Rəhim Həsənov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/40
tarix23.11.2017
ölçüsü2,8 Kb.
#11778
1   ...   7   8   9   10   11   12   13   14   ...   40

 
42 
 
Bu  dövrdə  yəni  XIX  əsrin  birinci  yarısında 
Almaniya parçalanmış halda qalmaqda idi, orta əsrlər 
dövründə  yaranmış  360  xırda  dövlətlərin  bəzilərinin 
bir-biri  ilə  birləşməsi  vəziyyəti  dəyişdirmirdi.  Bu 
dövlətlərdən  əksəriyyəti  formal  olaraq  «Müqəddəs 
Roma  İmperiyası»na  daxil  idi.  Fransız  ordularına 
məğlub  olmuş  qürurlu  alman  xalqı  artıq  vahid  bir 
bayraq altında birləşmənin zəruri bir proses olduğunu 
anlamışdılar.  
1815-ci  ildə  çağrılmış  «Vyana  konqresi» 
dünyanın  siyasi  xəritəsində  bir  sıra  dəyişikliklərə 
səbəb  oldu.  Bu  dəyişikliklərdən  biri  də  alman 
dövlətlərindən  «Almaniya  ittifaqı»nın  yaranması  idi. 
Pomeraniya,  Vestfaliya  və  Reyn  vilayəti  İsveçdən 
alınaraq 
Prussiyaya 
birləşdirildi. 
Almaniyanın 
şimalında  yerləşən  Prussiya  krallığı  «Almaniya 
ittifaqı»nın  ən  güclü  dövləti  olaraq  qalmaqda  davam 
edirdi. Hələ Napoleonun dövründə Reyn və Vestfaliya 
əyalətlərində 
feodal 
qaydaları 
ləğv 
edilmiş, 
kapitalizmin yaranması üçün zəmin hazırlanmışdı.  
Bu  dövrdə  Berlin  dünyanın  ən  böyük  sənaye 
mərkəzlərindən  birinə  çevrilmiş,  sənaye  istehsalının 
həcminə görə Almaniya yalnız Fransa və İngiltərədən 
geri  qalırdı.  Ağır  sənaye  Saksoniya  krallığında  və 
Prussiyanın  Sileziya  əyalətində  inkişaf  etməkdə  idi, 
daş kömür və metal istehsalına Rur hövzəsində geniş 
təsadüf  olunurdu.  Reyn  çayı  boyunca  isə  toxuculuq 
sənayesi inkişaf etmişdi.  


 
43 
 
Almaniyanın  Fransa  və  İngiltərədən  iqtisadi 
geriliyinin əsas səbəbi sex qaydalarının, feodal torpaq 
sahibliyinin,  ölkədaxili  gömrükxanaların,  polis  və 
məmur  özbaşınalığının  hökm  sürməsi  idi.  Hər  bir 
alman  dövlətinin  ölçü,  çəki  və  pul  sistemi  ayrı  idi, 
mütləqiyyət  quruluşu  da  Almaniyanın  inkişafı  üçün 
əngəl yaratmaqda davam edirdi.  
1815-ci  ildə  Vyana  konqresində  Polşanın 
yenidən  birləşdirilməsində  iştirak  edən  Avstriya  və 
Prussiya  arasında  ədavət  qalmaqda  davam  edirdi. 
Vyana  konqresində  Poznan  ərazisi  Prussiyaya, 
Qalitsiya  əyaləti  isə  Avstriyaya  verilmişdi,  lakin  bu 
bölgü  heç  tərəfi  qane  etməmişdi.  Bütün  bunlar 
«Almaniya  ittifaqı»nın  möhkəmliyinin  sarsılmasına 
və Almaniyanın iqtisadi və hərbi cəhətdən digər qonşu 
ölkələrdən geri qalmasına səbəb olurdu.  
Almaniya 
monarxları  içərisində  mütərəqqi 
baxışları  ilə  seçilənlər  də  istisna  deyildi.  Kral 
Vürtenberq 
konstitusiyalı 
monarxiyanın 
tətbiq 
olunmasına cəhd göstərsə də nəticəsiz qaldı. Ayrı-ayrı 
təbəqələrdən 
nümayəndələr 
toplayan 
kraldan 
konstitusiya 
əvəzinə  köhnə  quruluşun  bərpa 
edilməsini  tələb  etdilər.  Sonralar  F.  Engels  rişxəndlə 
bunu alman torpağı üçün adi bir hal olduğunu yazırdı.  
Hegelin  yaşadığı  dövrün  sosial-mədəni  mühitinə 
baxdığımız  zaman  fərqli  bir  mənzərə  ilə  qarşılaşırıq. 
Bu dövrdə Almaniya «şairlər və mütəfəkkirlər ölkəsi» 
kimi  məşhurlaşmış,  xüsusilə  də  poeziya,  musiqi  və 
fəlsəfə  sahəsində  bəşəriyyət  tarixinə  böyük  töhfələr 


 
44 
 
vermişdi. 
XVIII-XIX 
yüzilliklər 
içərisində 
Almaniyada Motsart, Qaydn, Bethoven, Şubert, Veber 
kimi  bəstəkarlar,  Şiller,  Höte,  Villand,  Hölderlin, 
Hofman,  Heyne  kimi  şair  və  yazıçılar,  Kant,  Herder, 
Fixte,  Şellinq,  Hegel,  Şopanhauer,  Forster,  Feyerbax 
və Şleqel qardaşları kimi düşüncə adamları yaradıcılıq 
fəaliyyəti 
ilə 
məşğul 
olmuş, 
Almaniyada 
mədəniyyətin və elmin çiçəklənməsinə əvəzsiz xidmət 
göstərmişlər. 
Ümumdünya  fəlsəfə  tarixində  alman  klassik 
fəlsəfəsinin seçkin bir rola malik olduğu danılmaz bir 
faktdır.  XVIII  yüzilliyin  70-ci  illərində  Almaniyada 
şair  və  dramaturq  Fridrix  Şillerin  (1759-1805) 
rəhbərliyi  altında  «Fırtına  və  təzyiq»  adlı  ədəbi 
cərəyan  meydana  gəlmişdi.  Musiqi  tarixində  dönüş 
yaradan  İohan  Sebestyan  Bax  (1685-1750)  və 
Volfqanq Amadey Motsart (1756-1791) kimi qüdrətli 
bəstəkarlar,  Hegelin  müasiri  olmuş,  astronomiya 
sahəsində  inqilabi  dönüş  yaratmış  İmmanuil  Kant 
(1724-1804) 
kimi 
mütəfəkkirlər 
bu 
dövrdə 
Almaniyada xüsusi bir diqqətə malik idilər. 
Fransız burjua inqilabının başladığı zaman Hegel 
19  yaşında  idi  və  bu  inqilab  onun  bütün  ruhuna  təsir 
etmişdi.  Hegel  bu  inqilaba  gənclik  ehtirasları  ilə  o 
qədər  aludə  olmuşdu  ki,  Tübingendə  yaranmış  siyasi 
klubun  fəal  nümayəndələrindən  biri  halına  gəlmişdi. 
Hegel bu dövrdə Şarl Lui Monteskyo (1689-1775) və 
Jan  Jak  Russonun  (1712-1778)  əsərləri  ilə  tanış  olur, 
onların  inqilabçı  ideyalarına  bir  sıra  digər  alman 


 
45 
 
ziyalıları  kimi  şərik  çıxır.  Almaniyada  da  respublika 
qurluşunun 
yaradılmasının 
vacibliyi 
haqqında 
düşünürdü.  Napoleonun  alman  dövlətlərinə  hücumu 
və almanları məğlub etməsindən sonra fransız xalqına 
qarşı  olan  etimadı  itirməyə  başlayan  alman 
burjuaziyası  fransız  maarifçilərinə  yenə  də  hörmətlə 
yanaşırdılar. Didro, Russo, Volter, Robspyer, Holbax, 
Helvetsi,  Monteskyo,  Mabli,  Morelli  kimi  fransız 
maarifçi  mütəfəkkirləri  təkcə  alman  ziyalıları  deyil, 
Avropanın  bütün  ziyalı  maarifçiləri  tərəfindən  rəğbət 
hissi ilə qarşılanırdı.  
Bir  çox  tarixi  tədqiqatçılar  belə  qənaətə  gəlirlər 
ki,  fransız  maarifçilik  fəlsəfəsi  olmasaydı,  klassik 
alman  fəlsəfəsi  də  meydana  gəlməzdi.  Əgər  belə 
demək 
mümkünsə, 
alman 
idealizmi 
fransız 
materializmindən ortaya  çıxmışdır.  XVII  yüzillikdəki 
fransız  materializminin  əsas  üstün  cəhətləri  fəlsəfi 
baxışların  latın  dilində  deyil,  öz  milli  dilində 
yazılması  idi.  Ensiklopediyalar,  lüğətlər,  polemik 
məqalələr  və  həcvlər  şəkilində  yazılan  bu  yazılarda 
əsas  məqsədi  milli  burjuaziyanın  qabaqcıl  və  ziyalı 
təbəqəsini  maarifləndirmək,  onlara  fərqli  bir 
dünyagörüşü aşılamaq idi.  
XVIII  yüzilliyin  sonu  –  XIX  yüzilliyin 
əvvəllərini əhatə edən klassik alman fəlsəfəsinin əsas 
fərqləndirici  xüsusiyyətlərdən  biri  di  onda  dialektik 
ünsürlərin daha çox nəzərə çarpması idi. Bu fəlsəfənin 
nümayəndələri  içərisində  Kant  dualizimə,  Fixte 
subyektiv  idealizmə,  Şellinq  və  Hegel  obyektiv 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə