Rəyçilər: Qasımov Alış Məmiş oğlu hüquq elmləri doktoru, professor Əliyev Mayis Nəbi oğlu



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə16/59
tarix14.09.2018
ölçüsü1,59 Mb.
#68629
1   ...   12   13   14   15   16   17   18   19   ...   59

ƏSMƏR ƏLIYKVA 
qcyri-tarif  metodları  mohdudlaşdınlmalı,  tarif  metodları  is  dünya 
ölkolorinin  tocrübosi  nozoro  alınmaqla  daha  geniş  şokildo  totbiq 
edilmolidir. 
1.3.
 
Gömrük tarifinin anlayışı, əhəmiyyəti və növləri 
Məlumdur  ki,  hər  bir  hüquqi  anlayışın  dəqiq  və  düzgün  müəyyən 
edilməsi çox əhəmiyyətlidir. Anlayışın düzgün müəyyən edilməsi qanunun 
mənasını, onun təsir sahəsini dəqiq aydınlaşdıımağa imkan verir. Bu isə öz 
növbəsində  qanunun  səmərəliliyinə  təsir  göstərir.  Hər  hansı  bir  hüquqi 
təsisata  anlayış,  ya  da  tərif  verməzdən  öncə,  ümumiyyətlə,  fəlsəfə  və 
Icksikologiya elmləri nöqteyi-nəzərindən «anlayış», «tcmiin» və «anlayışın 
tərifi» kimi kateqoriyaları dəqiqləşdirmək lazımdır. 
Fəlsəfə  elmində  anlayış  dedikdə,  obyektlərin  ümumi  və  fərqləndirici 
istiqamətlərini  göstərmək  yolu  ilə  onları  müəyyən  predmet  sahəsindən 
ayıran və vahid sinifdə birləşdirən fikir başa düşülür.' 
Termin  isə  xüsusi  olaraq  elmi  mənada  işlədilən  söz  və  ya  söz 
birləşməsidir.'^ 
Anlayışın  tərifi  anlayışın  məzmununun  və  ya  terarinin  mənasının 
açılması  üzrə  məntiqi  əməliyyatdır.  İstənilən  digər  elm  sahəsində  olduğu 
kimi hüquqşünashqda da anlayışın üzərində məntiqi əməliyyat kimi tərifin 
vəzifəsi  öyrənilən  predmetin  onu  digər  ictimai  kateqoriyalar  sırasından 
ayıran  əsas,  mühüm  əlamətlərini  göstərmək  yolu  ilə  bu  anlayışların 
məzmununu açmaqdan ibarətdir. 
' Слонарь философских терминов / Мауч. рсд. В.Г.Кузнецова. М.: И1-1ФРА-М, 
2004, с. 430 
- Müquq tenninlori lüğoti. Bakı; Azərb. SSR iilmlor Akademiyası nəşriyyatı, 1961, s. 
212 
50 


ƏSMƏR
 ƏLIYEVA
 
Qeyd  etdik  ki,  xarici  ticarət  əlaqələrinin  həyata  keçirilməsinin  dövlət 
tənzimlənməsi  tədbirləri  içərisində  ən  əhəmiyyətlisi  isə  tarif  tədbirləridir. 
Dövlətin  gömrük  fəaliyyətində  tarif  tədbirləri  gömrük  ödəmələrinin  və 
onların  tarif  dərəcələrinin  müəyyən  edilməsidir.  Gömrük  tarifi  isə  ölkə 
sərhədindən  keçən  mallara  tətbiq  olunan  və  həmin  ölkənin  Əmtəə 
Nomcnklaturasına  əsasən  sistemləşdirilən  gömrük  ödəmələrinin  ölçü  və 
dərəcələri kimi xarakterizə oluna bilər. 
Artıq qeyd edildiyi kimi, xarici ticarət əlaqələrinin həyata keçirilməsinin 
dövlət  tənzimlənməsi  tədbirləri  içərisində  ən  mühüm  yeri  tarif  tədbirləri 
tutur. Dövlətin gömrük fəaliyyətində əsas məsələləri tarif tədbirləri, gömrük 
ödəmələrinin  və  onların  tarif  dərəcələrinin  müəyyən  edilməsi  təşkil  edir. 
Gömrük tarifinin hüquqi anlayışını verməzdən öneə bu anlayışın etimoloji 
mənasını vennək məqsədəmüvafiq olardı. Hüquq terminləri lüğətində tarif 
sözü ərəb sözü «tarif» olduğu və «göstərmə», «müəyyən etmə» mənalarını 
ifadə etdiyi göstərilir. Hüquq ensiklopedik lüğətində isə «tarif» fransız sözü 
kimi  göstərilir  və  ona  idarələrə,  müəssisələrə,  təşkilatlara  və  vətəndaşlara 
müxtəlif  istehsal  və  qeyri-istehsal  xidmətlərinə  görə  verilən  ödəmə 
məzənnəsi sistemi anlayışı verilir.' 
Ümumiyyətlə, tarif dedikdə dövlət hakimiyyət orqanı tərəfindən tətbiq 
edilən və hər hansı bir xidmətin (sığorta, nəqliyyat və s.) əvəzində ödənilən 
ödəmələrin həcmini müəyyən edən dərəcələrin sistemləşdirilmiş məcmusu 
başa  düşülür.  «Tarif»  sözü  Avropa  qitəsinin  cənubunda  Cəbbəlütariq 
körfəzinin ən dar yerində yerləşən kiçik ispan əyalətinin şəhəri olan Tarif 
şəhərinin  adı  ilə  bağlıdır.  Şəhər  ispan  sahilinə  ilk  dəfə  ayaq  basan  ərəb 
dənizçisi Tarif-ibn-Malikin şərəfinə belə adlandırılmışdır. Körfəzin hər iki 
sahilində  hökmranlıq  etdikləri  dövrlərdə  ərəblər  Tarif  şəhərində  körfəz 
vasitəsilə  daşman  bütün  gəmilərdən  yüklərin xarakterindən  və  həcmindən 
ası- 
' Quliyev A.l. Müquq ensiklopediyası. Bakı; Qanun, 2007, s. 978 
51 


ƏSMƏR
 ƏLIYEVA
 
İl  olaraq  tərtib  olunmuş  codvol  əsasında  vergi  və  yığımlar  toplayırdılar. 
Zaman keçdikcə başqa yerlərdə də həm gömrük, həm də digər ödəmələrin 
şərtlərinin əks olunduğu cədvəllər «tarif» adlanmağa başlandı. Bununla da, 
tarif sözü ümumişlək sözə çevrildi.' Müasir anlamda gömrük tarifi dedikdə 
gömrük rüsum dərəcələri ilə konkret əmtəənin Əmtəə Nomcnklaturasında 
yeri arasında olan qarşılıqlı əlaqə başa düşülür. 
Qeyd edək ki,  milli gömrük qanunvericiliyində gömrük tarifinə leqal 
anlayış  verilmişdir.  «Gömrük  tarifi  haqqında»  Azərbaycan  Respublikası 
Qanununun  2-ci  maddəsinə  əsasən,  gömrük  tarifi-  Azərbaycan 
Respublikasının  gömrük  sərhədindən  keçirilən  mallara  tətbiq  edilən  və 
Xarici  İqtisadi  Fəaliyyətdə  Əmtəələrin  Nomenklatu-  rasına  uyğun  olaraq 
sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusudur." 
Bcynəlxalq-hüquqi aktların və milli gömıdik qanunvericiliyinin təhlili 
əsasında  gömrük  tarifinə  aşağıdakı  kimi  anlayış  veıınək  olar:  «Gömrük 
tarifi  dedikdə,  ölkə  sərhədindən  keçən  mallara  tətbiq  olunan  və  həmin 
ölkənin  Əmtəə  Nomenklaturasına  əsasən  sistemləşdirilən  gömrük 
ödəmələrinin dərəcələri və həddi başa düşülür». 
Gömılik  tarifi  -  ölkədə  istehsal  olunan  malların  dünya  bazarı  ilə 
qarşılıqlı  əlaqəsinin  dövlət  tənzimlənməsi  və  gömrük  siyasətində  mühüm 
bir alət kimi çıxış edir. Gömrük fəaliyyətinin mühüm elementi kimi gömrük 
tarifi xarici iqtisadi münasibətlərin subyektlərinin ödəməli olduğu gömrük 
ödənişlərinin  həcmini  müəyyənləşdiiinək  imkanı  verir.  Gömrük  tarifinin 
əsasını xarici iqtisadi fəaliyyətin Əmtəə Nomcnklaturası təşkil edir ki, bu 
sənəd Gömrük Məcəlləsi 
'  Трошкина  T.H.  Таможенные  платежи:  Учебно-практическое  пособие.  M.: 
Городец, 2007, с. 66-67 
-  «Gömrük  tarifi  haqqında»  Azorbaycan  Respublikasının  Qanunu/Azərbaycan 
Respublikası qanunlar Külliyyalı (1993-1995) 11 kitab. Bakı: Qanun, 1997, s. 484 
52 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə