Riyaziyyat 7-ci sinif



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə15/48
tarix02.01.2018
ölçüsü0,89 Mb.
#19161
1   ...   11   12   13   14   15   16   17   18   ...   48

2.10. Mürəkkəb faiz artımı düsturu
Fəaliyyət
Nümunə
Məsələ: Nüsrət bankdan 7 000 manat pul götürdü. Bankın illik faiz artımı hər il əvvəlki
ildəki məbləğin 11%-ni təşkil edir. Nüsrət 2 ildən sonra hansı məbləği qaytarmalıdır?
Həlli: Birinci il 7 000 manat 11% artmışdır. Deməli, birinci ilin sonunda əvvəlki məbləğ
7000 + 7000 . 11 
100 = 7770 (manat) olar. İkinci il 7 770 manat 11% artmışdır. Deməli, ikinci ilin
sonunda birinci ildəki məbləğ 11% artmışdır: 7770 + 7770 . 11 
100 = 8624,7 (manat) olar.
Cavab: 8 624,7 manat
Fəaliyyət
Müştəri 35 000 manat pulu bankdan 2 il müddətinə götürdü. Müştəri hər il əvvəlki
ildəki məbləğin 3% artıq pul ödəyərsə, 2 ildən sonra banka nə qədər pul
qaytarmalıdır?
1. 35 000 manatın 3%-ni tapın. 
2. Alınmış ədədlə 35 000 manatı toplayın. r 3. Yeni məbləğin 3%-ni tapın. 
4. Bu ədədlə ikinci əməlin nəticəsini toplayın. 
5. Nəticə haqqında fikirlərinizi söyləyin.
Nümunədə verilən məsələnin həllini ifadə şəklində yazaq: 
7770 + 7770 . 11 
100 Bu ifadədə 7 770 vuruğunu mötərizə xaricinə çıxaraq: 
Sonuncu ifadədə alınmış 7 770 ədədini aşağıdakı kimi çevirək: 
Alınmış nəticəni (*) ifadəsində 7 770 ədədinin yerinə yazaq: 
Beləliklə, son məbləği S hərfi ilə işarə etsək, aşağıdakı ifadəni alarıq: 


 
düsturuna mürəkkəb faiz artımı düsturu deyilir.
Burada S – son məbləğ, S  – başlanğıc məbləğ, r – illik faiz artımını göstərən ədəd, n –
məbləğin qoyulduğu müddətdir.
Çalışmalar
1.  İsmayıl hər il əvvəlki ilin 10%-i qədər artım verən banka qoyulan 700 manatın 2
ildən sonra 800 manat olduğunu iddia edir. Onun nəticəsi doğrudurmu?
2.  Memar körpünün layihəsi üçün qazandığı 100 000 manat qonorarı iki banka
qoymaq qərarına gəldi. O bu məbləğin yarısını 3 il müddətinə hər il qoyulan
məbləğin 7%-i qədər artım verən dövlət bankına, digər yarısını isə 2 il müddətinə
hər il əvvəlki ildəki məbləğin 10%-i qədər artım verən olan kommersiya bankına
qoydu. Hansı bank daha çox gəlir verdi?
3. 
Hər il əvvəlki ildəki məbləğin 25%-i qədər artım verən banka qoyulan müəyyən
məbləğ 3 ildən sonra 100 mln. manat oldu. Banka qoyulan ilkin məbləğ nə qədər
idi?
4.  Cədvələ əsasən aşağıdakı sualları araşdırın:
Hesablamanı kalkulyatorla yerinə yetirin.
1.  I və II banka verilmiş şərtlərlə sadə faiz artımı ilə qoyulan məbləğ müddətin
sonunda hansı məbləğə çevrilər?
2.  III və IV banka verilmiş şərtlərlə mürəkkəb faiz artımı ilə qoyulan məbləğ
müddətin sonunda hansı məbləğə çevrilər?
3.  4000 manat məbləğ 15% illik artımla banka qoyularsa, həm sadə, həm də
mürəkkəb faiz artımı ilə 2 ildən sonra hansı məbləğə çevrilər? Bu artımlardan
hansı daha sərfəlidir?
4.  Hər il qoyulan məbləğin 10%-i qədər artım verən banka qoyulan 5000 manat
məbləğ 3 ildən sonra hansı məbləğə çevrilər?
5.  Hər hansı məsələ tərtib edərək həm sadə, həm də mürəkkəb faiz artımı düsturunu
tətbiq edin.
0


6. 
Praktik iş
. Verilmiş cədvəldəki kredit şərtlərini araşdırın və müqayisə edin.
Müvafiq suallar tərtib edərək cavablandırın. 3000 manat pulu bu banklardan aşağı
faizlə 1 il müddətinə götürsəniz, sonda banka hansı məbləği qaytarmalı olarsınız?
Hesablama apararkən kalkulyatordan istifadə edin (nümunəyə baxın).
Nümunə
Məsələ: 2000 manat pulu 18 ay müddətinə hər il qoyulan məbləğin 26%-i qədər
artım verən bankdan kredit götürən müştəri banka nə qədər pul qaytarmalıdır?
Həlli: Məsələnin şərtinə görə:
Sadə faiz artımı düsturuna görə:
Cavab: 2780 manat
7.  Azər hər il qoyulan məbləğin 12,5%-i qədər artımla kredit verən bankdan 5000
manat pul götürdü. O, a) 6 aydan; b) 15 aydan sonra banka nə qədər pul
qaytarmalıdır?
8.  Hesablama zamanı məlum oldu ki, şəhər əhalisinin avtomobillərinin sayı hər il
əvvəlki ilə nisbətən 15% artır. Son 5 il ərzində avtomobilərin sayının təxmini neçə
dəfə artdığını müəyyən edin.


2.11. Konqruyent üçbucaqlar
ΔABC ≅ ΔA B C Fəaliyyət
İki üçbucağın uyğun tərəfləri və uyğun bucaqları bərabərdirsə, onlara konqruyent
üçbucaqlar deyilir.
Üçbucaqların konqruyentliyi “ ≅ ” işarəsi vasitəsilə yazılır.
ΔABC ≅ Δ A B C
Deməli, AB = A B ; AC = A C ; BC = B C  və ∠A = ∠A1; ∠B = ∠B1; ∠C = ∠C  şərtləri
ödənirsə, onda ABC və A B C  üçbucaqları konqruyentdir.
Konqruyent üçbucaqlara bəzən bərabər üçbucaqlar da deyilir.
Konqruyent üçbucaqlarda bərabər tərəflər qarşısında bərabər bucaqlar, bərabər
bucaqlar qarşısında bərabər tərəflər durur.
1 1 1
1.  Ağ dəftər vərəqini ortadan düz xətt boyunca qatlayın.
2.  Bir tərəf üzərində hər hansı üçbucaq çəkin.
3.  Qayçı ilə iki yerə qatlanmış vərəqi üçbucaq boyunca kəsin. 
4.  Neçə fiqur alındı? Alınmış fiqurların tərəfləri və bucaqları haqqında fikirlərinizi
söyləyin. Hərəkət nəticəsində bu fiqurların uyğun tərəflərini üst-üstə qoyduqda
nə baş verər? Onların bərabərliyini demək olarmı?
1 1 1
1 1
1 1
1 1
1
1 1 1


Çalışmalar
1.  AB və MN parçaları bərabərdirmi? (şəkil 1 a) Cavabınızı izah edin.
2.  AOB və PKD bucaqları bərabərdirmi? (şəkil 1 b) Cavabınızı izah edin.
3.  “?” işarəsinin yerinə verilmiş üçbucağa konqruyent olan üçbucağın adını yazın
(şəkil 2). Hərflər ardıcıllığını nə üçün belə seçdiyinizi əsaslandırın.
4. 
ABC üçbucağı şəkil 3-dəki MON üçbucağına konqruyentdir. ABC üçbucağının
tərəflərinin uzunluğunu müəyyən edin. Bu üçbucaqların bərabər bucaqları
hansıdır?
5.  Damalı dəftərdə şəkil 4-də verilmiş PKF üçbucağına konqruyent olan ABC
üçbucağını çəkin.
6.  Damalı dəftərdə hər hansı ABCD düzbucaqlısını və ona bərabər olan MNPK
düzbucaqlısını çəkin. AC və MP parçalarını çəkin və alınmış konqruyent
üçbucaqların adını yazın.
7.  AOB bucağının OC tənbölənini çəkin. Aşağıda verilmiş bucaqlardan hansıların
bərabər olduğunu müəyyən edin.
a) ∠AOC və ∠BOC;          b) ∠AOC və ∠AOB;          c) ∠AOB və ∠COB. 
Fikirlərinizi əsaslandırın.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə