42
3 Fevral – Ədəbiyyatşünas Esmira Şükürovanın 60 illiyi, (1958)
Şükürova Esmira Seyfəl qızı 1958-ci il fevralın 3-də Azərbaycanda Xaçmaz
rayonunun Xudat kəndində anadan olmuşdur. Göyçay rayonundakı Qarabaqqal kənd
orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır
(1977-1983). Əmək fəaliyyətinə Göyçayda Nizami adına narçılıq sovxozunda fəhlə
kimi başlamışdır. ADU-nun nəşriyyatında korrektor, redaktor (1988-1992),
Azərbaycan Ali Diplomatiya kollecində elmi metodist, sonra “Azərbaycan
diplomatiyası” jurnalında baş redaktorun birinci müavini olmuşdur (1993-cü ildən).
“Respublika” qəzetində mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışır (1996-cı
ildən). “Məhəmmədhüseyn Şəhriyar (həyatı, mühiti, yaradıcılığı)” mövzusunda
namizədlik dissertasiyası müdafiə etmişdir (1998). Ədəbi fəaliyyətə 90-cı illərdən
başlamışdır. “Ədəbiyyat”, “Respublika”, “Şəhriyar” qəzetlərində “Altay dünyası”
jurnalında çıxış etmişdir.
Kitabları: “Şəhriyar poeziyasında xalq həyatı” (1996), “Məhəmmədhüseyn Şəhriyar
(həyatı, mühiti, yaradıcılığı)” (1998), “Əgər bir ömrüm də olsaydı” (2004), “Hər
ömürdən bir yarpaq” (2004), “Ədəbi düşüncələr” (2004) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat
kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.
43
5 Fevral – Şair, dramaturq Mərkəz Qacarın 70 illiyi, (1948)
Quliyev Mərkəz Mikayıl oğlu 1948-ci il fevral ayının 5-də Azərbaycanın Füzuli
şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra 1971-1976-cı
illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır. Əmək
fəaliyyətinə 1976-cı ildən Azərbaycan Respublikası Prokurorluğu orqanlarında
başlamışdır. Ədəbi fəaliyyətə isə orta məktəbdə oxuyarkən başlamışdır. İlk şeirləri
1958-ci ildə Füzuli rayonunda çıxan “Qızıl Araz” qəzetində dərc edilmişdir. Lirik
şeirlər yazsa da, yaradıcılığında təmsil başlıca yer tutur. 16 mindən çox təmsil, 10
alleqorik pyesi vardır. O, publisistika ilə də ardıcıl məşğul olur. Əsərləri rus, ingilis,
alman, ispan, fransız, fars dillərinə tərcümə edilmişdir.
Kitabları: “Şirin səhvi” (1989), “Təmsillər” (1994), “Satqın tülkü” (1995),
“Qarışqadan filədək” (1997), “Sallaqxana keçisi” (1997), “Xilaskar” (1998),
“Qeybdən gələn səs” (2000), “Rübai və bayatılar” (2001), “Qəzəllər” (2003), “Təklik
məni təklədi” (2003), “Düyünlənmiş yumruq” (2004), “Kömürçü oğlu” (2004),
“Acgözlükdən bəla” (2004), “Təqib” (2004), “Metroda terror” (2004).
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat
kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.
44
10 Fevral – Yazıçı Cəmşid Əmirovun 100 illiyi, (1918-1982)
Cəmşid Əmirov Azərbaycan ədəbiyyatında detektiv
janrının banisidir. Cəmşid Əmirov 1918-ci il fevralın
10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur.
Orta məktəbi bitirib Əzizbəyov adına Azərbaycan Sənaye
İnstitutuna daxil olmuş (1934), eyni zamanda respublika
qəzetləri ilə əməkdaşlıq etmişdir. Son kursda institutu tərk
etdiyinə görə öz ixtisası üzrə (mühəndis-geoloq) işləməyə
həvəs göstərməmişdir. “Azərbaycan gəncləri” qəzetində
məsul katib (1937-1940), “Gənc işçi” qəzetində şöbə müdiri
(1940-1941), “Bolşevik” qəzetində məsul katib (1941),
“Əzizbəyovneft” şirkətində mühəndis-geoloq (1941-ci ilin
mayından dekabrınadək) işləmişdir. İkinci Dünya
müharibəsi zamanı ön cəbhədə Sovet Ordusu tərkibində zabit kimi Almaniya, Polşa,
Çexoslovakiya, Avstriya və Çində olmuşdur. Ordudan tərxis ediləndən sonra
“Amustral”ın tikintisində fəal iştirak etmişdir. Sonra “Azərbaycan gəncləri” qəzetində
şöbə müdiri, “Sovet ticarəti” (Moskva) qəzetində xüsusi müxbir, Neftnəşrdə baş
redaktor, “Azərbaycan neft təsərrüfatı” jurnalında redaktor müavini, “Bakı” qəzetində
şöbə müdiri işləmişdir. Bir müddət Bakı Maliyyə-kredit texnikumunda direktor (1969-
1972) olmuşdur. Sonra fərdi təqaüdə çıxmışdır. “Vətən müharibəsı” (I dərəcəli),
“Qırmızı ulduz” ordenləri, “Döyüşdə fərqlənməyə görə”, “Köniqsberqin alınmasına
görə”,
“Berlinin alınmasına
görə”,
“Almaniya üzərində
qələbəyə
görə”,
“Yaponiya üzərində qələbəyə görə” medallarına layiq görülmüşdür. Ədəbi
yaradıcılığa 1940-cı illərdən oçerk, felyeton və hekayələrlə başlamışdır. Onun ilk
mətbu oçerki “Dəqiqələr, saniyələr...” “Azərbaycan gəncləri” qəzetinin 28
avqust 1946-cı il tarixli sayında dərc edilmişdir. Cəmşid Əmirov 1982-ci il dekabrın
29-da vəfat etmişdir.
Kitabları: “Sahil əməliyyatı” (1958), “Brilliant məsələsi” (1963), “Qara Volqa”
(1969), “Şəhər yatarkən” (1982) və s.
Filmoqrafiya: “İstintaq davam edir” (film, 1966), “Qara Volqa” (film, 1994).
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat
kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.