Rəhim Həsənov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/40
tarix23.11.2017
ölçüsü2,8 Kb.
#11778
1   ...   5   6   7   8   9   10   11   12   ...   40

 
34 
 
Hegel «Fəlsəfə tarixi» əsərində Şərq dünyası adı 
altında  verilən  başlıqda  Hindistan,  Çin  və  İranı  eyni 
bir bölgüyə daxil edir. Bu ölkələr arasında Hindistana, 
Hind  təfəkkürünə  daha  çox  üstünlük  verən  Hegel 
Hindistanı  sehirli,  mistik  bir  məkan  kimi  xarakterizə 
edir.  «Çinə  bənzər  bir  biçimdə  Hindistan  da  antik 
olduğu qədər bu günə aid bir görünüş olsa da öz daxili 
dünyasındakı  yetkinliyə  mükəmməl  bir  formada 
çatmışdır.  Hindistan  hər  zaman  xəyalların  ilham 
qaynağı  və  bizə  hələ  də  sehirli  bir  dünya,  pərili  bir 
diyar  olaraq  görülür.»  (79,  səh.1).  Hegel  «Fəlsəfə 
tarixi»  əsərində  tilsimli  ölkə  deyə  adlandırdığı 
Hindistanın  tilsimindən  özü  də  ayrıla  bilmir,  Hind 
fəlsəfə tarixi haqqında yetərli məlimat verir, kastaların 
bölgüsün,  brahmanlar  və  Hind  adət-ənənələri 
haqqında söhbət açır. 
Əgər biz fəlsəfə tarixinə diqqətlə nəzər yetirsək, Şərq-
Qərb  fəlsəfi  ənənələrinin  kompartavist,  müqayisəli 
təhlilinin  yaranmasında  Hegelin  oynadığı  rol 
təkzibedilməz 
bir 
mahiyyət 
kəsb 
edir. 
Avropamərkəzçiliyin yaranmasına səbəb olan Hegelin    
Şərq fəlsəfəsinin səciyyəvi xüsusiyyətləri barədə irəli 
sürdüyü  ideyalar  mübahisə  doğurmaya  bilməzdi.              
Ümumdünya tarixini «ümumdünya məhkəməsi» deyə 
adlandıran  Hegelə    görə  Qədim  Şərq dünya ruhunun 
hələ 
ilkin 
mərhələsidir, 
yəni körpəlik çağıdır. 
«Beləliklə  ümumdünya  tarixi  Şərqdən  Qərbə  doğru 
isyiqamət götürür; lakin, tarixi inkişaf prosesində Şərq 
öz  maşrutu  ilə  hərəkət  edərək  lazımi  mənzilə  yetişə 


 
35 
 
bilməmişdir.  Qərbi  və  Şərqi  bir  çox  əlamət  və 
keyfiyyətlərinə  görə  müqayisə  edən  dahi  filosof 
Şərqin  despotizimə  meylli  olduğunu  dəfəlrlə  qeyd 
etmişdi. 
            Hegel göstərirdi ki, Şərqli xarakterində zahirən 
bir-biri  ilə  ziddiyyət  təşkil  edən  iki  cəhət  özündə 
birləşmişdir:  hamının  (bütün  ondan  asılı  olanların) 
üzərində hökm etmək ehtirası və özünün asılı olduğu 
adama kölə etiqadı. Hegel öz fikirlərini əsaslandırmaq 
üçün bir çox Şərq xalqlarının həyat tərzindən bir çox 
misallar da gətirirdi...» (81, səh 1) 
Şərqdə  Hegelə  görə  azadlıq  məhdudu  bir 
səviyyədə  özünə  yer  tapmışdır,  özgürlüksüzlüyün, 
ənənəviçiliyin  və  fərdiyyətsizliyin  adı  Hegelə  görə 
Şərqdir.  Burada  Şərq  ayrıca  olaraq  nə  iqtisadi 
kateqoriya  deyil,  nə  də  coğrafi  bir  termin  deyil.  Bu 
göstəricilərlə  Şərqin  əlaqəsi  olsa  belə,  burada  Şərq, 
yalnızca insanın dünyaya baxışlar sistemi kimi nəzərə 
alınmalıdır. Bu baxımdan Şərqə Qərbin tam olmasa da 
bəzi bölələrində və ya bəzi təbəqələrində rast gəlmək 
mümkündür.  Yəni  onlar  da  bu  mənada  Şərqli    ola 
bilir,  Şərqli  dünyagörüşü  ilə  düşünürlər.  Digər 
tərəfdən iqtisadi və coğrafi mənada Şərqin özündə də 
Qərbin aşılmamış formasına rast gəlmək mümkündür.  
Lakin,  Hegel  birmənalı  olaraq  Şərqə  laqeyd 
münasibət  bəsləyə  bilməzdi,  çünki,  özünün  də  qeyd 
etdiyi kim Ümumdünya tarix öz inkişaf stimulatorunu 
məhz Şərqdən götürmüşdü. «Sonralar Avropanın dahi 
filosofu Hegel etirafla yazacaq: «Biz Şərqdən gəlirik; 


 
36 
 
ümumdünya tarixi Asiyadan Avropaya hərəkət edib... 
Şərqin  ilkin  şərti  və  zəmini  ailəyə  əsaslanan 
millilikdir»».(75, səh.1) 
Şərqlə  Qərbi  dəfələrlə  qarşılaşdıran  Hegel  qeyd 
edirdi  ki,  Şərq  şüuru  Qərb  şüuruna  nisbətən  daha 
poetik səciyyə kəsb edir.
 
Hegel bu nisbəti xarakterizə 
edərkən yunan xalqını Qərb xalqları içərisində istisna 
təşkil etdiyini vurğulayır. 
Mədəniyyət  barəsinə  gəldikdə  isə 
Hegel  deyirdi 
ki,  Şərq mədəniyyəti Tac Mahal kimi misilsiz böyük 
incilər  yarada  bilər.  Lakin,  Şərq  mədəniyyəti  əsl 
mədəniyyət  yarada  bilməz.  Bunu  Hegel  onunla 
xarakterizə  edirdi  ki,  Şərqdə  yalnız  bir  şəxs  öz 
azadlığını  dərk  edir,  bir  nəfər  azaddır  –  o  isə 
despotdur, hökmdardır.  
Hegel  incəsənətin  özünün  də  üç  sahəyə 
bölündüyü  fikrini  irəli  sürür:  simvolik  incəsənət, 
klassik  incəsənət  və  romantik  incəsənət.  Simvolik 
incəsənətin  əsas  səciyyəvi  xüsusiyyəti  burada 
yaradılanların ideyaya uyğun gəlməməsidir, incəsənət 
burada  məqsəddən  kənar  bir  hal  daşıyır.  Hegelə  görə 
incəsənətin  nəzəri  formada  inkişafının  ilk  təzahürü 
olan  simvolik  incəsənət  öz  xarakteristikasını  Şərq 
mədəniyyətində,  xüsusilə  də  qədim  Hind,  İran  və 
Misir 
incəsənətində 
özünə 
yer 
tapmışdır. 
 
       Xristianlıq  dini  barəsində  mühazirələrə  qulaq 
asaraq  böyüyən  Hegel  islam  dininə,  islam 
fəlsəfəsinə  də  laqeyd  münasibət  bəsləyirdi.  Və  o 
qeyd  edirdi  ki  islam  artıq  çoxdan  tarixi  səhnədən 


 
37 
 
çıxmiş  və  Şərq  ətaləti  və  aramlığına  qayıtmışdır. 
Lakin,  daha  sonralar  islam  aləmində  baş  verən 
proseslər  Hegelin  bu  mövzu  barədə  səhv  etdiyinin 
şahidi oluruq. 
Hegel  din  barəsində,  həqiqət  barəsində  söhbət 
açdığı  zaman  qeyd  edirdi  ki,  əsl  həqiqət  yalnız  və 
yalnız  konkret  bir  şey  olmalıdır.  Həqiqətin  konkret 
olmasına  bir  çox  misallar  gətirən  Hegel  bu  nöqteyi 
nəzərdən  də  Xristianlığı  digər  dinlərdən  üstün 
tutumuş, əsasən Şərqdə özünə vüsət tapan İudaizimin 
və  İslamın  əsl  mahiyyətini  xarakterizə  edə 
bilməmişdir.  İudaizm  və  İslam  kimi  Şərq  dinlərində  
Tanrı  ideyası  mücərrəd  bir  mahiyyət  kəsb  edir,  bu 
mahiyyətdə  konkretlik  çalarları  müşahidə  olunmur. 
Xristianlıq  dinində  isə  İudaizm  və  İslamdan  fərqli 
olaraq  İsus  Xristos  obrazı  bu  mücərrəd  Tanrıya 
konkret  olan  bir  «görünüş»  əta  edir.  Hegel  elə  hesab 
edirdi ki, mücərrəd Tanrı obrazı qarşısında Şərq insan 
zəngin  ilahi  duyğulardan  mərhum  olur,  bu  ilahi 
duyğular  yalnız  xristian  dünyası  üçün  nəzərdə 
tutulmuşdur.  Çünki,  onlar  konkret  olaraq  ilahi 
duyumu  İsa  peyğəmbərin  obrazı  qarşısında  hiss  edə 
bilirlər. 
«Estetikaya  dair  mühazirələr»  adlı  əsərində 
estetikanı  sistemli  bir  halda  araşdırır,  tarixilik  və 
ziddiyyət prinsipini burada da tətbiq edir. Hegelə görə 
incəsənət  mütləq  ruhun  aşağı  forması  olmaqla  dinin 
tələbatından  irəli  çıxmışdır.  Romantik  və  klassik 
incəsənətə  üstünlük  verərək  bu  incəsənətin  dinə  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə