Rəhim Həsənov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/40
tarix23.11.2017
ölçüsü2,8 Kb.
#11778
1   ...   14   15   16   17   18   19   20   21   ...   40

 
71 
 
2). Azadlığın müəyyən forması və pilləsi kimi − 
xüsusi hüquq. 
3).  Pozitiv  hüquq  −  burada  hüquq  artıq  qanun 
kimi çıxış edir. 
Bunlardan əlavə Hegel hüquq anlayışının da üç 
pillədən keçdiyini də vurğulayırdı: 
1). Abstrakt hüquq. 
2). Əxlaq. 
3). Mənəviyyat. 
Abstrakt  hüquq  haqqında  təlimdə  müqavilə, 
mülkiyyət  və  qeyri-həqiqət  problemlərini  qarşısına 
qoyur.  Xüsusi  mülkiyyətin  azad  inkişafını  vətəndaş 
cəmiyyətinin  vacib  və  labüd  şərti  sayan  filosof, 
vətəndaş  cəmiyyətinin  dövlətdən  əvvəl  meydana 
gəlməsi fikrini təsdiqləyirdi. 
Hegel  dövlətin  müqavilə  yolu  ilə,  müqavilə 
nəticısində  yaranması  fikrini  təkzib  edirdi.  Onun 
fikrincə,  «dövlət  Allahın  dünya  üzərində  təntənəli 
yürüşüdür, gərdişidir.»  İlahi ideyadan yaranan dövlət 
daha  yüksək  inkişaf  pilləsində  duraraq,  azadlığın 
gerçəkləşməsi və əxlaqi bütövlük uğrunda çalışır. 
Hamının  qanun  qarşısında  bərabərliyi,  fərdi 
hüquq  və  azadlıq  ideyaları  kimi  prinsipi  Hegel 
tərəfindən  heç  də  sadəcə  olaraq  rədd  edilmir,  yalnız 
özünə  məxsus  olan  bir  şəkildə  şərh  edilir.  Hegelin 
fikrincə,  cəmiyyətdə  mövcud  olan  qanunların,  dövlət 
qurluşunun,  əxlaq  qaydalarının,  ideologiyaların  və 
dilin  yaratdığı  vəziyyətdə,  şəraitlərdə  insan  özünü 
azad və dərk olumuş hesab etsin. 


 
72 
 
Azadlığı  özündə  varlıq  kimi  görən  Hegel, 
azadlığa, «azadlıq dövlət anlayışının təşkilindən başqa 
bir  şey  deyildir»  kimi  qiymər  verirdi.  Azadlıq 
haqqında  «təbii  hüquq»  və  «təbii  şərait»  kimi 
anlayışları  inkar  edən  filosof,  həqiqi  azadlığa  o 
vəziyyətdən  çıxmağı  tələb  edirdi.  Çünki,  o  şərait 
hüququn  pozulmasından  yaranan  zorakılıq  şəraitidir. 
Hegelin fikrincə dövlətin vətəndaşı öz vəzifəsi, peşəsi 
və göstərdiyi hər hansı bir fəaliyyəti nəticəsində ağıllı 
varlıq səviyyəsinə yüksəlir şəxsiyyət kimi azad olur. 
Dövlətin dindən yarandığını və inkişaf etdiyini 
qeyd  edən  filosof,  dövləti  ruhun  ruh  üçün  yaratdığı 
dünya  olduğunu  hesab  edirdi.  «Ağıllı  dövlət»i  
«axmaq  dövlət»dən  fərqləndirən  Hegel  «axmaq 
dövlət»i,  sonlu  dövlət,  məhv  ola  bilən  dövlət 
adlandırıdı. «Ağıllı dövlət» isə ilahi mahiyyətə malik 
olan  sonsuz  dövlət,  əbədi  dövlət  deyə  adlandırırdı. 
Lakin, filosofun fikrincə  «ağıllı dövlət» kimi «axmaq 
dövlət»də  də  müəyyən  dərəcədə  ruh  prinsipi  vardır. 
Hegel xalq suverenliyinin demokratik ideyasını tənqid 
edərək, 
vərəsəli 
konustitusiyalı 
monarxiyanın 
suverenliyini əsaslandırırdı. Alman dövlətini ən kamil, 
ən  üstün  siyasi  qurluş,  alman  burjua  cəmiyyətini  isə 
tarixi  inkişafın  tacı  adlandıran  filosofun  fikrincə 
«bundan daha yüksəyə qalxmaq olmaz.» 
Siyasi  cəhətdən  ziddiyyətli  mövqeydən  çıxış 
edən Hegel, bir tərəfdən burjua antifeodal inqilabının 
tərəfində  durur,  digər  tərəfdən  isə  Prusiya 
monarxiyasına, Bismark hakimiyyətinə uyğunlaşmağı 


 
73 
 
zəruri  hesab  edirdi.  Əsərlərində  Fransa  burjua 
inqilabının  güclü  təsiri  hiss  olunan  filosofun  bu 
ziddiyyətli 
mövqeyi 
marksizm 
nümayəndələri 
tərəfindən, xüsusilə də F. Engels tərəfindən geniş şərh 
olunmuşdu. 
Qərəz və rifah, xeyir və vicdan, həyat və günah 
kimi  anlayışları  əxlaqda  birləşdirən  filosof,  əxlaqı 
insanın  qəlbində,  düşüncəsində,  vicdanında  qəbul 
olunaraq,  bəyənilən  anlayış  kimi  göstərirdi.  Hegelin 
fikrincə  Avropa  mənasında  olan  azdlıq  subyektiv  və 
əxlaqi  azadlığın  birləşməsindən  yaranır.  Xeyir  və 
şərin  fərqini  isə  insan  bu  azadlığa  arxalanaraq  əldə 
etməlidir.  Əxlaqın  dinlə  bağlılığını  qeyd  edən  Hegel 
əxlaqın  hansısa  bir  avtoritet  tərəfindən  zorla  qəbul 
edilməsinə  etiraz  edirdi.  Əxlaqı  xeyirdən  üstün  tutan 
Hegel  «mənəvi,  intellektual  kimi  anlaşılan  əxlaq, 
ümumiyyətlə  iradənin  daxilindədir  və  ona  görə  də 
qəsdi,  qəzəbi  və  eləcə  də  əxlaqi  şəri  özündə 
birlşdirir.» 
Xöşbəxtlik 
və 
xeyiri 
fərqləndirərkən, 
xöşbəxtliyi  birbaşa  mövcud  olan  varlıq  kimi,  xeyiri 
isə əxlaqa münasibətdə gerçəkilik, həqiqət əldə etməsi 
kimi göstərmişdi. Hegelə görə xeyir analyışı iradənin 
ümumi  cəhətlərini  əks  etdirdiyi  üçün  müəyyən 
mənada  xüsusiliyə  də  malik  olmuşdur.  Subyekt üçün 
nə  isə  təsadüfi  bir  şey  olan  xeyir  anlayışının  əksini, 
ziddini  şər  anlayışında  təzahür  olunmuşdur.  Burada 
şəri  məhv  edərək  ondan  imtina  etməli,  xeyirin 
geçəkləşməsinə  şərait  yaratmalıdır.  Xeyirxahlığı  ilə 


 
74 
 
seçilən  ruhun  öz  xüsusi  maraqlarının,  fikirlərinin 
həyata keçməsinə imkan verməlidir. 
«Obyektiv  ruh»  bölməsində  dövlətçilik  və 
mənəviyyat haqqında fikirlərini davam etdirən Hegel, 
kəbin  münasibətlərinin  yaranmasında  ailə  üzvlərinin 
gizli  mənəvi  yaxınlığını  səbəb  kimi  göstərirdi. 
Monoqam  kəbini  ailə  üzvlərinin  ayrılmaz  birliyi, 
sevgi  birliyi  kimi  göstərərək  bu  fiziki  birliyi  əxlaqi 
birliyin  nəticəsi  kimi  göstərirdi.  Hegelin  düşüncəsinə 
görə  ruh  ailə  səviyyəsində  duyan  ruh  olur.  Tərbiyə 
şəraitində  uşaqların  müstəqil  şəxslərə  döndüyünü 
iddia  edərək,  tərbiyəni  «ikinci    ruhi  doğuş 
adlandırırdı.» 
Hegelin  dövlətçilik  və  hüquq  haqqındakı 
ideyalarında Platonun aristokratik siyasi doktirnasının 
təsiri sezilir. Hegel dövləti bütöv bir sistem kimi qəbul 
edərək göstərirdi ki, dövlət cansız mexanizm deyildir, 
iradə azalığına və fəaliyyət üsulunu seçmək hüququna 
malik  olan  fərdlərin,  təkcələrin  canlı  orqanizimidir. 
Hegellə  Platounun  dövlət  haqqında  düşüncələri 
arasında fərq də var idi. Hegelin fikrincə, fərd özünün 
həqiqi yaşam tərzinə uyğun fəaliyyət göstərərsə sosial 
orqanizimin bir parçasına çevrilir və sosial mühitdə öz 
həqiqi mövqeyini tutmuş olur. 
Hegel fəlsəfəsində cəmiyyət ilə fərd, dövlət ilə 
vətəndaş,  təkcə  ilə  ümumi  arasında  heç  bir  ziddiyyət 
də  yoxdur.  Dövlət  qurluşu  və  qanunvericiliyin  ilahi 
bir mahiyyət kəsb etdiyini vurğulayan Hegel dövlətin 
mövcudluğunu  tanrının  dünyada  addımlaması  kimi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə