hər bir adamın müəyyən xüsusi 
mülkiyyətə  (lakin  bərabər  maraqda  yox)  malik 
olmasını nəzərdə tutur» (2, səh.150). 
İstehsal  və  idrak  sferasında  mədəniyyətin 
yaranmasına  olan  tələbatın  əsas  xarakterik  cəhəti 
əməyin  mücərrədləşdirilməsi,  abstraktlaşdırılması 
prosesidir. Hegel əməyin abstraktlaşdırılması dedikdə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə