12
Fəsil 1: Jurnalistlərə qarşı zorakılıq, şantaj
və təzyiq
Azərbaycanda ifadə azadlığına əsas maneələrdən biri jurnalistlərə və media
nümayəndələrinə qarşı zorakılıq hallarının intensivliyi və bu əməlləri törədən
şəxslərə qarşı cəzasızlığın hökm sürməsidir. Başqa sözlə desək, Azərbaycanda
“cəzasızlıq böhranı” yaşanmaqdadır və bu vəziyyət oktyabrda keçiriləcək prezident
seçkiləri ərəfəsində daha da pisləşməkdədir.
Hüquqları ciddi şəkildə pozulmuş jurnalistlər və media nümayəndələri üçün
ədalətin təmin olunması və günahkarlın məsuliyyətə cəlb olunması demək olar ki,
qeyri-mümkün bir hala çevrilib. Bu cür cəzasızlıq mühitinin hakim olması ölkədə
özünü-senzuranın geniş vüsət almasına səbəb olmuşdur. Jurnalistlərin çoxu “tabu”
hesab olunan müəyyən mövzularda, məsələn korrupsiya və ya prezident ailəsinin
biznes maraqları barədə yazmaqdan çəkinirlər.
Oktyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində, hökumət tənqidçi jurnalistləri,
bloqçuları, hüquq müdafiəçilərini, siyasi fəalları və QHT-ləri susdurma və
nüfuzdan salma kampaniyasını həyata keçirib. Ötən 6 ay müddətində hətta
fərqləndirici jurnalist gödəkçələri geyinmələrinə rəğmən jurnalistlər mitinq və
kütləvi iğtişaşlardan reportajlar hazırlayarkən polisin zorakılığına və kobud
rəftarına məruz qalıblar. Hakimiyyət etiraz aksiyalarını, məhkəmə proseslərini və
ictimai maraq kəsb edən digər hadisələri işıqlandıran jurnalistlərin işinə tez-tez
müdaxilə edib. Öz peşə fəaliyyətini yerinə yetirən jurnalistlərlə qəsdən bu cür sərt
rəftar edilməsi rejimin ifadə azadlığına dözümsüzlüyünün aşkar göstəricisidir.
Jurnalistlərə qarşı polis zorakılığı ilə bağlı edilmiş onlarla rəsmi şikayət hökumət
tərəfindən cavablandırılmayıb. Jurnalistlərin peşə fəaliyyətinə müdaxilə etmiş polis
işçilərindən heç biri intizam tədbiri ilə üzləşməyib. Bu cür əməllər Azərbaycan
Konstitusiyasının 50-ci (məlumat azadlığı), İnsan Hüquqları üzrə Avropa
Konvensiyasının isə 10-cu (ifadə azadlığı) maddələri ilə təmin olunan informasiya
əldə etmək hüququnun pozulmasını təşkil edir. Jurnalistin peşə fəaliyyətinə mane
olma ən azı Cinayət Məcəlləsinin 163-cü maddəsi ilə cinayət məsuliyyəti yaradır.
Hakim rejimin maraq dairəsinə aid məsələləri araşdıran jurnalistlərin susdurulması
vasitəsi kimi onların qətllərinin, onlara qarşı fiziki və mənəvi təzyiqlərin cəzasız
qalmasına görə rejim özü məsuliyyət daşıyır.
Martın 2-də Azərbaycanda və dünyanın bir çox yerində jurnalistlər 2005-ci ildə
yaşadığı binanın qarşısında odlu silahla qətlə yetirilmiş “Monitor” jurnalının baş
redaktoru Elmar Hüseynovun hələ də üstü açılmamış qətlinin səkkiz illiyini qeyd
edib. Elmarın ölümü ilə Azərbaycan xalqı həqiqəti cəsarətlə yazan bir jurnalistini
itirdi. Elmarın jurnalist fəaliyyəti və qətli media mənsublarına araşdırmaçı
13
jurnalistikanın nə qədər cəsarət tələb etdiyini və bu işdə jurnalistin hansı risklərlə
üzləşə biləcəyini göstərdi.
E.Hüseynovun qətlindən bəri Azərbaycanda 2011-ci ilin noyabrında tanınmış
yazıçı-jurnalist Rafiq Tağının da qətli daxil olmaqla jurnalistlərə qarşı 200-dən
zorakılıq hadisəsi baş verib. 2013-cü ilin ilk altı ayında jurnalistlərə qarşı 24-ü peşə
fəaliyyətini yerinə yetirərkən olmaqla 26 fiziki təzyiq faktı qeydə alınıb. Bundan
başqa, hökumət tərəfindən jurnalistlərə təzyiqlərin və onların işinə digər formada
müdaxilələrin baş verməsi, həmçinin jurnalistlərə qarşı təhdidlərlə bağlı bir çox
məlumatlar yayılmışdır.
Jurnalistlərin məruz qaldığı aşağıda qeyd olunmuş zorakılıq halları, ümumiyyətlə,
Elmar Hüseynovun qətlindən bəri jurnalistlərə qarşı baş vermiş cinayət əməllərinin
demək olar ki heç biri hökumət tərəfindən lazımınca araşdırmamış və əsl
günahkarlar cəzalandırılmamışdır. Bu isə media ictimaiyyəti arasında qorxu
hissinin, tənqidi fikirləri zor tətbiq etməklə boğmaq niyyətində olan şəxslər üçün
isə cəzasızlıq mühitinin yaranmasına gətirib çıxarmışdır.
Yanvarın 12-də Bakının mərkəzində əsgər ölümlərinə son tələbi ilə keçirilmiş
icazəsiz etiraz aksiyası hökumət tərəfindən aşırı güc tətbiq edilməklə dağıdıldı.
Aksiyada təxminən 10-dək jurnalist, “Press” gödəkçələri və kameraları ilə
fərqlənmələrinə baxmayaraq, polisin təzyiq və zorakılığı ilə üzləşiblər. RATİ sədri
Emin Hüseynov da aksiya zamanı xəsarət alanlar arasında idi. Polis tərəfindən
qəsdən itələnən Hüseynov yerə yıxılmış, başı arxada olan iri daş parçasına dəymiş
və kiçik beyin silkələnməsi xəsarəti almışdı. Hadisə anbaan videokameraların
lentinə alınmışdır.
5
Hesabat dövrü müddətində Avropa İnsan Hüquqları
Məhkəməsi Emin Hüseynova qarşı 2008-ci ildə baş vermiş əvvəlki polis hücumu
işi ilə bağlı kommunikasiyaya başlamışdır.
Yanvarın 22-də “Azadlıq” qəzetinin müxbiri Ərşad İbrahimli naməlum şəxs
tərəfindən izlənməsi barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna
(RATİ) məlumat verib. Onun sözlərinə görə, yanvarın 22-də Gəncə şəhər
polisindən olduğunu deyən, amma adını gizli saxlayan bir nəfər onunla telefon
əlaqəsi saxlayaraq, onun nəzarətə götürülməsi barədə xəbərdar edib. Yanvarın 23-
də səhər saatlarında isə jurnalist mülki geyimdə olan bir nəfər tərəfindən izlədiyini
hiss edib. Jurnalist izlənməsinin səbəbini Gəncədə keçmiş polis rəisi ilə icra başçısı
davası haqda məlumatların mətbuata çıxmasında polisin ondan şübhələnməsinin
olduğunu ehtimal edir.
Yanvarın 24-də İsmayıllıda baş vermiş hadisələrdə çəkiliş aparan “musavat.com”
saytının reporyoru Araz Bayramov polis təzyiqi ilə üzləşib. Jurnalistin sözlərinə
görə, o, polisin vətəndaşlara qarşı zorakılığının çəkilişi zamanı saxlanılıb.
Bayramov zorla polis idarəsinə aparılmış, bir saat orada saxlanmış və yalnız
polisin saytın redaksiyası ilə əlaqə saxlamasından, və jurnalistin orada işləməsini
5
http://bit.ly/144Bmlc