Rövşən Yerfi



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə4/11
tarix27.10.2018
ölçüsü0,86 Mb.
#75800
1   2   3   4   5   6   7   8   9   10   11

14 

gəlib ətəkdəki Qurbangaha çatanda görür ki, bura başqa yer-

dir. Heç demə o, gəldiyi şimal tərəfə enmək əvəzinə  cənuba 

enib. Neynəsin, on kilometrdən artıq yolu təzədən geri – zir-

vəyəmi  qayıtsın.  Yorgunluqdan  addım  atmağa  heyi  olmur. 

Deyir,  daha  keçib  buradakı  ziyarətçilərə  qoşulub  qayıdaram 

rayona. İsmayıllıdan keçib gəlir Bakıya. Bir-neçə gün də Bakı-

da qalır. Dörd gündən sonra qayıdır evinə. Görür həyətində 

yas çadırı qurulub. Öyrənir ki, onun üçün üç mərasimi keçi-

rilirmiş. Bir gün gözləyən yoldaşları onun qayıtmadığını gö-

rüb sıldırım qayalıqlarda itkin düşdüyünü, öldüyünü güman 

ediblər. Siz qorxmayın, atla yolu səhv salmaq, belə hadisənin 

baş verməsi mümkün deyil... 

Bir-neçə  gün  sonra  Dəyanətlə  görüşən  Saleh  onu  da  ra-

zılığa  gətirdi.  Qərara  alındı  ki,  qarşıdakı  yay  mövsümündə 

ziyarət dövrü hamı vədələşdikləri gündə bir yerə yığışsınlar. 

                                           * * * 

Yayın ortası vədə vaxtı gəlib çatdı. Dostlar yığışıb Həzrət 

Babanın şimal səmtinə yaxın kəndlərin birinə gəldilər. Saleh 

söz verdiyi kimi hərəyə bir at hazırlatmışdı: iki kürən, iki boz 

at. Köməkləşib boz atları Şamillə Dəyanət, kürən atları isə Sə-

fərlə  Saleh  mindilər.  Yeniyetmə    çağlarından  bəri at  minmə-

yən dostlar qorxu ilə yanaşı sevinc hissləri keçirirdilər. Onla-

rın  içərisində  cavanlığı  və  boy-buxunu  ilə  seçilən  Dəyanət 

atını irəli sürüb döndü: 

 - “Ay moment,” atlarınızın yüyənini çəkin, mənə baxın, 

şəklinizi  çəkəcəyəm. 

Fotoaparatını heybədən çıxarıb gözünə yaxınlaşdırdı: 

-Tökülüb  itməyin,  özünüzü  şax  tutun,  xalq  sizə  baxa-

caq... 


Üzlərinə təbəssüm yayıldı. Dəyanət şəkli çəkən kimi, Sa-

leh onun ürəyindən keçəni duyub dedi: 




15 

 -İndi sən sıraya qayıt. Mən sənin şəklini çəkəcəyəm.  

Saleh şəkli çəkəndən sonra Dəyanət təəssüfləndi: 

 -Ətrafda bir adam olsaydı, xahiş edərdik dördümüzü də 

birlikdə çəkərdi. Olardı əsl  “dörd müşketyor”. 

 -Yox,  üç  müşketyor  və  Dartanyan,  yəni  Dəyanət,  -  hə-

kim də zarafatından qalmadı. 

 -Atları  tələsdirməyin.  Yüyənlərini  boş  tutun,  özləri  ya-

vaş-yavaş gedəcəklər, - Saleh dostlarına xatırlatdı. 

-Biz niyə səhər yox, axşam yola çıxdıq? – Şamil təəccüb-

ləndi. 

 -Günortanın yandırıcı istisinə düşməmək üçün... 



Yol boyu çayqırağı uzanan bağların arasında, haradansa 

qarşılarına ağ saçlı bir nurani qoca çıxdı:  

-Yəqin  ki,  Babaya  gedirsiz,  eləmi?  Allah  ziyarətinizi  qə-

bul etsin. Soruşmaq eyib olmasın, ürəyinizdə niyyət tutub ge-

dirsiz, yoxsa elə-belə gəzməyə gedirsiz? 

“Çağırılmamış  qonağın”  gözlənilməz  sualı  hamını  ka-

rıxdırdı, bilmədilər necə cavab versinlər. Bir-birilərinə baxdı-

lar, nəzərlər Salehdə dayandı: 

 -Ay  baba,  illərdir  bu  yerlərə  gəlmirik.  Ürəyimiz  istədi, 

niyyətimiz ziyarət etməkdir. 

 -Ay oğul, bilirsən niyə soruşuram, axır vaxtlar Babanı zi-

yarət edənlər çoxalıb. Əvvəllər belə idi ki, kimin niyyəti var-

dı, o gedərdi. Hər gedən də ruhən təmizlənmək, paklanmaq 

üçün bir pis xasiyyəti, zərərli vərdişi, içki içməyi, siqaret çək-

məyi tövbə edərdi, ya da vacib olmayan bir təamı yeməkdən 

imtina  edərdi.  İnsanı  dünya  və  axirət  əzabından  onun  düz-

gün əməli, təmiz əxlaqı xilas edir. Bunun üçün gərək haram-

dan  uzaq  olub,  nəfsinə hakim  olmağı  bacarasan.  Vicdanı  tə-

miz, qəlbi saf insan kamilləşir, özünə nəzarət etməyi bacarır. 

Belə adama kiminsə nəzarət etməsi lazım gəlmir. Yoxsa insan 




16 

öz  hisslərinin  alətinə  çevrilir,  nəfsinin  qulu  olur.  İndi  gələn-

lərin çoxu turist kimi gəzməyə gəlir. Baba gəzinti yeri deyil. 

O,  hər  ziyarətçini  qəbul  eləmir,  qəlbin  gərək  pak  ola.  Baba 

yolu ağır yoldur... 

Qocanın  dedikləri  hamını  təsirləndirmişdi.  Niyyətin,  ar-

zunun qədəri yox idi, ancaq, nəyi tövbə etsinlər, bilmirdilər. 

Hərə  öz  düşüncəsində  ikən  qocanın  ani  olaraq  bağların 

arasında yoxa çıxmasına mat qaldılar. Nurani qoca qəfil gəl-

diyi sayaq, qəfil də gözdən itmişdi. 

Qocanın  dediklərində  həqiqət  var  idi,  -  Saleh  müəllim 

düşündü.  Ancaq,  nəyi  tövbə  edəsən  ki,  sonra  tövbəni  poz-

mayasan. Əslində bu tövbə ürəkdən gəlməli idi. Daha zorən 

tapılmamalıydı. 

-Hə, tövbə etməyə nə tapdınız? - Dostlarından  soruşdu. 

-Sən tapdın? 

-Yox, istəyirəm görəm, siz nəyi tövbə etsəniz mən də onu 

edim. 


-Sən yaxşısı, tapşırıqla qiymət yazmağı tövbə elə, - polis 

Dəyanət səsləndi. 

-Deyirsən,  çoxu  ilə  üz-göz  olum,  sonra  da  çıxarıb  atsın-

lar məni işdən çölə? Bu mümkün olan iş deyil. Sən rüşvət al-

mağı tərgidəndə, mən də tapşırığa baxmağı tövbə edərəm. 

-Pul  götürməyimi  deyirsən?  –  Dəyanət  təəccübləndi,  - 

pul  almasan  işləməkmi  olar?  Bəs  mən  nə  deyirəm,  deyirəm 

ki, tapşırığa daha baxma, yalnız  pul al.  

-Bu da bizim insaflı bildiyimiz qanun keşikçimiz, danış-

dı  keçdi  başa,  -  Səfər  həkim  istehza  ilə  əlini-əlinə  bərkdən 

vurdu. 

-Qaqa, biz sizə baxanda insaflıyıq, – Dəyanət söz altında 



qalmadı, – biz soyduqlarımızı uzaqbaşı həbsxanaya göndəri-


17 

rik.  Sizsə  soyduqlarınızı  nəinki  yarımcan,  bəzən  o  dünyalıq 

edirsiniz, göndərirsiz gedər-gəlməzə. 

-Düz  sözə  zaval  yoxdur,  -  vəkil  Şamil  söhbətə  qarışdı,  - 

nə var onu da deyir. 

-Hə burda deyiblər, paqon-paqonun ayağını basmaz. Şa-

mil keçdi müdafiəyə, vəkilliyinə, - Saleh gülümsədi. 

-Yox,  müəllim,  mən  daha  paqon  taxmıram,  -  Şamil  irad 

tutdu. 

-Nə olsun, çörəyini ki, onların arasında qazanırsan... 



-Gəlin yaxşısı,  işə gecikməyi tövbə edək, - Dəyanət təzə 

təklif irəli sürdü, - bu çox pis vərdişdi. Sizi bilmirəm, işə ge-

cikməyimə görə mənim başım hər dəfə ağrıyıb... 

-Bizim  günahımız  budursa,  heç  nə.  Həccə  gedənlərin 

arasında  adamlar  taniyiram  ki,  ömründə  nə  məscid  tanıyıb, 

nə namaz bilib? Gələndən sonra içki içənləri demirəm... 

-Zarafatı  boşlayın,  -  Saleh  onların  sözünü  kəsdi,  -  lazım 

deyil lağlağı etmək. Söhbət ciddi məsələlərdən gedir. Öyrən-

misiz  özünə  sərf  eləməyən  işdə  aldaq  gəlməyi,  Həzrət  Baba 

sizə  adi  gəlməsin...  Yaşlılardan  eşitmişəm  ki,  ardıcıl  olaraq 

yeddi il Babanı ziyarət edən şəxs hər il bir pis vərdişdən töv-

bə edərsə, yeddi il ərzində qazandığı təmizlənmə, inam nəti-

cəsində  bir həcc  savabına  bərabər  savaba  yetişə bilər.  Gücü-

nüz çatır rüşvət almağı tövbə edin... 

Salehin  səsinin  tonunun  dəyişdiyini  görən  yoldaşları  

dinməyib  susdular.  O  dostlarının  xətirlərinə  dəyəcəyindən 

ehtiyatlanıb  səsini yumşaldaraq davam etdi: 

-Gəlin tövbə ilə bağlı sizə bir əhvalat danışım. Demək bir 

nəfər çox araq içirmiş. O qədər içirmiş ki, xəstəlik tapır, həki-

min də qadağasına əhəmiyyət vermirmiş. Kimsəyə qulaq as-

madığını  görən  ailəsi  tövbə  məqsədilə  onu  yay  aylarının  bi-

rində Babaya ziyarətə gətirir. Canı da ağrıdığından daha inad 




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə