Rəhim Həsənov


 Ruh fəlsəfəsində obyektiv ruh bölümü



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/40
tarix23.11.2017
ölçüsü2,8 Kb.
#11778
1   ...   28   29   30   31   32   33   34   35   ...   40

 
128 
 
3.2. Ruh fəlsəfəsində obyektiv ruh bölümü 
 
Azadlıq  anlayışının  meydana  gəlməsi  ilə 
«Subyektiv  ruh»  bölümü  özünün  bütün  mərhələləri, 
dialektik  pillələri  və  anlayışları  ilə  başa  çatmış  olur. 
Və  ən  nəhayət  «Ruh  fəlsəfəsi»nin  ikinci  mərhələsi 
olan  «Obyektiv  Ruh»  bölümünün  izahına  ehtiyac 
yaranır. Hegel «Obyektiv ruh»da hüquq, mənəviyyat, 
əxlaq,  dövlət  və  ümumdünya  tarixinin  mahiyyətini 
açıb  göstərir,  bu  anlayışların  izahını  verir.  «Ruhla 
yaradılmalı  olan  və  ruhla  yaradılan  dünya  kimi 
azadlığın  yer  aldığı  reallıq  formasında-bu  obyektiv 
ruhdur»  (18,  səh.81).  Hegel  «Ruh  fəlsəfəsi»nin 
əvvəlində  bölgü  apararkən  obyektiv  ruhu  belə 
fərqləndirmişdi. 
Bir  mütləq  ideya  kimi  obyektiv  ruhun  əsas 
xüsusiyyəti  onun  özündə  mövcud  olmasıdır.  Ruh 
özünün  tam  azadlığını  mütləq  ruhda  tapsa  da,  bu 
pilləyə  çatmaq  üçün  obyektiv  ruhda  özünü  əks 
etdirməlidir.  Subyektiv  ruhun  obyektiv  ruhdan  fərqli 
cəhətləri  onun  fərdi  «mən»də  deyil,  toplum  və 
cəmiyyət fəaliyyətində, ümumdünya tarixi prosesində 
özünü  büruzə  verməsidir.  Obyektiv  ruhun  yalnız 
özündə  mövcud  olması  onun  sonlu  mahiyyətə  malik 
olması üçün zəmin yaradır. 
«Obyektiv ruh»un bölgülərinə gəldikdə isə onun 
üç hissəyə bölündüyünü – (hüquq, əxlaqilik və əxlaq) 
qeyd  etmək  yerinə  düşərdi.  Hegelin  apardığı  bölgüdə 
ilk  yeri  tutan  hüquq  onun  yazdığı  «Hüquq  fəlsəfəsi» 


 
129 
 
əsərində  geniş  şərh  olunur.  Hüqüqun  özü  də  üç 
mərhələli  inkişafı  özündə  birləşdirir  və  mülkiyyət, 
müqavilə  və  hüquq  hüququn  pozulmasına  qarşı 
bölgülərlə  bölünür.  Hüquq  və  borc  anlayışlarını 
eyniləşdirən  Hegelə  görə  borcu  olmayanın  hüququ, 
hüququ  olmayanın  borcu  yoxdur.  Cəmiyyətin  və 
dövlətin  məqsədləri,  maraqları  ayrı-ayrı  şəxslərin 
maraqları ilə üst-üstə düşür. 
Hegelə  görə  mülkiyyətin  yaranmasına  səbəb 
şəxsin  öz  daxilinə  qapanmasıdır.  Mülk,  şey  həm 
mücərrəd,  həm  də  xarici  xarakterləri  özündə 
birləşdirir.  Mülkiyyətdə  təsadüf  də  nəzərə  çarpır,  bu 
əsasən  onunla  izah  olunur  ki,  mülkiyyət  sərbəst 
iradənin  fəaliyyəti  nəticəsində  meydana  gəlir.  Bu 
sərbəst  iradənin  nəticəsində  insan  şeyə,  mülkə 
müxtəlif  münasibət  formalaşdıra  bilər.  Elə  bu 
səbəbdən  də  mülkiyyət  mülk  kimi  əlaqələndirici 
formasına malik olub, vasitə rolunu oynayır. 
Mülkiyyət şəxsiyyətin məqsədi rolunu oynayır. 
Hegelin  mülkiyyət  anlayışı  Platonun siyasi doktirnası 
ilə  üst-üstə  düşür.  Burjua  aristokratiyasının  tərəfdarı 
olan  Hegel  XIX  əsrdə  Qərb  aristokratiyasının,  burjua 
mülkiyyətinin ən güclü dəstəkləyicilərindən biri kimi 
məşhur olmuşdu. 
Müqavilə  hüququn  ikinci  pilləsini  təşkil  edir, 
müqavilənin  əsas  səciyyəvi  cəhəti  iki  iradənin 
razılığının  gerçəkləşməsi,  reallaşmasıdır.  Əgər  insan 
öz  iradəsini  başqasının  istəyinə  uyğunlaşdırırsa,  şeyə 
olan  münasibətdə öz şəxsi iradəsini  geri  götürürsə bu 


 
130 
 
zaman  müqavilənin  zəruriliyi  ortaya  çıxır.  «Hegel 
dövlətin  ilahi  mahiyyət  daşıdığı  ideyasından  çıxış 
edərək onun ilahi mənşəyə malik olduğunu qeyd edir 
və  bu  zəmində  də  ictimai  müqavilə  nəzəriyyəsini 
təkzib  edir.  Dövlətin  mənşəyini  müqavilə  prinsipi 
əsasında  şərh  edən  nəzəriyyə  heç  də  ilahi  bir  qurum 
kimi  deyil,  əksinə  olaraq,  insani  bir  qurum  kimi 
dəyərləndirir. Hegel bu nəzəriyyəni ideyadan mərhum 
olan abstraksiya kimi səciyyələndirir» (11, səh.144). 
Hegelə  görə  müqavilə  tərəflərdən  heç  birindən 
asılı  olmayan  bir  anlayışa  malikdir,  özü  üçün  və  ya 
özündə  mövcud  bir  mahiyyəti  özündə  saxlayır.  Əgər 
müqavilə  tərəflərdən  hansısa  birindən  asılı  olaraq 
qalsaydı,  onda  bu  sonsuz  xarakterə  malik  olar  və 
tamamilə başqa bir mahiyyət kəsb edərdi. Müqavilədə 
iradə, istək və intellidensiya bitmiş və tam bir formaya 
malik olmalıdır. 
Əgər müqavilə zamanı aksidental və ya təsadüfi 
iradənin  razılığı  gerçəkləşirsə,  onda  bu  müqavilənin 
məhvi, ləğvi labüd bir xarakteri də özündə tutur. Artıq 
bu zaman təsadüfi olan iradənin fəaliyyəti nəticəsində 
müqavilə hüququn çərçivəsindən kənara çıxır və bu da 
hüquq  pozğunluğuna  gətirib  çıxarır,  bu  isə  artıq 
müqavilənin sona çatmasına bir işarədir.  
Müqavilənin  ləğvinin  nəticəsində  hüququn 
pozulmuş hüquqa olan münasibəti zərurət formasında 
ortaya çıxır. Bu zaman hüququn son inkişaf mərhələsi 
olan  hüqüq  hüququn  pozulmasına  qarşı  özü  də  bir 
neçə 
mərhələdən 
təşkil 
olunur. 
Azadlığın 


 
131 
 
mövcudluğunu  bildirən  hüquq  anlayışı  kənar 
qüvvələrin və başqa şəxslərin münasibət formalarının 
müxtəlifliyi  ucbatından  bölünmə  prosesinə  məruz 
qalır.  Bilməməzlikdən  yaranan  hüquq  pozuntusu, 
yalan 
anlamında  olan  hüquq  pozuntusu  və 
zorakılıqdan  yaranan  hüquq  pozuntusu  kimi  özünü 
göstərir. Bilməməzlikdən yaranan hüquq pozuntusuna 
əsas  səbəb  hüquq  görüntüsünün  fərqli  əsaslara  malik 
olmasıdır.  Burada  şəxslərin  şəxsi  və  şey  yönündən 
fərqli  olan  fərdi  iradələri  hüququn  nəzarətinə  tabe 
edilir. 
Yalan  anlamında  olan  hüququn  yaranmasına 
səbəbsə  onun  şər  mahiyyətli  iradə  tərəfindən 
törədilməsidir.  Burada  hüquqa  kənardan  verilən 
mahiyyətlə  onun  daxilindəki  mahiyyət  fərqli  bir 
məzmuna  malikdir.  Eyniyyət  mühakiməsi  ilə  sonsuz 
mühakimə  anlayışları  öz  mahiyyətlərini  saxlamağa 
nail  olurlar.  Hüquq  pozuntusunun  son  forması  isə 
cinayət  əhəmiyyətini  daşıyır  və  ağılsız  mahiyyətli 
hərəkətin  nəticəsində  ortaya  çıxır.  Zorakılıqdan 
yaranan  hüquq  pozuntusu  özündə  və  özü  üçün  olan 
hüququn  qəsdən  pozulması  ilə  xarakterizə  olunur. 
Burada şəxs yalnız özünün formal olaraq qəbul etdiyi 
qanunlar  sistemini  ictimaiyyətə  qarşı  qoyur.  Xüsusi 
iradəyə  malik  olan  hakim  cinayətkar  şəxsin  formal 
qanunlarını 
inkar 
edir, 
yəni 
ona 
hüquqa 
uyğunlaşdıraraq  cinayətkarın  iradəsini  özündə  hüquq 
özünü gerçəkləşdirərək zorakılığa qarşı çıxır.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə