Rəhim Həsənov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/40
tarix23.11.2017
ölçüsü2,8 Kb.
#11778
1   2   3   4   5   6   7   8   9   ...   40

 
22 
 
Hegel hesab edirdi ki, dünyanın əsasında təkcələr 
deyil,  «mütləq  ruh»  adlandırılan  tam,  bütöv  bir  ideya 
durur.  Eyni  zamanda  dünya  təkcələrin,  ruhların 
məcmusu  deyil,  bu  cür  məcmunu  Hegel  illuziya 
adlandırırdı. Spinozadan fərqli olaraq Hegel tamı sadə 
substansiya  hesab  etmir,  əksinə  mürəkkəb  bir 
orqanizm, sistem kimi düşünürdü. 
Hegelin  1817-ci  ildə  tamamladığı  «Fəlsəfə 
elmləri  ensiklopediyası»  dünya  fəlsəfi  fikir  tarixinin 
ən  sanballı  əsərlərindən  biri  hesab  oluna  bilər. 
«Məntiq elmi», «Təbiət fəlsəfəsi» və «Ruh fəlsəfəsi» 
adlı  üç  hissədən  ibarət  olan  bu  əsərlərdə  Hegel 
«mütləq  ideya»nın  inkişaf  prinsiplərini  hazırlamışdır. 
Hegel  yaratdığı  fəlsəfi  sistemdə  elm  üç  hissəyə 
bölünür: 
I.  Məntiq-  özündə  və  özü  üçün  ideya  haqqında 
elm. 
II.  Təbiət  fəlsəfəsi  -  özünün  özgə  varlıqdakı 
ideya haqqında elm. 
III. Ruh fəlsəfəsi - özünün özgə varlıqdan özünə 
qayıdan ideya. 
«Məntiq  xüsusi  ideya,  yəni  təfəkkürün  abstrakt 
stixiyasında olan ideya haqqında elmdir» (17, səh.95). 
Lakin, Hegeli bu tərif qane etmir və təfəkkürün yalnız 
insana  xas  olmadığını  iddia  edir.  Stixiya  və  ya  ən 
ümumi  müəyyənlik  olan  təfəkkür  varlığın  daxili 
mahiyyətini  kəsb  edir,  «Əgər  məntiq  elmi  təfəkkürü 
fəaliyyətdə  və  onun  məhsullarında  gözdən  keçirirsə, 
onda  onun  məzmunu  fövqəlhissə  aləmdir  və  biz 


 
23 
 
məntiqlə  məşğul  olarkən  o  aləmdə  oluruq»  (17, 
səh.99).  Elə  bu  səbəbdən  də  Hegel  düşünür  ki, 
varlığın,  yəni  həm  idrakın,  həm  də  təbiətin  həqiqi 
qanunları  məhz  təfəkkür  qanunlarıdır.  Məntiqin 
öyrəndiyi təfəkkür qanunları varlığın ümumi məğzini 
təşkil  edir.  «Təfəkkürün  məhsulu  müəyyənlik  və  ya 
fikrin  forması  ümumiyyətlə,  ümumidir,  abstraktdır. 
Deməli, fəaliyyət kimi təfəkkür fəal ümumidir - məhz 
özünü  yaradan  fəaliyyətdir,  belə  ki,  törədilən  əməl 
ümumidir. Subyekt kimi təsəvvür edilən təfəkkür kimi 
təsəvvür  edilən  təfəkkür  düşünən  varlıqdır»  (17, 
səh.100). 
Hələ  əsası  qədim  Şərq  ölkələrində  qoyulan 
dialektikanın  inkişafında  Hegelin  xidmətlərindən 
danışmaq  yerinə  düşərdi.  O,  «Məntiq  elmi»  adlı 
məşhur  əsərində  dialektikanın  ən  ümumi  qanun  və 
kateqoriyalarının şərhini vermiş, dialektika, məntiq və 
idrak  nəzəriyyəsinin  eyniliyi  və  vəhdəti  tezisini 
əsaslandıraraq,  dialektik  məntiq  sistemini  izah 
etmişdir.  «Hegel  fəlsəfəsinin  ən  qiymətli  nailiyyəti 
«Məntiq  elmi»  əsərində  tam  şərh  olunmuş 
dialektikadır. Hegel dialektikanın ən mühüm qanun və 
kateqoriyalarının  təhlilini  vermiş,  dialektika,  məntiq 
və idrak nəzəriyyəsinin vəhdəti tezisini əsaslandırmış, 
ilk  dəfə  fəlsəfə  tarixində  dilaektik  məntiq  sistemini 
geniş izah etmişdir.» (3, səh. 168) 
«Məntiq  elmi»ndə  Hegel  məşhur  yunan  filosofu 
Aristotelin  məntiq  haqqımdakı  fikirlərinə  yüksək 
qiymət  verir,  onu  «Məntiq  elminin  banisi»  deyə 


 
24 
 
xatırlayır.  Bir  zamanlar  Aristotelin  tədqiq  etdiyi 
kateqoriyalar  «Məntiq  elmi»ndə  Hegel  tərəfindən 
geniş  bir  surətdə  araşdırılır.  «Hegel  bu  əsərində 
ənənnəvi  məntiqin  üsulubundan  kəskin  olaraq 
ayrıldığını  bildirərək  antik  metafizikanın  yerini  ala 
biləcək  bir  spekulyativ  məntiq  qurmağa  cəhd 
göstərdi.» (57, səh. 41) 
Fəlsəfi  kateqoriyaların  izahı,  onların  bir-birilə 
qarşılıqlı  münasibəti  kimi  məsələləri  də  «Məntiq 
elmi»ndə  özünə  yer  tapmışdır.  Fəlsəfi  kateqoriyalar, 
müxtəlif  proseslərin  təbiəti,  keyfiyyət  dəyişmələrinin 
kəmiyyət  dəyişmələrinə  və  əksinə  keçməsi  kimi 
məsələlər 
Hegelə 
qədər 
formal 
məntiqdə 
araşdırılmışdı,  elə  bu  səbəbdən  də  Hegelin  yazdığı 
«Məntiq  elmi»  əsəri  bir  sıra  istisna  təşkil  edirdi. 
Məntiq  elmi  qarşıya  qoyduğu  problemləri  daha  da 
artıran  Hegel  burada  keyfiyyət,  varlıq,  təşəkkül,  heç 
nə,  kəmiyyət,  ölçü,  fərq,  ziddiyyət,  məzmun,  forma, 
təsadüf,  imkan,  gerçəklik  kimi  fəlsəfi  terminlərin 
izahını  verir.  Hegel  bu  izahları  verərkən,  əslində, 
dialektik  məntiqin  təməlini  hazırlayırdı.  Bütün 
bunların izahını verərkən formal məntiqin təfəkkürün 
elementar forma və qanunları haqqında elm olduğunu 
inkar  etmir,  əksinə,  məntiqi  gerçəkliyin  mahiyyəti 
haqqında nəzəriyyə adlandırırdı. 
«Məntiq  elmi»  əsərində  Hegel  tez-tez  Kanta 
müraciət edir, Kantın irəli sürdüyü ideyaları müzakirə 
edir.  «Kant  fəlsəfəsində  təfəkkürün  özünü  özündən 
müəyyənləşdirilməsi prinsipi yalnız formal olaraq irəli 


 
25 
 
sürülür. Ancaq bu təfəkkürün özünü – təyin etməsinin 
necə  baş  verdiyini  və  nə  qədər  uzağa  getdiyini  Kant 
göstərməmişdir»  (17,  səh.175).  Hegel  «Məntiq 
elmi»nin «Tənqidi fəlsəfə» adlı bölümünü demək olar 
ki, Kantın tənqidinə həsr etmişdir.  
«Fəlsəfə  elmləri  ensiklopediyası»nın  ikinci 
hissəsini  təşkil  edən  «Təbiət  fəlsəfəsi»  Hegelin 
naturfəlsəfi  baxışlarını  özündə  əsk  etdirir.  Hegel 
«Təbiətin  fəlsəfəsi»  əsərində  qarşısına  iki  məqsəd 
qoyduğunu  qeyd  edir:  fəlsəfədə  mövcud  olan 
metafizik 
təfəkkür 
üslubunu 
inkar 
edərək, 
təbiətşünaslığa  dialektik  ideyalar  gətirmək  və  təbii-
elmi  biliklər  əsasında  təbiəti  bütöv  və  inkişaf  halında 
təsvir  eləmək.  «Məntiq  elmi»  əsərini  «Fikrin 
münasibətləri»,  «Mahiyyət  haqqında  təlim»  və 
«Anlayış haqqında təlim» adı altında üç hissəyə bölən 
Hegel bu prinsipə davam edərək, «Təbiət fəlsəfəsi»ni 
və  «Ruh  fəlsəfəsi»ni  də  üç  hissəyə  ayırır.  Öz 
dövrünün 
bütün 
fundamental 
təbii-elmi 
nəzəriyyələrini  birləşdirən  və  ona  dialektik  rövnəq 
verən  Hegel  «Təbiət  fəlsəfəsi»ni  «Mexanika», 
«Fizika»  və  «Üzvi  fizika»  adı  altında  qruplaşdırır. 
Hegel  «Mexanika»  bölməsində  məkan  və  zaman 
anlayışlarını  birləşdirərkən  Eynşteynin  sonralar  irəli 
sürəcəyi  nisbilik  nəzəriyyəsinin  təməlini  yaratmışdı. 
«Mexanika»  bölməsində  materiya  və  hərəkət 
anlayışlarının təhlilinə də təsadüf olunur. 
  «Təbiət fəlsəfəsi»nin ikinci hissəsini təşkil edən 
«Fizika»  bölməsində  işıq,  səs,  istilik,  səma  cisimləri, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə