Rəhim Həsənov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/40
tarix23.11.2017
ölçüsü2,8 Kb.
#11778
1   ...   6   7   8   9   10   11   12   13   ...   40

 
38 
 
fəlsəfəyə yaxın olduğu qənaətinə gəlir. «Öncə Klassik 
sənət  Simvolik  sənəti  inkar  edir.  Sonra  Romantik 
sənət Klassik sənəti inkar edir. Və bu zaman Simvolik 
sənətdən  Ruhun  sonsuzluğunu  götürüb,  onu  yeni 
yönümdə  ─  Klassik  sənətdən  aldığı  aydın 
konkretlikdə anlamağa başlayır.»(22,  səh.244). Hegel 
incəsənəti mütləq ruhun dərk olunması forması hesab 
edir və incəsənətin mütləq  ruhun qeyri-kamil  forması 
olduğu qənaətinə gəlir. 
Estetik  şüur  haqqında  Hegelin  söylədiyi  fikirlər 
də  tədqiqtçılarda  daima  maraq  doğurmuşdur.  «Bütün 
ideyaları əhatə edən ali zəka məqamı estetik şüurdur. 
Həqiqət  və  fayda  doğma  tellerlə  ancaq  gözəllikdə 
birləşir.»(39, səh.113.) 
Göründüyü 
kimi 
Hegelin 
yaradıcılığında 
dövrünün  bütün  elmi-fəlsəfi  məsələlərinə  toxunmuş, 
bunları obyektiv idealist dialektika mövqeyindən şərh 
etmişdir.  Burada  Hegelin  bütün  əsərləri  haqqında 
məlumat verilməyə cəhd göstərilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 


 
39 
 
Gələcək təmiz adamlara məxsusdur. M. Qorki 
 
1.2. Hegelin yaşadığı dövrdə ictimai-siyasi  
və sosial-mədəni mühit 
 
G.V.F.Hegelin  yaşadığı  dövrdə,  xüsusilə  də 
XVIII yüzilliyin axırı və XIX yüzilliyin ilk onillikləri 
Avropada ictimai-siyasi vəziyyət o qədər də ürəkaçan 
deyildi.  Bu  dövrdə  baş  verən  Fransa  burjua  inqilabı 
bütün  Avropanı,  o  cümlədən  də  Almaniyanı 
ziddiyyətli və təlatümlü bir vəziyyətə salmışdı. Fransa 
kralı  XV  Lüdövikin  (1715-1774)  əyləncəyə  olan 
meyli,  dövlət  işlərinə  məsuliyyətsiz  və  səhlənkar 
münasibəti 
nəticəsində 
Fransa 
monarxiyasının 
beynəlxalq  nüfuzunun  aşağı  düşməsinə  səbəb  oldu. 
Bu  dövrdə  Fransada  köhnə  qayda-qanunlar,  silki 
qurluş,  feodal  münasibətlər,  katolik  kilsəsinin 
hökümdarlığı hökm sürür, bu da üçüncü silkin (aşağı 
təbəqənin)  narazılığına  səbəb  olurdu.  Bütün  bu 
hadisələr  Avstriya  da  daxil  olmaqla  360  xırda 
dövlətdən  -  kiçik  qraflıqlar,  knyazlıqlar,  baronluqlar, 
azad  imperiya  şəhərləri  və  krallıqlardan  ibarət  olan 
qonşu  Almaniyaya  da  öz  təsirini  göstərməkdə  idi. 
Hegelin yaşadığı dövrdə parçalanmış alman dövlətləri 
içərisində Rusiya krallığı öz iqtisadi və hərbi gücünə 
görə digər 360 dövlətin içərisində fərqli bir əhəmiyyət 
kəsb  edirdi.  Bu  dövlətlər  arasında  hərc  -  mərclik, 
özbaşınalıq  hökm  sürür,  hər  hakim  özünü 
məğlubedilməz  bir  qüvvə  hesab  edirdi.  Saraylarda 


 
40 
 
hökm  sürən  çəkişmə  və  özbaşnalıq  da  dövlətin 
arasındakı ziddiyyətdən artıq deyildi.  
Almaniyada  belə  bir  vəziyyət  hökm  sürdüyü 
halda  Fransada  üçüncü  silk  ağır  vergilərə  etiraz  edir, 
ziyalı  təbəqələr  isə  xalqı  inqilaba  səsləyirdi.  1787-
1789-cu  illərdə  Fransada  ticarət-sənaye  böhranı 
yarandı,  işsizlik  artdı,  kənd  təsərrüfatı  iflas  bir 
vəziyyətə düşdü. Üçüncü silkə malik olan burjuaziya, 
kəndlilər,  sənətkarlar  və  fəhlələr,  birinci  silk  olan 
ruhanilərin  və  ikinci  silk  olan  zadəganların  narazı 
qalan  hissəsi  izahat  tələb  edirdi.  Kral  XVI  Lüdovik 
(1774-1792)  1789-cu  ildə  artıq  175  ildə  çağrılmayan 
Baş  Ştatları  Versalda  topladı.  Toplantıdan  narazı 
qalan  üçüncü  silk  Müəssisələr  Məclisini  yaratdı  və 
xalqı inqilaba səslədi. Beləliklə, tarixə Fransız burjua 
inqilabı kimi düşən bu hərəkat 1789-cu il 14 iyulunda 
başladı.  Alman  liberal  burjuaziyası  fransız  inqilabını 
dəstəkləyir,  Müəssisələr  Məclisinə  və  ya  Milli 
Məclisə  təbrik  məktubları  göndərirdi.  Almaniyanın 
ziyalı  təbəqəsi  də  bu  inqilaba  biganə  qala  bilməzdi. 
Fixte və Şiller Fransız respublikasının fəxri vətəndaşı 
adına  layiq  görülür.  Höte  tarixdə  yeni  bir  eranın 
başladığından  bəhs  edir,  Hölderlin,  Şellinq  və  Hegel 
bu  inqilabı  yaxından  izləyirdi.  Almaniyanın  bəzi 
yerlərində inqilab çağrışları edilsə də, bunlar cavabsız 
qalır, xalq bu çağrışa laqeyd münasibət bəsləyirdi.  
1793-cü  ildə  yakobin  diktaturasının  Fransada 
hakimiyyətə  gəlməsindən  sonra  yakobinçilərin 
terorçuluq  hərəkətləri  inqilabı  gözdən  salmağa, 


 
41 
 
inqilaba  qarşı  koalisiyanın  yaranmasına  səbəb  oldu. 
Hələ  1792-ci  ildə  Avstriya  və  Prussiya  Fransa 
inqilabına  qarşı  birləşmiş,  1792-ci  il  avqustun  19-da 
80 minlik Prussiya ordusu Fransa inqilabına müdaxilə 
etmişdi. Lakin, inqilabçılar Valmi döyüşündə Prussiya 
qoşununu  məğlub  etmiş,  eyni  taleyi  Avstriya 
ordusunun da başına gətirmişdilər.  
İri  fransız  burjuaziyasının  mənafelərinə  xidmət 
edən,  qətiyyəti,  səriştəsi  və  çalışqanlığı  ilə  fərqlənən 
Napoleon  Bonapartın  özünü  birinci  konsul  təyin 
etməsi  Fransa  tarixində  yeni  dövrün  başlanması 
demək  idi.  1799-cu  ildə  Bonapartın  yaratdığı  hərbi  - 
diktatura rejimi 1804-cü ilə qədər sürdü. 1804-cü ilin 
mayında  Napoleon  Bonapart  özünü  «fransızların 
imperatoru  elan  edərək  xarici  dövlətlərə  qarşı 
işğalçılıq  siyasəti  yürütməyə  başladı.  Napoleonun 
işğalçılıq planlarına alman torpaqları da daxil idi.  
1805-ci  ildə  Avstriyaya,  1806-cı  ildə  Prussiyaya 
hücum edərək alman torpaqlarını öz əsarəti altına aldı. 
Napoleonun 
təhriki 
ilə 
Avstriya 
imperatoru 
«Müqəddəs  Roma  İmperiyası»nın  titulundan  imtina 
etdi,  eyni  zamanda  Napoleonu  İtaliyanın  kralı  elan 
etməyə də məcbur edildi. 1807-ci ildə Prussiyanı sülh 
müqaviləsi imzalamağa məcbur edən Napoleon 1812-
ci  ildə  Rusiya  imperiyası  ərazisinə  soxuldu.  1814-cü 
ildə  Almaniyanın  Leyptsiq  şəhəri  yaxınlığında  döyüş 
Napoleonun  məğlubiyyətinə  səbəb  oldu,  nəticədə  isə 
Burbonlar  sülaləsinin  hakimiyyəti  Fransada  bərpa 
edildi».  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə