OSiVIOR
ƏLIYEVA
bu todbirbrin xarici ticarot olaqolorino mohdudlaşdıncı tosirini minimuma
cndinnok üçün texniki, ekoloji, sohiyyo siyasəti, norma vo qaydaları
sahəsində tədbirlərin tətbiq olunması haqqında, bu sahədə milli
qanunvericiliklərin qarşılıqlı şəkildə tanınması haqqında çoxtərəfli
razılaşmalar bağlamaqda maraqlıdırlar.
Onu da qeyd edək ki, müasir dövrdə beynəlxalq təcmbədə qey-. ri-tarif
tədbirlərinin 600-dək növü mövcuddur. Həmin tədbirlər Ü'l'T tərəfindən 7,
Ümumdünya Bankı tərəfindən 8, YIJNKTAD tərəfindən 9 qrupda
qruplaşdırılmışdır.
hikrimizcə, nisbətən daha dolğun və əhatəli bölgü YUNKTAD
tərəfindən aparılan bölgüdür. Adı çəkilən təşkilatın rəhbərliyi altında
ticarətə nəzarət tədbirlərinin kodlaşdırılması sistemi (Co- ding System of
Trade Control Measurcs) yaradılmışdır. Bu sistem özündə 100-ə yaxın
qeyri-tarif metodlarını birləşdirir və mövcud olan sxemlər içərisində ən
mükəmməli hesab edilir. Qeyd edək ki, təşkilatın katibliyi vaxtaşırı olaraq
bu sxemdə dəyişikliklər edir. Həmin sxem istər ölkələrə münasibətdə,
isüərsə də ayrı-ayrı mallara münasibətdə xarici ticarət əlaqələri barədə
analitik fəaliyyətlə məşğul olmaq imkanı verir.
YUNKTAD-ın vaxtaşırı dəyişən sənədləri belə bir nəticəyə gəlməyə
əsas verir ki, son 15 ildə qeyri-tarif metodlarının tətbiqi əhəmiyyətli
dərəcədə artmışdır. Belə ki, son dövrlərdə xarici ticarət əlaqələrinin tarif
metodları vasitəsilə tənzimlənməsi öz yerini qeyri- tarif metodlarına
verməkdədir. Əksər inkişaf etməkdə olan dövlətlər idxal-ixrac rüsumlarının
əvəzinə texniki maneələrin və digər qey- rı-tarif metodlarının daha səmərəli
olduğu qənaətindədirlər. Belə ki, YlJNKl'AD-ın 2005-ci ildə dərc olunan
1994-2004-cü illər arasında dünya iqtisadiyyatında qeyri-tarif metodlarının
tendensiyasını əks
32
OSMƏR
ƏLIYEVA
etdirən cədvəlinə görə gömrük rəsmiləşdirilməsi zamanı tətbiq olunan
texniki maneələr 1994-cü ildə 31,9% təşkil edirdisə, 2004-cü ildə isə bu 58,5
% olmuşdur.'
Gömmk fəaliyyətinin tənzimlənməsində iqtisadi və inzibati tədbirlərin
qarşılıqlı əlaqəsinə gəlincə göstənnək lazımdır kı, iqtisadi vasitələr qarşıya
qoyulmuş məqsədə çatmaq üçün tətbiq olunan bazar iqtisadiyyatı üsullarını
özündə birləşdirən bir mexanizm hesab olunur. İqtisadi vasitələr dedikdə
qeyri-iqtisadi tədbirlərə- qadağalara, məhdudiyyətlərə, embarqoya və s.
əsaslanan metodlar başa düşülür. Beləliklə, iqtisadi metodların tətbiqində
əsas meyar bazar münasibətləridir və bu metodlar qiymət mexanizmi
vasitəsilə rəqabət məsələrinə təsir edə bilir.
Dövlətlərarası iqtisadi münasibətlərin müasir mərhələsində subyektlər
ticarət əlaqələrini tənzimləmək üçün artıq inzibati metodlardan get-gedə
daha az istifadə etməyə çalışırlar. Daxili bazan qorumaq və stimullaşdırmaq
üçün isə xarici ticarət əlaqələrində iqtisadi metodlardan-ixraca qoyulan
gömrük rüsumlarının dərəcələrinin artırılması metodundan geniş istifadə
olunur. İnzibati metodlara iqtisadi vasitələrin köməyilə qarşıya qoyulmuş
məqsədə nail olmaq qeyri-mümkün olduqda müraciət olunur. Bəzi
dövlətlərdə isə bu metodlar olduqca müstəsna hallarda-yalnız dövlətin mili
təhlükəsizliyinə təhlükə yarandıqda tətbiq olunur.
Şübhəsiz ki, bu filad bimıənah olaraq bütün dövlətlər haqqında
söyləmək olmaz. ÜTT-nın çoxsaylı sənədlərində inzibati metodlardan
mümkün qədər az istifadə olunması tövsiyə olunmasına baxmayaraq, bəzi
dövlətlər hələ də xarici ticarət əlaqələrinin tənzimlənməsində həmin
metodlardan geniş istifadə edirlər.
' Дюмулен И.И. Международная торговля. Тарифное и нетарифное
регулирование: Учебник. М.: ВЛВТ, 2009, с. 339
33
ƏSıMvOR ƏLİYEVA
Ümumiyyollo, xarici ticarət əlaqələrinin tənzimlənməsində iqtisadi və
inzibati tədbirlərin qarşılıqlı təhlili aşağıdakı nəticələrə gəlməyə imkan
verir:
1.
İqtisadi tədbirlərin tətbiqi sərt qanunvericilik və beynəlxalq- hüquqi
tənzimləməni nəzərdə tutursa, inzibati tədbirlərin tətbiqi nisbətən daha sadə
qaydada aparılır. Belə ki, əksər hallarda bu vasitələr icra hakimiyyəti
orqanının qəbul etdiyi qanun qüvvəli aktlar əsasında tətbiq edilir. İnzibati
tədbirlər çox vaxt müvəqqəti xarakter daşıdığı üçün onun tətbiqi üçün
beynəlxalq ticarət razılaşması və s. də tələb olunmur.
2.
İqtisadi vasitələrin tətbiqi heç də həmişə qarşıya qoyulmuş məqsədə
çatmağa kömək edə bilmir, bu metodların səmərəliliyi tələb və təklif,
qiymətlərin dinamikası, valyuta kurslarının dəyişməsi kimi bazar
qanunlarından asılı olur.
3.
İqtisadi tədbirlərin qeyri- bərabər maliyyə resurslarına malik kiçik və
ya iri şirkətlərə təsiri eyni deyildir ki, bu da ədalətsizliyə gətirib çıxarır.
İnzibati tədbirlərin tətbiqində bu problem nisbətən tarazlanır.
4.
İnzibati tədbirlər idxal və ixracın məhdudlaşdırılmasmı, xarici siyasət
tədbirlərinin realizə olunmasım nisbətən daha operativ edir.
ilər bir halda ticarət əlaqələrinin tənzimlənməsində hansı vasitələrə
üstünlük verilməsi hər bir dövlətin özünün suveren hüququ kimi çıxış edir.
Həmin tədbirlərin hansının daha effektiv olmasına gəlincə, bu barədə nə
təcrübədə, nə də nəzəriyyəçilər arasında vahid fikir formalaşmamışdır.
Doğmdur, əksər dövlətlər öz xarici siyasətlərində iqtisadi tədbirlərin
inzibati vasitələr üzərində prioriteti prinsipini rəhbər tuturlar, lakin bu,
sonuncudan tamamilə imtina edilməsi kimi başa düşülməməlidir.
Qeyn-tarif tədbirlərindən ən geniş yayılanı və fıkrimizcə, ən
əhəmiyyətlisi paratarif və ya kvazitarif tədbirləridir.
34
Dostları ilə paylaş: |