nə kimi isti paltar və mələfə hazırlasalar da, yerli qəzetlərdə Türkiyə
sultanının fitva verməsi haqqında məlumat verildikdən sonra onlar bundan
imtina etdilər. Agentura məlumatına görə, Bakı quberniyasında
müsəlmanların heç bir inqilabi təşkilatı mövcud deyildi””.
Qafqaz canişinliyi dəftərxanasının xüsusi şöbəsi 1914-cü il 4 dekabr
tarixli 2150 №li tam məxfi məktubunda Bakı şəhər polis idarəsinə
panislamçılar əleyhinə mübarizəni gücləndirmək üçün göstəriş verdi”.
Məktubda deyilirdi ki, panislamçılar müsəlmanları kafirlərin zülmündən
qurtarmağı təbliğ edirlər. Canişinlik belə təbliğatın qarşısını qətiyyətlə
kəsməyi tələb etdi. Rusiya hakimiyyət orqanlan islamçılara və türkçülərə
qarşı mübarizədə təkcə məxfi orqanlardan deyil, eyni zamanda
təbliğatçılıqdan da istifadə edirdi. Mühazirələr oxunmasına ruslarla yanaşı
xaricilər də cəlb olunurdular. Serb kral agenti Ç. M. Çoksimoviç dekabrın
18-də Bakıda iki saatlıq oxuduğu “Müharibə necə qurtaracaq?” adlı
məruzəsində (məruzənin oxunduğu yığıncağa şəhər başçısı L. L. Biç sədrlik
edirdi) geniş məsələlərə toxundu. Müharibədə 0, müsəlmanlar haqqında
dedi; “Müsəlmanlar yaxşı adamlardır, lakin nə etmək olar, onlar dəhşətli
dərəcədə vəhşidirlər və mənasız həyat sürürlər”. “Kaspiy” qəzeti 1914-cü il
20 dekabr tarixli 285- ci sayında yazırdı ki, serb kral agentinin Qafqaz
xalqlarına münasibəti haqqında xeyli danışmaq olar’’. Ç. M. Çoksimoviç
müharibədə qələbə qazanılması nəticəsində slavyan federasiyasının
yaradılacağını bildirdi.
Müharibə haqqında şayiə yayanlara qarşı ciddi tədbirlər görüldü.
Rus-türk cəbhəsindən gələn xəbərlər haqqında şayiələr yayanlar Bakı şəhəri
rəisi, polkovnik Martmovun 1914-cü il 20 dekabr tarixli sərəncamı ilə ya
3000
rubl cərimə ödəməli, ya da 3 aylıq həbs cəzası almalı idilərdi
Bakı qubernatoru 20 dekabr tarixli 6905 №li tam məxfi məktubunda
quberniyanın müsəlman əhalisinin kiçik qruplarında panislamçı hərəkatın
artdığının hiss olunduğunu, lakin bu hərəkatın zahiri cəhətdən özünü
göstərmədiyini bildirdi”.
Bakı quberniya jandarma idarəsi rəisinin Dağıstan vilayətindəki
köməkçisi 1914-cü il 23 dekabr tarixli 2548 №li məxfi məktubunda
Türkiyəyə rəğbət bəsləyən Əli Hacı Məhəmməd oğlunun həbs edilməsi
barədə məlumat verdi”.
Bakı qubernatoru 1914-cü il 23 dekabr tarixli 6964 №iı tam məxfi
məktubunda quberniyanın müsəlman əhalisinin kiçik hissəsi arasında
173