Respublika Uşaq Kitabxanası


 Fevral – Ədəbiyyatşünas Feyzulla Qasımzadənin 120 illiyi, (1898-1976)



Yüklə 13,81 Mb.
Pdf görüntüsü
səhifə16/146
tarix19.07.2018
ölçüsü13,81 Mb.
#56530
1   ...   12   13   14   15   16   17   18   19   ...   146

48 

 

22 Fevral – Ədəbiyyatşünas Feyzulla Qasımzadənin 120 illiyi, (1898-1976) 

     Feyzulla  Qasımzadə  Azərbaycanda,  Abşeron  yarımadasının 

Mərdəkan kəndində 1898-ci il fevral ayının 22-də dindar ailədə 

doğulmuşdur. Gənc Feyzulla 1912-1916-cı illərdə Bakı Rus-tatar 

ali ibtidai məktəbini bitirib “Kazyonnaya palata” müəssisəsində 

əmək fəaliyyətinə başlayır və təhsilini davam etdirmək arzusu ilə 

axşam  gimnaziyasına  daxil  olur.  Feyzulla  Qasımzadə  1929-cu 

ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə 

daxil olur. Burada təhsil illəri şərqşünas alim P.Juzenin rəhbərliyi 

ilə  “Quranın  estetikası”  diplom  işini  rus  dilində  yazıb  uğurla 

müdafiə  edir.  1962-ci  ildə Feyzulla  Qasımzadə  Azərbaycan 

Elmlər Akademiyasının müxbir üzvü, dörd ildən sonra isə həqiqi üzvü seçilmişdir. Bu 

müddət ərzində Feyzulla Qasımzadənin – “XIX əsr Azərbaycan ədəbiyyatında realist 

demokratik cərəyanlar” (1955), “Abbasqulu ağa Bakıxanov Qüdsi” (1956), “XIX əsr 

Azərbaycan  ədəbiyyatı  tarixi”  (1956),  “M.  F.  Axundovun  həyatı  və  yaradıcılığı” 

(1962), “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi oçerkləri” (1962), “XIX əsr Azərbaycan 

ədəbiyyatı tarixi” (1874) irihəcmli monumental əsərləri kütləvi tirajla nəşr edilmişdir. 

Feyzulla  Qasımzadə  “Müxtəsər  Azərbaycan  ədəbiyyatı”  tarixi  iki  cilddə  (1944), 

Azərbaycan ədəbiyyatı tarixi (üç cilddə), II cild (1960) kitablarının müəlliflərindən biri 

idi.  Onun  mindən  artıq  elmi,  elmi-kütləvi  məqalələri  jurnal  və  qəzetlərdə  dərc 

edilmişdir. Feyzulla  Qasımzadənin  elmi  kadrların  hazırlığında  misilsiz  xidmətləri 

olmuşdur. 35 elmlər doktoruna məsləhətçi, 125 elmlər namizədinə rəhbər olmuş, 100-

dən çox müdafiədə opponentlik etmişdir. Feyzulla Qasımzadə uzun sürən xəstəlikdən 

sonra 1976-cı il mart ayının 29-da 69 yaşında Bakı şəhərində əbədiyyətə qovuşmuş, öz 

vəsiyyətinə görə Mərdəkan qəsəbəsinin qəbiristanlığında dəfn olunmuşdur. 

 

Kitabları: “Xalq aşıq poeziyası” (1950), “Tənqidi realizm” (1952), “Vaqifin ədəbi 

məktəbi” (1954), “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” (1974) və s. 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 



 

 

 


49 

 

23 Fevral – Şair, publisist Səyavuş Sərxanlının 75 illiyi, (1943-2005) 

Sərxanlı  Səyavuş  Əli  oğlu  1943-ci  il  fevralın  23-də 

Şəmkir rayonunun Sərxan kəndində dəmirçi ailəsində anadan 

olmuşdur.  Nizami  adına  Şamxor  şəhər  orta  məktəbini  qızıl 

medalla bitirib. ADU-nun filologiya fakültəsinin jurnalistika 

şöbəsində  təhsil  almışdır.  Ədəbi  fəaliyyətə  orta  məktəbdə 

oxuduğu illərdən başlamış, ilk qələm təcrübələrini “Qırmızı 

Şamxor” rayon qəzetində çap etdirmişdir. Lakin 1961-ci ildə 

“Azərbaycan  gəncləri”  qəzetində  Xalq  şairi  Nəbi  Xəzrinin 

təqdimatı  ilə  “Cığır”  və  “Səslədi  məni”  şeirlərinin  dərc 

olunması  onun  poetik  yaradıcılığında  dönüş  yaratmışdır.  Poetik  tərcümə  ilə  də 

məşğuldur. “Ulduz” jurnalında ədəbi işçi, nəsr, poeziya şöbəsinin müdiri işləmişdir. 

Azərbaycan Yazıçılar Birliyinin göndərişi ilə Moskvaya – SSRİ Yazıçılar Birliyinin 

M.  Qorki  adına  Ədəbiyyat  İnstitutu  nəzdində  olan  ali  ədəbiyyat  kurslarına  təhsil 

almağa  getmişdir  (1980).  O,  “Azərbaycan”  jurnalı  redaksiyasının  əməkdaşı  (1983-

2005) olub. Yazıçılar Birliyinin oçerk və bədii publisistika şurasının üzvü idi. SSRİ 

Yazıçılar  İttifaqının  Bədii  Publisistika  Şurasının  Üzvü  olub.  Gənc  şairlərin  Alma-

Atada  keçirilən  Ümumittifaq  poeziya  festivalında  (1969),  Sibirdə  Sovet  ədəbiyyatı 

günlərində  (1975),  Pribaltikada  Azərbaycan  poeziya  günlərində  (1976)  iştirak 

etmişdir.  Sovet  jurnalistləri  dəstəsində  İtaliyada  səfərdə  olmuşdur  (1978).  SSRİ-

Kampuçiya  Dostluq  Cəmiyyəti  Azərbaycan  Şurasının  üzvü  olmuşdur.  “Molodaya 

qvardiya” jurnalının xüsusi mükafatına layiq görülmüşdür (1981). Səyavuş Sərxanlı 

2005-ci ildə vəfat edib. 



Kitabları: “Qayıt” (1968), “Dünya sevənlərindir” (1971), “Anamın səsi gəlir” (1978), 

“Yormaz  bu  yollar  məni”    (1979),  “Mənim  nərgizli  dünyam”  (1980),  “Duz-çörək” 

(şeirlər və poemalar) (1986), “Məni soruşan olsa...” (seçilmiş lirika, ədəbi portretlər, 

esselər) (2003) və s. 



Tərcümələri: Zəki Nuri “Qovaqlı sahillər” (1979), Muetdin Çarinov “Dağlı sevgisi” 

(1984), Muetdin Çarinov “Ömrün şirin günləri” (şeirlər və poema) (1987), A.Aripov 

“Bir cüt qara göz” (şeirlər və poema) (1988), Nodar Dumbadze “Əbədiyyət qanunu” 

(roman) (2003) və s. 



 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 


50 

 

29 Fevral – Xalq yazıçısı Ənvər Məmmədxanlının 105 illiyi, (1913-1990) 

  Ənvər  Məmmədxanlı 1913-cü  il fevralın  29-da Göyçay 

şəhərində  doğulmuşdur.  Burada  ibtidai  məktəbi  bitirdikdən 

sonra Bakıda N. Nərimanov adına Sənaye Texnikumunda təhsil 

almışdır  (1926-1931).  Ədəbi  fəaliyyətə 1930-cu  illərdən 

başlamışdır. Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar 

olaraq, əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə 

tərcümə  olunmuşdur.  Onun  müharibə  illərində  qələmə  aldığı 

hekayələrdə,  ümumən,  o  dövr  publisistikamızda  olduğu  kimi, 

zamanın,  günün  tələbləri,  adamlarımızın  müqəddəs  vəzifəsi  

canlı  boyalarla  öz  əksini  tapırdı. Ədibin  üslubunda  təmkinli 

hekayəçiliklə,  mübariz,  döyüşkən,  odlu  publisistika  vəhdət 

təşkil  edirdi:  “Qərb  cəbhəsindən  məktub”,  “Analar  yollara  çıxdılar”,  “Yeni  ilin 

hökmü”, “Silahlı dağlar”, “Qanlı möhür”, “Buz heykəl”, “Haralısan əsgər qardaş?”, 

“Ananın  ölümü”,  “Ulduz”  (1947),  “Od  içində”  (1951)  pyesləri  və  “Şirvan  gözəli” 

(1957)  lirik  komediyası  tamaşaya  qoyulmuşdur.  “Şirvan  gözəli”  Zaqafqaziya  teatr 

baharında birinci dərəcəli diploma layiq görülmüşdür. 

 1957-ci  ildə  onun Akademik  Dram  Teatrında tamaşaya  qoyulan  “Şərqin  səhəri” 

əsəri  SSRİ  Dövlət  mükafatına  layiq  görülüb.  Amma  mükafat  alanların  siyahısında 

müəllifin  adı  olmayıb.   Kuba (1967), Türkiyə (1968), İspaniyada (1980)  Sovet 

nümayəndə heyəti tərkibində səfərdə olmuşdur. İki dəfə “Şərəf nişanı” (1946-1949), 

“Qırmızı Əmək bayrağı” (1980-1983) və “İkinci dünya müharibəsi” (ikinci dərəcəli) 

ordenləri,  döyüş  medalları  ilə  təltif  olunmuşdur.  Ənvər  Məmmədxanlı  1990-cı 

il dekabrın 19-da Bakıda vəfat etmişdir. Fəxri xiyabanda dəfn olunmuşdur. 

Kitabları: “Burulğan” (1934), “Bakı gecələri” (1936), “Ayna” (1939), “Qərbə atəş” 

(1943), “Analar və yollar” (1943), “Dirilik çeşməsi” (1944), “25 bahar” (1945), “And” 

(1947),  “Hekayələr”  (1954),  “Balaca  Nərgiz”  (1955),  Seçilmiş  əsərləri  (iki  cilddə) 

(1985),  “Qızıl qönçələr” (1988) və s. 



Tərcümələri: M.Qorki “Özgə qapılarında”(1981), M.Qorki “Uşaqlıq” (1982) və s.  

Filmoqrafiya:  “Sovqat”  (1942),    “Bəxtiyar”  (1942),  “Fətəli  xan”  (1947),  “Leyli  və 

Məcnun” (1961), “İntizar” (1970), “Babək” (1979) və s.   



 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011. 

 

 

 

Xarici ədəbiyyat 


Yüklə 13,81 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə